Seymur | 8 Dekabr 2013 05:48
salam hekim.cinsi orqani tebii yolla nece boyutmek olar?
Dr.Orxan Agabəyov | 9 Dekabr 2013 08:51
Salam Seymur. Penisin ereksiya vəziyyətində 12 sm-dən artıq uzunluğu, normaya uyğun sayılır. Penisin ölçülərinin artmasının heç bir təbii yolu yoxdur. Cinsi orqanın ölçülərinin artırmaq üçün 2 variant var - əməliyyat (liqamentotomiya) və ekstenderlərin (xüsusi cihazların) istifadəsi. Uğurlar.
Kamran | 8 Dekabr 2013 04:18
Hekim menim problemim var ,cinsi elaqe zamani heddinnen artiq tez bosaliram.maraqsiz olur soyuyuram cinsi elaqeden.meslehet verin bunun mualicesi varmi?Hekim men mastubrasiya etmiyende öz özüne sperma gelir bunun sebebi ne ola biler.tebiiki mastubrasiyanin arasi 10-15gün olanda
Dr.Orxan Agabəyov | 9 Dekabr 2013 08:51
Salam Kamran. Erkən boşalmanın, müxtəlif səbəbləri var - penisin dərisinin hiperhəssaslığı, cinsiyyat sistemində iltihabi prosess, psixoloji səbəblər. Bu səbəbləri müəyyənləşdirib, düzgün müalicə təyin etmək olar. Gecə boşalmaların(pollusiyaların) səbəbi müntəzəm cinsi həyatın(boşalmaların) olmamasıdır. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
ayaz | 7 Dekabr 2013 23:31
salam hakim,avvalgadan tasakkur ediram komayiniza gora,men 3 gun qabaq ginsi alaqada olmusam va onnan sora kanalda ele bil qovurguqlar kimi bir seylar kekir bu nayin alamatidi
Dr.Orxan Agabəyov | 8 Dekabr 2013 21:54
Salam Ayaz. Bu cinsi infeksiyanın əlaməti ola bilər. Dəqiqləşdirib, müalicə kursu keçməyiniz məsləhətdir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Samir | 7 Dekabr 2013 18:36
Salam, Hekim, Sidikden umumi bio analiz verdikde Hiv le bagli nese olub olmadigini texmin etmek mumkundurmu ? Yeni bele deyek, Ehemiyyetli problem yoxdursa eger analizde, Hiv simptomu yene ola bilermi, Hiv umumi Immun catish
azligi ile baglidi, bu sebebden yeni Istenilen analizde ozunu gostere biler deye dushunurem, yanilmiram ?
Dr.Orxan Agabəyov | 8 Dekabr 2013 21:48
Salam Samir. Bu analiz sidikdə deyil qanda yoxlanılır və hər bir klinikada aparılır, qiyməti - 5-6 AZN-dir. Uğurlar.
Tolik | 7 Dekabr 2013 16:24
Salam hekim, siz deyirsiniz ki, cinsi orqanin olculerini artirmaq ucun 2 yol var. Bes 3-cu yol - penis boyutme heblerinden istifadeni meslehet gormursunuz? Eger meslehetdise hemin hebleri hardan elde etmek olar?
Dr.Orxan Agabəyov | 8 Dekabr 2013 21:44
Salam Tolik. Penisin ereksiya vəziyyətində 12 sm-dən artıq uzunluğu, normaya uyğun sayılır. Əgər hormonal çatışmamazlıq yoxdursa, penisin ölçülərinə heç bir dərman preparatı təsir etmir. Uğurlar.
mehri | 7 Dekabr 2013 15:03
doktor menim yoldasim 2 il bundan evvel varikoseliden operasiya olunub, amma men hele hamile qala bilmirem. axirinci spermotogrammasi aktiv hereket 40%, passiv hereket 15%, hereketsiz 45% idi, bu normaldir yoxsa.
Dr.Orxan Agabəyov | 8 Dekabr 2013 21:48
Salam Mehri. Yazdığınız göstəricilər normaya uyğundur, amma spermoqrammada başqa vacib göstəricilər var. Əgər onlarda normaya uyğundursa, hamiləliyin yaranmamasında kişi faktoru yoxdur. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Nurlan | 7 Dekabr 2013 14:11
Salam hekim.5-6 ay qabaq boyrek genislenmesinden emeliyyat olunmusam..Stend kanaldan 3 ayin tamaminda cixardilib.Stend cixandan 8 gun sonradan sidik bulanniqdir ve helede bele davam edir xahis edirem meslehet vererdiniz..Evvelceden tesekkur edirem.
Dr.Orxan Agabəyov | 8 Dekabr 2013 21:36
Salam Nurlan. Uroloqun əyani qəbuluna getməyiniz məsləhətdir. Uğurlar.
fermail | 7 Dekabr 2013 13:34
Doktor Salam. Narahat edirəm sualım vadı. Doktor mən masturbasiya zamanı və sonra xayalarım ağrıyır. Əllə toxundukda lap çox ağrıyır. 20 yaşım var. Xaiş edirəm kömək edəsiz...
Dr.Orxan Agabəyov | 8 Dekabr 2013 21:36
Salam Fermail. Xaya ağrılarının səbəbi, müxtəlif ola bilər - epididimit(xaya artımının iltihabı), varikosele(damar genişlənməsi), orxit(xayaların iltihabı). Dəqiqləşdirmək üçün, xayaların doppler müayinəsindən keçmək, məsləhətdir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
arif | 7 Dekabr 2013 12:50
Salam hekim men bilmek isteyiremki her hansi bir perepartlar varmi cinsiyet orqanin boyutmekcun....... Ve uzr isteyirem bu xarici pornolarda baxanda olarda ele hamisinda boyukdur..... Porno sayitlarda dermanlar reklam olunur boyutmekcun bunlar efekt verir ??? Vaxtinizi aldigimcun uzr isteyirem..
Dr.Orxan Agabəyov | 8 Dekabr 2013 21:36
Salam Arif. Penisin ereksiya vəziyyətində 12 sm-dən artıq uzunluğu, normaya uyğun sayılır. Əgər hormonal çatışmamazlıq yoxdursa, penisin ölçülərinə heç bir dərman preparatı təsir etmir. Uğurlar.
intizam | 7 Dekabr 2013 08:46
salam orxan bey 40yawim var cinsi orqanimda goynemeler var herden sancilarda olur . mumkunse bu neden ola biler ne meslehet gorursuz? birde qeyd edimki qara ciyerimde berkime var onunla elaqeli ola biler bu?
Dr.Orxan Agabəyov | 8 Dekabr 2013 21:25
Salam İntizam. Bu ya cinsi infeksiyanın əlaməti yada cinsiyyət sistemində iltihabi prosesin əlamətidir, qara ciyər problemləri ilə əlaqəsi yoxdur. Dəqiqləşdirib, müalicə kursu keçməyiniz məsləhətdir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.