Ilkin | 13 Dekabr 2014 18:32
Salam həkim. Bağışlayın narahat etdiyimçün. Həkim mənim xayalarımın aşağı hissəsində və xaya ətrafı qılçamın diblərində qırmızı xırda xırda səpgilər var. Çox qaşınır. Ən çox isə gecə yatmazdan əvvəl qaşınır. Çox qaşıdıqda xırda səpgilər böyüyür. Bunun səbəbi nə ola bilər ?? Səpgilər və qaşınma nəyin nəticəsidir ???. Bir də ki mən 2 ay bunnan əvvəl sol tərəfli və 3 cü dərəcəli varikoseldən əməliyyat olunmuşam. Bu ola bilər səbəb ???. Öncədən təşəkkür edirəm. Çox sağ olun
Dr.Orxan Agabəyov | 15 Dekabr 2014 08:06
Salam İlkin. Ola bilər göbələk infeksiyası olsun, amma dəri problemlərinin dəqiq qiyabi diaqnostikası mümkün deyil. Varikosele əməliyyatının bu əlamətlərə aidiyyatı yoxdur. Dəqiqləşdirib, müalicə kursu keçməyiniz məsləhətdir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Ziyad | 13 Dekabr 2014 18:03
salam hekim evvel tewekkurler meslehetlere gore sualim beledi 1gunden bir cinsi elaqede olmaqla qadin hamile qalar biler ve birde ele olur cisi elaqe zamani tam heves ölür ama gucnen heves yaratsamda biwalmaqla problem olmur lakin hevesi qaldirmaq hemiwe ugurla neticelenmir bunun qarwisini nece ala bilerem
Dr.Orxan Agabəyov | 15 Dekabr 2014 08:06
Salam Ziyad. Hamiləlik ehtimalı birbaşa cinsi həyatın ritmindindən asılı deyil, bu daha çox kişilərdə spermanın keyfiyyətindən, qadınlarda da cinsi sağlamlığdan asılıdır. O ki qaldı, potensiyanın zəifləməsinə, səbəblər müxtəlif ola bilər - psixoloji(daimi stresslər, gərginlik,depressiya) və orqanik (prostatit, hormonal pozğunluq və s.). Bu səbəbləri müəyyənləşdirib, düzgün müalicə təyin etmək olar. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Araz | 13 Dekabr 2014 12:41
salam hekim men ayaq yoluna boyuk bayira gederken mende cinci orqanimdan sperma geldi bu meni cox qorxudur zehmet olmasa ne deye bilersiniz?
Dr.Orxan Agabəyov | 15 Dekabr 2014 07:13
Salam Araz. Çox güman ki bu əlamət, prostat vəzidə olan iltihabi prosesin - prostatitin əlamətidir. Qorxmaq lazım deyil, sadəcə dəqiqləşdirib, müalicə kursu keçmək məsləhətdir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
tural | 13 Dekabr 2014 10:35
Salam hekim. 32 yasim var.evli deyilem. Bir qizla yaxinliq edirem. Adi halda masturbasiyada her sey normaldi.Qadinla olanda cinsiyyet lazim olacaq formada olmur balaca olur .bouyumur
Dr.Orxan Agabəyov | 15 Dekabr 2014 07:13
Salam Tural. Bu daha çox, psixoloji səbəbləri olan problemdir. Yəni, cinsi əlaqə başlayanda, Sizdə müəyyən narahatlıq yaranır - ereksiya necə olacaq? Daxil ola biləcəm? və s. Bu narahatlıq, ereksiyanın normal mexanizmlərini pozur və nəticədə, ereksiya itir. Müalicədə, həm dərman preparatları, həmdə rasional psixoterapiya metodlarından istifadə olunur. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Kenan | 13 Dekabr 2014 09:34
Salam hekim. 20 yashım var. Sag xayamda agrı olur. Hemise yox bir nece aydan bir. AGri uzun muddetli olmur. Cinsi elaqe zamanıda hecbir agri olmur. Bu agrinin sebebi ne ola biler. ??
Dr.Orxan Agabəyov | 15 Dekabr 2014 07:13
Salam Kenan. Xaya ağrılarının səbəbi, müxtəlif ola bilər - epididimit(xaya artımının iltihabı), varikosele(damar genişlənməsi), orxit(xayaların iltihabı). Dəqiqləşdirmək üçün, xayaların doppler müayinəsindən keçmək, məsləhətdir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
camal | 13 Dekabr 2014 08:40
salam hekim. menim her iki xayada damar genislenmesi var ve sol terefdeki xaya biraz kicilib. bunun hansisa bir problemi varmi
Dr.Orxan Agabəyov | 15 Dekabr 2014 07:12
Salam Camal. Varikosele (damar genişlənməsi) - kişi sonsuzluğunun ən əsas səbəblərindəndir. Varikoselenin, yalnız cərrahi müalicəsi(əməliyyat) var. Amma birinci növbədə, spermoqramma verin və öz göstəricilərinizi, normal göstəricilərlə müqayisə edin. Əgər göstəricilər, normaya uyğun deyilsə - əməliyyat etmək vacibdir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
elesger | 12 Dekabr 2014 22:08
Salam doktor menim 40 yasim var mende 15 -ildiki erken bosalma var buna mualice ne etmek olar evvelceden tesekir edirem
Dr.Orxan Agabəyov | 15 Dekabr 2014 07:12
Salam Elesger. Erkən boşalmanın, müxtəlif səbəbləri var - penisin dərisinin hiperhəssaslığı, cinsiyyat sistemində iltihabi prosess, psixoloji səbəblər. Bu səbəbləri müəyyənləşdirib, düzgün müalicə təyin etmək olar. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
celal | 12 Dekabr 2014 21:29
Hekim salam sizden cox uzr isteyirem bundan 3 il qabaq cinsi elaqede olmusam xeyli vaxt sora baxiram sperma arada bir oz basina damci gelir onun mualicesini mumkunse yazardizda xahis edirem
Dr.Orxan Agabəyov | 15 Dekabr 2014 07:12
Salam Celal. Bu əlamət cinsi yolla keçən infeksiyanın əlaməti ola bilər. Cinsi infeksiyalar çoxdur və hər birinin fərqli xüsusi müalicəsi var. Ona görəə də, birinci növbədə cinsi infeksiyalar yoxlanılmalıdır. sonra isə müalicə təyin edilir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Kenan | 12 Dekabr 2014 19:17
salam hekim.hekim mende ilda bi iki dafa sol veya sG xayamda yungul agri olur.birda gorursanki. Sol veya sag xaya sallanir ver oturanda xayanin biri atda biri ise uste galir.usta galan xaya sixili ve mene diskomfortlug yradir.arada olurki xayamin biri elabil firlanir icarda ve oturanda agri verir.bu xercengin elemeti ol bilar?cvb yazin xahis ediram.cox sagolun
Dr.Orxan Agabəyov | 15 Dekabr 2014 07:12
Salam Kenan. Xeyr, xaya xərcəngi az ehtimal olunandı. Xaya ağrılarının səbəbi, müxtəlif ola bilər - epididimit(xaya artımının iltihabı), varikosele(damar genişlənməsi), orxit (xayaların iltihabı). Dəqiqləşdirmək üçün, xayaların doppler müayinəsindən keçmək, məsləhətdir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
natiq | 12 Dekabr 2014 15:47
salam doctor xahis bu suallarima cavab yazardunuz da . Menim 20 yasim var 4 ildir ki men her defe yungul ise gedendeve qurtarandan sonra penisimin ucunda sidik damcilari qalir . Her defe gerek nese ile silem ve geceler bosalma olur mende . Evvel tez-tez olurdu sonra mualiceden sonra azalib. Indi ayda 2-3 defe bas verir . Doctor bu neden olar . Bir deki bunun birdefelik mualicesi var ??? Xahis cavab yazardunuz da . Evvelceden tesekkurler
Dr.Orxan Agabəyov | 15 Dekabr 2014 07:12
Salam Natiq. 1. Sidik kanalanın iltihabı - uretritin əlaməti ola bilər. Düzgün müalicə təyin edilərsə - birdəfəlik müalicə olunur. 2. Bu yaş dövründə pollusiyaların(qeyri-ixtiyari boşalmaların) olması normal haldır və səbəb -müntəzəm cinsi həyatın(boşalmaların) olmamasıdır. Əgər boşalmalar ifrat dərəcədə olmursa, bu problem sayılmır. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.