Əli | 2 Dekabr 2014 05:27
Salam doktor.45 yaşım var.əvvəldən tez boşalma problemim olub.son ildə potensiyanın da getdikcə zəifləməsini hiss edirəm.Cinsi orqanımda da kiçilmə hiss edirəm.bunların müalicəsi varmı? Çox sağ olun.
Dr.Orxan Agabəyov | 2 Dekabr 2014 07:18
Salam Əli. Çox güman ki, bu problemlərin əsasında hormonal balansıln pozulması durur. Hər bir halda, bu yaşda cinsi fəaliyyətin artırılmasına nail olmaq olar, sadəcə düzgün müalicə strategiyası seçilməlidir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
alihuseyn | 1 Dekabr 2014 20:56
Əssalamu ələykum. Həkim spermoqramma analizi vermişəm
Nəticə: ASTENOPİOSPERMİYA
Bunun müalicəsi çətindir yoxsa asan?
Dr.Orxan Agabəyov | 2 Dekabr 2014 07:18
Salam Alihuseyn. Əslində müalicə ya düzgün olur ya da qeyri-düzgün, yəni düzgün müalicə təyin olunursa - müalicənin nəticəsi olur. O ki qaldı, astonopiospermiya diaqnozuna (yəni spermada irinin olması və hərəkətli spermotozoidlərin az olması), bu situasiyanın səbəbləri müəyyənləşdirilməlidir, cinsi infeksiyaların olub-olmaması, prostat vəzinin hal-hazırki vəziyyəti dəqiqləşdirdikdən sonra, düzgün müalicə kursu təyin etmək olar. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Qulam | 1 Dekabr 2014 19:57
Salam həkim. Mende arada sarı rəngdə ifrazat olur. Onu deyim ki amms göynəmə ağrı yoxdu. Ciddi bir şeydi?
Dr.Orxan Agabəyov | 2 Dekabr 2014 07:18
Salam Qulam. Bu ifrazatın olmağı göstərir ki, sidik-cinsiyyət sistemində iltihabi proses var. Bu prosesin səbəbləri dəqqiqləşdirildikdən sonra, müalicə kursu keçməyiniz məsləhətdir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
elsan | 1 Dekabr 2014 13:39
Salam hekim onceden derin tesekkurumu bildirirem.hekim 31yasim var 1ildi aileliyem .usag olmur.yay aylarinda analiz verdim yadimda bu qalib passivlik 0% bilmirem birde ne idi oda 0% yalniz aktivlik 1% idi.hekim bilmek isteyirem 1% qaldirmaq mumkundurmu ya yox ? Ve ya bu artik sonsuzluq demekdir ? Cox sagolun Allah razi olsun
Dr.Orxan Agabəyov | 2 Dekabr 2014 07:18
Salam Elsan. Spermoqrammada hərəkətliliyin sıfır və ya bir faizə bərabər olması, cinsiyyət sistemində ciddi problemlərdən xəbər verir. Bu səbəblər müəyyənləşdirilməlidir - elə səbəblər var ki, müalicə ilə nəticə əldə etmək olar, elə səbəblər var ki, süni mayalandırma proseduru daha məqsədəuyğun sayılır. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Elsan | 1 Dekabr 2014 13:13
Salam hekim onceden derin tesekkurumu bildirirem.hekim 31yasim var 1ildi aileliyem .usag olmur.yay aylarinda analiz verdim yadimda bu qalib passivlik 0% bilmirem birde ne idi oda 0% yalniz aktivlik 1% idi.hekim bilmek isteyirem 1% qaldirmaq mumkundurmu ya yox ? Ve ya bu artik sonsuzluq demekdir ? Cox sagolun Allah razi olsun
Dr.Orxan Agabəyov | 2 Dekabr 2014 07:47
Salam Elsan. Spermoqrammada hərəkətlilik faizlərinin sıfır və ya bir faizə bərabər olması. cinsiyyət sistemində çox ciddi problemlərin olmasından xəbər verir. Dəqiq proqnoz vermək üçün bu problemlər araşdırılmalıdır, elə səbəblər var ki müalicə mümkündür, elə səbəblər var ki, süni mayalandırma prosedurudaha məqsədəuyğun sayılır. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Geoloq. | 1 Dekabr 2014 13:10
Salam Hekim. Menim sualim uzdeki tuklerle baglidir. Eger qizla tez tez olursansa ve bosalirsansa bu uzdeki tuklerin seyrek cixmasina tesir ede biler?.
Dr.Orxan Agabəyov | 2 Dekabr 2014 07:47
Salam Geoloq. Üzdə tüklənmənin intensivliyi, cinsi əlaqələrin və ya boşalmaların sayından tamamilə asılı deyil. Tüklənmə yalnız cinsi hormonlardan və individual xüsusiyyətlərdən asılıdır. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Anar | 1 Dekabr 2014 05:29
Salam hekim men sidiye gedende yandirir gedirem tam gede bilmirem agirlig his edire.xaiw edirem meni melumatlandirasiz
Dr.Orxan Agabəyov | 2 Dekabr 2014 07:19
Salam Anar.Bu əlamətlər, sidik-cinsiyyət sistemində olan iltihabi prosesin (prostatit) əlamətləri ola bilər. Dəqiqləşdirib, müalicə kursu keçməyiniz məsləhətdir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
İsmayil | 1 Dekabr 2014 03:37
Salam hekim mende gece yatanda axtmalar olur sol xayadada agrlar his edremki cinsi infeksiya var onun mualcesi 3 4 il lengise nece olar
Dr.Orxan Agabəyov | 2 Dekabr 2014 07:20
Salam İsmayil. Əgər cinsi infeksiya varsa və 3-4 il müalicə olunmursa - bu cinsiyyət sistemində çox ciddi problemlərin yaranmasına, demək olar cinsiyyət sisteminin tam məhv omasına gətirib çıxara bilər. Niyə cinsi infeksiyanın olmasını bilib, 3-4 il müalicə etmək istəmirsiz, anlaya bilmirəm. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
lale | 30 Noyabr 2014 14:25
1, 5yasi var oglumun.ikiterefli kriptorxizm var.10ayliginda emeliyat olub.hec bir xayadi yerinde yoxdur. Bir terefi atrofikdir deyib kesibler. Ikinci teref de5mm. Men inaadim ona gore laporaskopiyaya ikinci emeliyyata salmamis mrt etdirmek isteyirem ozum de hekimem menw meslehet verin
Dr.Orxan Agabəyov | 2 Dekabr 2014 07:47
Salam Lale. Bu sual uşaq uroloquna verilsə, daha düzgün olar, amma dəqiq diaqnostika belə əməliyyatdan öncə vacibdir. Uğurlar.
Elcin | 30 Noyabr 2014 06:37
Salam Hekim, xahis edirem sualima cavab veresiniz,mende muayine cavablari normaldirmi? : MAKROSKOPIK MUAYINE : (miqdari-3,8) ,( rengi-az sarimtil),(qoxu-spesifik),(gorunusu-selikli) FIZIKI - KIMYEVI XASSELERI:(qatiligi-0,4sm),(reaksiya-7,7),(durulasma -60), NATIV PREPARATIN MIKROSKOPIK TESVIRI: (spermatogenez huceyreler 2%),(leykositler 7-8g/s),(eritrositler- yox), (makrofaqlar- yox),(epitel huceyreler-1-2g/s),(lesitin deneleri-orta miqdarda),(amilloid cisimleri -),(betxer kristallari-tek-tek),(selik-orta selikli),(aqreqasiya ),(spermaqlutinasiya ),(trixomonadalar -),(maya gobeleyi -), SAYI:(1ml-da sperm -55mln),(butun say-209mln),HEREKETLILIK:(hereketlilik-68%),(hereketsiz-32%),HEREKETLILIK XUSUSIYYETI :(feal hereket-26%),(yavas hereket 22%),(yerinde hereket-20%),(hereketsiz-32%), MARFOLOGIYA:(norma; spermetozoidler-66%),(degenerativ spermatozoidler-34%),(bascigin deffekti 18%),(makrobas ),(ikibasli ), (boyun ve orta hisselerin defekti-12%),(quyrugun defekti-4%),(ikiquyruqlu )
Dr.Orxan Agabəyov | 2 Dekabr 2014 07:47
Salam Elcin. Spermoqrammanın əsas göstəriciləri normaya uyğundur, amma analiz köhnə normativlər olan klinikada verilib, hal hazırda müasir normativlərə görə spermoqrammada spermotozoidlər hərəkətlilik aktivliyinə görə 4 grupa deyil, 3grupa bölünür. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.