faiq | 2 Mart 2014 09:54
Salam hekim Men % il evvel damar genislenmesinden emeliyyat olundum. Kecen il Uzi de yoxlandim damar genislenmesi askar olunmadi.Menim faizim tezelikle muayinede 9% gosterir.Onu qryd edim ki hormonal muayinede diger hormonlar normada prolaktin normadan bir az cox yeni 21 gosterir. Bilmek istetirem ki eger emeliyyatda bir patalogiya olsaydi Uzi de gorunerdimi? Mualice olunsam da faizim yukselmir.Prolaktinin bu gostericisi tesir ede bilermi? cox sag olun.
Dr.Orxan Agabəyov | 3 Mart 2014 06:15
Salam Faiq. Ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlayın. Uğurlar.
Zaur | 1 Mart 2014 22:14
Salam hekim.Sizin bu sehifeni gorende az qala sevincden agliyacaqdim.illerdi hekime getmeye cekinmisem deqiq desem utanmisam.ancaq indi gorurem ki cox pis hereket etmisem.19 yasim olannda mende yuxuda olanda ozumden asili olmayaraq bosalma olurdu.fikirlesirdim kecer amma bu get gede daha da pislesdi.artiq 28 yasim var. heftede 2-3 defe ozumden asili olmaraq bosaliram.yuxudan durqduqdan sonrada heyat enerjimin azaldigin hiss edirem.seks fikirlesirem munasibetde olum partnyorla ancaq qorxuram ki sonra gecede bosalacam hevesim tamam olur.bir sozle cinsi heyatim illden ile yox olur.bunun uzunden evlilik heyatida qura bilmirem.valdeynlerimede deye bilmirem.coox xahis mene meslehet vererdiz.
Dr.Orxan Agabəyov | 3 Mart 2014 06:19
Salam Zaur. Gecə boşalmalarının(pollusiyaların) əsas səbəbi - müntəzəm cinsi həyatın olmamasıdır. Sizin yaşda pollusiyaların olması normal sayılmır. Həkimə müraciət etmək, Sizin problemlərdən qurtulmağa kömək edəcək, buna görə utanmayın. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Anar Mamedoff | 1 Mart 2014 19:47
Salam,Men BodyBuildingle Mewqul Oluram Artiq 2ildir Ve Natural Yollarla Bundan artiq wiwmek olmur Testestreon Enantat kursu goturmek isteyirem bu kurs barede mene resept yaza bilersiz? neche heftelik ve hansi preparatlardan istifdade edim?
Dr.Orxan Agabəyov | 2 Mart 2014 13:41
Salam Anar. Bu preparat steroid preparatlarına aiddir və bu tip preparatların qəbulu, cinsiyyət sistemi üçün çox ziyandı. Bu preparatdansa, protein, geyner ya amino kimi idman qidalarından istifadə edə bilərsiz - bunlar tam təhlükəsizidir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
rasim | 1 Mart 2014 18:26
salam doktor. 40 yasim var.men fevralin 10-da sol qasiq yirtigi ve2-ci derecele varikoselden emeliyat olmusam. bilmek isterdim ki men nece mudetden sonra ata ola bilerem. evelceden minettarligimi bildirirem.
Dr.Orxan Agabəyov | 2 Mart 2014 13:27
Salam Rasim. Bu suala birmənalı cavab vermək olmur, spermoqrammanın göstəricilərindən asılıdır. Əgər əməliyyat düzgün aparılıbsa və digər əngəllər yoxdursa, spermoqrammanın göstəriciləri 3-6 ay ərzində bərpa olmalıdır. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
adil | 1 Mart 2014 17:42
salam hekim. mende spermanin azligi spermanin naporsuz gelmesi tam berkimemek tez bosalma var amma 1ildir beledi ./. xais edirem meslehet veresiz
Dr.Orxan Agabəyov | 2 Mart 2014 13:27
Salam Adil. Sizdə, həm potensiyanın zəifləməsi, həmdə erkən boşalma problemi var. Potensiyanın zəifləməsi səbəbləri - psixoloji(daimi stresslər, gərginlik,depressiya) və orqanik (prostatit, hormonal pozğunluq və s.) ola bilər. Erkən boşalmanın, müxtəlif səbəbləri var - penisin dərisinin hiperhəssaslığı, cinsiyyat sistemində iltihabi prosess, psixoloji səbəblər. Bu səbəbləri müəyyənləşdirib, düzgün müalicə təyin etmək olar. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
AQIL | 1 Mart 2014 10:57
SALAM HEKIM .MENDE ERKEN BOWALMA VAR BU DERININ HESASLIGI ILE BAGLIDIR NE EDE BILEREM?HEKIME GETMEKDEN UTANIRAM DERMANI VARSA MUMKUNSE MESLEHETLERINIZE EHTIYACIM VAR ONCEDEN TWKRLER
Dr.Orxan Agabəyov | 2 Mart 2014 13:27
Salam Aqil. Erkən boşalmanın səbəblərini dəqiqləşdirmək üçün, xüsusi testlərdən keçmək lazımdır, yəni problemin səbəbi dəqiq təyin edilməlidir. Sonra isə düzgün müalicə təyin etmək olar. Həkimin qəbuluna getməyə utanmaq lazım deyil, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlayın, çalışaram Sizə kömək edim. Uğurlar.
ferid | 1 Mart 2014 10:01
salam. mende spermatozoidlerin umumi hereketi 30 faiz tewkil edir. ( yavaw ireli hereket-18, yerinde hereket 12 faiz).tekrar analize qeder hansi tebii mehsullarla faiz gostericisini artira bilerem?
Dr.Orxan Agabəyov | 2 Mart 2014 13:21
Salam Ferid. Birinci növbədə hərəkətlilik faizlərinin normadan az olmasının səbəblərini öyrənmək lazımdır, sonra isə müalicə kursu keçmək məsləhətdir. Misal üçün, əgər Sizdə varikosele varsa, heç bir qida vasitəsi təsir etməyəcək, yəni birinci növbədə səbəblər müəyyənləşdirilməlidir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
robert | 1 Mart 2014 07:15
salam hekim eger hormonal catismazligi varsa bu penisin olcusunun balaca olmasina sebeb ola bilermi?ve bu hormonal catismazligin mualicesi varmi?eger mualice olunsa penisin olcusunun boyumesine sebeb ola biler?bu ne qeder muddet ceker mualice?evvelceden tesekkuler
Dr.Orxan Agabəyov | 2 Mart 2014 13:25
Salam Robert. Ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlayın. Uğurlar.
Chingiz | 28 Fevral 2014 19:22
Axwaminiz xeyir.Uzur isdeyirem narahat eledim.menim 22 yawim var.ve hesab ediremki mende penis cox balacadir.12 sm. hemde nazikdir.ve men cinsi elaqede olan zaman tez bowaliram.bu problemleri aradan qaldirmaq ucun ne etmeliyem? isdeyiremki penisimi qalinlawdirim ve boyudum.ve tebiyiki cinsi aleqede olan zaman tez bowalmayim..xaiw edirem bu suali cavablandirib mene komek eleyesiz.Diqqetiniz ucun tewekur edirem.Cox sagolun
Dr.Orxan Agabəyov | 2 Mart 2014 13:17
Salam Arif. 1. Penisin ereksiya vəziyyətində 12 sm-dən artıq uzunluğu, normaya uyğun sayılır. Əgər hormonal çatışmazlıq yoxdursa, penisin ölçülərinə heç bir dərman preparatı təsir etmir. 2.Erkən boşalmanın, müxtəlif səbəbləri var - penisin dərisinin hiperhəssaslığı, cinsiyyat sistemində iltihabi prosess, psixoloji səbəblər. Bu səbəbləri müəyyənləşdirib, düzgün müalicə təyin etmək olar. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
nihat | 28 Fevral 2014 18:12
salam..hekim menim cinsi hucyremin etrafindan xallar cixib ziyila benzer, mualice etdirmisem, amma yenede cixir, yandirirlar, birde cixir men nece edim..cox sagolun indiden
Dr.Orxan Agabəyov | 2 Mart 2014 12:59
Salam Nihat. Bu cinsi yolla ötürülən infeksiyalara aid olan - papillomavirusun əlamətidir. Bu xəstəliyin birdəfəlim müalicəsi olmasada, müəyyən preparatların köməyi ilə residivlərin(təkarar əmələ gəlmənin) sayını azaltmaq olar. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.