Orxan | 29 Noyabr 2013 11:47
Salam hekim men ne siqaret cekmirem nede spirtli icki qebul etmirem bunlarin olmamasi menim speqramma analizimde nese yaxwiligina tesir etme faizi ne qeder olar? Yeni icki siqaret sperma failiyetine coxmu tesir edir? Mende bular yoxdu netice wifahide olsa bilmey isterdim
Dr.Orxan Agabəyov | 30 Noyabr 2013 09:50
Salam Orxan. Bu suala qiyabi cavab lazım deyil, yoxlamaq üçün sadəcə spermoqramma verin və öz göstəricilərinizi öyrənin. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
serxan | 29 Noyabr 2013 10:59
Salam hekim, subayam ve masturbasiya mende her gun bir-iki defe verdish halina cevrilib, gelecekde usaq olmasina bir ziyani varmi ya da hansisa yolla bu verdisi tercitmek lazimdi ? Onceden tesekkurler
Dr.Orxan Agabəyov | 30 Noyabr 2013 09:47
Salam Serxan. Əgər masturbasiya, vərdişə çevrilirsə, bu gələcəkdə müəyyən cinsi problemlərə gətirib çıxara bilər. Bu mütləq şərt deyil - hər şey normal da ola bilər, sadəcə masturbasiyaya öyrəşən kişilərdə belə bir ehtimal var. Kişilərdə uşağın olub-olmaması yalnız spermanın keyfiyyətindən asılıdır - yoxlamaq üçün spermoqramma analizi vermək lazımdır. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Ferid | 29 Noyabr 2013 10:49
Hekim speqrammaya gelende ac gelmeliyem? Yoxsa nese yemeliyem? Uzag yol gelecem hardasa 5-6saat bawqa yerde verilen analizler sizde baxilirmi yoxsa harda olunub ora gonderilir?
Dr.Orxan Agabəyov | 30 Noyabr 2013 09:41
Salam Ferid. Xeyr, spermoqramma analizində klinikaya açqarına gəlməyə ehtiyac yoxdur, amma spermoqramma analizindən öncə müəyyən şərtlərə riayət olunmalıdır. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
nicat | 29 Noyabr 2013 10:29
salam hekim bagisdiyin narahat edirem men verdiskar olmusam gunde azi 2 defe elle ozum qurtariram 21yasim var mende sperma nece damci olmalidi ele bil mende azalib 3 damci gelir sperma qtam qurtara bilermi
Dr.Orxan Agabəyov | 30 Noyabr 2013 09:43
Salam Nicat. 1. Əgər masturbasiya, vərdişə çevrilirsə, bu gələcəkdə müəyyən cinsi problemlərə gətirib çıxara bilər. Bu mütləq şərt deyil - hər şey normal da ola bilər, sadəcə masturbasiyaya öyrəşən kişilərdə belə bir ehtimal var. 2. Kişilərdə spermanın kəmiyyəti və keyfiyyətini yoxlamaq üçün spermoqramma analizi vermək lazımdır. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
emin555 | 29 Noyabr 2013 10:19
Salam hakim,qadinda cinsi isteyin olmamasi neden ola biler?sevdiyi sexse bele ehtiraslanmamasi...qadinin hamile qalmasi ucun nece defe cinsi eleqade olmasi kifaet eder?(eger her sey qaydasindadirsa).
Dr.Orxan Agabəyov | 30 Noyabr 2013 08:16
Salam Emin555. Bu müxtəlif səbəblərdən ola bilər - psixoloji və orqanik(məsələn hormonal pozğunluq). Hamiləliyin yaranması üçün, cinsi əlaqələrin sayı vacib deyil, menstrual siklin müəyyən tarixlərində cinsi əlaqədə olmaq vacibdır. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
aydin | 29 Noyabr 2013 09:43
salam hekim. mende xaya hissem agri verir birde tualete agir gederek sperma axir bu bir prablem yaratmaz ki. xaiw edirem mene bir cavab yazasiz. cox saqolun
Dr.Orxan Agabəyov | 30 Noyabr 2013 08:04
Salam Aydın. 1. Xaya ağrılarının səbəbi, müxtəlif ola bilər - epididimit(xaya artımının iltihabı), varikosele(damar genişlənməsi), orxit(xayaların iltihabı). Dəqiqləşdirmək üçün, xayaların doppler müayinəsindən keçmək, məsləhətdir. 2. Bu əlamət, durğunluq prostatitin(prostat vəzinin iltihabı) əlamətidir. Dəqiqləəşdirib, müalicə kursu keçməyiniz məsləhətdir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Samil | 29 Noyabr 2013 08:33
Salam hekim valikoz var mende hekime getdim doper aparati ile baxdi dedi ko sende 3mm di fiziterapiya aparati ile mualice edecem kecib gedecek 10 gun fiziterapiya aparat ile mualice olunmalisan mualicenin 5 gunu yeniden doper aparatina dusdum 2.5mm oldu dedi ki o da dusecek valikozu fiziki terapiya aparati ile mualice elemek olur bide ki valikoz emaliyat olunsam nece gunden sonra ise cixa bilere
Dr.Orxan Agabəyov | 30 Noyabr 2013 08:04
Salam Samil. 1. Varikosele - kişi sonsuzluğunun ən əsas səbəblərindəndir. Varikoselenin, yalnız cərrahi müalicəsi(əməliyyat) var. Heç bir fizioterapevtik metodla varikoseleni müalicə etmək olmaz. Birinci növbədə, spermoqramma verin və öz göstəricilərinizi, normal göstəricilərlə müqayisə edin. Əgər göstəricilər, normaya uyğun deyilsə - əməliyyat etmək vacibdir. Adətən əməliyyatdan 5-7 gün sonra iş fəaliyyətinə qayıtmaq olur. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
senan | 29 Noyabr 2013 06:58
salam hekim mende biraz utancaqliq var bu ise intim elaqeye girmeye maneiye olur sizce men ne etmeliyem?.
Dr.Orxan Agabəyov | 30 Noyabr 2013 08:04
Salam Senan. Əgər cinsi əlaqə zamanı problemlər yaranırsa, yəni cinsi zəiflik varsa, müalicə kursu keçməyiniz məsləhətdir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Xeqani | 29 Noyabr 2013 03:41
Salam hekim men cox ehtirasliyam tez tez oluram olmasamda seher dururam ki bowalmisam ve dizim cox agriyir gelecekde evlensem uwaq olmasi problem olmaz ki?
Dr.Orxan Agabəyov | 30 Noyabr 2013 08:04
Salam Xeqani. Gecə boşalmalarının(pollusiya) əsas səbəbi, müntəzəm cinsi həyatın(boşalmaların) olmamasıdır. Kişilərdə uşağın olub-olmaması yalnız spermanın keyfiyyətindən asılıdır - yoxlamaq üçün spermoqramma analizi vermək kifayətdır. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Ruslan | 29 Noyabr 2013 02:14
Salam Doktor. Mende hiperhessasliq var. Hedden artiq tez boshalma olur, bezen hech elaqeye girmemishden boshaliram ve bu meni cox narahat edir. Bunun mualice usullari nedir, normal hala qayitmaq mualice ile olurmu ve ne qeder muddete normal hala qayitmaq mumkundur? Evvelceden teshekkurumu bildirirem.
Dr.Orxan Agabəyov | 29 Noyabr 2013 19:23
Salam Ruslan. Erkən boşalmanın, müxtəlif səbəbləri var - penisin dərisinin hiperhəssaslığı, cinsiyyat sistemində iltihabi prosess, psixoloji səbəblər. Bu səbəbləri müəyyənləşdirib, düzgün müalicə təyin etmək olar. Erkən boşalmanın müalicəsi adətən 1,5 -2 ay ərzində aparılır. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.