ANDROLOQ
DR. ORXAN AĞABƏYOV
Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq...
ƏTRAFLI MƏLUMAT

Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq biznesdə uğurun əldə olunmasına qədər - kömək edən gücü qazanır. Buna görə də kişi sağlamlığı sahəsində problemlər zamanı mütəxəssisə vaxtında müraciət etmək vacibdir.

Mən,  həkim - androloq olaraq, mənə müraciət edən hər bir insana kömək etməyə, düzgün müalicə təyin etməyə, etibarlı və uzun müddətli münasibətlər qurmağa çalışıram. Öz sağlamlığınızı mənə etibar edərkən, Siz  dəqiq diaqnostika və keyfiyyətli müalicəyə əmin ola bilərsiniz.

Hörmətlə, Dr. Orxan Ağabəyov

Şəffaflıq və açıqlıq
Mən hər şeyi ətraflı şəkildə izah edirəm: bu və ya digər analizlər nə üçün tələb olunur və onlar nəyi göstərirlər; nəyə görə mən belə diaqnoz təyin edirəm və Sizin xəstəliyinizin/probleminizin səbəbi nədir; optimal müalicə sxemi hansıdır və nə üçün o Sizin üçün optimaldır.
Sizdən artıq heç nə tələb olunmur
Yalnız diaqnozun təyin edilməsi üçün lazımi analizlər və müayinələr, ən asan və effektiv müalicə sxemləri (heç bir lazımsız dərman preparatları, iynələr və s. təyin edilmir)
Qorxutmaq yoxdur
Mən hesab edirəm ki, pasiyenti qorxutmaq olmaz. Konsultasiyadan sonra Sizdə diaqnoz ilə bağlı heç bir qorxu və anlaşılmazlıq qalmayacaq.
Əks əlaqə
Əgər müalicə zamanı sizdə əlavə suallar yaranarsa, nəyisə dəqiqləşdirmək lazım olarsa, Siz sadəcə olaraq mənim mobil telefon nömrəmə zəng edəcəksiniz və hərtərəfli cavablar və tövsiyyələr alacaqsınız.
Elnur | 3 Mart 2014 10:27
salam doktor men ikinci dereceli varkaselden iku terefli emelyat ildum spermam sifriydi.bilmek isdeyiremki bu emelyatdan sonra cinsii orqanimdada boyumek ola biler biraz balacaydi
Dr.Orxan Agabəyov | 4 Mart 2014 05:03
Salam Elnur. Xeyr, bu əməliyyatın penisin ölçülərinə heç bir aidiyyatı yoxdur. Uğurlar.
Zaur | 3 Mart 2014 09:04
Salam hekim. Uzr isteyirem.mem yoldasimla saatlarla cinsi elaqede oluram.bosala bilmirem.elaqeden sonra elimle bosaliram.bu ne ile elaqedar olar ve men ne etmeli
Dr.Orxan Agabəyov | 4 Mart 2014 05:03
Salam Zaur. Boşalmanın gecikməsinin bir necə səbəbi var: 1. cinsi əlaqə zamanı həyəcan. 2. masturbasiya nəticəsində, yaranmış, qeyri-adekvat erotik stereotip, yəni cinsi əlaqə vaxtı, masturbasiyadakı olan stimulyasiyanın(sürtünmənin və görüntülərin) olmaması və nəticədə boşalmanın gecikməsi. 3. hormonal səbəblər. 4. iltihabi səbəblər.  Bu səbəbləri müəyyənləşdirib, düzgün müalicə təyin etmək olar. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
elmir | 3 Mart 2014 08:45
Salam həkim,,,penidin ölü vəziyyətdə olmasına səbəb nə ola bilər??? Bunu sizə yoxlatdırmagha gəlməmişdən əvvəl,doppler müayinəsindən kechib gəlməliyəm? Zəhmət olmasa,cvb verərdiz,,,
Dr.Orxan Agabəyov | 4 Mart 2014 05:02
Salam Elmir. Bu problemin səbəbləri müxtəlif ola bilər - psixoloji(daimi stresslər, gərginlik,depressiya) və orqanik (prostatit, hormonal pozğunluq və s.). Hansı müayinələrdən keçmək lazımdırsa, birinci konsultasiyada təyin olunur. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar. Save
Amir | 3 Mart 2014 06:47
Salam ...hormetli hekim kisilerde harmonal inkisaf neçe yasa qeder davam edir bu dovr hemçnin pensin boyümeside gedirmi inkisafa...?
Dr.Orxan Agabəyov | 4 Mart 2014 05:02
Salam Amir. Penisin inkişafı adətən 17-19 yaşa kimi davam edir. Uğurlar.
nicnar | 2 Mart 2014 18:35
Salam doktor zehmet olmasa mene deyerdiz mende leykosit heddinden artiq cox cixib.faiz de demek olar ki sifirdi.bir nece infeksiya cixib xlamidiya ve trixomonada.Pirogenal yazib hekim amma deyilene gore cox pis iynedir.bir tanisim deyib ki bu cox tehlukeli iynedir.
Dr.Orxan Agabəyov | 3 Mart 2014 06:35
Salam Nicnar. Başqa həkimin reseptinə şərh vermək etik cəhətdən düzgün deyil. Əgər həkimin təyinatlarına şübhə ilə yanaşırsızsa - başqa həkimə müraciət etmək. ən düzgün variant olar. Uğurlar.
saka | 2 Mart 2014 17:51
evelce salam hekim masturbasiyonla tez tez mewgul olmag olarmi
Dr.Orxan Agabəyov | 3 Mart 2014 06:34
Salam Saka. Əgər masturbasiya, vərdişə çevrilirsə, bu gələcəkdə müəyyən cinsi problemlərə gətirib çıxara bilər. Bu mütləq şərt deyil - hər şey normal da ola bilər, sadəcə masturbasiyaya öyrəşən kişilərdə belə bir ehtimal var. Uğurlar.
israfil | 2 Mart 2014 17:11
Salam. Men size sual vermisdim ki menim 28 yasim var. Cinsi zeiflik var. Psixoloji, prostat ve variokosol ola biler. Muraciet ucun gec deyil ki?! siz de cavab verdiz ki xeyr gec deyil. Amma bir qeder cetindir. indi yani ki cetin ne menada dediz??? Adeten bele mualiceye ne qeder vaxt lazimdi?
Dr.Orxan Agabəyov | 3 Mart 2014 06:39
Salam İsrafil. Ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlayın. Uğurlar.
Ferid | 2 Mart 2014 14:41
salam Orxan doktor evvelceden size derin teşekkurumu bildirirem .20 yaşım var mende sperma cehetden her şey normaldir rengi miqdari hezz hissi.. ancaq artiğ 1il e yaxindirki cinsi zeiflik meni bezdirib uzr isteyirem artiq seks izleyende bele penis berkimir normal aktivleşmir 10gun bele kecse indi boşalşışam kimihaldayam... axrinci defe cinsi elaqe zamani ele bildim xestelikin hansisa novune yoluxmuşam hekime getdim qan sidik sperm analizi verdim her şey normal cixdi hekim uşaq olma problemi ve xesteliy yoxdu dedi bir iki derman yazdi aldim qebul eledim ama xeyri olmadi..bilmirem hormonal pozguntudu ya impotansiyadi pisxoloji yorgunlug stres bunlarin hec biri mende olmayib..birde ki penisin derisi ele bil nazikleşib bilirem zinsi elaqe olsa bir qramda zovq almaram eksine surtulme zamani agri verecek....bir şeyide etiraf edim evveler masturbasiya ile iffrat derecede meşqul olmuşam el diliyle desek ozum oz tağımı yandirmışam doktor bunnan elaqeder ola bilermi?ve bunun mualicesi varmi?
Dr.Orxan Agabəyov | 3 Mart 2014 06:30
Salam Ferid. Əgər cinsi problemlərin səbəbləri müayinələrdə aşakar olunmur, psixoloji səbəblər əsas ola bilər. Və yaxud, müayinələr düzgün və ya dolğun olmayıb - çox vaxt cinsi zəifliyin səbəblərini araşdıranda ancaq cinsi infeksiyaları yoxlanılır - bu yetərli informasiya deyil. Müntəzəm cinsi həyat yaşamağa çalışın və təkanverici müalicə kursundan keçməyiniz məsləhətdir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Senan | 2 Mart 2014 13:30
Salam doktor.tekrar size yaziram cox sagol sualimi cavablandirmisiz.iki defe xayalarimi USM kecirmisem dopler.birincide Plexsus pampiniforma sin: xayanin yuxari qutb seviyyesinde 3.5 mm qeder genislenib.Valsalva sinagi zamani retroqrad axin izlendi..damar genizlenmeyindendi usaq olmamaq dediler emeliyat lazimdi. Ama ikinci USM sol epididimde 2x 1.6mm olculerinde kista cixdi.her iki xaya damarlari normal genislikdedir.V.alsalva sinagiyla sagda reluks axini yoxdur.Solda valsalva sinagiyla kecici reluks axini izlenilir.bunda da dediler emeliyata ehtiyac yoxdur.doxtor indi men emeliyat olmaliyam?
Dr.Orxan Agabəyov | 3 Mart 2014 06:24
Salam Senan. Ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
nazim qasimov | 2 Mart 2014 12:23
salam hekim. menim sag xayam gah şişir gahdaki balacalaşır elə bil içinə su yigilb sonra cəkilir.birde sag terefe belime az olsada agrilar verir. bu qrija ola bilər cunki əlamətləri qrijaya oxsuyur. birdefe sag xayamdan uşaqlıqlda əməliyyat olunmuşam yenə ola bilər?xahiş edirəm ətraflı bu barədə mənə məlumat verərdininzdə cox xahis edirəm. (19 yaşım var)
Dr.Orxan Agabəyov | 3 Mart 2014 06:26
Salam Nazim. Xaya şişkinliyinin(ağrılarının) səbəbi, müxtəlif ola bilər - epididimit(xaya artımının iltihabı), varikosele(damar genişlənməsi), orxit(xayaların iltihabı). Dəqiqləşdirmək üçün, xayaların doppler müayinəsindən keçmək, məsləhətdir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.