ANDROLOQ
DR. ORXAN AĞABƏYOV
Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq...
ƏTRAFLI MƏLUMAT

Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq biznesdə uğurun əldə olunmasına qədər - kömək edən gücü qazanır. Buna görə də kişi sağlamlığı sahəsində problemlər zamanı mütəxəssisə vaxtında müraciət etmək vacibdir.

Mən,  həkim - androloq olaraq, mənə müraciət edən hər bir insana kömək etməyə, düzgün müalicə təyin etməyə, etibarlı və uzun müddətli münasibətlər qurmağa çalışıram. Öz sağlamlığınızı mənə etibar edərkən, Siz  dəqiq diaqnostika və keyfiyyətli müalicəyə əmin ola bilərsiniz.

Hörmətlə, Dr. Orxan Ağabəyov

Şəffaflıq və açıqlıq
Mən hər şeyi ətraflı şəkildə izah edirəm: bu və ya digər analizlər nə üçün tələb olunur və onlar nəyi göstərirlər; nəyə görə mən belə diaqnoz təyin edirəm və Sizin xəstəliyinizin/probleminizin səbəbi nədir; optimal müalicə sxemi hansıdır və nə üçün o Sizin üçün optimaldır.
Sizdən artıq heç nə tələb olunmur
Yalnız diaqnozun təyin edilməsi üçün lazımi analizlər və müayinələr, ən asan və effektiv müalicə sxemləri (heç bir lazımsız dərman preparatları, iynələr və s. təyin edilmir)
Qorxutmaq yoxdur
Mən hesab edirəm ki, pasiyenti qorxutmaq olmaz. Konsultasiyadan sonra Sizdə diaqnoz ilə bağlı heç bir qorxu və anlaşılmazlıq qalmayacaq.
Əks əlaqə
Əgər müalicə zamanı sizdə əlavə suallar yaranarsa, nəyisə dəqiqləşdirmək lazım olarsa, Siz sadəcə olaraq mənim mobil telefon nömrəmə zəng edəcəksiniz və hərtərəfli cavablar və tövsiyyələr alacaqsınız.
eLMIN | 26 Fevral 2014 12:17
SALAM HEKIM ..CINSI ELAQEDEN SORA QANERYA MIKROBU TUTMUSDUM MUALICE OLUNDUM INDI BEZEN BEDENIMDE QIZRTILAR EMELE GELIR QAWINTI VEIR SORADA ITIR..NEDEN OLA BILER?
Dr.Orxan Agabəyov | 27 Fevral 2014 07:42
Salam Elmin. Bu əlamət qonoreya ilə bağlı deyil. Ola bilər, dəri xəstəliyidir və ya allerqiya əlamətidir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Fuad | 26 Fevral 2014 08:45
Salam hekim,sualim beledir,men bir qizla olmuwam,olan zaman qizda qawinmalar var idi,soradan ozumde nese deyiwiklik hiss elemiwem,evveller qizla daniwib edirdim,hec bir wey olmurdu,ama hemin qizla olandan sora,meselen kimlese daniwib edende penisden az su kimi maye gelir,onun sebebi nedir?
Dr.Orxan Agabəyov | 27 Fevral 2014 07:42
Salam Fuad. Ola bilər, cinsi infeksiya ilə yoluxmanın əlaməti olsun. Dəqiqləşdirib, müalicə kursu keçməyiniz məsləhətdir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Efixa | 26 Fevral 2014 06:01
Salam hekim. Men teze evliyim yoldasim usaq vaxti yixilib xayasinin biri zede alib tikis filan qoyulub. Indide hemin xaya o birisinden balacadi. Goresen bu usaq olmaqda bi prablem yaratmazki?
Dr.Orxan Agabəyov | 27 Fevral 2014 07:37
Salam Efixa. Bir xayanın olmaması(və ya kiçik olması), mütləq problem sayılmır, yəni hər şey qaydasındada ola bilər. Kişilərdə uşağın olub-olmaması yalnız spermanın keyfiyyətindən asılıdır - yoxlamaq üçün spermoqramma analizi vermək lazımdır.  Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Adil | 25 Fevral 2014 23:27
Salam doxdur . Menim penisimde xirda szanaq kimi sepkiler var cox xrdadi analiz verdim popiloma , herpes netice yaxsi cxdi xais eliyirem meslehet veresiniz bu ne ola biler bes . Evelceden tesekürler
Dr.Orxan Agabəyov | 27 Fevral 2014 07:37
Salam Adil. Ola bilər Fordays qranulaları olsun, amma dəri problemlərinin dəqiq qiyabi diaqnostikası mümkün deyil. Dəqiqləşdirib, müalicə kursu keçməyiniz məsləhətdir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Vusal21 | 25 Fevral 2014 20:31
Hekim ola bilerki cinsi orqan ozu ozunden balacalashsin?evvelki veziyyetinden?
Dr.Orxan Agabəyov | 27 Fevral 2014 07:37
Salam Vusal21. Bu yalnız ereksiya(sərtlik) problemləri ilə əlaqəli ola bilər, yəni anatomik cəhətdən bu mümkün deyil. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
MAhir | 25 Fevral 2014 19:04
Salam hekim. Hekim men 6ay evvel bir yuk qaldirmisham yukun bur hissesi penisee ilishib dartilib peniss.onnan soraa agrilar bashlayib sag.xayamda sag ayagimda agrayirr.. Keyleshmish kimi olurr..hemde sag xayamda sallanma varr az torba yigilanda da o tam qalxmir yuxari..bu neden ola biler?varikosele ola bilermi??en cox meni narahat eden xayanin.biraz ashagi olmasidi..birde tam yigilmamaasi. .Onceden teshekkur edirem hekim. Ve xahish.edirem etrafli.cavablandirsiz en esas xaya sallanmasi
Dr.Orxan Agabəyov | 26 Fevral 2014 06:35
Salam Mahir. Ayaqdakı ağrı ola bilər əzələ ağrısı olsun. Xaya ağrılarının səbəbi, müxtəlif ola bilər - epididimit(xaya artımının iltihabı), varikosele(damar genişlənməsi), orxit(xayaların iltihabı). Dəqiqləşdirmək üçün, xayaların doppler müayinəsindən keçmək, məsləhətdir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
elmar | 25 Fevral 2014 19:04
salam doxdur menim pensimde sol terefe eyriliy var bunu nece hansisa mualice yoluylami duzelermi birazda ki boyutmek olar hansisa derman vasdesiyle
Dr.Orxan Agabəyov | 26 Fevral 2014 06:18
Salam Elmar. Yüngül dərəcəli penis əyriliyi bir çox kişidə var və xüsusi müalicə tələb etmir. Əgər əyrilik artırsa və ereksiya problemləri yaranırsa, müalicə olunmalıdır. Əməliyyat və ya dərman preparatları ilə müalicə, əyriliyin səviyyəsindən asılıdır. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
emir | 25 Fevral 2014 18:49
Salam hekim .men cinsi orqanimda qadinla elaqe zamani qawinma neden olur? Birde qadinla 2gun dal badal elaqede olmaq olar?
Dr.Orxan Agabəyov | 26 Fevral 2014 06:20
Salam Emir. 1. Ola bilər, cinsi infeksiyanın əlaməti olsun. 2. Bəli, bu tamamilə normaldı. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Fuad | 25 Fevral 2014 17:56
Salam. Masturbasiya ile cox mesgul olmusam. Bezen spermamda az nemli qati hissecikler mueyyen edirem bu neden ola biler? Tesekkurler
Dr.Orxan Agabəyov | 26 Fevral 2014 06:20
Salam Fuad. Bu cinsiyyət sistemində iltihabi prosesin əlaməti ola bilər. Dəqiqləşdirmək üçün spermoqramma analizi vermək lazımdır. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Anar | 25 Fevral 2014 16:16
Salam doktor. Size sualim ondan ibaretdirki men cinsi elaqe zamani 1-2 deqede bosaliram. Ikinci defe olmaq isteyirem ama penisim biraz bosalir. 10-15 deqiqeden sora yeniden oluram biraz gec qurtariram. Xayamdada herden agrilar olur. Bunun sebebi ne olar, xahish edirem cavablandirasiz.
Dr.Orxan Agabəyov | 26 Fevral 2014 06:31
Salam Anar. 1. Erkən boşalmanın, müxtəlif səbəbləri var - penisin dərisinin hiperhəssaslığı, cinsiyyat sistemində iltihabi prosess, psixoloji səbəblər. Bu səbəbləri müəyyənləşdirib, düzgün müalicə təyin etmək olar. 2. Xaya ağrılarının səbəbi, müxtəlif ola bilər - epididimit(xaya artımının iltihabı), varikosele(damar genişlənməsi), orxit(xayaların iltihabı). Dəqiqləşdirmək üçün, xayaların doppler müayinəsindən keçmək, məsləhətdir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.