ANDROLOQ
DR. ORXAN AĞABƏYOV
Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq...
ƏTRAFLI MƏLUMAT

Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq biznesdə uğurun əldə olunmasına qədər - kömək edən gücü qazanır. Buna görə də kişi sağlamlığı sahəsində problemlər zamanı mütəxəssisə vaxtında müraciət etmək vacibdir.

Mən,  həkim - androloq olaraq, mənə müraciət edən hər bir insana kömək etməyə, düzgün müalicə təyin etməyə, etibarlı və uzun müddətli münasibətlər qurmağa çalışıram. Öz sağlamlığınızı mənə etibar edərkən, Siz  dəqiq diaqnostika və keyfiyyətli müalicəyə əmin ola bilərsiniz.

Hörmətlə, Dr. Orxan Ağabəyov

Şəffaflıq və açıqlıq
Mən hər şeyi ətraflı şəkildə izah edirəm: bu və ya digər analizlər nə üçün tələb olunur və onlar nəyi göstərirlər; nəyə görə mən belə diaqnoz təyin edirəm və Sizin xəstəliyinizin/probleminizin səbəbi nədir; optimal müalicə sxemi hansıdır və nə üçün o Sizin üçün optimaldır.
Sizdən artıq heç nə tələb olunmur
Yalnız diaqnozun təyin edilməsi üçün lazımi analizlər və müayinələr, ən asan və effektiv müalicə sxemləri (heç bir lazımsız dərman preparatları, iynələr və s. təyin edilmir)
Qorxutmaq yoxdur
Mən hesab edirəm ki, pasiyenti qorxutmaq olmaz. Konsultasiyadan sonra Sizdə diaqnoz ilə bağlı heç bir qorxu və anlaşılmazlıq qalmayacaq.
Əks əlaqə
Əgər müalicə zamanı sizdə əlavə suallar yaranarsa, nəyisə dəqiqləşdirmək lazım olarsa, Siz sadəcə olaraq mənim mobil telefon nömrəmə zəng edəcəksiniz və hərtərəfli cavablar və tövsiyyələr alacaqsınız.
Anonim | 14 Dekabr 2013 08:52
Salam dr. Qebula yazilmaq lazimdir?
Dr.Orxan Agabəyov | 15 Dekabr 2013 17:52
Salam Anonim. Qəbul vaxtını dəqiqləşdirmək üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlayın. Uğurlar.
turan | 13 Dekabr 2013 23:17
salam hekim 24yawim var subayam penis ereksiya zamani 13-14sm amma ereksiya vaxti penis duz qalir yeniki yuxari qalxmir amma belede cinsi elaqede ola bilirem amma elaqe zamani dayansam 1-deq kecenedek penis ereksiyasini itirir....bu mende nevaxtdan yarandiginida bilmirem...bilmey olar neye gore beledi?ve gelecekde ne kimi prablem ola biler?.....amma coooox xaiw elyrem etrafli cvb yazardiz
Dr.Orxan Agabəyov | 15 Dekabr 2013 17:41
Salam Turan. Bu daha çox, psixoloji səbəbləri olan problemdir. Yəni, cinsi əlaqə başlayanda, Sizdə müəyyən narahatlıq yaranır - ereksiya necə olacaq? Daxil ola biləcəm? və s. Bu narahatlıq, ereksiyanın normal mexanizmlərini pozur və nəticədə, ereksiya itir. Müalicədə, həm dərman preparatları, həmdə rasional psixoterapiya metodlarından istifadə olunur. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Farhad | 13 Dekabr 2013 09:51
Доктор Добрый день, Скоро собираюсь построить семью. Хочу провериться перед вступлением в близость. Посоветуйте какие анализы, проверки нужно сделать. Спасибо большое.
Dr.Orxan Agabəyov | 14 Dekabr 2013 09:57
Здравствуйте Farhad.  Для подробной информации, свяжитесь со мной по телефонам 055 655 00 66 и 050 363 83 86. Удачи
elvin veliev | 12 Dekabr 2013 23:58
salam. doktor xanima arxadan bu xestelik kecmiwdi 2 ay olarki mualice alib qurtarib ve mende bu xanimla anal elaqede oldum bu herpes adlanan xestelik kecer mene uzr istirem
Dr.Orxan Agabəyov | 14 Dekabr 2013 09:48
Salam Elvin. Herpes xəsəliyinin birdəfəlik müalicəsi yoxdur, ona görədə yoluxma riski həmişə olur. Əgər əlamətlər yaransa, mütləq müalicə olunun. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Vasif | 12 Dekabr 2013 23:11
menim 17 yawim var uzumde demey olar tuk cixmir bu ise meni cox narahat edir neqeder Allaha wukur herwey yerinde olsada ona gore uzde tuk cixmasi ucun bir derman,preparat ,nese bir wey diyin xahiw Doctor Evvelceden tewekkurler
Dr.Orxan Agabəyov | 15 Dekabr 2013 17:46
Salam Vasif. Üzdə tük çıxması genetikadan asılıdır birdə tüklənmə prosesi individualdır, kimdəsə tez başlayır, kimdəsə gec. Yalnız hormonlarla bağlıdırsa, müəyyən müalicəyə ehtiyac olur. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
erkin erkinli | 12 Dekabr 2013 21:48
Salam hekim,menim size bir nece sualim var..1-ci sualim budur ki menim 24 yasim var hec vaxt da cinsi elaqede olmamiwam,amma heddinden artiq ehtirasliyam..masturbasiya ile ozumu bosaldiram amma ki bu da dinnen xosa gelmeyen bir sey olduguna gore tergitmek isteyirem..demek olar ki el ile tualetde sperm atmagi tergitmisem..amma ki gene de ehtiraslaniram,ozumu gucle gunahdan saxlayiram..xususen de geceler yatanda ehtiras meni bogur,penisim durur daim,xususen geceler yerime uzanan kimi,bir de ki,seher seher yuxudan oyanan kimi ehtiraslaniram,uzu quyulu uzanib cinsi elaqede olurmus kimi tesevvurume getirib doseye surtunub ehtirasimi oldurmeye calisiram ve bir cox hallarda sperma gelmek isteyende bogub saxlayiram.icine sorulur ..amma bir cox hallarda gelir..size sualim budur ki, bu hallar normaldir mi ve menim gelecek cinsi heyatima tesir ede biler mi??ve mende her hansisa xestelik yarada biler mi??bu hallar mende her gece bas verir,ne edim ki men bunu tergizdirim??? 2-ci bir sualim da odur ki,men aile qurmaga hazirlwiram, yuxarida qeyd etdiyim hallar aile qurmagimdan sonra problem yarada bilermi??tez qurtarmaqdan danisiram,yani bu ola biler mi???nece eleyim ki bu bas vermesin aile qurduqdan sonra oz xanimimi memnun ve razi edim???
Dr.Orxan Agabəyov | 15 Dekabr 2013 17:41
Salam Erkin. 1. Sizdə olan əlamətlər, orqanizmlə bağlıdır, yəni 24 yaşlı kişidə mütləq cinsi həyat(boşalmalar) olmalıdır və bunu qarşısını almaq tamamilə səhvdir. 2. Bəli, müxtəlif problem yarana bilər, bu da həm cinsi təcrübənin olmaması həmdə cinsiyyət sistemində durğunluq prosesləri ilə əlaqədar ola bilər. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
problem | 12 Dekabr 2013 21:20
hekim men qadinimnormal vaxtda bosaliram ala cinsi munasibetde oluram amma o hec bir sey hiss etmir meni sevir men de normal vaxtda bosaliram qadinima mualice texminen ne qeder xerc lazimdir
Dr.Orxan Agabəyov | 14 Dekabr 2013 09:44
Salam Problem. Bu sualı ginekoloqa verməyiniz daha düzgün olar. Uğurlar.
Elşan | 12 Dekabr 2013 20:49
Salam Hekım.iltihabı sebeb nedir? bılmek ısterdım
Dr.Orxan Agabəyov | 14 Dekabr 2013 09:40
Salam Elşan. Sual aydın deyil, dəqiqləşdirmək üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Ruslan | 12 Dekabr 2013 19:54
Salam həkim.onu bilmək istərdim ki toy gecəsi bir dəfə boşalmaq lazımdır yoxsa bunun məhdudiyyət i yoxdur? Yəni uşağa görə doğulmasında Təşəkkürlər
Dr.Orxan Agabəyov | 14 Dekabr 2013 09:39
Salam Ruslan. Toy gecəsi boşalmaq sayına məhdudiyyət yoxdur, amma hamiləlik adətən birinci toy gecəsi yaranmır(bu bir çox faktordan asılıdır). Kişilərdə uşağın olub-olmaması yalnız spermanın keyfiyyətindən asılıdır - yoxlamaq üçün spermoqramma analizi vermək lazımdır.  Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
zaur | 12 Dekabr 2013 18:06
salam hekim. menim penisimde eyrililik var bunu nece mualice etmek olar
Dr.Orxan Agabəyov | 14 Dekabr 2013 08:19
Salam Zaur. Yüngül dərəcəli penis əyriliyi bir çox kişidə var və xüsusi müalicə tələb etmir. Əgər əyrilik artırsa və ereksiya problemləri yaranırsa, müalicə olunmalıdır. Əməliyyat və ya dərman preparatları ilə müalicə, əyriliyin səviyyəsindən asılıdır. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.