ANDROLOQ
DR. ORXAN AĞABƏYOV
Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq...
ƏTRAFLI MƏLUMAT

Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq biznesdə uğurun əldə olunmasına qədər - kömək edən gücü qazanır. Buna görə də kişi sağlamlığı sahəsində problemlər zamanı mütəxəssisə vaxtında müraciət etmək vacibdir.

Mən,  həkim - androloq olaraq, mənə müraciət edən hər bir insana kömək etməyə, düzgün müalicə təyin etməyə, etibarlı və uzun müddətli münasibətlər qurmağa çalışıram. Öz sağlamlığınızı mənə etibar edərkən, Siz  dəqiq diaqnostika və keyfiyyətli müalicəyə əmin ola bilərsiniz.

Hörmətlə, Dr. Orxan Ağabəyov

Şəffaflıq və açıqlıq
Mən hər şeyi ətraflı şəkildə izah edirəm: bu və ya digər analizlər nə üçün tələb olunur və onlar nəyi göstərirlər; nəyə görə mən belə diaqnoz təyin edirəm və Sizin xəstəliyinizin/probleminizin səbəbi nədir; optimal müalicə sxemi hansıdır və nə üçün o Sizin üçün optimaldır.
Sizdən artıq heç nə tələb olunmur
Yalnız diaqnozun təyin edilməsi üçün lazımi analizlər və müayinələr, ən asan və effektiv müalicə sxemləri (heç bir lazımsız dərman preparatları, iynələr və s. təyin edilmir)
Qorxutmaq yoxdur
Mən hesab edirəm ki, pasiyenti qorxutmaq olmaz. Konsultasiyadan sonra Sizdə diaqnoz ilə bağlı heç bir qorxu və anlaşılmazlıq qalmayacaq.
Əks əlaqə
Əgər müalicə zamanı sizdə əlavə suallar yaranarsa, nəyisə dəqiqləşdirmək lazım olarsa, Siz sadəcə olaraq mənim mobil telefon nömrəmə zəng edəcəksiniz və hərtərəfli cavablar və tövsiyyələr alacaqsınız.
elman | 18 Dekabr 2013 18:33
salam hekim menim penisimin uzerinde xallar cixir sapla baglayiram dusur bir muddet sonra yeniden cixir et xali kimi xal. bu neden ola biler
Dr.Orxan Agabəyov | 19 Dekabr 2013 06:15
Salam Elman. Bu cinsi yolla ötürülən papillomavirus infeksiyasının əlamətidir. Sap və bu kimi üsüllardan istifadə etmək tamamilə düzgün deyil, müalicə etmədən öncə papillomavirusun tipi öyrənilir, sonra isə müalicə üsullarından istifadə edilir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
kamil | 18 Dekabr 2013 17:53
Salam hekim..men texminen iki il bundan qabaq stress kecirmiwem mende beyin aktivliyi 14-17 faizdi ve men beynime gore mualice eletdirdim ve bundan sonra mende cinsi zeiflik yarandi...ve hal hazırda indi mende qizdirma yaranir derman atdiqdan iki saat sonra yeniden gelir..xayamda ele hiss eliyirem ki su yigilir sperma isi durudur..cavabinizi gozleyirem bu cinsi xestelik ola biler.??
Dr.Orxan Agabəyov | 19 Dekabr 2013 06:10
Salam Kamil. Bunu qiyabi olaraq təyin etmək mümkün deyil, sadəcə cinsiyyət sistemininin fəaliyyəti yoxlananadan sonra, cinsi xəstəliklərin olub-olmaması təyin ediləcək. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Tunzale | 18 Dekabr 2013 16:17
Salam həkim. Əvvəl sizə belə bir sayt yaratdığınıza görə minnətdarlığımı bildirirəm.Sualımı tezliklə cavablandırsanız çox şad olaram. Mənim qardaşım 1 il 1aydır ki, ailə həyatı qurub ancaq uşaq sahibi deyil. Həkimlər dedilər 1 il bitməsə heçnə edə bilmərik. 1 ilin tamamında həkimə müraciət etdi və belə bir problemlə qarşılaşdı. Deməli qardaşımda spermatezoidlərin sayı həkimin rəyinə görə çox aşağı vəziyyətdədir. Sizdən bir xahişim var necə bir müalicə lazımdır. və ya müalicəsi varmı ümumiyyətlə.
Dr.Orxan Agabəyov | 19 Dekabr 2013 06:01
Salam Tunzale. Birinci növbədə, spermotozoidlərin normadan az olması səbəbləri müəyyənləşdirilməlidir(varikosele, hormonal pozğunluq və s.), sonra isə düzgün və effektiv müalicə kursu təyin oluna bilər. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Rufet | 18 Dekabr 2013 16:16
Salam hekim. Varikosel emeliyatdan ne qeder sonra mewq etmeye bawlamaq olar?
Dr.Orxan Agabəyov | 19 Dekabr 2013 05:52
Salam Rufet. Varikosele əməliyyatından 2-3 ay sonra, yüngül məşqlərə başlamaq olar. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Orxan | 18 Dekabr 2013 14:18
salam hekim, menim 21yashim var, indiye qeder qizla elaqede olmamisham, bunun menimcun problemleri ola bilermi? Birde masturbasya etdikde sperma az gelir. SEbebi nedir deyerdiz zehmet olmasa.
Dr.Orxan Agabəyov | 19 Dekabr 2013 05:57
Salam Orxan. Cinsi həyat nə qədər tez başlayırsa, bir o qədər problemlərin olması ehtimalı azdır. Spermanın keyfiyət və kəmiyyət göstəricilərini öyrənmək üçün, spermoqramma analiz vermək lazımdır. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Kamal | 18 Dekabr 2013 13:49
Salam doktor! Menim 20 yashim var, mende her shey gaydasindadir.ereksiya cinsiytte olchusu ve.s.problemim artig 2 defe cinsi elagede olmaga getmishem, 2ci defedir artig ereksiya itir ve elagede ola bilmirem, heyecanlaniram. xaish edirem meslehet verin! Teshekkurler
Dr.Orxan Agabəyov | 19 Dekabr 2013 05:50
Salam Kamal. Bu daha çox, psixoloji səbəbləri olan problemdir. Yəni, cinsi əlaqə başlayanda, Sizdə müəyyən narahatlıq yaranır - ereksiya necə olacaq? Daxil ola biləcəm? və s. Bu narahatlıq, ereksiyanın normal mexanizmlərini pozur və nəticədə, ereksiya itir. Müalicədə, həm dərman preparatları, həmdə rasional psixoterapiya metodlarından istifadə olunur. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Ali | 18 Dekabr 2013 12:46
Salam zehmet olmasa V tabuletleri barede ondan istifade etmek normaldir ya yox xeyri ve.s melumat vererdiz.Qeyd edim ki mende 10 sm dir ve bu meni ve partnyorlarimi cox narahat edir.Onceden tewekkur.
Dr.Orxan Agabəyov | 19 Dekabr 2013 05:46
Salam Ali. Əgər hormonal çatışmamazlıq yoxdursa, penisin ölçülərinə heç bir dərman preparatı təsir etmir.  Uğurlar.
Tahir | 18 Dekabr 2013 12:16
Salam hekim.Size bir sualim var her hansi bir infeksiya kecer deye getdim yoxlatdirdim cavab cixdiki her hansi bir infeksiya zad kecmiyib sadece soyug olub vospolineniya bunnan elave xayalarimdada cox az da olsa agri var soyug deymeye gore xayalar agriya biler?I birde xayalarim soyug olanda sallanmir ama isti olan kimi sallanir biride digerinden nisbeten boyukdu sol xayamda altiinda damar coxdu biraz damar geniwlenmesi olma ehtimali var?Duzu analizin weffaflignada bir o geder emin deylem ola biler her hansi sefe yol versinler.
Dr.Orxan Agabəyov | 19 Dekabr 2013 05:44
Salam Tahir. Xaya ağrılarının səbəbi, müxtəlif ola bilər - epididimit(xaya artımının iltihabı), varikosele(damar genişlənməsi), orxit(xayaların iltihabı). Dəqiqləşdirmək üçün, xayaların doppler müayinəsindən keçmək məsləhətdir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Nihat | 18 Dekabr 2013 09:54
Salam hekim.erken boshalma ciddi problemdirmi?tez mualice olunandirmi?texmini muddet ve mebleg haqda yazardiniz xahish edirem,onceden tesehkkurler
Dr.Orxan Agabəyov | 19 Dekabr 2013 05:41
Salam Nihat. Erkən boşalma, cinsi həyatdanpartnyorların məmnunluğunu azaldan faktorlardan biridir. Aktiv müalicə 1,5-2 ay təşkil edir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
anonim01 | 18 Dekabr 2013 03:23
salam hekim 17 18 yas arasinda bowalma ne derecede mumkundu hemde bunun ziyani yoxdu?? Eyer ziyani yoxdusa heftede neche defe bowalma duzgundu? hekim uzur isdirem sualma gore ama bulari bilmeliyem xaiw cavabinizi gozulurem
Dr.Orxan Agabəyov | 19 Dekabr 2013 05:40
Salam Anonim01. Əgər masturbasiya, vərdişə çevrilirsə, bu gələcəkdə müəyyən cinsi problemlərə gətirib çıxara bilər. Bu mütləq şərt deyil - hər şey normal da ola bilər, sadəcə masturbasiyaya öyrəşən kişilərdə belə bir ehtimal var. Uğurlar.