ANDROLOQ
DR. ORXAN AĞABƏYOV
Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq...
ƏTRAFLI MƏLUMAT

Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq biznesdə uğurun əldə olunmasına qədər - kömək edən gücü qazanır. Buna görə də kişi sağlamlığı sahəsində problemlər zamanı mütəxəssisə vaxtında müraciət etmək vacibdir.

Mən,  həkim - androloq olaraq, mənə müraciət edən hər bir insana kömək etməyə, düzgün müalicə təyin etməyə, etibarlı və uzun müddətli münasibətlər qurmağa çalışıram. Öz sağlamlığınızı mənə etibar edərkən, Siz  dəqiq diaqnostika və keyfiyyətli müalicəyə əmin ola bilərsiniz.

Hörmətlə, Dr. Orxan Ağabəyov

Şəffaflıq və açıqlıq
Mən hər şeyi ətraflı şəkildə izah edirəm: bu və ya digər analizlər nə üçün tələb olunur və onlar nəyi göstərirlər; nəyə görə mən belə diaqnoz təyin edirəm və Sizin xəstəliyinizin/probleminizin səbəbi nədir; optimal müalicə sxemi hansıdır və nə üçün o Sizin üçün optimaldır.
Sizdən artıq heç nə tələb olunmur
Yalnız diaqnozun təyin edilməsi üçün lazımi analizlər və müayinələr, ən asan və effektiv müalicə sxemləri (heç bir lazımsız dərman preparatları, iynələr və s. təyin edilmir)
Qorxutmaq yoxdur
Mən hesab edirəm ki, pasiyenti qorxutmaq olmaz. Konsultasiyadan sonra Sizdə diaqnoz ilə bağlı heç bir qorxu və anlaşılmazlıq qalmayacaq.
Əks əlaqə
Əgər müalicə zamanı sizdə əlavə suallar yaranarsa, nəyisə dəqiqləşdirmək lazım olarsa, Siz sadəcə olaraq mənim mobil telefon nömrəmə zəng edəcəksiniz və hərtərəfli cavablar və tövsiyyələr alacaqsınız.
Ikram | 29 Noyabr 2013 22:50
salam hekim. Size bele bir sualim var menim 18 yawim var ve men 4 ildi ki masturbasiya elle bowalma. edirem. Heftde 3-2 defe bunu ziyani var? 2.Gelecekde evlenende problem olmaz? Tewekkur.
Dr.Orxan Agabəyov | 2 Dekabr 2013 06:03
Salam İkram. Əgər masturbasiya, vərdişə çevrilirsə, bu gələcəkdə müəyyən cinsi problemlərə gətirib çıxara bilər. Bu mütləq şərt deyil - hər şey normal da ola bilər, sadəcə masturbasiyaya öyrəşən kişilərdə belə bir ehtimal var. Uğurlar.
Rinat | 29 Noyabr 2013 21:42
Salam doktor.Zehmet olmasa yazardiz,erken bowalmamaq ucun penisin derisinin hessasligin nece,hansi usullarla aradan qaldirmaq olar?Birde cinsi elaqe zamani hansi usullarla bosalmanin vaxdin uzatmaq olar?Zehmet olmazsa genis cavab verin. Onceden minnetdaram.
Dr.Orxan Agabəyov | 2 Dekabr 2013 06:02
Salam Rinat. Erkən boşalmanın səbəbləri müxtəlifdir: Kişi cinsiyyət sisteminin iltihabi xəstəlikləri (prostatitlər, vezikulitlər) ; Penisin dərisinin həddən artıq həssaslığı ;Cinsi həyata başlayarkən həyəcan və spermanın boşalmasına nəzarət etmə təcrübəsinin olmaması ; Cinsi uğursuzluq gözləmə sindromu (bir dəfə baş vermiş uğursuzluq gələn dəfə də təkrarlanmağı gözləməyə vadar edir), bəzi digər fobiyalar və nevrozlar. Səbəbini dəqiq müəyyənləşdirdikdən sonra, düzgün və effektiv müalicə təyin etmək olar. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
huseyn | 29 Noyabr 2013 21:37
salam hekim 18 yasim var penisim 13 sm dir. bu cinsi elaqede mene prablem yarada biler? yani pozalarda
Dr.Orxan Agabəyov | 2 Dekabr 2013 05:57
Salam Visal. Penisin ereksiya vəziyyətində 12 sm-dən artıq uzunluğu normal sayılır. Uğurlar.
Alpay | 29 Noyabr 2013 18:01
Salam hekim! Menim sualim cinsi zeiflikle baglidir. 5 ildir evliyem. Bir ovladim da var. Evliliyimiz erzinde yoldawimla gunde bir defeden artiq cinsi elaqede olmagim yadima gelmir. Yeni bir defeden sonra mende hec ne alinmir. sabahsi gun normal ola bilirem yene ancaq bir defeden cox olmayaraq. Sizce bu cinsi zeiflik sayilir yoxsa normal haldi? uzur isteyirem ayaqyoluna gedende bir az guc verende mende penisimden spermaya benzer mayegelir/ Bu maye arada seffaf olur, gah da sperma halinda. Bu hansisa cinsi xestelikle elaqedar deyil ki?
Dr.Orxan Agabəyov | 30 Noyabr 2013 05:50
Salam Alpay. 1. Bu Sizin seksual temperamentinizlə bağlı ola bilər, yəni heç bir problem olmayada bilər. 2. Bu durğunluq prostatitin(prostat vəzinin iltihabı) əlaməti ola bilər. Dəqiqləşdirib, müalicə kursu keçməyiniz məsləhətdir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
emin | 29 Noyabr 2013 17:33
salam meslehet almaqa gelmek neceyedir
Dr.Orxan Agabəyov | 2 Dekabr 2013 05:57
Salam Emin. Ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Anar | 29 Noyabr 2013 15:21
Salam hekim. ikiterefli kriptorxizm xesteliyi var idi oglumda. Emeliyyat etdirdik, amma xayalar hele de yerinde deyil. bilmek isterdim emeliyyatdan sonra xayalar yerine dushmeye biler? usagin 2 yasi var.
Dr.Orxan Agabəyov | 2 Dekabr 2013 05:45
Salam Anar. Əməliyyatdan sonra, xayalar kisədə olmalıdır. Əgər belə deyilsə, deməli hansısa problem var. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
visal | 29 Noyabr 2013 15:03
salam hekim menim 17 yasim var penisim ereksiyadan once 6-7 sm ereksiya vaxti 12 sm olur bu normaldi sizce zehmet olmasa sualimi cavablandirardiz.
Dr.Orxan Agabəyov | 2 Dekabr 2013 05:51
Salam Visal. Bəli, normaldı, penisin ereksiya vəziyyətində 12 sm-dən artıq uzunluğu normal sayılır. Uğurlar.
elnur | 29 Noyabr 2013 14:40
Salam doktor men hazirda bakida deyilem gelen kimi yaniniza mutleq gelib daha deqiq meslehet alacagam men seksde cox ehtirasliyam heddinden artiq adi qadina baxanda sehvet hissi qalxir axinma bas verir .az maye sire halinda bunun ne qeder ziyani xeyri var ve bu sperma sayilir? 2 sualim hervgun bosaliram el ile subayam isimle bagli qadinla temasda ola bilmirem demek olar ki her gun bosaliram 1 defe ozum de idmanla mesgul oluram bunun cox xahis edirem xeyrini ve ziyanini yazardiniz da zehmet olmada evvelceden minnetdaram cox sagolun
Dr.Orxan Agabəyov | 2 Dekabr 2013 05:45
Salam Elnur. 1.Bu şirə, çox güman ki, Kuper vəzilərinin ifraz etdiyi şirədi və hansısa xəstəliyin əlaməti deyil. Bu şirə, sürtgü(smazka) funksiyasını yerinə yetirir və cinsi əlaqənin komfortlu(rahat) keçməyi üçündür. 2. Əgər masturbasiya, vərdişə çevrilirsə, bu gələcəkdə müəyyən cinsi problemlərə gətirib çıxara bilər. Bu mütləq şərt deyil - hər şey normal da ola bilər, sadəcə masturbasiyaya öyrəşən kişilərdə belə bir ehtimal var. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
resad | 29 Noyabr 2013 12:48
Salam hekim, Heyat yoldadim 5-6 heftelik hamiledi, biz nevaxtdan cinsi elaqede ola bilerik? Umumiyyetle hamilelik muddetinde cinsi elaqede necenci ayindan necenci ayadek normal sayilir?
Dr.Orxan Agabəyov | 2 Dekabr 2013 05:39
Salam Resad. Hamiləlik vaxtı cinsi həyat yaşamaq olar, amma elə hallar olur ki, ginekoloq  məhdudiyyət goysun. Ən yaxşısı müalicə edən ginekoloqla məsləhətləşin. Uğurlar.
Elvin | 29 Noyabr 2013 12:30
Hekim men 1 aydi bir qizla yawayiram her gun onunla olurdum indi 2 3 gun oalr cinsiyet orqanimda qawinma var arada bir de cox azcana wire kimi nese gelir o ne ola biler???
Dr.Orxan Agabəyov | 30 Noyabr 2013 09:50
Salam Elvin. Bu cinsi infeksiya ilə yoluxmanın əlaməti ola bilər. Cinsi infeksiyaları yoxlayıb, müalicə kursu keçməyiniz məsləhətdir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.