ANDROLOQ
DR. ORXAN AĞABƏYOV
Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq...
ƏTRAFLI MƏLUMAT

Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq biznesdə uğurun əldə olunmasına qədər - kömək edən gücü qazanır. Buna görə də kişi sağlamlığı sahəsində problemlər zamanı mütəxəssisə vaxtında müraciət etmək vacibdir.

Mən,  həkim - androloq olaraq, mənə müraciət edən hər bir insana kömək etməyə, düzgün müalicə təyin etməyə, etibarlı və uzun müddətli münasibətlər qurmağa çalışıram. Öz sağlamlığınızı mənə etibar edərkən, Siz  dəqiq diaqnostika və keyfiyyətli müalicəyə əmin ola bilərsiniz.

Hörmətlə, Dr. Orxan Ağabəyov

Şəffaflıq və açıqlıq
Mən hər şeyi ətraflı şəkildə izah edirəm: bu və ya digər analizlər nə üçün tələb olunur və onlar nəyi göstərirlər; nəyə görə mən belə diaqnoz təyin edirəm və Sizin xəstəliyinizin/probleminizin səbəbi nədir; optimal müalicə sxemi hansıdır və nə üçün o Sizin üçün optimaldır.
Sizdən artıq heç nə tələb olunmur
Yalnız diaqnozun təyin edilməsi üçün lazımi analizlər və müayinələr, ən asan və effektiv müalicə sxemləri (heç bir lazımsız dərman preparatları, iynələr və s. təyin edilmir)
Qorxutmaq yoxdur
Mən hesab edirəm ki, pasiyenti qorxutmaq olmaz. Konsultasiyadan sonra Sizdə diaqnoz ilə bağlı heç bir qorxu və anlaşılmazlıq qalmayacaq.
Əks əlaqə
Əgər müalicə zamanı sizdə əlavə suallar yaranarsa, nəyisə dəqiqləşdirmək lazım olarsa, Siz sadəcə olaraq mənim mobil telefon nömrəmə zəng edəcəksiniz və hərtərəfli cavablar və tövsiyyələr alacaqsınız.
NEZRIN | 18 Dekabr 2013 00:11
salam hekim menim sualim beledi sinemde cox problemim var yeni sinem hem cox boyukdu hem bir az salag hemde cox yumwagdi yeni men berk dik olmagn isteyirem bunun ucun ne etmeliyem hansi yollara usullara el atmaliyam
Dr.Orxan Agabəyov | 19 Dekabr 2013 05:37
Salam Nezrin. Sual tamamilə mənim sahəmə aid olmasada, cavab verirəm - trenajor zalında xüsusi məşqlər, problemi həll etməyə kömək edər. Uğurlar.
Rizvan | 17 Dekabr 2013 21:33
Salam doktor spermaqrammamin neticesin zehmet olmasa mene izah ede bilersiz. Evakulyatin miqdari-5, rengi-boz, qatiligi-0,2 ,ph-7.7, durulama vaxti-40deq.,1ml spermatozoidlerin sayi-10, but in spermatazoidlerin sayi-50,aktiv-10,zeif-30,yerinde aktiv-5,hereketsiz-60,deqerativ-6-7,leykositler-100-150,eritrositler-yox,epiteli huceyreleri 1-2,spermatoqnezin elementleri 1-2g/s,selik-az. Cox haiw edirem bunu izah edesiniz
Dr.Orxan Agabəyov | 18 Dekabr 2013 09:19
Salam Rizvan. Əsas göstəricilər - spermotozoidlərin sayı və hərəkətli spermotozoidləriin faizi normadan çox aşağıdır. Birdə leykositlər həddən artıq çoxdur - iltihabın göstəricisidir. Ümumiyyətlə demək olar ki, cinsiyyət sistemində ciddi problemlər var, səbəblərini dəqiqləşdirib, müalicə kursu keçməyiniz məsləhətdir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Yunus | 17 Dekabr 2013 14:58
salam hekim,mende seherler sidiye geende agri olur yanirir,sonra adi vaxt yox bir az ehtiraslanan kimi ag sefaf su gelir ,ele vaxtlarda agrilar olur bu nedendir?etrafli yazin mumkunse
Dr.Orxan Agabəyov | 18 Dekabr 2013 08:08
Salam Yunus. Çox güman ki, Sizdə sidik-cinsiyyət sistemində iltihabi proses var(uretrit, prostatit). Dəqiqləşdirib, müalicə kursu keçməyiniz məsləhətdir. Ehtiraslanma zamanı ifraz olunan şirə, çox güman ki, Kuper vəzilərinin ifraz etdiyi şirədi və hansısa xəstəliyin əlaməti deyil. Bu şirə, sürtgü(smazka) funksiyasını yerinə yetirir və cinsi əlaqənin komfortlu(rahat) keçməyi üçündür. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Orxan | 17 Dekabr 2013 14:46
Salam həkim.Cinsiyyət orqanim tam bərkimir.Muayinəyə gəlmək istəyirdim.Sadəcə öyrənmək istəyirəm ki diaqnoz qoymaq üçün çox vaxt tələb olunur?Yəni penisin tam bərkiməməsinin səbəbini nə qədər müddətə müəyyənləşdirirsiz?
Dr.Orxan Agabəyov | 18 Dekabr 2013 07:59
Salam Orxan. Ereksiya problemlərinin səbəblərini öyrənmək üçün, 1 gün kifayət edir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
nurlan | 17 Dekabr 2013 14:18
Salam həkim. Mənim ovladımda 11 yaşında infeksiya səbəbindən xayalığının birini itirib. Bu çatışmazlığın gələcəkdə ailə həyatında hansı çatışmazlıqlar ortaya çıxara bilər . Birdə övlad sahibi olma ehtimalı neçə faizdir. Öncədən təşəkullər
Dr.Orxan Agabəyov | 18 Dekabr 2013 07:47
Salam Nurlan.  Bir xayanın olmaması, mütləq problem sayılmır, yəni hər şey qaydasındada ola bilər. Kişilərdə uşağın olub-olmaması yalnız spermanın keyfiyyətindən asılıdır - yoxlamaq üçün spermoqramma analizi vermək lazımdır.  Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
vuqar | 17 Dekabr 2013 13:27
salam hekim cox uzur istiyirem sizden artiq derecede sualima gore hekim men cinsi elaqe zamani sertlesme prablemi yasiyiram elaqeye basdiyanda hersey yaxsi olur normal birden eleqe zamani isteksizlik olur sertlesme olmur xais eliyirem bu barede cavab yazasiniz cox tesekkurler.
Dr.Orxan Agabəyov | 18 Dekabr 2013 07:50
Salam Vuqar. Bu daha çox, psixoloji səbəbləri olan problemdir. Yəni, cinsi əlaqə başlayanda, Sizdə müəyyən narahatlıq yaranır - ereksiya necə olacaq? Daxil ola biləcəm? və s. Bu narahatlıq, ereksiyanın normal mexanizmlərini pozur və nəticədə, ereksiya itir. Müalicədə, həm dərman preparatları, həmdə rasional psixoterapiya metodlarından istifadə olunur. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
nicat | 17 Dekabr 2013 13:04
salam hekim. menim 26 yasim var. uzun muddetdiki men cinsi elaqeye gire bilmirem. penisim sertlesmemis bosaliram. penisim sertlesende yuxari yox asaxi terefe sertlesir, bu penis eyriliyi hesab olunur? men ne edimki tez bosalma prablemim olmasin? sagolun. evvelceden tesekkurler.
Dr.Orxan Agabəyov | 18 Dekabr 2013 07:46
Salam Nicat. Sizdə, həm ereksiya problemləri(penis əyrliyi deyil), həmdə erkən boşalma problemi var. Ereksiyanın zəifləməsi səbəbləri  - psixoloji(daimi stresslər, gərginlik,depressiya) və orqanik (prostatit, hormonal pozğunluq və s.) ola bilər.  Erkən boşalmanın, müxtəlif səbəbləri var - penisin dərisinin hiperhəssaslığı, cinsiyyat sistemində iltihabi prosess, psixoloji səbəblər. Bu səbəbləri müəyyənləşdirib, düzgün müalicə təyin etmək olar. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Nihat | 17 Dekabr 2013 12:03
salam hekim,menim sualim movzudan biraz kenardir,bilmek isteyirem ki orqazm(boshalma) vaxti hansi merheleden hesablanir?cinsi orqan qadin cinsi orqanina daxil olandanmi yoxsa ehtiraslandigin andan?daha sade dilde desek .qadinla temasda oluram 10-15 deg,tebi i ki bu muddet erzinde ehtiraslaniram,amma cinsi elaqeye girdikden maximum 2 deg sonra boshaliram.bu barede melumat vererdiniz,onceden teshekkur edirem
Dr.Orxan Agabəyov | 18 Dekabr 2013 07:36
Salam Nihat. Boşalmanın müddəti, penisi vaqinaya daxil etdikdən sonra hesablanır, yəni ehtiraslanma müddəti nəzərə alınmır. Əgər boşalmanın müddəti  2 dəqiqə təşkil edirsə, erkən boşalma problemi var. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Anar | 17 Dekabr 2013 08:49
Salam.35 yaşım var. Aileliyem. 1 övladım var. H/yoldaşımın problemli hamileliyi sebebinden 5 aydır cinsi əlaqədə olmuram. Bu proses 5 ay da bundan sonra davam edə bilər. Evveller de bele olub. Amma bu 2-3 ay davam edib. Hal hazırda heftede 1-2 defe geceler cünub oluram. Zinadan uzagam. Bele uzun müddet əlaqde olmamaq gelecekde hər hansı bir problemin yaranmasına səbəb ola bilermi?
Dr.Orxan Agabəyov | 18 Dekabr 2013 07:32
Salam Anar. Cinsi həyatda uzunmüddətli fasilələr, kişi sağlamlığı üçün çox ziyandır. Belə fasilələrdən sonra kişidə, müxtəlif cinsi problemlər(məsələn erkən boşalma) yarana bilər. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Baby | 17 Dekabr 2013 08:18
Salam Hekim. Menim size bir sualim var. ,menim penisim uzerinde bir nece sizaq kimi balaca sepki var. demeli bele hec bir narahatliq ve ya qasinma vermir. ancaq her defe sixiram ve bir nece gune ve ya aya ici yeniden ag qati sekilli madde ile dolur. sorusmaq istiyirem bu neyin elametidir ve nece mualice etmek olar. Evvelceden tesekkurler.
Dr.Orxan Agabəyov | 18 Dekabr 2013 07:30
Salam Baby. Ola bilər herpes virusu olsun(amma herpesdə qaşınma olmalıdır), ümumiyyətlə dəri problemlərinin qiyabi diaqnostikası mümkün deyil, yalnız baxış zamanı diaqnoz təyin edilir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.