ANDROLOQ
DR. ORXAN AĞABƏYOV
Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq...
ƏTRAFLI MƏLUMAT

Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq biznesdə uğurun əldə olunmasına qədər - kömək edən gücü qazanır. Buna görə də kişi sağlamlığı sahəsində problemlər zamanı mütəxəssisə vaxtında müraciət etmək vacibdir.

Mən,  həkim - androloq olaraq, mənə müraciət edən hər bir insana kömək etməyə, düzgün müalicə təyin etməyə, etibarlı və uzun müddətli münasibətlər qurmağa çalışıram. Öz sağlamlığınızı mənə etibar edərkən, Siz  dəqiq diaqnostika və keyfiyyətli müalicəyə əmin ola bilərsiniz.

Hörmətlə, Dr. Orxan Ağabəyov

Şəffaflıq və açıqlıq
Mən hər şeyi ətraflı şəkildə izah edirəm: bu və ya digər analizlər nə üçün tələb olunur və onlar nəyi göstərirlər; nəyə görə mən belə diaqnoz təyin edirəm və Sizin xəstəliyinizin/probleminizin səbəbi nədir; optimal müalicə sxemi hansıdır və nə üçün o Sizin üçün optimaldır.
Sizdən artıq heç nə tələb olunmur
Yalnız diaqnozun təyin edilməsi üçün lazımi analizlər və müayinələr, ən asan və effektiv müalicə sxemləri (heç bir lazımsız dərman preparatları, iynələr və s. təyin edilmir)
Qorxutmaq yoxdur
Mən hesab edirəm ki, pasiyenti qorxutmaq olmaz. Konsultasiyadan sonra Sizdə diaqnoz ilə bağlı heç bir qorxu və anlaşılmazlıq qalmayacaq.
Əks əlaqə
Əgər müalicə zamanı sizdə əlavə suallar yaranarsa, nəyisə dəqiqləşdirmək lazım olarsa, Siz sadəcə olaraq mənim mobil telefon nömrəmə zəng edəcəksiniz və hərtərəfli cavablar və tövsiyyələr alacaqsınız.
samir | 6 Dekabr 2013 18:54
salam hekim.Menim penisim duranda uzu asagi eyri olur.Onu dumduz elemey ucun ne mualice var?
Dr.Orxan Agabəyov | 8 Dekabr 2013 21:17
Salam Samir. Yüngül dərəcəli penis əyriliyi bir çox kişidə var və xüsusi müalicə tələb etmir. Əgər əyrilik artırsa və ereksiya problemləri yaranırsa, müalicə olunmalıdır. Əməliyyat və ya dərman preparatları ilə müalicə, əyriliyin səviyyəsindən asılıdır. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Qudret | 6 Dekabr 2013 15:00
Salam hekim.Meim 46 yasim var.1-ay evvel yoxlanisda oldum ve prostatda das askar olundu.Zehmet olmasa deyin bunun mualicesi varmi?Cinsi hevesimde cox azalib.
Dr.Orxan Agabəyov | 8 Dekabr 2013 21:11
Salam Qudret. Prostat vəzidə kalsinatların(daşların) olması xroniki prostatitin əlamətidir. Kalsınatları dərman preparatları ilə aradan qaldırmaq, demək olar ki mümkün deyil. Əgər aşkarlanan kalsinatlar Sizi narahat etmirsə, xüsusi müalicə tələb olunmur, amma ağrılar və ya narahatlıq varsa - prostatitin müalicəsi aparılmalıdır. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Ruslan | 6 Dekabr 2013 15:00
Həkim Salam. Mən 2 aydır ailə qurmuşam. Mənim penisimin ölçüsü 10 Sm. Bu ölçü uşağın olmamasına getirib çixarta bilər.? Xahiş edirəm cavab yazın.
Dr.Orxan Agabəyov | 8 Dekabr 2013 21:04
Salam Ruslan. Penis ölşüsünün uşaq olub-olmamasına aidiyyatı yoxdur. Kişilərdə uşağın olub-olmaması yalnız spermanın keyfiyyətindən asılıdır - yoxlamaq üçün spermoqramma analizi vermək lazımdır.  Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Tural | 6 Dekabr 2013 14:42
Salam Hekim.men de erken bosalma gedir.bir defe xesteliye yeni soyuqdeymeye tutulmusdum 35-40% yoxlatdirdim.mualice aldim.ama yene erken bosalma gedir.hem de tez ehtraslanma gedir.ne suyu deyrler onun erken olmasi problem yaradir?yeni sirelenme
Dr.Orxan Agabəyov | 8 Dekabr 2013 21:04
Salam Tural. Erkən boşalmanın səbəbləri müxtəlifdir: Kişi cinsiyyət sisteminin iltihabi xəstəlikləri (prostatitlər, vezikulitlər) ; Penisin dərisinin həddən artıq həssaslığı ;Cinsi həyata başlayarkən həyəcan və spermanın boşalmasına nəzarət etmə təcrübəsinin olmaması ; Cinsi uğursuzluq gözləmə sindromu (bir dəfə baş vermiş uğursuzluq gələn dəfə də təkrarlanmağı gözləməyə vadar edir), bəzi digər fobiyalar və nevrozlar. Səbəbini dəqiq müəyyənləşdirdikdən sonra, düzgün və effektiv müalicə təyin etmək olar. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
fazil | 6 Dekabr 2013 12:10
salam hekim xaish edirem sualima aydinliq ketiresiniz prastat masajindan sonra sidikdan sonra 8 `9 damci qan galir ne ile elaqeli ola biler cox sagolun
Dr.Orxan Agabəyov | 8 Dekabr 2013 20:39
Salam Fazil. Bu çox ciddi əlamətdir, mütləq massajı dayandırın - çox güman ki prostat vəzidə kalsinatlar var və bu halda prostat massajı qəti qadağandır. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
anonim | 6 Dekabr 2013 09:12
Salam hekim.Baqiwlayin narahat edirem mende bowalma tez olduquna gore cinsi elaqede olmaq ucun hansi dermandan istifade olunur? ve yoldawim hamile qala bilermi bundan istifade olunsa? nese ziyani var ?
Dr.Orxan Agabəyov | 8 Dekabr 2013 20:52
Salam Anonim. Erkən boşalmanın, müxtəlif səbəbləri var - penisin dərisinin hiperhəssaslığı, cinsiyyat sistemində iltihabi prosess, psixoloji səbəblər. Bu səbəbləri müəyyənləşdirib, düzgün müalicə təyin etmək olar. Müalicədə istifadə olunan dərman preparatları, hamiləlik ehtimalına təsir etmir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
ferid | 6 Dekabr 2013 08:47
salam hekim 25 yawim var subayam ve hec vaxt cinsi elaqede olmamisam tez bowaliram men,bunun sebebini oyrene bilerem?evvelceden cox sagolun
Dr.Orxan Agabəyov | 8 Dekabr 2013 20:39
Salam Ferid. Erkən boşalma diaqnozu, masturbasiya zamanı deyil, real cinsi əlaqə zamanı boşalmanın tez olduğunda təyin edilir. Tezliklə cinsi həyata başalayın və əgər boşalma erkən olarsa(bir necə dəfə) - müalicə kursu keçməyiniz məsləhətdir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
rovshen | 6 Dekabr 2013 06:10
salam hekim ! hekim prostatda PSA 7,15 olanda RAK olur yoxsa sadece bu shishdir?
Dr.Orxan Agabəyov | 8 Dekabr 2013 20:39
Salam Rovshen. PSA -nın göstəricisi normadan yuxarıdır, amma dəqiq diaqnoz təyin etmək üçün təkcə PSA kifayət deyil, başqa vacib göstəricilər var. Dəqiqləşdirib, düzgün diaqnoz təyin etmək olar. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Lale | 6 Dekabr 2013 06:07
Salam hekim.Men 1 aydir ki,aileliyem.Demek olar ki,elaqe zamani ehtiras hiss etmirem,hec qutara da bilmirem.Deyim ki,niwanli olanda bele niwanlim meni uzumden opende cox ehtiraslanirdim.Bezi problemlerle elaqedar cox fikir eleyirem,bunun onunla baqli oldugunu duwunurem.Sizce ne ede bilerem? 2-ci sualim ise yoldawimda baw veren deyiwiklikler meni narahat edir.Taniwligimiza qeder cox partnorlar deyiwib.Ozude cox ehtirasli biridir.Toyumuzdan 2 ay once analiz verib ve melum olub ki,faizi 30 cixib.Bununla elaqedar mualice goturub.Men de hemcinin esebi oldugu ucun ona1 aydir pusturnik,bayariwnik,valeryan verirem.Indi bilmirem dermanlarin tesiridi nedi demek olar ki,isteyi yoxdur.Cox gec gec elaqede oluruq,cox vaxt hec ola da bilmirik.Sizce bunlara sebeb nedir?
Dr.Orxan Agabəyov | 8 Dekabr 2013 20:39
Salam Lale. Siz hələ ailə həyatını yeni qurmusuz, və cinsi həyatında ilk ayıdır, ona görə bu tip problemlər ola bilər. Əgər bir müddətdən sonra cinsi həyatda dəyişikliklər olmursa - orqanizmdə olan səbəblər müəyyənləşdirilməlidir. Yoldaşınızda isə potensiyanın zəifləməsi halları var. Səbəblər müxtəlif ola bilər - psixoloji(daimi stresslər, gərginlik,depressiya) və orqanik (prostatit, hormonal pozğunluq və s.). Bu səbəbləri müəyyənləşdirib, düzgün müalicə təyin etmək olar. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Anar | 5 Dekabr 2013 22:09
Salam hekim bagislayin narahat eleyirem size bir sualla muracirt etmek isterdim men qadinla olanda cox gec durur ve cox tez olur bele et kimi olur xais edirem komek ederdiz cox sagolun
Dr.Orxan Agabəyov | 7 Dekabr 2013 07:48
Salam Anar. Sizdə ereksiya(sərtlik) problemləri var. Səbəblər müxtəlif ola bilər - psixoloji(daimi stresslər, gərginlik,depressiya) və orqanik (prostatit, hormonal pozğunluq və s.). Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.