Ferid | 8 Yanvar 2014 03:32
Salam Hormetli Orxan doktor siz burda yazmisiz ki masturbasiya verdiwe cevrilen insanlarda gelecekde bir sira problemler meydana cixa biler doktor mende diyesen ele bu problemden dir bunun fesadlari ne ile neticelene biler ve onun mualicesi yaxud hebleri varmi??
Dr.Orxan Agabəyov | 9 Yanvar 2014 06:22
Salam Ferid. Masturbasiya xəstəlik sayılmır, buna görə də spesifik müalicəsi yoxdur. Sadəcə müntəzəm cinsi həyat yaşamaq məsləhətdir. Uğurlar.
kenan | 7 Yanvar 2014 23:36
salam hekim,men cox tez bowaliram ve bununlada cisi orqan fealligin itirir bu ne xestelikdi men neynim,xaiw edirem mene komek edin
Dr.Orxan Agabəyov | 9 Yanvar 2014 06:12
Salam Kenan. Erkən boşalmanın səbəbləri müxtəlifdir: Kişi cinsiyyət sisteminin iltihabi xəstəlikləri (prostatitlər, vezikulitlər) ; Penisin dərisinin həddən artıq həssaslığı ;Cinsi həyata başlayarkən həyəcan və spermanın boşalmasına nəzarət etmə təcrübəsinin olmaması ; Cinsi uğursuzluq gözləmə sindromu (bir dəfə baş vermiş uğursuzluq gələn dəfə də təkrarlanmağı gözləməyə vadar edir), bəzi digər fobiyalar və nevrozlar. Səbəbini dəqiq müəyyənləşdirdikdən sonra, düzgün və effektiv müalicə təyin etmək olar. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
elwen | 7 Yanvar 2014 22:11
Salam hekim bir sual vermey isteyirem ifademe gore uzur isteyirem men bowalannan sora kiwilik orqaninin sunnet hissesinde qizariqliq gordum ve sora wiwdi o neye gore olb?
Dr.Orxan Agabəyov | 9 Yanvar 2014 06:28
Salam Elwen. Bu cinsi infeksiyanın və ya iltihabi prosesin əlaməti ola bilər. Əgər davamlı sürətdə bülə əlamətlər yaranırsa, dəqiqləşdirib, müalicə kursu keçməyiniz məsləhətdir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
seva | 7 Yanvar 2014 21:26
Slm hekim.memin yoldawim spermoqrammadan analiz verib.neticelerini yaziram.zhm olmasa deye bilersiniZmi mende herwey normaldisa hamole qala bileremmi?
Qatiliq 0,5ml. Miqdari 3.5 ml.xarici gorunuw ag bozumtul. Ph 7,5.durulma 30deq. Hereklilik 75%. Celd ireli herek 19% (norma > 25%). Zeif ireli herek 24%.yerinde herek 32%.hereketsiz25%. Morfologiya 34%.bas 16%.boyun 13%.quyruq 5%.
Dr.Orxan Agabəyov | 9 Yanvar 2014 06:30
Salam Seva Spermoqrammanın əsas göstəricilərindən olan, spermotozoidlərin sayını yazmamısız, hərəkətlilik faizləri normaya uyğun deyil(fərq azdır). Amma ən əsas - analiz köhnə normativlər olan klinikada verilib, hal hazırda müasir normativlərə görə spermoqrammada spermotozoidlər hərəkətlilik aktivliyinə görə 4 grupa deyil, 3grupa bölünür. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Murad | 7 Yanvar 2014 21:24
Salam Hekim.Men her defe olanda 2-3 defe olurdum, indi 1 defe oluram amma gec boshaliram.Boshaldiqdan sonra ikincini ola bilmirem.27 yashim var.Arada Belim aqrayir.Ozumde zeiflik hiss edirem calishiram olmasin zeiflik.yeni 2 gunden bir cinsi elaqede oluram.xayalarimin qiraqida aqrayir.en cox belim aqrayir.
Dr.Orxan Agabəyov | 9 Yanvar 2014 06:26
Salam Murad. Bütün bu problemlərin səbəbi, cinsiyyət sistemində iltihabi proses ola bilər. Dəqiqləşdirib, müalicə kursu keçməyiniz məsləhətdir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Ramil | 7 Yanvar 2014 21:20
Salam hekim men 3 ildirki aile qurmusam ama usaqim olmur labaratoriyada analiz vermisem hekimin dediyine gore analiz cavabina gore sperma faizim azdi deyilen dermanlari qebul etmisem 1 kurs mualice almisam buna baxmayaraq hele bir irelileyis yoxdur. mumkunse mene komeklik gosteresiz. rayonda oluram.
Dr.Orxan Agabəyov | 9 Yanvar 2014 05:42
Salam Ramil. Bu situasiyada müalicə təyin etməmişdən əvvəl, spermoqrammanın göstərəcilərinin aşağı olması səbəblərini müəyyənləşdirmək lazımdır. Yalnız səbəblər aydınlaşıdırılandan sonra, düzgün müalicə təyin etmək olar. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
seva | 7 Yanvar 2014 19:32
salam həkim.yoldaşımın xayasının sol tərəfində damar genişlənməsi var,həkimə müraciət edib həkim deyir ki əməliyyat lazımdır,ancaq yoldaşım qorxur,heç bir agrı hiss etmir,əməliyyat olunmasa nəsə bir problem olarmı?gələcəkdə?sizcə əməliyyat mütləqdirmi?2aydır ki evliyik.xahiş edirəm bu haqqda ətraflı məlumat vererdiz.minnətdaram.
Dr.Orxan Agabəyov | 9 Yanvar 2014 05:42
Salam Seva. Varikosele - kişi sonsuzluğunun ən əsas səbəblərindəndir. Varikoselenin, yalnız cərrahi müalicəsi(əməliyyat) var. Amma birinci növbədə, spermoqramma verin və öz göstəricilərinizi, normal göstəricilərlə müqayisə edin. Əgər göstəricilər, normaya uyğun deyilsə - əməliyyat etmək vacibdir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Emil | 7 Yanvar 2014 17:56
salam hekim.hekim,menim 3 ay olar ki,sag boyreyim agrayir arada.2 ay da olar ki,sag xayamda bezen kut agrilar olurdu.indi 3 gundu ki,xayada agrilar artib.hetta biraz wiwme de var.ne ola biler?
Dr.Orxan Agabəyov | 9 Yanvar 2014 05:42
Salam Emil. Xaya ağrılarının səbəbi, müxtəlif ola bilər - epididimit(xaya artımının iltihabı), varikosele(damar genişlənməsi), orxit(xayaların iltihabı). Dəqiqləşdirmək üçün, xayaların doppler müayinəsindən keçmək, məsləhətdir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
malik | 7 Yanvar 2014 11:26
salam hekim,mende prostatda biraz boyume variydi 1 kurs mualice aldim xeyri olmadi indi yenede kanal sulu olur 3-4 saatdan bir bu ne ola biler?
Dr.Orxan Agabəyov | 9 Yanvar 2014 05:27
Salam Malik. Prostatit(prostat vəzinin iltihabı) xroniki xəstəlikdir və əlamətlərin olmaması(azalması) üçün ildə 2 dəfə profilaktik müalicə kursları keçmək məsləhətdir. Birdə cinsi infeksiyalarıda yoxlamaq məqsədəuyğundur, infeksiyalarda bu cür əlaməət verə bilər. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Orxan | 7 Yanvar 2014 10:21
salam hekim.mende cinsi orqanimin ustunde her defe cinsi elaqeden sonra derinin bir nece yerden catlamasi bas verir .bu proses artiq 1 ile yaxin bas verir.buneden ola biler?evelceden cox sagolun
Dr.Orxan Agabəyov | 9 Yanvar 2014 05:27
Salam Orxan. Ola bilər göbələk infeksiyası olsun, amma dəri problemlərinin dəqiqi qiyabi diaqnostikası mümkün deyil. Dəqiqləşdirib, müalicə kursu keçməyiniz məsləhətdir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.