ANDROLOQ
DR. ORXAN AĞABƏYOV
Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq...
ƏTRAFLI MƏLUMAT

Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq biznesdə uğurun əldə olunmasına qədər - kömək edən gücü qazanır. Buna görə də kişi sağlamlığı sahəsində problemlər zamanı mütəxəssisə vaxtında müraciət etmək vacibdir.

Mən,  həkim - androloq olaraq, mənə müraciət edən hər bir insana kömək etməyə, düzgün müalicə təyin etməyə, etibarlı və uzun müddətli münasibətlər qurmağa çalışıram. Öz sağlamlığınızı mənə etibar edərkən, Siz  dəqiq diaqnostika və keyfiyyətli müalicəyə əmin ola bilərsiniz.

Hörmətlə, Dr. Orxan Ağabəyov

Şəffaflıq və açıqlıq
Mən hər şeyi ətraflı şəkildə izah edirəm: bu və ya digər analizlər nə üçün tələb olunur və onlar nəyi göstərirlər; nəyə görə mən belə diaqnoz təyin edirəm və Sizin xəstəliyinizin/probleminizin səbəbi nədir; optimal müalicə sxemi hansıdır və nə üçün o Sizin üçün optimaldır.
Sizdən artıq heç nə tələb olunmur
Yalnız diaqnozun təyin edilməsi üçün lazımi analizlər və müayinələr, ən asan və effektiv müalicə sxemləri (heç bir lazımsız dərman preparatları, iynələr və s. təyin edilmir)
Qorxutmaq yoxdur
Mən hesab edirəm ki, pasiyenti qorxutmaq olmaz. Konsultasiyadan sonra Sizdə diaqnoz ilə bağlı heç bir qorxu və anlaşılmazlıq qalmayacaq.
Əks əlaqə
Əgər müalicə zamanı sizdə əlavə suallar yaranarsa, nəyisə dəqiqləşdirmək lazım olarsa, Siz sadəcə olaraq mənim mobil telefon nömrəmə zəng edəcəksiniz və hərtərəfli cavablar və tövsiyyələr alacaqsınız.
sevinc | 11 Fevral 2014 19:46
salam həkim,yoldaşım 25gündür ki varikosel əməliyyatı olub,onurga sütununun aşagı hissəsində agrılar çoxdur,böyrəkləri normaldır,bunun səbəbi nə olar?
Dr.Orxan Agabəyov | 13 Fevral 2014 06:29
Salam Sevinc. Bu ağrıların müxtəlif səbəbləri ola bilər, səbəbi dəqiqləşdirmək üçün cinsiyyət sisteminin diaqnostikası vacibdir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
qiyas | 11 Fevral 2014 19:24
Salam hekim .hekim qadinla olanda tez bowalma hali baw verdikde hamile qalir.umumiyetle tez bowalmanin ne kimi ziyani var? Ve hansi dermani meslehet gorerdiz ?
Dr.Orxan Agabəyov | 13 Fevral 2014 06:27
Salam Qiyas. Kişidə  boşalma tez olduqda, partnyor orqazma çatmaya bilər(boşalmır), buna görə də narazılıq yaranır. Erkən boşalmanın, müxtəlif səbəbləri var - penisin dərisinin hiperhəssaslığı, cinsiyyat sistemində iltihabi prosess, psixoloji səbəblər. Bu səbəbləri müəyyənləşdirib, düzgün müalicə təyin etmək olar. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Sərdar. | 11 Fevral 2014 18:37
Salam həkim.Çox xahiş edirəm məsləhət verin,spermanın təzyiqinin aşağı olması sonsuzluq yaradarmı? Miqdarı kifayət qədərdir,amma təzyiq əvvəlki kimi deyil. Çixişa qədər təzyiq hiss olunur,lakin çıxışda zəifləyir.Çox narahatam,bu nədən olar?
Dr.Orxan Agabəyov | 13 Fevral 2014 06:22
Salalm Serdar. Spermanın ifrazat sürətinin azalması, orqanik - prostatit(prostat vəzinin iltihabı), vezikulit(toxum kisəciklərinin iltihabı) və psixoloji səbəblərlə əlaqəli ola bilər və sonsuzluğa birbaşa aidiyyatı yoxdur. Kişilərdə uşağın olub-olmaması yalnız spermanın keyfiyyətindən asılıdır - yoxlamaq üçün spermoqramma analizi vermək lazımdır.  Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
kenan | 11 Fevral 2014 17:59
salam hekim.men ele olur ki tez boshaliram.ama elede olurki gec .birinci defeden sora cinsi orqanim durmur.tez tezmasturbasiya ile meshgul oluram.cinsi orqanimda balacadir.ne edim ki o boyuusun.ve ikinci defe olmaq ucun neyleyim.nece ay ualice olmusham.ama bir xeyrin gormedim
Dr.Orxan Agabəyov | 13 Fevral 2014 06:18
Salam Kenan.1. Penisin ereksiya vəziyyətində 12 sm-dən artıq uzunluğu, normaya uyğun sayılır. Əgər hormonal çatışmazlıq yoxdursa, penisin ölçülərinə heç bir dərman preparatı təsir etmir. 2. Sizdə potensiyanın zəifləməsi halları var. Səbəblər müxtəlif ola bilər  - psixoloji(daimi stresslər, gərginlik,depressiya) və orqanik (prostatit, hormonal pozğunluq və s.). Bu səbəbləri müəyyənləşdirib, düzgün müalicə təyin etmək olar. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Emin | 11 Fevral 2014 16:10
salam eziz ve hormetli hekim.size sualim budurki,men valikosaleden emeliyyat oldum.vehemin gunu eve gelib ..seheri gun uwaqlarla cole cixib siqaret cekende ozumu rahat hiss eledim.ve bilmey isteyiremki,siqaret cekmey spermaya ziyani varmi.hemde nece gunden sonra cinsi elaqede olaq olar/minnetdaram
Dr.Orxan Agabəyov | 13 Fevral 2014 06:14
Salam Emil. Varikosele əməliyyatından sonra 1 ay cinsi həyat məsləhət görülmür. Siqaret çəkmək spermanın keyfiyyətinı mənfi təsir göstərə bilər. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Aida | 11 Fevral 2014 14:28
А на сколько опасны эти папилломавирусы,если нет дискамфорта?какие последствия?к врачу обратиться не могу,боюсь дома сказать
Dr.Orxan Agabəyov | 13 Fevral 2014 12:41
Здравствуйте Aida. О папилломавирусе можете прочитать на сайте - в статье папиллома.  Для более подробной информации, можете связаться со мной по телефонам 055 655 00 66 и 050 363 83 86. Удачи.
nuray | 11 Fevral 2014 13:30
Salam doktor menim yoldasimda ureplazma askarlanmisdi mualice oldu.Temizlendi daha sonra spermanin berpa olunmasi ucun mualice kursu kecib 1ay ve hal-hazirda da davam edir.Neticeler yukselib 1 ayliq neticede sadece 1ml norma 20 milyon olmalidisa 15 milyondur hereket faizi , А > 25%- 22 dir , А В > 50 %-55-dir.Mualice hele davam edir lakin men bilmek isterdim ki bu neticeler hamile qalmaga yeterlidir?birde durulashma vaxti 15 deqiqedir bu ne ile elaqedar ola biler?norma 25-60 deqiqedir sehv etmiremse tesekkurler
Dr.Orxan Agabəyov | 13 Fevral 2014 06:10
Salam Nuray. Spermoqrammanın əsas göstəriciləri normaya uyğundur, amma analiz köhnə normativlər olan klinikada verilib, hal hazırda müasir normativlərə görə spermoqrammada spermotozoidlər hərəkətlilik aktivliyinə görə 4 grupa deyil, 3 grupa bölünür və 1ml-də 20 milyon deyil 15 milyon spermotozoid olmalıdır. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Kamran | 11 Fevral 2014 13:10
salam Hekim,,coox xaiw edrem sualimi cvblandrasiz..indden twkr,,menim 21 yasim var hec vaxt cinsi elaqede olmamwam,,ama tez tez mastrobasiyon edrem,,bunun menimcun cox zererli olduqunu blrem ,ama hec cur bu verdisden el ceke blmrem ,bu verdisden qurtulmaqin yolu varmi??? ve nedi???
Dr.Orxan Agabəyov | 13 Fevral 2014 06:04
Salam Kamran. Masturbasiya etməməyin ən düzgün yolu, müntəzəm cinsi həyata başlamaqdır, əgər belə imkan yoxdursa - enerjini müəyyən məşğuliyyətə sərf edin, məsələn idmanla məşğul olun. Uğurlar.
orxan | 11 Fevral 2014 12:32
salam SUNETDEN SUPHELENIREM EREKSIYANI MUALICESI DERMANLA HELL ETMEK OLUMU YENI SUNET VAXTI EREKSIYA NE PROBLEM YARANIR NEYI ZEDELEYIRLER KI EREKSIYA ZEIF OLUR
Dr.Orxan Agabəyov | 13 Fevral 2014 06:04
Salam Orxan. Əgər sünnət normal aparılırsa, heç bir zədələnmə olmur və ereksiyayada bunun heç bir mənfi təsiri yoxdur. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
ibadet | 11 Fevral 2014 08:11
Salam hekim sizin klinikada analizlerin qiymeti ne qederdi? Meselcun sperma analizi?
Dr.Orxan Agabəyov | 12 Fevral 2014 06:21
Salam İbadet. Spermoqramma analizinin qiyməti 20 AZN-di. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.