ANDROLOQ
DR. ORXAN AĞABƏYOV
Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq...
ƏTRAFLI MƏLUMAT

Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq biznesdə uğurun əldə olunmasına qədər - kömək edən gücü qazanır. Buna görə də kişi sağlamlığı sahəsində problemlər zamanı mütəxəssisə vaxtında müraciət etmək vacibdir.

Mən,  həkim - androloq olaraq, mənə müraciət edən hər bir insana kömək etməyə, düzgün müalicə təyin etməyə, etibarlı və uzun müddətli münasibətlər qurmağa çalışıram. Öz sağlamlığınızı mənə etibar edərkən, Siz  dəqiq diaqnostika və keyfiyyətli müalicəyə əmin ola bilərsiniz.

Hörmətlə, Dr. Orxan Ağabəyov

Şəffaflıq və açıqlıq
Mən hər şeyi ətraflı şəkildə izah edirəm: bu və ya digər analizlər nə üçün tələb olunur və onlar nəyi göstərirlər; nəyə görə mən belə diaqnoz təyin edirəm və Sizin xəstəliyinizin/probleminizin səbəbi nədir; optimal müalicə sxemi hansıdır və nə üçün o Sizin üçün optimaldır.
Sizdən artıq heç nə tələb olunmur
Yalnız diaqnozun təyin edilməsi üçün lazımi analizlər və müayinələr, ən asan və effektiv müalicə sxemləri (heç bir lazımsız dərman preparatları, iynələr və s. təyin edilmir)
Qorxutmaq yoxdur
Mən hesab edirəm ki, pasiyenti qorxutmaq olmaz. Konsultasiyadan sonra Sizdə diaqnoz ilə bağlı heç bir qorxu və anlaşılmazlıq qalmayacaq.
Əks əlaqə
Əgər müalicə zamanı sizdə əlavə suallar yaranarsa, nəyisə dəqiqləşdirmək lazım olarsa, Siz sadəcə olaraq mənim mobil telefon nömrəmə zəng edəcəksiniz və hərtərəfli cavablar və tövsiyyələr alacaqsınız.
samir | 2 Dekabr 2013 20:45
salam.doktor cinsi elaqeden sonra profilaktik olaraq sidik kanalinin icine mn mehlulu vurmuwam.indi sanki distal hissede qawinma hiss olunur.2 gun kecib cinsi elaqeden.bu herhansi virusun neticesi olar?yoxsa antiseptikin tesirinnen selikli qiwa zedelenib?
Dr.Orxan Agabəyov | 4 Dekabr 2013 05:30
Salam Samir. Bunu qiyabi olaraq demək olmaz- 2-3 gün gözləyin, əgər əlamətlər davam edirsə, cinsi infeksiyaları yoxlamaq məsləhətdir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Togrul | 2 Dekabr 2013 20:29
Hekim salam.Siflis xesteliyinin 2 ci merhelesi mualice olunandi?
Dr.Orxan Agabəyov | 4 Dekabr 2013 05:30
Salam Togrul. Bəli, müalicə olunur. Uğurlar.
Gizlii | 2 Dekabr 2013 19:52
Salam Hekim, narahtciliga gore uzur isteyirem.... Men yeni evliyem biz niwanli vaxti niwanlimla arxadan olurdux demek ama herdefe deyil 10 defe demek olar olmuwuq bunun dogus vaxti bir ziyani ola bilermi?
Dr.Orxan Agabəyov | 4 Dekabr 2013 05:30
Salam Gizli. Xeyr, anal seksin doğuş prosesinə aidiyyatı yoxdur. Uğurlar.
adilaz | 2 Dekabr 2013 17:33
salam hekim.Men ilk defe cinsi elaqede olanda penisim durmadi,sonra cox zeif durdu.Ondan beri düsunuremki mende cinsi zeiflik var.birde penisim gec durur tez bosalir ancaq duranda mohkem olur.xais edirem hekim mene meslehet verin.
Dr.Orxan Agabəyov | 3 Dekabr 2013 09:19
Salam Adil. Sizdə, həm potensiyanın zəifləməsi, həmdə erkən boşalma problemi var. Potensiyanın zəifləməsi səbəbləri  - psixoloji(daimi stresslər, gərginlik,depressiya) və orqanik (prostatit, hormonal pozğunluq və s.) ola bilər.  Erkən boşalmanın, müxtəlif səbəbləri var - penisin dərisinin hiperhəssaslığı, cinsiyyat sistemində iltihabi prosess, psixoloji səbəblər. Bu səbəbləri müəyyənləşdirib, düzgün müalicə təyin etmək olar. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
rafik | 2 Dekabr 2013 17:32
salam doktor gec bosalmaqcin men l dermandan istifade edirem bu mene ziyan deyilki?
Dr.Orxan Agabəyov | 3 Dekabr 2013 09:19
Salam Rafiq. Bu tip vasitələr erkən boşalmanın müalicəsində istifadə olunmur. Erkən boşalmanın, müxtəlif səbəbləri var - penisin dərisinin hiperhəssaslığı, cinsiyyat sistemində iltihabi prosess, psixoloji səbəblər. Bu səbəbləri müəyyənləşdirib, düzgün müalicə təyin etmək olar. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
sadiq | 2 Dekabr 2013 14:31
Salam doktor.38 yasim var.cinsi orqaninda,daha deqiq desek qolovkanin qiraginda tek 1 eded et xal meydana gelib.3 ay evvel cox kicik idi.bu gun gorurem azca boyuyub.bu nedir?
Dr.Orxan Agabəyov | 3 Dekabr 2013 09:10
Salam Sadiq. Çox güman ki,  cinsi infeksiya olan - papillomavirusun əlamətidir. Birinci növbədə papillomavirun tipini müəyyənləşdirmək, sonra isə müalicə lazımdır. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
ramil | 2 Dekabr 2013 14:24
Salam hekim men sizin yerleshdirdiyiniz meqaleleri oxuduqca daha da emin oluram ki men de prostatimda problem var.menim 31 yashim var ishim otura ishdir.ozumde mueyyen menada cinsi zeiflik hiss edirem.qeyd edim ki aileliyem ve bir ovladim var.men bu mualicenin texmini olaraq ne qeder vesait teleb etdiyi ile maraqlanmaq isteyirem.bilmek isteyirem menim bu mualiceye imkanim catar yox sa yox.evvelceden teshekkur edirem
Dr.Orxan Agabəyov | 3 Dekabr 2013 09:10
Salam Ramil. Bütün qiymətlər münasibdir, daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlayın. Uğurlar.
yuventus | 2 Dekabr 2013 12:26
salam doxtor..bugun bir neferle oldum..2 defe dalbadal ola bildim..ama 3cu defe olarken penisim olurdu tam durmurdu 1saata qeder caliwdi partnyorum ama bitire bilmedim elaqeni...hemde diyimki aciydim yimeyde yimemiwdim savsem...bu neyle bagli ola biler???..27yawim var herweyde normaldi wikayetim yoxdu prosta bugunki sobet hecde ureyacan olmadi
Dr.Orxan Agabəyov | 3 Dekabr 2013 09:10
Salam Yuventus. Bu hansısa problemin olması demək deyil, bütün kişilərdə 1-2 dəfə həmişəki vəziyyətdən daha zəif cinsi əlaqə ola bilər. Əgər bu hal təkrarlanırsa - bax bu halda nədənsə şübhələnmək olar. Rahatlaşın və bir müddətdən sonra təkar cinsi əlaqədə olun və çalışın özünüzə güvənli olun. Uğurlar.
Elgun | 2 Dekabr 2013 12:12
Salam hekim .xaiw edirem cavab yazin .men xroniki prastatitden mualice aldim 2 gundu mualice bitib.elaqede oluram.ama qasiq nahiyelrde ve xayalarimda herden aqri olur sidiye gedende axirda yapiwqan kimi gelir.bunu nece bawa duwmek olar.bir azda gözleyim ya hekim yeniden muaneden kecmeliyem .elave vaxtim olmur gelmek isteyrem gelmeden qabaq hansi analizleri verim cavabin getirim?cox xaiw edirem cavab yazin.
Dr.Orxan Agabəyov | 3 Dekabr 2013 09:08
Salam Elgun. Ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlayın. Uğurlar.
Nicat | 2 Dekabr 2013 11:14
Həkim salam. Erriksiyanin zəyifliyi və penisin altındamn gedən damarın sərtliyinin zəyif olması haqqında məlumat verməyinizi xahiş edirəm. Bunnan başka erriksiyanin uzun muddetli olmasi üçün mualicələr almaq olarmi?
Dr.Orxan Agabəyov | 3 Dekabr 2013 09:02
Salam Nicat. Ereksiya problemləri haqqında ətraflı cinsi zəiflik məqaləsində oxuya bilərsiz. Ereksiya problemlərinin müalicəsi var. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.