ANDROLOQ
DR. ORXAN AĞABƏYOV
Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq...
ƏTRAFLI MƏLUMAT

Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq biznesdə uğurun əldə olunmasına qədər - kömək edən gücü qazanır. Buna görə də kişi sağlamlığı sahəsində problemlər zamanı mütəxəssisə vaxtında müraciət etmək vacibdir.

Mən,  həkim - androloq olaraq, mənə müraciət edən hər bir insana kömək etməyə, düzgün müalicə təyin etməyə, etibarlı və uzun müddətli münasibətlər qurmağa çalışıram. Öz sağlamlığınızı mənə etibar edərkən, Siz  dəqiq diaqnostika və keyfiyyətli müalicəyə əmin ola bilərsiniz.

Hörmətlə, Dr. Orxan Ağabəyov

Şəffaflıq və açıqlıq
Mən hər şeyi ətraflı şəkildə izah edirəm: bu və ya digər analizlər nə üçün tələb olunur və onlar nəyi göstərirlər; nəyə görə mən belə diaqnoz təyin edirəm və Sizin xəstəliyinizin/probleminizin səbəbi nədir; optimal müalicə sxemi hansıdır və nə üçün o Sizin üçün optimaldır.
Sizdən artıq heç nə tələb olunmur
Yalnız diaqnozun təyin edilməsi üçün lazımi analizlər və müayinələr, ən asan və effektiv müalicə sxemləri (heç bir lazımsız dərman preparatları, iynələr və s. təyin edilmir)
Qorxutmaq yoxdur
Mən hesab edirəm ki, pasiyenti qorxutmaq olmaz. Konsultasiyadan sonra Sizdə diaqnoz ilə bağlı heç bir qorxu və anlaşılmazlıq qalmayacaq.
Əks əlaqə
Əgər müalicə zamanı sizdə əlavə suallar yaranarsa, nəyisə dəqiqləşdirmək lazım olarsa, Siz sadəcə olaraq mənim mobil telefon nömrəmə zəng edəcəksiniz və hərtərəfli cavablar və tövsiyyələr alacaqsınız.
Anar | 12 Dekabr 2014 12:45
Salam hekim menim cinsiyyet orqanimin ustunde duyun yaranib neden ola biler ve qarsisini almaq ucun ne etmek olar evvel cok kicik idi amma biraz boyuyub duyun ozu itib gede biler?
Dr.Orxan Agabəyov | 15 Dekabr 2014 06:48
Salam Anar. Mütləq yoxlanmalıdır, bu çox təhlükəli, cinsi yolla ötürülən xəstəliyin ələaməti ola bilər. Dəqiqləşdirmək üçün, cinsi infeksiyaların olub-olmaması yoxlanmalıdır. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
yasar | 12 Dekabr 2014 08:12
Salam hekim.mende sperma xaric olunanda sulu olur.bu ne derecede dogrudu?
Dr.Orxan Agabəyov | 15 Dekabr 2014 06:48
Salam Yasar. Spermanın duru və ya qatılığına görə, problemlərin olub-olmamasını müəyyənləşdirmək olmur, bunun üçün xüsusi müayinə var - spermoqramma. Spermoqramma verin, və spermanın normal olub-olmamasını müəyyənləşdirə bilərsiz. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
vusal | 12 Dekabr 2014 07:30
salam hekim cox xahis eliyirem sualima cavab vererdiniz menim 24 yasim var subayam 2 il qabaga varikoselden sol xayamdan emeliyyat olmusam.indi biraz agri olur.mende erken bosalma olur ikinci defe ola bilmirem cinsi orqanim yogunlasmir gelecekde nese problem ola biler? hemde mene ele gelir cinsi orqanim xayalarim balacadi.cox xahis eliyirem mene yol gosterin neynemek olar?mualicesi var?cox xahis eliyirem sualima cavab vererdiniz menim bu problemlerin hell olunsa size minnetdar olaram
Dr.Orxan Agabəyov | 15 Dekabr 2014 06:45
Salam Vusal. Əgər cinsiyyət sistemində bu qədər problemlər varsa, ən düzgün variant - cinsiyyət sistemini yoxlamaq və aşkarlanmış problemləri aradan qaldırmaqdır. Buyurun, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlayın, çalışaram Sizə kömək edim. Uğurlar.
Rufet | 12 Dekabr 2014 04:53
salam Orxan hekim. cox saq olun ki bizlere bu imkani yaratmisiz.....doc menim problemim cinsi elaqe zamani tez qutarmaqdir. xahish edirem onun elacini mene yazasiz. bu neyle elaqedar ola biler....Allah sizleri qorusun..sebirsizlikle sizin cavabnizi gozleyecem
Dr.Orxan Agabəyov | 15 Dekabr 2014 06:45
Salam Rufet. Erkən boşalmanın səbəbləri müxtəlifdir: Kişi cinsiyyət sisteminin iltihabi xəstəlikləri (prostatitlər, vezikulitlər) ; Penisin dərisinin həddən artıq həssaslığı ;Cinsi həyata başlayarkən həyəcan və spermanın boşalmasına nəzarət etmə təcrübəsinin olmaması ; Cinsi uğursuzluq gözləmə sindromu (bir dəfə baş vermiş uğursuzluq gələn dəfə də təkrarlanmağı gözləməyə vadar edir), bəzi digər fobiyalar və nevrozlar. Səbəbini dəqiq müəyyənləşdirdikdən sonra, düzgün və effektiv müalicə təyin etmək olar. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
nihat | 11 Dekabr 2014 21:42
Salam hekim bagislayin narahat edirem azoospermiyanin mualicesi varmi bes kriptozospermiya nedir men ferqli ferqli yerlerde analiz verdim birinde azoospermiya cixdi birindede kriptozoospermiya cixdi eyni diyaqnozdu sualimi tezlikle cavablandirmaginizi goxleyirdm onceden tesekurler
Dr.Orxan Agabəyov | 15 Dekabr 2014 06:44
Salam Nihat. Bu yaxın diaqnozlardı, azoospermiya - spermoqrammada spermotozoidlərin aşkarlanmaması, kriptozoospermiya - spermoqrammada tək-tək spermotozoidlərin aşkarlanmasıdır. Hər iki diaqnoz, ağır diaqnoz sayılır. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Efsane | 11 Dekabr 2014 08:45
salam doktor mende papillomavirus yarandi aile qurdugdan sonra ve men ginekologa muraciet eledim mene soylediki yandirmag lazimdi mende eletirdim ama yoldawim mualice almiyib indi bilmey istiyirem yoldawim mualice almagcun hara muracet etmelidir cox xaiw edirem cavablandirasiniz 1 ilin gelniyem ovladim yoxdu
Dr.Orxan Agabəyov | 15 Dekabr 2014 06:44
Salam Efsane. Buyurun, papillomavirusun müalicəsi üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlayın, çalışaram Sizə kömək edim. Uğurlar.
Faiq | 11 Dekabr 2014 05:48
Salam həkim, sol xayamda varikoz var, eyni zamanda da həmin tərəfdən yuxarıda qasıqda ağrı var. Həmin ağrı sidiyə gedəndə ağrımağa başlayır, həm də sidiyə getməyimi çətinləşdirir. Bilmək istəyirəm ki, dediyim ağrı və sidiyə çətin getməyim varikoz ilə bağlıdır?. Varikozdan əməliyyat olmaq istəyirəm, bilmək istəyirəm ki, varikoz əməliyyatı gələcəkdə cinsi həyata pis təsir göstərmir ki? Yaxud da digər əks təsirləri varmı?
Dr.Orxan Agabəyov | 11 Dekabr 2014 08:03
Salam Faiq. Xeyr, həmin ağrılar daha çox prostat vəzidə olan iltihabi proseslə bağlı ola bilər. Varikosele əməliyyatının mənası, xayalarada olan ağrıları aradan qaldırmaq, spermanın keyfiyyətini artırmaqdır, bu əıməliyyatın cinsi həyata (cinsi aktivliyə) nə müsbət nə də mənfi təsiri yoxdur. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Vüsal | 10 Dekabr 2014 19:36
Salam, hərvaxtınız xeyr olsun, mən 2 ilə yaxındır evliyəm, ancaq bizdə uşaq problemi var. Bunun səbəbi məndə olan xlamidya mikrobudur ki, bir necə dəfə bununla bağlı həkimlərin yanında olmuşam, müalicə götürmüşəm hamısı söz verib lakin heç bir nəticə olmayıb. Məndə cinsi zəiflik və halsızlıq yaranır. Sizdən xahiş edirəm xlamidya mikrobunu və cinsi zəyifliyi müalicə eləmək mümkündürsə qəbulunuza gəlmək istəyirəm, Lakin işimlə əlaqədar olaraq ancaq şənbə və bazar günləri gələ bilərəm. Hörmətlə, Vüsal Əkbərov
Dr.Orxan Agabəyov | 11 Dekabr 2014 07:40
Salam Vüsal. 10 ildi ki, cinsi problemlərin müalicəsi ilə məşğulam və indiyə qədər heç vaxt olmayıb ki, cinsi infeksiya aradan qalxmasın, yəni həmişə müalicə uğurlu alınıb. Bu tip müalicələr o qədər də çətin də deyil. O ki qaldı, cinsi zəiflik probleminə, burada problemin səbəbləri müalicənin uğurluluğuna birbaşa təsir edir, amma hər bir halda fərq olur. Şənbə günü müraciət edə bilərsiz, qəbul vaxtını dəqiqləşdirmək üçün, əvvəlcədən 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlayın. Uğurlar.
Raqib | 10 Dekabr 2014 16:21
salam hekim menim oqlumun 11 yasi var cinsiyet orqani cox kicikdi demek olarki yox derecesindedi xayasinin biride yoxdu siz bize komek ede bilersinizmi xais edirem
Dr.Orxan Agabəyov | 11 Dekabr 2014 07:38
Salam Raqib. Bu problemlə bağlı, uşaq uroloquna müraciət etməniz lazımdır. Uğurlar.