ANDROLOQ
DR. ORXAN AĞABƏYOV
Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq...
ƏTRAFLI MƏLUMAT

Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq biznesdə uğurun əldə olunmasına qədər - kömək edən gücü qazanır. Buna görə də kişi sağlamlığı sahəsində problemlər zamanı mütəxəssisə vaxtında müraciət etmək vacibdir.

Mən,  həkim - androloq olaraq, mənə müraciət edən hər bir insana kömək etməyə, düzgün müalicə təyin etməyə, etibarlı və uzun müddətli münasibətlər qurmağa çalışıram. Öz sağlamlığınızı mənə etibar edərkən, Siz  dəqiq diaqnostika və keyfiyyətli müalicəyə əmin ola bilərsiniz.

Hörmətlə, Dr. Orxan Ağabəyov

Şəffaflıq və açıqlıq
Mən hər şeyi ətraflı şəkildə izah edirəm: bu və ya digər analizlər nə üçün tələb olunur və onlar nəyi göstərirlər; nəyə görə mən belə diaqnoz təyin edirəm və Sizin xəstəliyinizin/probleminizin səbəbi nədir; optimal müalicə sxemi hansıdır və nə üçün o Sizin üçün optimaldır.
Sizdən artıq heç nə tələb olunmur
Yalnız diaqnozun təyin edilməsi üçün lazımi analizlər və müayinələr, ən asan və effektiv müalicə sxemləri (heç bir lazımsız dərman preparatları, iynələr və s. təyin edilmir)
Qorxutmaq yoxdur
Mən hesab edirəm ki, pasiyenti qorxutmaq olmaz. Konsultasiyadan sonra Sizdə diaqnoz ilə bağlı heç bir qorxu və anlaşılmazlıq qalmayacaq.
Əks əlaqə
Əgər müalicə zamanı sizdə əlavə suallar yaranarsa, nəyisə dəqiqləşdirmək lazım olarsa, Siz sadəcə olaraq mənim mobil telefon nömrəmə zəng edəcəksiniz və hərtərəfli cavablar və tövsiyyələr alacaqsınız.
Firuddin | 21 Dekabr 2013 16:34
Salam hakim,man tez bowaliram ve 1 defeden sonra havasden duwurem .
Dr.Orxan Agabəyov | 23 Dekabr 2013 06:47
Salam Firuddin. Sizdə, həm potensiyanın zəifləməsi, həmdə erkən boşalma problemi var. Potensiyanın zəifləməsi səbəbləri  - psixoloji(daimi stresslər, gərginlik,depressiya) və orqanik (prostatit, hormonal pozğunluq və s.) ola bilər.  Erkən boşalmanın, müxtəlif səbəbləri var - penisin dərisinin hiperhəssaslığı, cinsiyyat sistemində iltihabi prosess, psixoloji səbəblər. Bu səbəbləri müəyyənləşdirib, düzgün müalicə təyin etmək olar. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Alim | 21 Dekabr 2013 16:10
Salam evelki suallarima da cavab verdiyinize göre tesekkür edirem . Bilmek isdeyirem papiloma virusu na qarsi analiz nece verilir qandan,yoxsa penisden .onu deyim iki uc dene penisimde lap xirda et xalina oxsar xal var bu ne ola biler .eger ola biler mi ki analizde papiloma virusu gösdermesin.analiz mazokdan vermisem yuksek papiloma ya qarsi hec ne cixmayib .
Dr.Orxan Agabəyov | 23 Dekabr 2013 06:29
Salam Alim. Ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlayın. Uğurlar.
Mehemmedali | 21 Dekabr 2013 14:47
Cox saqolun sualma cavab verdiyniz ucun,men size elametleri yazdim siz yazdiz ki durqunluq rastati ola biler,hekim bes penisin gec oyanmasi ve tez ölmesi bu xesteliye adiyati ola biler ,eyer bawqa xestelikler yoxdusa?mualice nece gun ceker cox saqolun.
Dr.Orxan Agabəyov | 23 Dekabr 2013 06:29
Salam Mehemmedali. Bəli, cinsi problemlər, durğunluq prostatiti ilə əlaqəli ola bilər. Aktiv müalicə - 15 gün davam edir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
behruz | 21 Dekabr 2013 12:29
salam hekim.menim sperma faizi 0 idi.2il mualiceden sonra 1.25 faiz oldu.yene mualice etsem faiz artar.
Dr.Orxan Agabəyov | 23 Dekabr 2013 06:24
Salam Behruz. Bu suala cavab vermək üçün, spermanın göstəricilərin aşağı olması səbəbləri bilmək lazımdır - ellə səbəblər var ki, müalicə mümkündür, elə səbəblər var ki - yox. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
İsmayilov | 21 Dekabr 2013 10:23
Salam,həkim.Mənim sol xayam içəri girir sanki yoxa çıxır və oturanda məni şalvarım və tumanım sıxır,sanki sol ayağım və xayam arasında ətim şişib ora girir,ayaq üstündə olarkən heç nə hiss etmirəm,amma oturanda məni incidir.Oturaq işim olduqdan çox narahat oluram bu nə ola biər?Əvvəlcədən təşəkkürlər.
Dr.Orxan Agabəyov | 23 Dekabr 2013 06:23
Salam İsmayilov. Bu kriptorxizm xəstəliyinin əlaməti ola bilər, yəni xayanın torbada daim olmaması xəstəliyi. Dəqiqləşdirmək üçün, xayaların doppler müayinəsindən keçmək, məsləhətdir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Elxan | 21 Dekabr 2013 10:14
Salam hekim..xaiw eliyirem cavablandirasiz.onceden tewekkurler..Menim 18 yawim var.cinsi organimin uzunlugu 13 smdir.bu normaldirmi? Ve ya dahada uzanacaqmi?
Dr.Orxan Agabəyov | 23 Dekabr 2013 06:15
Salam Elxan. Penisin ereksiya vəziyyətində 12 sm-dən artıq uzunluğu, normaya uyğun sayılır. Penisin inkişafı adətən 17-19 yaşa kimi davam edir. Uğurlar.
Emin1 | 21 Dekabr 2013 09:44
Salam hekim.Mənim iki sualım olacaq.Dəqiq cavab almaq istərdim sizdən. 1.Tez tez süni yolla boşalma (Mastrubasiya) prostatda hansısa problemə səbəb olurmu?Və hansı xəstəlik. 2.Tez-tez boşalma (məsələn həftədə 3 dəfə) ürəyə ziyanı varmı? Öncədən təşəkkür edirəm.
Dr.Orxan Agabəyov | 23 Dekabr 2013 06:15
Salam Emin1. 1. Masturbasiya prostat vəzidə heç bir problem yaratmır. 2. Masturbasiyanın ürəyə ziyanı yoxdur. Uğurlar.
ramil | 21 Dekabr 2013 09:21
salam hekim masturbasiya etdikde yigdigimiz ezeleler itir? eger itirse onu sonra mewq etmekle yeniden berpa etmek olar indiden tesekkur
Dr.Orxan Agabəyov | 23 Dekabr 2013 06:15
Salam Ramil. Masturbasiyanın əzələ kütləsinin artımına və ya azalmasına aidiyyatı yoxdur. Uğurlar.
elekber | 21 Dekabr 2013 06:59
salam aleykum.hekim mende esgerlikden sonra vorikosel yaranib(sol xayamda) ama agrilar olmur.ne etmeyimi meslehet gorersiz?onceden tewekkur edirem
Dr.Orxan Agabəyov | 23 Dekabr 2013 06:07
Salalm Elekber. Varikosele - kişi sonsuzluğunun ən əsas səbəblərindəndir. Varikoselenin, yalnız cərrahi müalicəsi(əməliyyat) var. Amma birinci növbədə, spermoqramma verin və öz göstəricilərinizi, normal göstəricilərlə müqayisə edin. Əgər göstəricilər, normaya uyğun deyilsə - əməliyyat etmək vacibdir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
teymur | 20 Dekabr 2013 23:15
salam hekim menim 22yawim var sizden bagiwlayin hedinen artiq balacadi penisim bunun yolu var cabab gozleyirem
Dr.Orxan Agabəyov | 23 Dekabr 2013 06:07
Salam Teymur. Cinsi orqanın ölçülərinin artırmaq üçün 2 variant var - əməliyyat (liqamentotomiya) və ekstenderlərin (xüsusi cihazların) istifadəsi. Uğurlar.