ANDROLOQ
DR. ORXAN AĞABƏYOV
Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq...
ƏTRAFLI MƏLUMAT

Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq biznesdə uğurun əldə olunmasına qədər - kömək edən gücü qazanır. Buna görə də kişi sağlamlığı sahəsində problemlər zamanı mütəxəssisə vaxtında müraciət etmək vacibdir.

Mən,  həkim - androloq olaraq, mənə müraciət edən hər bir insana kömək etməyə, düzgün müalicə təyin etməyə, etibarlı və uzun müddətli münasibətlər qurmağa çalışıram. Öz sağlamlığınızı mənə etibar edərkən, Siz  dəqiq diaqnostika və keyfiyyətli müalicəyə əmin ola bilərsiniz.

Hörmətlə, Dr. Orxan Ağabəyov

Şəffaflıq və açıqlıq
Mən hər şeyi ətraflı şəkildə izah edirəm: bu və ya digər analizlər nə üçün tələb olunur və onlar nəyi göstərirlər; nəyə görə mən belə diaqnoz təyin edirəm və Sizin xəstəliyinizin/probleminizin səbəbi nədir; optimal müalicə sxemi hansıdır və nə üçün o Sizin üçün optimaldır.
Sizdən artıq heç nə tələb olunmur
Yalnız diaqnozun təyin edilməsi üçün lazımi analizlər və müayinələr, ən asan və effektiv müalicə sxemləri (heç bir lazımsız dərman preparatları, iynələr və s. təyin edilmir)
Qorxutmaq yoxdur
Mən hesab edirəm ki, pasiyenti qorxutmaq olmaz. Konsultasiyadan sonra Sizdə diaqnoz ilə bağlı heç bir qorxu və anlaşılmazlıq qalmayacaq.
Əks əlaqə
Əgər müalicə zamanı sizdə əlavə suallar yaranarsa, nəyisə dəqiqləşdirmək lazım olarsa, Siz sadəcə olaraq mənim mobil telefon nömrəmə zəng edəcəksiniz və hərtərəfli cavablar və tövsiyyələr alacaqsınız.
kenan 016 | 16 Dekabr 2014 16:59
Salam Orxan bey. Mende spermanin faizi asagidir.bu xayalarda olan kistalarla elaqedar ola biler. Olculeri beledir.sag xaya 10×6mm, 3.5×2.5mm. Sol xayada 6×4mm, 4.1×3.1mm,2.2×2mm olculeridedir. Mene deyibler emeliyat olunmalisan. Sualim beledi. Kistalar spermanin zeifliyine sebebdir? Minnetdaram.
Dr.Orxan Agabəyov | 18 Dekabr 2014 07:56
Salam Kenan 016. Nadir hallarda xaya artımı kistaları spermanın keyfiyyətinə təsir edə bilər. Amma əməliyyatdan öncə, başqa ehtimal olunan səbəblər mütləq araşdırılmalıdır. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Ferid | 16 Dekabr 2014 16:58
Salam doktor spermanin faizi ne qeder olmalidi?
Dr.Orxan Agabəyov | 18 Dekabr 2014 07:14
Salam Ferid. Müasir normativlərə görə spermoqrammada, irəli hərəkətli spermotozoidlərin faizi 32% -dən çox, ümumi hərəkətlilik isə 40 % -dən çox olmalıdır. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
vusal | 16 Dekabr 2014 16:01
Salam hekim.mende xayam sol teref sag terefden boyukdu .birde xayanin awagi terefinde boyuk damar gedir,yuxardan awagiya dogru elle baxanda hiss elemek olur ki sol teregde boyuk damarlar gedir bu normaldirmi?
Dr.Orxan Agabəyov | 18 Dekabr 2014 07:14
Salam Vusal. Bu suala nəzəri olaraq cavab vermək mümkün deyil.  Xaya problemlərini dəqiqləşdirmək üçün, xayaların doppler müayinəsindən keçmək lazımdır. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Elnara | 16 Dekabr 2014 11:40
Salam hekim. heyat yoldasimin 35 yasi var. texminen iki ildir onun cinsi ordani evvelki kimi iri ve berk deyil. Orqazma da evvelkinden tez catir. Nece etmek olar ki evvelki kimi iri ve berk olsun, orqazma da gec catsin... Bu bizim cinsel yasamimiz ucun vacibdir.
Dr.Orxan Agabəyov | 18 Dekabr 2014 07:13
Salam Elanara. Bunun üçün yoldaşınızda problemlərin səbəbləri müəyyənləşdirilib, müalicə kursu təyin olunmalıdır. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Alik193 | 16 Dekabr 2014 09:37
Salam necesiniz doktor? Doktor sizə bir sualım var. Kişin sperma keyfiyyətini qaının cinsiyyətinin daxilindən götürüb analiz etmək olurmu? Və ya başqa isulla yoxlamaq olurmu? Əvvəlcədən Təşəkkür edirəm.
Dr.Orxan Agabəyov | 18 Dekabr 2014 07:13
Salam Alik 193. Spermoqramma, yalnız masturbasiya (əllə boşalmaq) yolu ilə alınır. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
isgender | 16 Dekabr 2014 09:15
salam hekim.53 yasim var.shekerim var.xayalarda toxunarken aqri hiss edirem.cinsi orqan yaxshi qalxmir ve tez boshalir.meslehete ve lazim olsa muliceye ehtiyacim var.saq olun
Dr.Orxan Agabəyov | 18 Dekabr 2014 07:13
Salam İsgender. Xaya ağrılarının səbəbi, müxtəlif ola bilər - epididimit(xaya artımının iltihabı), varikosele(damar genişlənməsi), orxit(xayaların iltihabı). Dəqiqləşdirmək üçün, xayaların doppler müayinəsindən keçmək, məsləhətdir. Şəkərli diabet xəstəliyi, kişilərdə cinsi zəifliyin ən əsas səbəblərindən biridir, buna görə də şəkər xəstələri, mütləq ereksiyanı gücləndirən müalicə kursları keçməlidir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Xanali | 16 Dekabr 2014 08:00
Salam. Ilk once Size tesekkur edirik ki serait yaradibsiz virtual olaraq sual unvanlayaq. Hekim artiq 1 ilden cox muddetdir ki sidiye getdikden sonra qan ve ya bulaniq, sari narinci maye gelir. Hemcinin siyende kanalda sanci olur bezen siddetli bezen az. Usm olundum boyreklerden prostatdan sidik kisesinden lakin qeyri negativ bir sey tapilmadi. Sidikden ve spermadan hemcinin analiz verdim her sey normal oldu. Hekime muraciet etdim infeksiya eleyhine mualice olundum demek olar ki 80% irelileyis hiss etdim. Bele ki artiq sidik kanalinda olan bulaniq sarimtil narinci maye azalib demek olar ki gelmir lakin hansi gun ki cinsi elaqede oluram yalniz hemin gun 1 ya 2 defe qana oxsar maye gorurem deqiqlesdire bilmirem ki bu cirkdi yoxsa qan quruyub qeribe reng alib. Hekim xatirladim ki evveller cox soyuq sularla yuyunmusam oturaq halda islemisem, Hekim prostata infeksiya duse bilermi ve ya prostatda soyuqlama neticesinde yuxarida qeyd etdiyim hallar(qanve ya bulaniq sari )bas vere bilermi?
Dr.Orxan Agabəyov | 18 Dekabr 2014 07:13
Salam Xanali. Keçirdiyiniz müayinələr ya düzgün aparılmayıb, ya da tam olmayıb. Yəni əgər insanın sidik kanalından qan gəlirsə, hər halda orqanizmdə buna səbəb olan amil var. Və səbəbin aşkarlanmaması, yalnız diaqnostikanın səhv olmasından xəbər verir. səbəb həm cinsi infeksiya həmdə cinsiyyət sistemində iltihabi proses ola bilər. Buna görə də düzgün diaqnostikadan keçib, bu problemlərin dəqiq səbəbini bilib, müalicə kursu keçməyiniz məsləhətdir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
emin | 15 Dekabr 2014 20:55
salam hekim men 1 il yarim evvel varikaselden opiraciya edildim 6ay sora spermadan analiz verdim faizder normaldi dediler,onnan 6 ay sora uziden kecedende sol xayamin balaca oldugudu,1 damarin geriye axmasini ve balaca duz olmasi awkarlandi spermadan bide analiz verdim hekimime getirdim gosterdim normaldi saglamsan dedi.sizce ne etmeliyem men?
Dr.Orxan Agabəyov | 18 Dekabr 2014 07:13
Salam Emin. Əgər spermanın göstəriciləri normaldırsa, sadəcə bir müddətdən bir spermoqramma verib, müşahidə aparmaq kifayətdir. Əgər göstəricilər normaldırsa, müalicəyə ehtiyac yoxdur. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Hafiz | 15 Dekabr 2014 18:10
Salam. hekim menim cinsi orqanimda sepkiler yaranir sonra oz ozune gedir ve bawqa bir terefinde yene yaranir.. sebeb ne ola biler..??? Allah razi olsun
Dr.Orxan Agabəyov | 18 Dekabr 2014 07:13
Salam Hafiz. Bu əlamət herpes virusunun əlaməti ola bilər, bu cinsi yolla ötürülən infeksiyadır. Dəqiqləşdirib, müalicə kursu keçməyiniz məsləhətdir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
kamal | 15 Dekabr 2014 17:30
Hekim salam men 1 ilden çoxdurki evliyem uşağım olmur. Hansı xestexanaya getdikse musbet cavab olmadı. sperm sayı 0 dır. Hekim bunun başqa çaresi var? Birdeki sperm donor ekilmesi deye bir mualice var? Teşekkür edirem.
Dr.Orxan Agabəyov | 18 Dekabr 2014 07:13
Salam Kamal. Əgər xayalarda da spermotozoidlər aşkarlanmırsa, donor sperması istifadə edərək süni mayalandırma proseduru etmək olar. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.