efsane | 15 Dekabr 2014 15:59
salam hekim sizden bir xestelik haqda meslehet almag isterdim men 1 ildirki aileliyem ve mende papillomavirus yarandi mende ginekoloqa muraciet etdim yandirilmasi lazim oldugunu soyledi mene mende eledim indi men bilmek isteyirem menim yoldawimda muayine ve mualicelerden kecmelidir?ve kecmese yene mende emele gele bilermi hemin virus?cox xais edirem cavablandirin cox narahatam onceden tewekkur edirem size
Dr.Orxan Agabəyov | 18 Dekabr 2014 07:57
Salam Efsane. Əgər yoldaşınızda papillomalar yaranarsa, bu halda müalicə kursu keçməlidir, əks halda müalicəyə ehtiyac olmur. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Tural | 14 Dekabr 2014 20:11
Salam Dr.Orxan bey. Menim size bir nece sualim olacaq cvblandirsaniz ve melumat verseniz wad olaram.Menim 27 yawim var son 1 il evvele kimi bir partnyorla yawamiwam onunla her wey normal olub. Son bir ilde munasibetim olmayib ve bir nece gun evvel cinsi elaqede olmaq isteyerken gozlemediyim bir weyle qarwilawdim hessasliq itib ve berkliyi cox olmur, men konkret bilirem zeiflik var bunuda anonimlik baximindan hec yere getmemiwem muraciet etmemiwem. Menim psixoloji problemim var beleki eger biriyle elaqede olmaq isteyiremse o mutleq xeyalimdaki olmalidi bawqa partnyorla hecne alinmir. Men bilmek isteyirem bu prosedurlarin yeni mualice ve ya hekim komekliyi ne qeder uzana biler umumiyyetle qidanin cox onemi var oxudum amma men zeif qidalaniram. Dr. Orxan bey sizin teqdim etdiyiniz nomreyle birbawa sizinle elaqe qurmaq mumkundu? Birde mumkunse ilkin olaraq mene bir melumat veresiniz
Dr.Orxan Agabəyov | 15 Dekabr 2014 08:22
Salam Tural. Əgər kişilərdə cinsi hıyatda uzunmüddətli fasilələr yaranırsa, bu cinsiyyət sistemində durğunluq bir də cinsi problemlərə gətirib çıxarır. Yəni, necə ki bir futbolçu hansı ki, hər gün məşq edib, futbol oynayırdı, zədə üçündən 6 ay - 1 il məşq etmir. Aydındır ki, fasilədən sonra bu futbolçu öncə olduğu kimi oynamır. Eyni problemlər cinsi fəaliyyətdə də fasilə yarandıqda olur. Bəli telefon nömrələri şəxsi nömrələrdi - 055 655 00 66 və 050 363 83 86, zəng vura bilərsiz. Uğurlar.
vusal | 14 Dekabr 2014 18:10
Salam hekim. 21 yawim var,subayam. mende tezelikce sidiye getdikden sonra uc hissede goyneme,axsamlar cinsiyyet orqanimda agrilar olur.seher oyandigimda da alt paltarda 1-2 qram sperma axir.Mumkunse sebebini deyerdiz de.evelceden cox sagolun
Dr.Orxan Agabəyov | 15 Dekabr 2014 08:22
Salam Vusal. Bu ya cinsi yolla keçən infeksiyanın əlaməti və ya cinsiyyət sistemində iltihabi prosesin əlaməti ola bilər. Hər bir halda, cinsi infeksiyaların yoxlanması məsləhətdir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
roman | 14 Dekabr 2014 17:50
Salam hekim men spermaqramadan analiz vermwem 5defe. 1de 0faiz Obirsi defe 5faiz. Sora yenede verdm 0faiz cixdi cavab.hekime getdm xayalari yoxlatmaq meslehet gordu.uzide oldum iki terefli varikosel cixdi.emelyat olmuwam 1il bundan qabag. Sizce netice duzele biler
Dr.Orxan Agabəyov | 15 Dekabr 2014 08:21
Salam Roman. Nəticələr düzələ bilər, amma buna ehtimal çox deyil, ona görə də bu situasiyada süni mayalandırma proseduru daha məqsədəuyğundur, amma yenədə vəziyyət tam qiymətləndirilməlidir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Mert | 14 Dekabr 2014 17:10
Salam hekim evvela size Tesekkur ediremki, bele bir serait yaratmisiz.Hekim meni coxdandi maraqlandiran bir sual var, hekim mende yoxlatdirmisam sol terefli qasiq xaya yirtigi var.Mende emeliyyat eletdirmek istemirem, deyiremki, emeliyyat eletdirmesem bu gelecekde mene problem yaratmazki,? yani sonsuzluqa sebeb olmazki?.Evvelceden Tesekkurler.
Dr.Orxan Agabəyov | 15 Dekabr 2014 08:21
Salam Mert. Əlbəttə problemlər ola bilər, yırtığın yalnız cərrahi müalicəsi var, yəni əməliyyatdan başqa variant yoxdur. Aydındır ki, yırtıq qaldıqca, xayada bir sıra mənfi dəyişikliklər yaranır və nəticədə bu spermanın keyfiyyətinin zəifləməsi ilə nəticələnə bilər. Əməliyyat etmək məsləhətdir, bu əməliyyat çətin əməliyyat deyil. narahat olmayın. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Ramil | 14 Dekabr 2014 13:07
salam hekim.babasilin cinsi organin sertlewmeyine ziyani var?
Dr.Orxan Agabəyov | 15 Dekabr 2014 08:21
Salam Ramil. Xeyr, bu xəstəliklərin birbaşa əlaqəsi yoxdur. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Rovsen | 14 Dekabr 2014 06:02
Salam hekim mende birde gorsen seviwme bawdiyanda penis normal wekilde sertlewir 1ci rahat oluram ama 2ci cox gec sertlewir hemde umumiyetle tez bowalma var neden olar mualicelik olsa neqeder cekir
Dr.Orxan Agabəyov | 15 Dekabr 2014 08:20
Salam Rovsen. Bu tip problemlərdə, müalicə kursu adətən 2 ay çəkir, bu müddət ərzində klinikaya 2 dəfə gəlirsiz. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
İlqar | 14 Dekabr 2014 01:36
Salam həkim.Xahiş edərdimki mənim sualımı cavabsız qpymayasız.Həkim mən qadınla öpüşərkən yaxud ehtiraslı bir hadisə görərkən yəni ehtirasımın həddi yüksəldikdə mənim bədənimdən sperma xaric olmasa yəni dayananda bir az sonra kəskin ağrılar başlayır gödəyimin aşağı nahiyəsində yəni cinsi orqanımın üst tərəfində.Bu ağrılar ancaq gərəkki sperma xaric ola məndən sonra səngiyir bitir ağrılar.Bunun gələcəkdə problem yaratmaq qorxusu yoxmu ?
Dr.Orxan Agabəyov | 15 Dekabr 2014 08:20
Salam İlqar. Əgər kişidə ehtiraslanma olusa, ereksiya yaranırsa, bu mütləq boşalma ilə bitməlidir, əks halda cinsiyyət sistemində durğunluq yaranır və bu da öz növbəsində bir çox cinsi problemlər yaradır. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Elcin | 13 Dekabr 2014 22:38
salam hekim, meni 23 yasim var cinsi elaqede olmaq isdedemisem alinmayib uqursuz olub, basqa vaxdi her sey qaydasinda olur.Heyecan ,qorxu , elaqde ola bilmirem mumkunse mene bir komeklik edin??
Dr.Orxan Agabəyov | 15 Dekabr 2014 08:12
Salam Elcin. Bu daha çox, psixoloji səbəbləri olan problemdir. Yəni, cinsi əlaqə başlayanda, Sizdə müəyyən narahatlıq yaranır - ereksiya necə olacaq? Daxil ola biləcəm? və s. Bu narahatlıq, ereksiyanın normal mexanizmlərini pozur və nəticədə, ereksiya itir. Müalicədə, həm dərman preparatları, həmdə rasional psixoterapiya metodlarından istifadə olunur. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Black | 13 Dekabr 2014 20:29
Salam hekim spermoqrammanin neticesin desem mene deye bilersiz musbetdi yoxsa menfi eyakulyatin miqdari4.5 ph 8 durulasma vxti 30 spermatazoidin miqdari 1mlde 33 spermatazodini miqdari umumi eyakulyatda 148.5 aktiv duz hereketli 26 reqsi hereketli 14 zeif hereketli 10 hereketsiz 50 bascigin 14 cisminin 10 quyrugunun 7 spermotagenez huceyrrleri 3-4 spermatoaqqlutinasiya 3 morfologiya 69 faiz leykositler 4-5 epiteli huceyreleri az miqdar lesitin denesi orta miqdar trichomonas vaginalis yoxdur selik orta miqdar kristal - zehmet olmasa cvb yazardiz
Dr.Orxan Agabəyov | 15 Dekabr 2014 08:12
Salam Black. Spermoqrammanın əsas göstəriciləri normaya uyğundur(ümumi hərəkətlilik normadan azdır), amma analiz köhnə normativlər olan klinikada verilib, hal hazırda müasir normativlərə görə spermoqrammada spermotozoidlər hərəkətlilik aktivliyinə görə 4 grupa deyil, 3grupa bölünür. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.