namik | 1 Dekabr 2013 11:12
salam hekim menim sualim odurki mende hormon problemleri var testestaron cox asaqdir 25 dir bunun cinsi zeyiflikle elaqesi varmi? ve varsa mualicesi mumkundurmu?
Dr.Orxan Agabəyov | 3 Dekabr 2013 08:22
Salam Namik. Bəli, kişinin cinsi güçü birbaşa testosteronun səviyyəsindən asılıdır. Əgər testosteronun səviyyəsi normadan aşağıdırsa, müalicə kursu nəticəsində qaldırmaq olur. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Teymur | 1 Dekabr 2013 08:08
salam hekim. Menim uzun muddetdiki, qadinla yaxinliq edende tez bosaliram hemde 1 defeden artiq ola bilmirem penisim 12 sm dir isteyirem boyutmek menim problemime bir care eger lazimdisa yaniza gele bilerem
Dr.Orxan Agabəyov | 3 Dekabr 2013 08:22
Salam Teymur. Sizdə, həm potensiyanın zəifləməsi, həmdə erkən boşalma problemi var. Potensiyanın zəifləməsi səbəbləri - psixoloji(daimi stresslər, gərginlik,depressiya) və orqanik (prostatit, hormonal pozğunluq və s.) ola bilər. Erkən boşalmanın, müxtəlif səbəbləri var - penisin dərisinin hiperhəssaslığı, cinsiyyat sistemində iltihabi prosess, psixoloji səbəblər. Bu səbəbləri müəyyənləşdirib, düzgün müalicə təyin etmək olar. Penisin ereksiya vəziyyətində 12 sm-dən artıq uzunluğu, normaya uyğun sayılır. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Wako | 1 Dekabr 2013 08:03
Salam hekim... Size bele bir sualim var. Hekim menim cinsi orqanimda yeni penisimde xirdavari noqteler var, sayi cox deyil. bu ne ile baglidir, Ikinci sualim ise hekim arada cinsellik bagli nese hiss etdikde mende cinsi orqanimda Wire kimi maye gelir... Cox sagolun hekim...
Dr.Orxan Agabəyov | 3 Dekabr 2013 08:05
Salam Wako. 1. Dəri problemlərinin qiyabi diaqnostikası mümkün deyil. 2. Bu şirə, çox güman ki, Kuper vəzilərinin ifraz etdiyi şirədi və hansısa xəstəliyin əlaməti deyil. Bu şirə, sürtgü(smazka) funksiyasını yerinə yetirir və cinsi əlaqənin komfortlu(rahat) keçməyi üçündür. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
ayten | 1 Dekabr 2013 07:45
salam doktor men bilek isteyirem eger spermaqqramanin gostericileri normaya uygundursa lakin kiside cinsi zeiflik varsa usaginin olmamasina tesir ede bilermi?cox xais edirem etrafli cavab veresiz. zeifliyi prostatinda olan kistadan ve xayada olan kistadan ve leykositin normadan biraz artiq olmasindan ola bilermi?cunki psixoloji faktordan asili deyil.
Dr.Orxan Agabəyov | 3 Dekabr 2013 08:05
Salam Ayten. Əgər kişi lazım olan günlərdə(ovulyasiya periodu) cinsi əlaqədə ola bilirsə, mövcud problemlərin hamiləlik ehtimalına aidiyyatı yoxdur. Cinsi zəifliyin səbəbini müəyyənləşdirmək üçün fərqli diaqnostika lazımdır(xayada olan kistanın aiadiyyatı yoxdur). Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Selim | 1 Dekabr 2013 07:01
Salam hekim.. Men bowalandan sonra cinsi orqanimin baw hisselerinde kut agri olur bunun sebebi ne ola biler?birdeki vena damari biraz ox bayira cixir onun bir ziyani olmazki?
Evvelceden twk
Dr.Orxan Agabəyov | 3 Dekabr 2013 08:05
Salam Selim. 1. Ola bilər, uretrit(sidik kanalının iltihabı) əlaməti olsun. Dəqiqləşdirib, müalicə kursu keçməyiniz məsləhətdir. 2. Əgər xaya zonasında damarlarlar genişlənibsə - varikosele xəstəliyin əlaməti ola bilər. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Sarif | 30 Noyabr 2013 21:59
Salam,size sualim mende xayalarim kicikdir..27 yasim var ve irana da getdim orada emeliyeat oldum xayamdan analiz goturduler dediler inkisafdan qalib.. ve huceyre faizi demek olar ki 0 faizdi...bunun caresi varmi? yeni xaya inkisafa gelsin... birdeki erken bosaliram
Dr.Orxan Agabəyov | 3 Dekabr 2013 08:05
Salam Sarif. 1. Əgər xayalarda hipotrofiya varsa və spermoqramma göstəriciləri sıfıra bərabərdirsə, süni mayalandırma daha düzgün variantdı(xayalarda spermotozoid tapılması şərti ilə). 2. Erkən boşalmanın, müxtəlif səbəbləri var - penisin dərisinin hiperhəssaslığı, cinsiyyat sistemində iltihabi prosess, psixoloji səbəblər. Bu səbəbləri müəyyənləşdirib, düzgün müalicə təyin etmək olar. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
kaka996 | 30 Noyabr 2013 18:45
salam orxan muellim size suallarim var 23yasim var mene ele gelirki penisim balacadi olmus halda 8-9sm duranda ise10-11sm olur ?birde sidiye gedende aradabir olurki qiriq-qiriq ve cetinlikle sidiye gedirem?ve 6-7gunden bir masturbasiya edirem bosalandan sonra sidiye gedende cetinlik cekirem goynerti olur ve qiriq-qiriq gedirem bilmek isteyerdim ki bu ne ile elaqelidir ve mene gelecekde problem yasadacaq yoxsa yox zehmet olmasa cavablandirardiniz tesekkur edirem
Dr.Orxan Agabəyov | 3 Dekabr 2013 08:05
Salam Kaka996. 1. Penisin ereksiya vəziyyətində 12 sm-dən artıq uzunluğu, normaya uyğun sayılır. 2. Ola bilər, uretrit(sidik kanalınn iltihabı) əlamətidir, dəqiqləşdirib müalicə kursu keçməyiniz məsləhətdir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
nicat | 30 Noyabr 2013 18:22
salam.hekim normal cinsiyet orqani nece sm olmalidir.sizin klinika harda Yerlewir?
Dr.Orxan Agabəyov | 2 Dekabr 2013 07:20
Salam Nicat. 1. Penisin ereksiya vəziyyətində 12 sm-dən artıq uzunluğu, normaya uyğun sayılır. 2. Nyu-med klinikası, Həsən Əliyev küçəsi, 29 (Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının yanı). Qəbul vaxtını dəqiqləşdirmək üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlayın. Uğurlar.
Ali | 30 Noyabr 2013 17:33
Salam hekim! MEn sizin qebulunuzda olmaq isteyirem. Nece duwe bilerem. Narahatciliga gore bagiwlayin/
Dr.Orxan Agabəyov | 2 Dekabr 2013 07:16
Salam Ali. Qəbul vaxtını dəqiqləşdirmək üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlayın. Uğurlar.
Bextiyar | 30 Noyabr 2013 17:08
Salam hekim. Men ayaqyoluna agir getdiyimde sperma axir. bunun ne kimi tehlukeli oldugunu bilmek isterdim. usagin olmasina problemi var? 1ile yaxindi qadinla elaqede olmuram. 1de xayalaraimda herden agri hiss edirem. bu neden ola biler? onceden tesekkur
Dr.Orxan Agabəyov | 2 Dekabr 2013 06:32
Salam Bextiyar. 1. Bu durğunluq prostatitin(prostat vəzinin iltihabı) əlaməti ola bilər. Dəqiqləşdirib, müalicə kursu keçməyiniz məsləhətdir. 2. Kişilərdə uşağın olub-olmaması spermanın keyfiyyətindən asılıdır - yoxlamaq üçün spermoqramma analizi vermək lazımdır. 3. Xaya ağrılarının səbəbi, müxtəlif ola bilər - epididimit(xaya artımının iltihabı), varikosele(damar genişlənməsi), orxit(xayaların iltihabı). Dəqiqləşdirmək üçün, xayaların doppler müayinəsindən keçmək, məsləhətdir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.