Sentimental | 17 Dekabr 2013 07:49
Salam doctor, mosturbasiya penisin olcusuna tesir edir? ve tesir edibse onu sora berpa elamak olur?
Dr.Orxan Agabəyov | 18 Dekabr 2013 07:16
Salam Sentimental. Masturbasiyanın penis ölçülərinə heç bir təsiri yoxdur. Uğurlar.
Elsad | 16 Dekabr 2013 19:51
Hekim salam bagislayin narahat edirem 31 ir yasim var yasima gore bedenime gore pensim cox balacadi 11 12 sm olar bunu boyutmey olar doktor xayis edirem bir soz deyin
Dr.Orxan Agabəyov | 18 Dekabr 2013 07:05
Salam Elsad. Penisin ereksiya vəziyyətində 12 sm-dən artıq uzunluğu, normaya uyğun sayılır. Cinsi orqanın ölçülərinin artırmaq üçün 2 variant var - əməliyyat (liqamentotomiya) və ekstenderlərin (xüsusi cihazların) istifadəsi. Uğurlar.
ramil | 16 Dekabr 2013 18:59
salam hekim.men bosalan zaman menden xaric olan sperma bezen qirmizi rengde olur bu neden ola biler?
Dr.Orxan Agabəyov | 18 Dekabr 2013 07:12
Salam Ramil. Bu spermada qanın olmasından xəbər verə bilər. Dəqiqləşdirmək üçün, spermoqramma analizi vermək lazımdır. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Vətəndaş | 16 Dekabr 2013 18:39
Salam həkim. Mən toy gecəsi xanımımla ola bilmədim penisim durmadı amma səhər bu problem həll olundu ondan sonra belə bir hal baş vermədi və hərşey normal davam edirdi. Toyumdan təxminən 2 ay sonra mənim sağ ağ ciyərimdə güclü soyuqlamadan böyük bir ləkə yaranmışdı və 2 ay müddətində müalicə ilə xəstəliyim tamamilə sağaldı və mən xəstəxanadan qayıdandan bu günə qədər penisim durmur artiq 2 aya yaxın bir vaxtdır. bu problem aldığım müalicə ilə əlaqədar ola bilərmi və ya başqa bir problemdirmi? Xahiş edirəm mümkün qədər ətraflı cavab verəsiniz. Əvvəlcədən təşəkkürlər.
Dr.Orxan Agabəyov | 18 Dekabr 2013 07:05
Salam Vətəndaş. Bu problem xəstəliklə əlaqədar cinsi həyatda fasilə ilə əlaqədar ola bilər, amma başqa sırf cinsiyyət sisteminin problemləri ilə də bağlı ola bilər. Səbəbləri dəqiqləşdirib, müalicə kursu keçməyiniz məsləhətdir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
dagli balasi | 16 Dekabr 2013 16:00
Salam hekim. menim 23 yasim var, ve cinsi orqanim cox balacadi. erreksiya veziyetinde 10 sm olur. bedenime ve uzumede tuk cixmir. Ne etmeyimi meslehet gorursuz ?
Dr.Orxan Agabəyov | 18 Dekabr 2013 07:05
Salam Daqli. Birinci növbədə hormonların səviyyəsin yoxlamaq və əgər normadan kənar nəticələr varsa, müalicə kursu keçməyiniz məsləhətdir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Togrul | 16 Dekabr 2013 14:54
salam hekim sperqramma analizine gedende en gec ne qeder evvel elaqeda olmaliyiq yeni bele deyim varikoselden emeliyat olmusam 15gundu gedib speqramma analizi versem 15gun muddetinin bir ziyani yoxduki? yoxsa elaqeda olmaliyam imenni 3-7gun olmalidi elaqeda olum 3-7gun sonrami gedim?
Dr.Orxan Agabəyov | 18 Dekabr 2013 06:37
Salam Togrul. Varikosele əməliyyatında sonra, spermoqramma analizi ən tezi - 1 aydan sonra, yaxşı olar ki, 2-3 ay sonra verilsin. Cinsi pəhriz 2-7 gün arası olmalıdır. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Orxan85 | 16 Dekabr 2013 13:35
Salam Hekim men Sizi Naxcivan seherinden narahat edirem.Hekim ilk novbede size bele bir serait yaradiginiz ucun tesekkur edirem.Hekim men cinsi elaqeye girmeden once az miqdarda selik kimi bir sey penisimden daha sonra cinsi elaqeye girdikden sonra cox olmayaraq tez muddetde bosaliram.Damar genislenmesinden sol terefden emeliyyat olunmusam.Basqa hec bir sey olmuyub.Bunun ucun mene meslehitiniz ne ola biler Xais edirem cavablarinizin bir coxunu oxumusam elaqe saxlamaginizi tovsiye edirsiniz mene tam komeklik etseniz cox minnetdar olaram.Isle elaqedar olaraq gele bilmirem Bakiya gelen kimide sizin yaniniza gelerem.Xais edirem komek edin! Tesekkurlerimi bildirirem!
Dr.Orxan Agabəyov | 18 Dekabr 2013 06:37
Salam Orxan85. Erkən boşalmanın səbəbləri müxtəlifdir: Kişi cinsiyyət sisteminin iltihabi xəstəlikləri (prostatitlər, vezikulitlər) ; Penisin dərisinin həddən artıq həssaslığı ;Cinsi həyata başlayarkən həyəcan və spermanın boşalmasına nəzarət etmə təcrübəsinin olmaması ; Cinsi uğursuzluq gözləmə sindromu (bir dəfə baş vermiş uğursuzluq gələn dəfə də təkrarlanmağı gözləməyə vadar edir), bəzi digər fobiyalar və nevrozlar. Səbəbini dəqiq müəyyənləşdirdikdən sonra, düzgün və effektiv müalicə təyin etmək olar. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
umud | 16 Dekabr 2013 12:56
salam hekim.. oglum 5 ayliqdir , xayasinda , gobeyinde qrijasi var . .. agri verirmi bu ??? qeyd edimki gobeyine bandaj baglayiriq, sagalacaq dedi hekim, ama xayasi ele sisdi, masaj edirem iceri girir bagirsaq, cox aglayir, basqa cur care yoxdu, operasiya hacan elemek olar ya tezdi?? yeni narkoza gore qorxuruq.. xais edirem etrafli cavablandirin ,, tesekkur
Dr.Orxan Agabəyov | 18 Dekabr 2013 06:34
Salam Umud. Bu sualı uşaq uroloquna verməyiniz, daha düzgün olar. Uğurlar.
emin | 16 Dekabr 2013 10:33
salam hekim men prasdatdan malice olunmusam yeni arxadan masaj sam birde dermanan indi olmuram hekim menim 30yasim var mende pensim tam berk durmur birde mende arxa terefde gicisme goyneme birde cole cixanda yandirma olur oturandada aqri olur hekim xayis edirem bu nenen elaqeder olar birde hazirda demek olarki maliceden sonra tam yaxsi olmamisam hekimde maliceni dayandirdi saqolun evelceden tesekkur edirem
Dr.Orxan Agabəyov | 17 Dekabr 2013 08:59
Salam Emin. Bu hal onu göstərir ki, ereksiyanı zəiflədə prostatitdən başqa səbəblərdə olub, bu səbəblər müəyyənləşdirilib, müalicə olunmalıdır - bu halda ereksiya problemləri də aradan qalxar. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
rafet | 16 Dekabr 2013 09:42
Salam hekim men subayam gun erzinde 2defeden artiq tez tez qurtarandan sonra mende uzumde sizanaqlar cixir ve 3-4 gun mudetinde gedir neden ibaretdi. qadinla az hallarda oluram
Dr.Orxan Agabəyov | 18 Dekabr 2013 06:33
Salam Rafet. Masturbasıyanın və dəri problemlərinin heç bir əlaqəsi yoxdur. Səpgilərin çıxma səbəbləri dəqiqləşdirib, müalicə kursu keçin. Uğurlar.