eli | 28 Noyabr 2013 22:54
salam. hekim menim cinsi orqanimda et xalina benzer nese var. amma sizanaq deyil. hec vaxtda cinsi elaqede olmamiwam . bu mene gelecekde problem yarada bilermi? ve ne kimi?
Dr.Orxan Agabəyov | 29 Noyabr 2013 19:22
Salam Eli. Dəri problemlərinin qiyabi diaqnostikası mümkün deyil. Yalnız əyani baxışdan sonra, düzgün diaqnoz təyin etmək olar. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Elvin | 28 Noyabr 2013 19:36
Salam hekim. Bagislayin narahat edirem menim sualim prolaktin hormonu bagli idi men de 34 cixmisdi bu psixolooji ola biler qeyd edim ki toy gunu ola bilmemisdik ve men hemin erefede yoxladanda coox cixmisdi. ve bir de bu problem usaq olmamaga getirib cixarda biler?
Dr.Orxan Agabəyov | 29 Noyabr 2013 19:22
Salam Elvin. Bəli, əgər prolaktinin qanda səviyyəsi normadan artıqdırsa - bu həm cinsi zəifliyə, həmdə spermanın göstəricilərinin zəifləməsinə səbəb ola bilər. Əgər belə hallar varsa, müalicə kursu keçməyiniz məsləhətdir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
vaqif | 28 Noyabr 2013 19:04
salam hekim mende oturanda agri olurdu penisim ereksiya veziyyetinde sabit dayanmirdi hekime getdim baxdi prostatit dedi getdim uziden kecdim geldim yanina dedi все нормално просто васпеления mualize aldim birinci gunde ereksiya duzeldi penisim hardasa 2sm uzanib 2 hefte mualiceden sonra her sey yaxsi oldu men arasdirdim internetden ve erektil dizfunksiya deye bir set tapdim bunun ziyani varmi? yaxsiki mualice oldum 21 yasim var siqaret cekmirem cekim normaldir gelecekde meni ne kimi promlem gozleye biler? mene ayirdiginiz vaxt ucun derin tesekkurumu bildirirem
Dr.Orxan Agabəyov | 29 Noyabr 2013 19:22
Salam Vaqif. Sual tam aydın deyil, əgər hal-hazırda hər şey yaxşıdırsa, niyə gələcəkdə hansısa problemlərin olmasını gözləyirsizki? Ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Səxavət 138 | 28 Noyabr 2013 15:13
Salam Orxan həkim..Orxan həkim sizdən bir məsləhətim var , mən özüm epleksiya xəstəsiyəm 3 ildi epleksiyaya görə bu dərmənları ( be birdə k ) tabletqaları istifadə edirəm.....Əsas sualım budu ki mən 7-ci aydı evliyəm yoldaşımnan cinsi əlaqədə ola bilmirəm,mən bir androloq həkimin yanına getdim özümü renginlərə saldım,analizlərimi verdim yoxlatdırdım həkim dediki səndə bir az zəiflik var ona görə mənə bu dərmanları ( S, A, T, P, F ) yazdı,indi bu dərmanların Epleksiyaya ziyanı ola bilərmi ??.
Dr.Orxan Agabəyov | 29 Noyabr 2013 16:40
Salam Səxavət 138. Bu dərman preparatları cinsi zəiflik problemində istifadə olunmur, bu preparatlar iltihab əleyhinə olan preparatlardı. Bu preparatların epilepsiya xəstəliyi olan insana tətbiqi haqqında, Sizdə epilepsiay xəstəliyini müalicə edən nevropatoloqla məsləhətləşin. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
serdar | 28 Noyabr 2013 15:05
salam hekim speqramma analizine gelende klinikaya ac gelmeliyem? birdeki bu analizde tek spermadan analiz goturulur yoxsa sidiy qandanda goturulur?
Dr.Orxan Agabəyov | 29 Noyabr 2013 16:33
Salam Serdar. Xeyr, spermoqramma analizində klinikaya açqarına gəlməyə ehtiyac yoxdur, amma spermoqramma analizindən öncə müəyyən şərtlərə riayət olunmalıdır. Əgər uşaq olub-olmaması qabiliyyətini yoxlamaq istəyirsizsə, spermoqramma analizi kifayətdir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
aida | 28 Noyabr 2013 14:19
salam.yoldashim masturbasiya ile cox meshqul olurdu..indi onda spermasinda problem var 1 ilden artiqdir aile qurmushuq ama spermani aktivliyi 0 faizdir.men dushunuremki o zamaninda mastrubasiya ile cox meshqul olamsindan ireli gelir.ondan ola biler.deyir indide onunla demek olar bir gunden bir meshqul oluram.o mastrubasiya ile emshqul olanda cox ehtiralanir.o daha cox xoshuna gelir.problemi o yarada biler?
Dr.Orxan Agabəyov | 29 Noyabr 2013 09:21
Salam Aida. Masturbasiyanın spermanın aktivlik faizinə heç bir aidiyyatı yoxdur. Əgər spermanın hərəkətlilik faizi sıfıra bərabərdirsə, deməli cinsiyyat sistemində ciddi problemlər var. Bu problemləri müəyyənləşdirib, düzgün müalicə təyin etmək olar. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
amil | 28 Noyabr 2013 11:41
salam doktor men her gun uc dord defe cinsi elagede oluram bunun neyese ziyani var hemde penisim 15 sm bu normal olcudur ?ve onu uzatmak olar?
Dr.Orxan Agabəyov | 29 Noyabr 2013 07:56
Salam Amil. Əgər cinsi həyat müntəzəm bu templə davam edirsə, heç bir ziyan olmaz. Penisin ereksiya vəziyyətində12 sm-dən artıq uzunluğu, normaya uyğun sayılır. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Ferid | 28 Noyabr 2013 08:20
salam hekim cinsi elaqedan sonra sidiye getmey ne qeder duzgundurmu? ve meslehet gorerdinizmi? birde bilmey isterdim speqrammanin minumum neticesi ne qeder olmalidi? nece faize kimi asagi seviyyede olmasi qorxulu deyildir xais minumum faizi yazardiniz ve speqrramada tek spermadan analiz verilir yoxsa basqa neden vermeliyem?
Dr.Orxan Agabəyov | 29 Noyabr 2013 07:44
Salam Ferid. Cinsi əlaqədən sonra sidiyə getmək vacib deyil, bu yalnız qorunmamış(təsadüfi partnyorla) cinsi əlaqədən sonra məsləhət görülür. Müasir normativlərə görə spermada, aktiv spermotozoidlərin faizi minimum 32 % olmalıdır. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
zaur | 28 Noyabr 2013 06:30
salam.DR. MENIM 24 YASIM VAR MENIM XAYAMIN BIRI BOYUK DIGERI ISE UZUNSOV BALACADIR AMMA BASQA BIR PROBLEM YOXDUR.NORMAL SPERMA GELIR,YANI GELECEKDE USHAQ OLMADA PROBLEM OLAR?VE AYDA NECE DEFE SPERMA XARIC ETMEK NORMAL SAYILIR COX SAGOLUN MINNETDARAM....
Dr.Orxan Agabəyov | 29 Noyabr 2013 07:37
Salam Zaur. 1. Xayanın fərqli olması, mütləq problem sayılmır, yəni hər şey qaydasındada ola bilər. Kişilərdə uşağın olub-olmaması yalnız spermanın keyfiyyətindən asılıdır - yoxlamaq üçün spermoqramma analizi vermək lazımdır. 2. Belə normativlər mövcud deyil. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Nastya | 28 Noyabr 2013 05:50
Salam hekim.Men rusiyada yashayiram 5 ildi aile qurmusham ovladim yoxdu.Ama problem mende deyil yoldashimdadi ama o,bunu menden gizledir.onda yumurtanin biri yoxdu ashagi hissede emeliyat izi var sorushanda deyir ki coxdan qrijadan emeliyyat olunmusham.tek yumurta ile ola bilermi ki bizim ovladimiz olmasin? cox xaish edirem cavab yazasiz.
Dr.Orxan Agabəyov | 29 Noyabr 2013 07:22
Salam Nastya. Bir xayanın olmaması, mütləq problem sayılmır, yəni hər şey qaydasındada ola bilər. Kişilərdə uşağın olub-olmaması yalnız spermanın keyfiyyətindən asılıdır - yoxlamaq üçün spermoqramma analizi vermək lazımdır. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.