ANDROLOQ
DR. ORXAN AĞABƏYOV
Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq...
ƏTRAFLI MƏLUMAT

Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq biznesdə uğurun əldə olunmasına qədər - kömək edən gücü qazanır. Buna görə də kişi sağlamlığı sahəsində problemlər zamanı mütəxəssisə vaxtında müraciət etmək vacibdir.

Mən,  həkim - androloq olaraq, mənə müraciət edən hər bir insana kömək etməyə, düzgün müalicə təyin etməyə, etibarlı və uzun müddətli münasibətlər qurmağa çalışıram. Öz sağlamlığınızı mənə etibar edərkən, Siz  dəqiq diaqnostika və keyfiyyətli müalicəyə əmin ola bilərsiniz.

Hörmətlə, Dr. Orxan Ağabəyov

Şəffaflıq və açıqlıq
Mən hər şeyi ətraflı şəkildə izah edirəm: bu və ya digər analizlər nə üçün tələb olunur və onlar nəyi göstərirlər; nəyə görə mən belə diaqnoz təyin edirəm və Sizin xəstəliyinizin/probleminizin səbəbi nədir; optimal müalicə sxemi hansıdır və nə üçün o Sizin üçün optimaldır.
Sizdən artıq heç nə tələb olunmur
Yalnız diaqnozun təyin edilməsi üçün lazımi analizlər və müayinələr, ən asan və effektiv müalicə sxemləri (heç bir lazımsız dərman preparatları, iynələr və s. təyin edilmir)
Qorxutmaq yoxdur
Mən hesab edirəm ki, pasiyenti qorxutmaq olmaz. Konsultasiyadan sonra Sizdə diaqnoz ilə bağlı heç bir qorxu və anlaşılmazlıq qalmayacaq.
Əks əlaqə
Əgər müalicə zamanı sizdə əlavə suallar yaranarsa, nəyisə dəqiqləşdirmək lazım olarsa, Siz sadəcə olaraq mənim mobil telefon nömrəmə zəng edəcəksiniz və hərtərəfli cavablar və tövsiyyələr alacaqsınız.
Ferid | 9 Dekabr 2013 06:10
SALAM HEKİM HORMANAL DEYİSİKLİKDEN CELD İRELEME HEREKETİ 0% OLA BİLER?YOXSA BASQA SEBEBLERDENDİR.
Dr.Orxan Agabəyov | 10 Dekabr 2013 06:47
Salam Ferid. Ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlayın. Uğurlar.
nazim | 9 Dekabr 2013 04:48
Salam doktor. mənim problemim ondan ibarətdir ki,yoldaşımla üzr istəyirəm müəyyən "sevgi oyunları"ndan sonra cinsi əlaqəyə başlamaq istərkən yenə üzr istəyirəm məndə belə deyək də "ölür". bu da mənə çox pis təsir edir. onu da bildirim ki,adətən səhərlər saat 6-7 radələrində məndə "daş kimi"olur,ancaq yaxınlığa həvəsim olmur. 10-11 radələrində isə həvəs yaranır cinsi yaxınlığa. onu da deyim ki, mənim cinsiyyət orqanlarım yaxşı inkişaf edib. bir müddət stress yaşadımığımdan belə başa düşürəm ki,onun da təsiri var. ailədaxili problemlər də var bizdə. belə ki,mən ür istəyirəm də ailəyik. ancaq bir-birimizi başa düşmədiyimiz vaxtlar çox olub.yenə də ümüdüm sizədir. təşəkkür edirəm.
Dr.Orxan Agabəyov | 10 Dekabr 2013 06:41
Salam Nazim. Bu daha çox, psixoloji səbəbləri olan problemdir. Yəni, cinsi əlaqə başlayanda, Sizdə müəyyən narahatlıq yaranır - ereksiya necə olacaq? Daxil ola biləcəm? və s. Bu narahatlıq, ereksiyanın normal mexanizmlərini pozur və nəticədə, ereksiya itir. Müalicədə, həm dərman preparatları, həmdə rasional psixoterapiya metodlarından istifadə olunur. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Aydin | 8 Dekabr 2013 19:44
Salam hekim menim bel hissemde (sonuncu qabirganin altinda), qasiq hissemde agrilar olur , xayanin alt hissesine toxunduqda agri olur adi halda olmur ,varikoselden suphelenirem 20 yasim var ,agrilar evellce belde baslayib, birde hekim sizde spermoqramma analizini xestxana daxilinde yox evde anliz qabina goturub vermek olarmi?
Dr.Orxan Agabəyov | 10 Dekabr 2013 06:41
Salam Aydın. Xaya ağrılarının səbəbi, müxtəlif ola bilər - epididimit(xaya artımının iltihabı), varikosele(damar genişlənməsi), orxit(xayaların iltihabı). Dəqiqləşdirmək üçün, xayaların doppler müayinəsindən keçmək, məsləhətdir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Elmir | 8 Dekabr 2013 18:13
Həkim salam.Mən bir ildir evliyəm uşağımız olmur.14.11.2013-də analiz verdim.Nəticələr belədir.Fiziki-kimyəvi gös. 1.Həcmi---3.5..Durulaşma vaxtı---20d..Özülllük--0.4...Rəng ağ bozumtul.pH---7.7.1mleyakulyatda---41min...Mikroskopiya ....Bütün eyakulyatda spermin sayı---143..a)aktif düz xəttli irəli---23%...b)zəyif düz və ya düzxəttli ---19%...c)Yerində aktif rotasyon--24%......d) hərəkətsiz---34.Degenratif forma ---24%...Degenrativ baş--8...Deg. boyun----4...Degen.quyruq----12...Leykosit---1-3.Spermotegenez elementləri----0.9%...Selik az miqdar... Lesetin dənəcikləri------ orta miqdar.....Bu nəticələrlə mən ata ola bilərəmmi?Əvvəlcədən sizə öz təşəkkürümü bildirirəm Hörmətlə Elmir
Dr.Orxan Agabəyov | 9 Dekabr 2013 19:22
Salam Elmir. Spermoqrammanın əsas göstəricilərindən olan hərəkətlilik faizləri normadan aşağıdır(fərq o qədərdə böyük deyil), amma analiz köhnə normativlər olan klinikada verilib, hal hazırda müasir normativlərə görə spermoqrammada spermotozoidlər hərəkətlilik aktivliyinə görə 4 grupa deyil, 3grupa bölünür. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Vugar | 8 Dekabr 2013 15:35
salam Doxdur.bilmek isterdimki oz ozune gurtarmanin kiwi ucun hansisa bir zereri varmi? prostata ziyani oldugu deyilir ...bu ne derecede dogrudur?cox sagolun
Dr.Orxan Agabəyov | 9 Dekabr 2013 19:22
Salam Vugar. Əgər masturbasiya, vərdişə çevrilirsə, bu gələcəkdə müəyyən cinsi problemlərə gətirib çıxara bilər. Bu mütləq şərt deyil - hər şey normal da ola bilər, sadəcə masturbasiyaya öyrəşən kişilərdə belə bir ehtimal var. Uğurlar.
Asif | 8 Dekabr 2013 14:59
Salam həkim.məndə erkən boşalma var.xaiş edirəm mənə bir mualicə usulu deyərdiniz.əvvəlcədən təşəkkür edirəm.
Dr.Orxan Agabəyov | 9 Dekabr 2013 09:01
Salam Asif. Erkən boşalmanın, müxtəlif səbəbləri var - penisin dərisinin hiperhəssaslığı, cinsiyyat sistemində iltihabi prosess, psixoloji səbəblər. Bu səbəbləri müəyyənləşdirib, düzgün müalicə təyin etmək olar. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
ulvin | 8 Dekabr 2013 13:42
salam hekim, 20 yawim var ilk intimim ugursuz olub bu 17yawimda baw vermiwdi, bu yawdan sonra hansi qizla olsam tez qurtariram hem, hem ilk ugursuzluqdan sonra sanki inkiwaf deyandi pensimde, mene gore pensim balacadi qalxaq veziyetde 16 sm olur bu ise mende beynimde suallar dogurur birden qizin xowuna gelmez die, bu qizla elaqe zamani baw verir, ne ede bilerem pensimin boyumesicun?hem bu tez bowalmamaqcun?
Dr.Orxan Agabəyov | 9 Dekabr 2013 09:01
Salam Ulvin. 1.Erkən boşalmanın səbəbləri müxtəlifdir: Kişi cinsiyyət sisteminin iltihabi xəstəlikləri (prostatitlər, vezikulitlər) ; Penisin dərisinin həddən artıq həssaslığı ;Cinsi həyata başlayarkən həyəcan və spermanın boşalmasına nəzarət etmə təcrübəsinin olmaması ; Cinsi uğursuzluq gözləmə sindromu (bir dəfə baş vermiş uğursuzluq gələn dəfə də təkrarlanmağı gözləməyə vadar edir), bəzi digər fobiyalar və nevrozlar. Səbəbini dəqiq müəyyənləşdirdikdən sonra, düzgün və effektiv müalicə təyin etmək olar. 2. Penisin ereksiya vəziyyətində 12 sm-dən artıq uzunluğu, normaya uyğun sayılır. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Tahir | 8 Dekabr 2013 12:22
Salam Hekim.Oncelikle bize bele bir serait yaratdiginiz ucun size tesekkurumu bildirirem.Menimde size bir sualim var.Demeli bir il 4-5 ay bunnan qabag men bir qiznan cinsi elaqede oldum onnan sora bele bir gostericiler cixdi ortaya sidiy zamani goyneme oz ozune axma ve cemi bir defede qeribe bir rengde maye gelmiwdi bilmedim nedi.Bu gostericilerde cemi 1-2 gun davam eledi.Sora duzeldi.Indide arada bir olurki axir.Bawga ama agri yoxdu hec bir problem yoxdu bir xayamin biri digerinden nisbeten boyukdu ama ve cox yox bir az sallanir oda hemiwe yox normal berk oldugu halda olur.Bilmey istiyerdimki her hansi bir infeksiya kece biler eger en pisi kecibse, ustunnen bu geder vaxt kecib mualice ucun gec olmaz?
Dr.Orxan Agabəyov | 9 Dekabr 2013 09:01
Salam Tahir. Bəli, cinsi infeksiya yoluxma ehtimalı var, amma nəə qədər çox müddət cinsi infeksiya orqanizmdə qalırsa, bir o qədər problemlər çoxalır. Cinsi infeksiyaları yoxlamaq məsləhətdir. Dəqiqləşdirdikdən sonra, düzgün müalicə təyin etmək olar. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
fail | 8 Dekabr 2013 11:08
salam hekim zehmet olmasa analizmin cavabl ovladlm ola bilermi zehmet olmasa ozum 5 ildir aileliyem hekimlerin sehlenkarllqlndan 5 ildir eziyet cekirem umud yerim ALLAH sunrada siz hekimsizse menim ovladlmln olmaslna eminliyle deye bilersizse size muarciet edirem meni emin edin ki ovladlm ola biler ya bilmez minetdaram.
Dr.Orxan Agabəyov | 9 Dekabr 2013 08:51
Salam Fail. Siz analizlərin cavabını yazmamısız, nəticələri görmədən müalicə haqqında proqnoz vermək olmur. Analizlərin cavabını yazın və ya 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlayın. Uğurlar.
Rasim | 8 Dekabr 2013 11:00
Salam hekim. Minet eletdirende penise her hansi ciddi infeksiya duse biler?
Dr.Orxan Agabəyov | 9 Dekabr 2013 08:51
Salam Rasim. Oral seks zamanı bir çox ciinsi infeksiya ilə yoluxma mümkündür. Bu ehtimal vaqinal seksdən daha azdır, amma belə ehtimal var. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.