ANDROLOQ
DR. ORXAN AĞABƏYOV
Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq...
ƏTRAFLI MƏLUMAT

Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq biznesdə uğurun əldə olunmasına qədər - kömək edən gücü qazanır. Buna görə də kişi sağlamlığı sahəsində problemlər zamanı mütəxəssisə vaxtında müraciət etmək vacibdir.

Mən,  həkim - androloq olaraq, mənə müraciət edən hər bir insana kömək etməyə, düzgün müalicə təyin etməyə, etibarlı və uzun müddətli münasibətlər qurmağa çalışıram. Öz sağlamlığınızı mənə etibar edərkən, Siz  dəqiq diaqnostika və keyfiyyətli müalicəyə əmin ola bilərsiniz.

Hörmətlə, Dr. Orxan Ağabəyov

Şəffaflıq və açıqlıq
Mən hər şeyi ətraflı şəkildə izah edirəm: bu və ya digər analizlər nə üçün tələb olunur və onlar nəyi göstərirlər; nəyə görə mən belə diaqnoz təyin edirəm və Sizin xəstəliyinizin/probleminizin səbəbi nədir; optimal müalicə sxemi hansıdır və nə üçün o Sizin üçün optimaldır.
Sizdən artıq heç nə tələb olunmur
Yalnız diaqnozun təyin edilməsi üçün lazımi analizlər və müayinələr, ən asan və effektiv müalicə sxemləri (heç bir lazımsız dərman preparatları, iynələr və s. təyin edilmir)
Qorxutmaq yoxdur
Mən hesab edirəm ki, pasiyenti qorxutmaq olmaz. Konsultasiyadan sonra Sizdə diaqnoz ilə bağlı heç bir qorxu və anlaşılmazlıq qalmayacaq.
Əks əlaqə
Əgər müalicə zamanı sizdə əlavə suallar yaranarsa, nəyisə dəqiqləşdirmək lazım olarsa, Siz sadəcə olaraq mənim mobil telefon nömrəmə zəng edəcəksiniz və hərtərəfli cavablar və tövsiyyələr alacaqsınız.
anonim | 22 Dekabr 2013 11:28
salam hekim,hormonlardan analiz nece verilir? analiz vermemiwden evvel ne etmey lazimdi? birde ki bu analizin qiymeti ne qederdi? onceden sagolun
Dr.Orxan Agabəyov | 23 Dekabr 2013 12:39
Salam Anonim. Ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlayın. Uğurlar.
elvin | 22 Dekabr 2013 11:09
salam hekim menim bir xayam agriyir,19 yawim var inkisafdan saxliya biler?
Dr.Orxan Agabəyov | 23 Dekabr 2013 12:33
Salam Elvin. Xaya ağrılarının səbəbi, müxtəlif ola bilər - epididimit(xaya artımının iltihabı), varikosele(damar genişlənməsi), orxit(xayaların iltihabı). Dəqiqləşdirmək üçün, xayaların doppler müayinəsindən keçmək, məsləhətdir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Vusal. | 22 Dekabr 2013 06:56
salam hekim.zehme olmasa cavablandirin.men gun erzinde 3-4 defe suni yolla bowaliram.bunun ziyani varmi?birde cinsi elaqede oldugum zaman gec bowaliram hemde hissiyatsiz ozumu hiss edirem bu ne ile elaqede ola biler?
Dr.Orxan Agabəyov | 23 Dekabr 2013 12:33
Salam Vusal. 1. Əgər masturbasiya, vərdişə çevrilirsə, bu gələcəkdə müəyyən cinsi problemlərə gətirib çıxara bilər. Bu mütləq şərt deyil - hər şey normal da ola bilər, sadəcə masturbasiyaya öyrəşən kişilərdə belə bir ehtimal var. 2. Boşalmanın gecikməsinin bir necə səbəbi var: 1. cinsi əlaqə zamanı həyəcan. 2. masturbasiya nəticəsində, yaranmış, qeyri-adekvat erotik stereotip, yəni cinsi əlaqə vaxtı, masturbasiyadakı olan stimulyasiyanın(sürtünmənin və görüntülərin) olmaması və nəticədə boşalmanın gecikməsi. 3. hormonal səbəblər. 4. iltihabi səbəblər. Bu səbəbləri müəyyənləşdirib, düzgün müalicə təyin etmək olar.  Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
amil | 21 Dekabr 2013 21:15
salam doktor baqslyn narahat edirem.doktor mende 2prablemim var birinci 3defeden cok bosala bilmiram.ikinci cok uzur isteyirem penisim balacadi olduqum partniyorlar bunan narazlk edirler.xais edirem cavap versiniz.onceden tesekur edirem.saolun!!!!!!!
Dr.Orxan Agabəyov | 23 Dekabr 2013 12:27
Salam Amil. 1. Üç dəfə boşalma, tamaimilə normaya uyğundur. 2. Penisin 12 sm-dən artıq uzunluğu, normaya uyğun sayılır. Cinsi orqanın ölçülərinin artırmaq üçün 2 variant var - əməliyyat (liqamentotomiya) və ekstenderlərin (xüsusi cihazların) istifadəsi. Uğurlar.
ceyhun | 21 Dekabr 2013 20:48
salam hekim 3 gun bundan qabab bir qadinla olmuwam. Indide sol xayamda agrilar bawlayib men ne etmeliyem? Qripden olar? Önceden tewekurler yaxwiki varsiniz
Dr.Orxan Agabəyov | 23 Dekabr 2013 07:22
Salam Ceyhun. Xaya ağrılarının səbəbi mütləq cinsi əlaqə ilə bağlı deyil. Xaya ağrılarının səbəbi, müxtəlif ola bilər - epididimit(xaya artımının iltihabı), varikosele(damar genişlənməsi), orxit(xayaların iltihabı). Dəqiqləşdirmək üçün, xayaların doppler müayinəsindən keçmək, məsləhətdir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
beyler | 21 Dekabr 2013 20:13
salam hekim tez boslmanln sebeblerini oxudum mualicesi effektli olurmu?birde ilkin olaraq mene dermanln adlnl yazardlnlz ecer xeyri olmasa yanlnlza mualice ucun celerdim
Dr.Orxan Agabəyov | 23 Dekabr 2013 07:23
Salam Beyler. Hansısa dərman təyin etmək üçün, erkən boşalmanın səbəbləri aydın olmalıdır. Erkən boşalmanın səbəbləri müxtəlifdir: Kişi cinsiyyət sisteminin iltihabi xəstəlikləri (prostatitlər, vezikulitlər) ; Penisin dərisinin həddən artıq həssaslığı ;Cinsi həyata başlayarkən həyəcan və spermanın boşalmasına nəzarət etmə təcrübəsinin olmaması ; Cinsi uğursuzluq gözləmə sindromu (bir dəfə baş vermiş uğursuzluq gələn dəfə də təkrarlanmağı gözləməyə vadar edir), bəzi digər fobiyalar və nevrozlar. Səbəbini dəqiq müəyyənləşdirdikdən sonra, düzgün və effektiv müalicə təyin etmək olar. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
ilqar | 21 Dekabr 2013 20:01
Salam Hekim! men cinsi elaqede olarken tez bowaliram.(1-2 deqiqe muddet cekir). bunun qarwisini nece almaq olar?
Dr.Orxan Agabəyov | 23 Dekabr 2013 06:51
Salam İlqar. Erkən boşalmanın, müxtəlif səbəbləri var - penisin dərisinin hiperhəssaslığı, cinsiyyat sistemində iltihabi prosess, psixoloji səbəblər. Bu səbəbləri müəyyənləşdirib, düzgün müalicə təyin etmək olar. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
kenan | 21 Dekabr 2013 18:54
salam hekim. Mende xayamin biri qirija sebebinden digerine nisbeten inkisafdan geri qalib bu barede mene meslehet veresiniz. 20 yasim var. Evvelden tesekkurler
Dr.Orxan Agabəyov | 23 Dekabr 2013 06:53
Salam Kenan. Bir xayanın inkişafdan qalmasıı, mütləq problem sayılmır, yəni hər şey qaydasındada ola bilər. Kişilərdə uşağın olub-olmaması yalnız spermanın keyfiyyətindən asılıdır - yoxlamaq üçün spermoqramma analizi vermək lazımdır.  Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
roma | 21 Dekabr 2013 17:55
salam hekim xahis edirem cavablandirin. evvelceden tesekkur edirem sualim: penisin alt hissesinde agiza agzina yaxin hissede damarin her 2 terefinde ag rengde berk ziyile oxsar seyler var. sonradan penisin yan terefindede yaranib. sonradan yaranan 6-7 ildir var. ancaq o birileri coxdandir. bir defe hekim baxib dediki bunlar sunnetden qalib. ancaq sonradan hekime gedib mualice etdirmeye utandim. bunlar ne ola biler? cox xahis edirem komeklik ederdiniz
Dr.Orxan Agabəyov | 23 Dekabr 2013 06:54
Salam Roma. Ola bilər papillomavirusdur, amma dəri problemlərinin qiyabi diaqnostikası mümkün deyil, yalnız baxış zamanı düzgün diaqnozu təyin etmək olar. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Vusal | 21 Dekabr 2013 16:55
Salam həkim. Mənim 20 yaşım var. Bir neçə dəfə cinsi əlaqədə olmuşam artıq. Penisim normal ölçü sayılan 12 sm-dir. Amma bu ölçünün az olması (mənə görə) cinsi əlaqə zamanı məndə narahatlıq yaradır. Bilmək istərdim, bu yaşdan sonra penisim daha neçə sm uzana bilər təbii yolla. Birdə böyüdücü dərmanlardan istifadə etməyi məsləhət görürsünüzmü ?
Dr.Orxan Agabəyov | 23 Dekabr 2013 06:47
Salam Vusal. Penisin ereksiya vəziyyətində 12 sm-dən artıq uzunluğu, normaya uyğun sayılır. Əgər hormonal çatışmamazlıq yoxdursa, penisin ölçülərinə heç bir dərman preparatı təsir etmir. Penisin inkişafı adətən 17-19 yaşa kimi davam edir. Uğurlar.