ANDROLOQ
DR. ORXAN AĞABƏYOV
Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq...
ƏTRAFLI MƏLUMAT

Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq biznesdə uğurun əldə olunmasına qədər - kömək edən gücü qazanır. Buna görə də kişi sağlamlığı sahəsində problemlər zamanı mütəxəssisə vaxtında müraciət etmək vacibdir.

Mən,  həkim - androloq olaraq, mənə müraciət edən hər bir insana kömək etməyə, düzgün müalicə təyin etməyə, etibarlı və uzun müddətli münasibətlər qurmağa çalışıram. Öz sağlamlığınızı mənə etibar edərkən, Siz  dəqiq diaqnostika və keyfiyyətli müalicəyə əmin ola bilərsiniz.

Hörmətlə, Dr. Orxan Ağabəyov

Şəffaflıq və açıqlıq
Mən hər şeyi ətraflı şəkildə izah edirəm: bu və ya digər analizlər nə üçün tələb olunur və onlar nəyi göstərirlər; nəyə görə mən belə diaqnoz təyin edirəm və Sizin xəstəliyinizin/probleminizin səbəbi nədir; optimal müalicə sxemi hansıdır və nə üçün o Sizin üçün optimaldır.
Sizdən artıq heç nə tələb olunmur
Yalnız diaqnozun təyin edilməsi üçün lazımi analizlər və müayinələr, ən asan və effektiv müalicə sxemləri (heç bir lazımsız dərman preparatları, iynələr və s. təyin edilmir)
Qorxutmaq yoxdur
Mən hesab edirəm ki, pasiyenti qorxutmaq olmaz. Konsultasiyadan sonra Sizdə diaqnoz ilə bağlı heç bir qorxu və anlaşılmazlıq qalmayacaq.
Əks əlaqə
Əgər müalicə zamanı sizdə əlavə suallar yaranarsa, nəyisə dəqiqləşdirmək lazım olarsa, Siz sadəcə olaraq mənim mobil telefon nömrəmə zəng edəcəksiniz və hərtərəfli cavablar və tövsiyyələr alacaqsınız.
Anonim | 27 Fevral 2014 19:32
Doktor salam! Bele bir sherait yaratdiginiz ucun size sonsuz teshekkurler! Bele bir sualim var: cinsi orqanda, deride reng deyishikliyi var. bezi hisseleri adi deri renginde, bezi hisseleri ise bir az aciq rengdedir. Bir il olar ki bele hal bash verib. Adi hal kimi qarshiladim. Amma yene de maraqlidi. Sebeb ne ola biler? Onceden teshekkurler!
Dr.Orxan Agabəyov | 1 Mart 2014 06:04
Salam Anonim. Ola bilər göbələk infeksiyası olsun, amma dəri problemlərinin dəqiq qiyabi diaqnostikası mümkün deyil. Dəqiqləşdirib, müalicə kursu keçməyiniz məsləhətdir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Anonim | 27 Fevral 2014 16:30
Salam doktor.Mənim 25 yaşım var, məndə boşalma gec olur, bu hər hansı bir prolemlə əlqali ola bilər??
Dr.Orxan Agabəyov | 28 Fevral 2014 13:10
Salam Anonim. Boşalmanın gecikməsinin bir necə səbəbi var: 1. cinsi əlaqə zamanı həyəcan. 2. masturbasiya nəticəsində, yaranmış, qeyri-adekvat erotik stereotip, yəni cinsi əlaqə vaxtı, masturbasiyadakı olan stimulyasiyanın(sürtünmənin və görüntülərin) olmaması və nəticədə boşalmanın gecikməsi. 3. hormonal səbəblər. 4. iltihabi səbəblər.  Bu səbəbləri müəyyənləşdirib, düzgün müalicə təyin etmək olar. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Fuad | 27 Fevral 2014 15:18
Salam. Prostatiti mualice edirsinizmi? Tesekkurler.
Dr.Orxan Agabəyov | 28 Fevral 2014 13:11
Salam Fuad. Bəli, prostatitin müalicəsi ilə məşğul oluram. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Ayka | 27 Fevral 2014 11:23
Doktor salam xahiw ediram dogru ünvana yönlandirasiz bu menda bir xastalikdirmi genekoloqami muraciat etmaliyam?vayaxutda qarwi taraf yoxlanilmalidir mualicasi varmi bunun?
Dr.Orxan Agabəyov | 28 Fevral 2014 13:13
Salam Ayka. Əgər problem partnyorla bağlıdırsa(yəni partnyorda erkən boşalma problemi var) - o müalicə kursu keçməlidir. Əgər problem Sizinlə bağlıdırsa - Siz ginekoloqa müraciət etməlisiz. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
vefa | 27 Fevral 2014 10:44
salam.bilmirem sizin sahenize aiddir.mende uretrada yanma var.23 yasim var 5 ildi aileliyem.keskin sistitden eziyyet cekmisem mualicenen sagalib.2 il bunda qabaq sistit oldum bu yanma goyneme qaldi.2 ildi gezmediyim hekim icmediyim derman yoxdu.qaliq sidik olub basqa analizlerimde leykosit infeksiya yoxdu. boyrekde 2mm ocsalat duzu var bu mende hemise oldugu ucun bilirem ondan deyil.uretranin yuduzdurmusam fizioterapiya getmisem 1 ay.sistoskopiyani meslehet gorubler bunun mene neyse yarari deye biler?fesadi olur?uretrada ne ola bilerki sagalmir.su icirem biraz sidiye yaxsi gede bilirem.bilmirem ne edim mene bir meslehet vererdiz.sagolun
Dr.Orxan Agabəyov | 28 Fevral 2014 12:59
Salam Vefa. Əgər dərman preparatları əlamətləri aradan qaldırmırsa - deməli problemin səbəbi indiyədək aşkarlanmayıb. Səbəbləri dəqiqləşdirib, düzgün müalicə strategiyası təyin etmək olar. Uğurlar.
elnur | 27 Fevral 2014 09:45
salam hekim menim penisimin olcusu 12-14 sm-dir.penisin uzadilmasi mumkundurmu?bu prosses ne qeder vaxt cekr?
Dr.Orxan Agabəyov | 28 Fevral 2014 13:03
Salam Elnur. Penisin ereksiya vəziyyətində 12 sm-dən artıq uzunluğu, normaya uyğun sayılır. Əgər hormonal çatışmazlıq yoxdursa, penisin ölçülərinə heç bir dərman preparatı təsir etmir. Uğurlar.
alim | 27 Fevral 2014 09:02
Salam hekim .cinsi elaqe zamani qadinin bowalmasida vacibdi? Uwaq qalmaqa? Xaiw edirem cavablandirasiniz.onceden twk
Dr.Orxan Agabəyov | 28 Fevral 2014 13:07
Salam Alim. Xeyr, bu proseslərin əlaqəsi yoxdur - yəni qadında boşalma olmasada, hamilə ola bilər. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Anar | 27 Fevral 2014 08:58
Salam dokdur dəfələrlə spermanı boşa ifraz etdirmək insanı arıqlada bilər? və bunun insan orqanizmasına ziyanı var
Dr.Orxan Agabəyov | 28 Fevral 2014 13:05
Salam Anar. Masturbasiyanın arıqlığa aidiyyatı yoxdur. Əgər masturbasiya, vərdişə çevrilirsə, bu gələcəkdə müəyyən cinsi problemlərə gətirib çıxara bilər. Bu mütləq şərt deyil - hər şey normal da ola bilər, sadəcə masturbasiyaya öyrəşən kişilərdə belə bir ehtimal var. Uğurlar.
İlkin | 27 Fevral 2014 06:24
Salam. Boşalma gecikdirici dərman, krem və yaxud sprey məsləhət edə bilərsiz? Bu dərmanların əks təsiri varmı? Birdə bu dərmanları necə əldə etmək olar? İstənilən aptekdən almaq olar? Üzr istəyirəm məndə birinci dəfə ehtiras problemi yoxdur tez ehtiraslanıram lakin tez boşalıram və sonra artıq yenidən olmaq həvəsi qalmır. Bu problemi necə həll etmək olar. Əvvələr daha çox olurdum yən 2-3 dəfə boşalırdım lakin artıq elə deyil. Buna qarşı nə etmək olar? 27 yaşım var və heç bir narahatçılığım yoxudur. Birdə cinsiyət oqanının sağ tərəfində dəri biraz ağarıb və qaşınmalar olur. Çox uzun müddətdirki belədir. İndi əvvəlki kimi çox ağ deyil və qaşınmalar azdır ama yenədə soruşmaq istərdim bu nəyin əlamətidir. Əvvəlcədən çox təşəkkür edirəm.
Dr.Orxan Agabəyov | 28 Fevral 2014 12:46
Salam İlkin. Hansısa bir preparatla bu problemlər həll olunmur. Sizdə, həm potensiyanın zəifləməsi, həmdə erkən boşalma problemi var. Potensiyanın zəifləməsi səbəbləri  - psixoloji(daimi stresslər, gərginlik,depressiya) və orqanik (prostatit, hormonal pozğunluq və s.) ola bilər.  Erkən boşalmanın, müxtəlif səbəbləri var - penisin dərisinin hiperhəssaslığı, cinsiyyat sistemində iltihabi prosess, psixoloji səbəblər. Bu səbəbləri müəyyənləşdirib, düzgün müalicə təyin etmək olar. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Elesger | 27 Fevral 2014 06:16
Salam Hekim, Mende Prostatitin elametleri var. Esas Hava soyuq olanda tez tez sidiye getme, sidiye gederken hacalasma ve sidiyin tam qutarmama hissi. Ancaq goyneme ve geceleri sidik ucun qalxma yoxdur. USM deyiki prostatda kalsinat-lar var. Hekim P meslehet gordu. Derman icen muddetde nisbeten normal olur ancaq derman bitende narahatliq berpa olur . Sualim budur: Bunun tam mualicesi varmi, nece aradan qaldirmaq olar. Yoxsa butum omrum boyu P icmeliyem :) Ve bunun diger fesadlari ne ola biler? Evvelceden Teshekkurler
Dr.Orxan Agabəyov | 28 Fevral 2014 12:46
Salam Elesger. Xroniki prostatit elə xəstəlikdir ki, müalicədən müəyyən müddət keçəndən sonra, təkrar kəskinləşə bilər. Ona görə də xroniki prostatitin müalicəsində, ildə 2 dəfə(yazda və payızda) profilaktik kurslar tətbiq olunur. Sizə təyin olunan preparat prostatitin müalicəsində  istifadə olunan əsas preparat deyil. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.