Emil | 2 Dekabr 2013 08:46
Salam hekim.Man da cinsiyyat orqanin ust hissende damarlar shishib ve 10 ildir ki sidiya gederkan tazyiq ve oyanma yoxdur. ve sidik haca formasinda cixir. 15-16 hekime getmishem.Natica yoxdur.Cox sag olun
Dr.Orxan Agabəyov | 3 Dekabr 2013 08:57
Salam Emil. Bu əlamətlər prostatit(prostat vəzinin iltihabı) əlamətləridir. Belə intensiv həkimləri dəyişmək məsləhət deyil - bir həkimin müalicəsini axıra kimi aparın. Uğurlar.
aydin | 2 Dekabr 2013 08:14
salam hekim. hekim men de bir prablem. men ayaqyoluna agir gedende sperma axir bu neden ola biler? zehmet olmasa mektubuma bir cavab yazasiz.tewekur edirem.
Dr.Orxan Agabəyov | 3 Dekabr 2013 08:50
Salam Aydın. Bu durğunluq prostatiti(prostat vəzinin iltihabı) əlamətidir. Dəqiqləşdirib, müalicə kursu keçməyiniz məsləhətdir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
resad | 1 Dekabr 2013 20:34
salam hekim. cinsiyyet orqanimin daha yogun ve yeke olmasi ucun nese elemek olar?
Dr.Orxan Agabəyov | 3 Dekabr 2013 08:45
Salam Resad. Penisin ereksiya vəziyyətində 12 sm-dən artıq uzunluğu, normaya uyğun sayılır. Cinsi orqanın ölçülərinin artırmaq üçün 2 variant var - əməliyyat (liqamentotomiya) və ekstenderlərin (xüsusi cihazların) istifadəsi. Uğurlar.
ayan | 1 Dekabr 2013 19:26
salam hekim cinsi elaqeye girmek istedik ama orqani orqanima girmiri lakin qan geldi 2 3 damci...qizliq perdesi acilibmi>>??acilibsa ne ucun elaqe bas tutmadi?//cox xais edirem cavab yazin....
Dr.Orxan Agabəyov | 3 Dekabr 2013 08:52
Salam Ayan. Ola bilər qorxu və ya həyacan nəticəsində, uşaqlıq yolu ətrafında olan əzələlərdə spazm baş verib. Hər halda qan gəlirsə, deməli bakirəlik pərdəsi zədələnib. Dəqiqləşdirmək üçün, ginekoloqun əyani qəbulunda olmaq məsləhətdir. Uğurlar.
Mahir | 1 Dekabr 2013 17:20
Salam hekim mene Azoospermiya diaqnozi qoyulub buna ne etmek olar mualicesi var ve ya yox
Dr.Orxan Agabəyov | 3 Dekabr 2013 08:52
Salam Mahir. Azoospermiyanın müalicəsi bu problemi yaradan səbəblərdən asılıdır, amma hər halda çox çətindir. Səbəbləri dəqiqləşdirib, düzgün strategiya seçmək olar. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
senan | 1 Dekabr 2013 15:49
salam hekim ünvanınızı yaza bilersiz? klinikanın yeni
Dr.Orxan Agabəyov | 3 Dekabr 2013 08:44
Salam Senan. Nyu-med klinikası, Həsən Əliyev küçəsi, 29 (Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının yanı). Qəbul vaxtını dəqiqləşdirmək üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlayın. Uğurlar.
aysel | 1 Dekabr 2013 13:48
salam hekim mende ureplazma urealaktium infekciasi cixdi hekim yoldawiminda muayine olunmasini lazim bildi.ancag yoldawimin hec bir wikayeti yoxdu yeni sidiye cixma zamani agri, spermanin oz ozune axmasi ve s. bilmey istiyirem o analizi spermadan vermey mumkundu yoxsa mutleq yaxmadan analiz vermelidi? cunki yoldawim yaxma analizini vermeyden cox qorxur
Dr.Orxan Agabəyov | 3 Dekabr 2013 08:33
Salam Aysel. 1. Adətən uraplazma infeksiyası heç bir əlamət vermir, əlamətlərin olmaması hələ infeksiyanın olmaması deyil. 2. Spermada ureaplazmanı yoxlamırlar, yaxmada yoxlamaq məsləhətdir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
sebuhi | 1 Dekabr 2013 13:42
salam hekim bagislayin sizi narahat eledim hekim menim 20 yasim var cinsi zeyiflikden problemim var.mence cox zeyifdi qiznan opuserken veyaxud olarken durmur buda mende stres yaradir vidiyolara baxarken ele olur gec durur geceler yatarken cox dusunurem mene qorxu hissi getirir geleceyimden qorxuram mene komek edin sizden xahis edirem
Dr.Orxan Agabəyov | 3 Dekabr 2013 08:33
Salam Sebuhi. 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlayın, çalışaram Sizə kömək edim. Uğurlar.
Emil | 1 Dekabr 2013 12:48
Salam hekim Varikosel emeliyyati olandan sonra sperma fealiyyetine texminen nece faize qeder komey edib artirir mumkuse texmini faiz yazardiniz sol terefden
Dr.Orxan Agabəyov | 3 Dekabr 2013 08:40
Salam Emil. Bu situasiyada proqnoz etmək mümkün deyil, sadəcə əməliyyatdan sonra göstəricilər normaya uyğun olmalıdır. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Xelil | 1 Dekabr 2013 12:10
Hekim salam menim cinsi orqanim biraz qisadi isteyirem biaz daha böyük olsun 20 yașim var bu yașdan sora cinsi orqan uzanir?uzanmirsa ne etmeliyemki bir azdaha uzansin?
Dr.Orxan Agabəyov | 3 Dekabr 2013 08:32
Salam Xelil. Adətən penisin inkişafı 17-19 yaşa kimi davam edir. Cinsi orqanın ölçülərinin artırmaq üçün 2 variant var - əməliyyat (liqamentotomiya) və ekstenderlərin (xüsusi cihazların) istifadəsi. Uğurlar.