ANDROLOQ
DR. ORXAN AĞABƏYOV
Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq...
ƏTRAFLI MƏLUMAT

Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq biznesdə uğurun əldə olunmasına qədər - kömək edən gücü qazanır. Buna görə də kişi sağlamlığı sahəsində problemlər zamanı mütəxəssisə vaxtında müraciət etmək vacibdir.

Mən,  həkim - androloq olaraq, mənə müraciət edən hər bir insana kömək etməyə, düzgün müalicə təyin etməyə, etibarlı və uzun müddətli münasibətlər qurmağa çalışıram. Öz sağlamlığınızı mənə etibar edərkən, Siz  dəqiq diaqnostika və keyfiyyətli müalicəyə əmin ola bilərsiniz.

Hörmətlə, Dr. Orxan Ağabəyov

Şəffaflıq və açıqlıq
Mən hər şeyi ətraflı şəkildə izah edirəm: bu və ya digər analizlər nə üçün tələb olunur və onlar nəyi göstərirlər; nəyə görə mən belə diaqnoz təyin edirəm və Sizin xəstəliyinizin/probleminizin səbəbi nədir; optimal müalicə sxemi hansıdır və nə üçün o Sizin üçün optimaldır.
Sizdən artıq heç nə tələb olunmur
Yalnız diaqnozun təyin edilməsi üçün lazımi analizlər və müayinələr, ən asan və effektiv müalicə sxemləri (heç bir lazımsız dərman preparatları, iynələr və s. təyin edilmir)
Qorxutmaq yoxdur
Mən hesab edirəm ki, pasiyenti qorxutmaq olmaz. Konsultasiyadan sonra Sizdə diaqnoz ilə bağlı heç bir qorxu və anlaşılmazlıq qalmayacaq.
Əks əlaqə
Əgər müalicə zamanı sizdə əlavə suallar yaranarsa, nəyisə dəqiqləşdirmək lazım olarsa, Siz sadəcə olaraq mənim mobil telefon nömrəmə zəng edəcəksiniz və hərtərəfli cavablar və tövsiyyələr alacaqsınız.
Tahir | 9 Dekabr 2014 07:00
Salam Hekim. Baqiwlayin uzr isteyirem 1 gunden bir elaqede olduqda hamile qalma ehtimali var? hekime gedmiwik derman yazib yoldawimada menede Hamile qalmaqdan otru.1ilden coxdu evliyik..yoldawim hamile qalmir.cox xaiw edirem cvblandrsiz
Dr.Orxan Agabəyov | 11 Dekabr 2014 06:58
Salam Tahir. Hamilə qalmaq ehtimalı, cinsi həyatın ritmindən deyil, kişidə spermanın göstəricilərindən, qadında isə cinsiyyət sisteminin sağlamlığından asılıdır. Bir həkim həm qadına həm kiçiyə müalicə yazmağı düzgün deyil, qadın cinsiyyət sistemi ilə - ginekoloq məşğul olur, kişi cinsiyyət sistemi ilə - androloq. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Samir | 9 Dekabr 2014 06:56
Salam hekim.27 yawim var.Aileliyem.1 ovladim.Mende kecen hefteye qeder (tez bowalmagi nezere almasaq) ciddi prablem olmayib.Amma kecen hefdeteden cinsi zeiflik hiss edirem.Evvel bawlayanda her wey yaxwi olur.(uzur isteyirem).Cinsi elqeye zamani penis hazir olmur.
Dr.Orxan Agabəyov | 9 Dekabr 2014 07:01
Salam Samir. Sizdə, həm potensiyanın zəifləməsi, həmdə erkən boşalma problemi var. Potensiyanın zəifləməsi səbəbləri  - psixoloji(daimi stresslər, gərginlik,depressiya) və orqanik (prostatit, hormonal pozğunluq və s.) ola bilər.  Erkən boşalmanın, müxtəlif səbəbləri var - penisin dərisinin hiperhəssaslığı, cinsiyyat sistemində iltihabi prosess, psixoloji səbəblər. Bu səbəbləri müəyyənləşdirib, düzgün müalicə təyin etmək olar. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Mahir | 9 Dekabr 2014 00:26
Salam hekim.menim 27 yasim var,sidiye gedende goyneme olur ,sidikden sonra ele bil bas hissesinde iceride nese qalir
Dr.Orxan Agabəyov | 9 Dekabr 2014 07:00
Salam Mahir. Bu uretritin (sidik kanalının iltihabı) əlamətidir, səbəblər ya iltihabi proses ya da cinsi yolla keçən infeksiya ola bilər. Dəqiqləşdirib, müalicə kursu keçməyiniz məsləhətdir.  Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
zamiq | 8 Dekabr 2014 18:40
Salam doktor Mende spermanin hereketi (irəli hərəkət) 1% dir .Coxlu dermanlar qəbul etməsinə baxmayaraq bir nəticə yoxdur.HEKİM ASİLAMANİ ETMESİNİ BİLDİRİR. DOKTOR ASİLAMA OLUNMADAN HƏRƏKƏTİN FAİZİNİ NECE QALDİRMAQ OLAR?
Dr.Orxan Agabəyov | 9 Dekabr 2014 07:00
Salam Zamiq. Spermada hərəkətliliyin 1% olması, cinsiyyət sistemində ciddi problemlərin olmasından xəbər verir, bu problemləri araşdırıb, proqnoz vermək olar. Elə problemlər var ki, müalicə mükündür, elə problemlər də var ki - müalicə deyil, köməkçi reproduktiv texnologiyalar məsləhət görülür. 1 % nəticə ilə aşılama etmək məsləhət görülmür, şanslar minimumdur. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
elnur | 8 Dekabr 2014 10:26
salam Hekim 27 yawim var hecvaxt bu yawima kimi cinsi elaqede olmamisam, indi 3 aydir aile qurmusam yaxin ola bilmirem, elaqeye girmek isteyerken cinsi orqanim ereksiyasini itirir yeni sertlewmir cinsi elaqede ola bilmirem ne etmeliyem?
Dr.Orxan Agabəyov | 9 Dekabr 2014 07:00
Salam Elnur. Kişilərə evlilikdən öncə mütləq cinsi təcrübə lazımdır, həmişə bunu məsləhət görürəm. Hal hazırki vəziyyətdə, cinsiyyət sistemi yoxlanmalıdır, sonra isə müalicə kursu keçməyiniz lazımdır. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Elmin | 8 Dekabr 2014 08:10
Salzm sizde umumi analiz va butun infeksiyalarin bi yerde analiz verende qiymete tesir edir ve bura prastat siresi daxil olmaqla
Dr.Orxan Agabəyov | 9 Dekabr 2014 07:00
Salam Elmin. Sual aydın deyil, dəqiqləşdirmək üçün 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlayın. Uğurlar.
Ehtibar | 7 Dekabr 2014 20:45
Salam.İlk öncə faydalı məsləhətlərə görə minnətdarlığımı bildirirəm və uğurlar arzulayıram.Mənim 38 yaşımvar ,evli olmuşam.Son 3 ildir tənha atayam və himayəmdə 2 uşaq var(onlara tək baxıram).evli olduğum müddətdə (15 il evli olmuşam)ilk əvvəl cinsi münasibətdə problemlər olmurdu,lakin illlər keçdikcə münasibətlərarası vaxt çoxalırırdı,amma heç bir problem yaranmırdı(ailə qayğısı ilə əlaqələndirirdik).Son 3 ildə partnyorum və cinsi münasibətim olmayıb.Narahtçılığım bu yaxında tanış olduğum partyorla olan uğursuzluqdandır.Həvəs və istək olsa da erreksiyada problem yaşandı.Kömək uçun özüm haqqda bəzi məlumatları qeyd edim-münasibət qurmaqda unsiyyətçiləm,həssasam(fleqmatik).boyum 181,çəkim 88. 1-ci dərəcəli Reyno.Gecə və səhər erreksiyaları normaldır.Sidiksaxlama normal,lakin arada tund sarı rəngdə,bəzən(çox az)ifrazat zamanı yüngül göynəmələr olur.Hər hansı həb qəbul etmirəm(xoşlamıram). Təchizatım normal.Bu ciddi problemdir yoxsa ötəri haldır?Məsləhət və təklifləriniz.Təşəkkür edirəm
Dr.Orxan Agabəyov | 9 Dekabr 2014 07:00
Salam Ehtibar. Aydındır ki, bu qədər uzunmüddətli fasilədən sonra, dezadaptasiya problemləri ola bilər. Eyni zamanda cinsiyyət sistemində durğunluq da yarana bilər. Hər bir halda stimullaşdırıcı müalicə kursu keçməyiniz məsləhətdir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Mustafa | 7 Dekabr 2014 20:12
salam hekim erken bosalmanin mualicesi nece aparlir ve bu bahali bir prosesdirmi birde hekim bunun ucun analiz Verilirmi cox xahis Edirem suala Cavab yazasiniz Bu mualicesi uzun muddetdir yoxsa qisa cox sagolun
Dr.Orxan Agabəyov | 9 Dekabr 2014 06:32
Salam Mustafa. Birinci növbədə erkən boşalmaya səbəb olan faktorlar araşdırılır, sonra isə müalicə kursu təyin olunur. Aktiv müalicənin müddəti 2 ay təşkil edir. Qiymətlər çox münasibdir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
nihat | 7 Dekabr 2014 16:13
Kriptozoospermiya nedir ve mualicesi mumkundurmu mucoplasma ureplazma infeksiyasinin mualicesi varmi evvelceden teshekur edirem
Dr.Orxan Agabəyov | 9 Dekabr 2014 06:31
Salam Nihat. Kriptozoospermiya - spermada minimal (tək-tək) sayda spermotozoidlərin olmasıdır və bu çox ağır patologiya sayılır. Əgər bu patologiyanı yaradan səbəblər müalicə olunandırsa, müəyyən şanslar var, amma adətən bu diaqnozda müalicə deyil, süni mayalandırma proseduru məsləhət görülür. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Rza | 7 Dekabr 2014 13:02
Salam hekim. Men spermaqramma testi verdimse ve gostericiler asaqidaki kimi oldu. Miqdar 1,7; aqimtil boz, qatiliqi 2; ph 8; durulma vaxti 35 deq, 6-7 zeif hereketli, 2-3 hereketsiz spermatazoid,diger neticeler normadaki neticelerle eynilik teskil edir. Diaqnoz: oliqoastenozoospermiya ve oliqozoospermiya. Sebeb: xayalarin olcusunun 2-3 sm olmasi. Hekim dediki mualicesi olmayan sonsuzluqdu. Bu ne derecede duzdu? X.e.cavablandirasiniz. Heqiqeten mualicesi yoxdu bunun? Birdeki fsh hormonu 25,5 cixdi. Bunu nece nor maya salmaq olar?
Dr.Orxan Agabəyov | 9 Dekabr 2014 06:31
Salam Rza. Bəli, belə situasiyada müalicə məsləhət görülmür, bu göstəricilərdə ən optimal çıxış yolu - süni mayalandırma proseduru sayılır. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.