ANDROLOQ
DR. ORXAN AĞABƏYOV
Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq...
ƏTRAFLI MƏLUMAT

Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq biznesdə uğurun əldə olunmasına qədər - kömək edən gücü qazanır. Buna görə də kişi sağlamlığı sahəsində problemlər zamanı mütəxəssisə vaxtında müraciət etmək vacibdir.

Mən,  həkim - androloq olaraq, mənə müraciət edən hər bir insana kömək etməyə, düzgün müalicə təyin etməyə, etibarlı və uzun müddətli münasibətlər qurmağa çalışıram. Öz sağlamlığınızı mənə etibar edərkən, Siz  dəqiq diaqnostika və keyfiyyətli müalicəyə əmin ola bilərsiniz.

Hörmətlə, Dr. Orxan Ağabəyov

Şəffaflıq və açıqlıq
Mən hər şeyi ətraflı şəkildə izah edirəm: bu və ya digər analizlər nə üçün tələb olunur və onlar nəyi göstərirlər; nəyə görə mən belə diaqnoz təyin edirəm və Sizin xəstəliyinizin/probleminizin səbəbi nədir; optimal müalicə sxemi hansıdır və nə üçün o Sizin üçün optimaldır.
Sizdən artıq heç nə tələb olunmur
Yalnız diaqnozun təyin edilməsi üçün lazımi analizlər və müayinələr, ən asan və effektiv müalicə sxemləri (heç bir lazımsız dərman preparatları, iynələr və s. təyin edilmir)
Qorxutmaq yoxdur
Mən hesab edirəm ki, pasiyenti qorxutmaq olmaz. Konsultasiyadan sonra Sizdə diaqnoz ilə bağlı heç bir qorxu və anlaşılmazlıq qalmayacaq.
Əks əlaqə
Əgər müalicə zamanı sizdə əlavə suallar yaranarsa, nəyisə dəqiqləşdirmək lazım olarsa, Siz sadəcə olaraq mənim mobil telefon nömrəmə zəng edəcəksiniz və hərtərəfli cavablar və tövsiyyələr alacaqsınız.
elnur | 5 Mart 2014 10:56
Salam-hekim-Mende-spermaqramma-gostericisi.Aktiv-hereketli-25-faiz,,zeif-hereketli-35-faizdi.Bu-faizle-ovlad-sahibi-olmaq-olar.Yoldasimda-her-sey-normaldi.1ilden-codurki-ovladimiz-olmur.Amma-1qizim-da-var-4yasi-var,onceden-tesekkur
Dr.Orxan Agabəyov | 6 Mart 2014 06:39
Salam Elnur. Uşaq olub-olmaması ehtimalı yalnız aktiv hərəkətli spermotozoidlərin faizindən asılı deyil, spermoqrammada başqa vacib gösttəricilər var(qeyd etməmisiz). Amma demək olar ki, yazlan göstəricilər normaya uyğun deyil. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Eli | 5 Mart 2014 06:01
salam hekim. tez-tez orgazm olmagin ne kimi ziyani var?
Dr.Orxan Agabəyov | 6 Mart 2014 06:37
Salam Eli.  Əgər söhbət cinsi əlaqə zamanı yaşanan orqazmdan gedirsə(yəni masturbasiya vaxtı yox) - heç bir ziyanı yoxdur. Uğurlar.
aqil | 4 Mart 2014 23:25
salam doxdur. Menim prablemim cinsiyet orqanımın balaca olmasıdı nece ede bilerem kii böyüsün ne dermanı qebul edim kömek edin.??
Dr.Orxan Agabəyov | 6 Mart 2014 06:23
Salam Aqil. Penisin ereksiya vəziyyətində 12 sm-dən artıq uzunluğu, normaya uyğun sayılır. Əgər hormonal çatışmazlıq yoxdursa, penisin ölçülərinə heç bir dərman preparatı təsir etmir. Uğurlar.
anar | 4 Mart 2014 21:26
hekim salam menim 28 yawim var hec vaxt cinsi elaqede olmamiwam hevesimde yoxdu, zehmet olmasa cavablandirasiniz
Dr.Orxan Agabəyov | 6 Mart 2014 06:23
Salam Anar. 28 yaşa kimi cinsi təcrübənin olmaması, özü=özlüyündə bir problemdir, cinsi həvəsin olmaması isə müxtəlif səbəblərdən ola bilər - araşdırıb,  müalicə kursu keçməyinz məsləhətdir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
vusal | 4 Mart 2014 20:46
SaLam menim sualim beledir. subayam qadinla cinsi elaqemde 26 yasima kimi prablemim yox idi son iki ildir ki qadindan qadina ferqli olaraq elaqede olarken prablemler yaranir...1 heddinden artiq tez rahatlawmaa 2 ci 1 saat erzinde 2 ci defe elaqde olduqda elaqe zamani orqanin hereketini itirmesi.3 cu eger qadin minnet edirse orqanin tam hereketde olur ama eleaqe zamini tam berkimir..ele olub ki bu hallda gece seher qeder 7 defe qadinla olmusam ama tam berkimeyib ve elaqe zamani nece defe hereketsiz olub sonra oyanib..menim sizden xaysh eger menim dediklerimi anladinizsa mene bu barede komek edesiniz...bir nece defe sperma analizi vermiwe baxan hekimlerin her weyin qaydasinda oldugunu deyib..bir hekim mene derman yazib 2 dene atiram dermanlari hal hazirda ama hec bir deyiwiklik yoxdu...birde xayamin birde damar genislenmesi var usaqliqdan
Dr.Orxan Agabəyov | 6 Mart 2014 06:18
Salam Vusal. Sizdə, həm potensiyanın zəifləməsi, həmdə erkən boşalma problemi var. Potensiyanın zəifləməsi səbəbləri  - psixoloji(daimi stresslər, gərginlik,depressiya) və orqanik (prostatit, hormonal pozğunluq və s.) ola bilər.  Erkən boşalmanın, müxtəlif səbəbləri var - penisin dərisinin hiperhəssaslığı, cinsiyyat sistemində iltihabi prosess, psixoloji səbəblər. Bu səbəbləri müəyyənləşdirib, düzgün müalicə təyin etmək olar. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Rahim | 4 Mart 2014 20:40
Salam hekim...Cinsi elaqeden novbeti gun sonra xanim aybawi kecirerse hamile qalmag ehtimali var? Cvb yazsaz cox yaxwi olar.Evvelceden tewekkurler
Dr.Orxan Agabəyov | 6 Mart 2014 06:17
Salam Rahim. Buna ehtimal çox cüzidir, demək olar yoxdur. Uğurlar.
hesen | 4 Mart 2014 20:38
salam size vereceyim sual size aiddi ya yox bilmirem ancaq meslehet almaq istiyirem.75 yawli bir kiwinin sidik saxlaya bilmemesinin caresi varmi?sidiyi tuta bilmir ayaqyoluna catana qeder islanir.doktor ne etmek olar ?bununla ilgilenen biri varmi,yani bu haqda melumatli biri.mumkunse tewekkur edirem.
Dr.Orxan Agabəyov | 6 Mart 2014 06:17
Salam Hesen. Bu problem çox güman ki, prostat vəzi və sidik kisəsində olan patoloji proseslə əlaqəlidir. Dəqiqləşdirib, düzgün müalicə strategiyası təyin etmək olar. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Taleh | 4 Mart 2014 18:44
Salam Doktor. Spermanin artmasi ve Penisin uzanmasicun ne ede bilerem.? 28 yawim var.Penisim normalda nece sm olmalidir.?
Dr.Orxan Agabəyov | 6 Mart 2014 06:13
Salam Taleh.Birinci növbədə spermoqramma vermək lazımdır, əgər göstəricilər normadan aşağıdırsa - səbəblərini müəyyəmləşdirib, müalicə kursu keçməyiniz məsləhətdir. Penisin ereksiya vəziyyətində 12 sm-dən artıq uzunluğu, normaya uyğun sayılır. Əgər hormonal çatışmazlıq yoxdursa, penisin ölçülərinə heç bir dərman preparatı təsir etmir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Anar | 4 Mart 2014 17:24
Salam,Cox hormetli hekim,mende prablem gec qurtarmag ve ya hec qurtarmamag eseblesmay olur,aileliyem,Ancag elimle ve ya basqa qadinlarla normaldi,ne edim,
Dr.Orxan Agabəyov | 6 Mart 2014 06:12
Salam Anar. Boşalmanın gecikməsinin bir necə səbəbi var: 1. cinsi əlaqə zamanı həyəcan. 2. masturbasiya nəticəsində, yaranmış, qeyri-adekvat erotik stereotip, yəni cinsi əlaqə vaxtı, masturbasiyadakı olan stimulyasiyanın(sürtünmənin və görüntülərin) olmaması və nəticədə boşalmanın gecikməsi. 3. hormonal səbəblər. 4. iltihabi səbəblər.  Bu səbəbləri müəyyənləşdirib, düzgün müalicə təyin etmək olar. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Elnur | 4 Mart 2014 12:32
Salam hekım.menım 20 yawım var ama penısım ınksaf etmeyıb bu neden ola bıler?
Dr.Orxan Agabəyov | 6 Mart 2014 05:28
Salam Elnur. Penisin ereksiya vəziyyətində 12 sm-dən artıq uzunluğu, normaya uyğun sayılır. Səbəblər - hormonal çatışmazlıq və ya genetik faktor ola bilər. Uğurlar.