ANDROLOQ
DR. ORXAN AĞABƏYOV
Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq...
ƏTRAFLI MƏLUMAT

Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq biznesdə uğurun əldə olunmasına qədər - kömək edən gücü qazanır. Buna görə də kişi sağlamlığı sahəsində problemlər zamanı mütəxəssisə vaxtında müraciət etmək vacibdir.

Mən,  həkim - androloq olaraq, mənə müraciət edən hər bir insana kömək etməyə, düzgün müalicə təyin etməyə, etibarlı və uzun müddətli münasibətlər qurmağa çalışıram. Öz sağlamlığınızı mənə etibar edərkən, Siz  dəqiq diaqnostika və keyfiyyətli müalicəyə əmin ola bilərsiniz.

Hörmətlə, Dr. Orxan Ağabəyov

Şəffaflıq və açıqlıq
Mən hər şeyi ətraflı şəkildə izah edirəm: bu və ya digər analizlər nə üçün tələb olunur və onlar nəyi göstərirlər; nəyə görə mən belə diaqnoz təyin edirəm və Sizin xəstəliyinizin/probleminizin səbəbi nədir; optimal müalicə sxemi hansıdır və nə üçün o Sizin üçün optimaldır.
Sizdən artıq heç nə tələb olunmur
Yalnız diaqnozun təyin edilməsi üçün lazımi analizlər və müayinələr, ən asan və effektiv müalicə sxemləri (heç bir lazımsız dərman preparatları, iynələr və s. təyin edilmir)
Qorxutmaq yoxdur
Mən hesab edirəm ki, pasiyenti qorxutmaq olmaz. Konsultasiyadan sonra Sizdə diaqnoz ilə bağlı heç bir qorxu və anlaşılmazlıq qalmayacaq.
Əks əlaqə
Əgər müalicə zamanı sizdə əlavə suallar yaranarsa, nəyisə dəqiqləşdirmək lazım olarsa, Siz sadəcə olaraq mənim mobil telefon nömrəmə zəng edəcəksiniz və hərtərəfli cavablar və tövsiyyələr alacaqsınız.
asim | 16 Dekabr 2014 21:28
Salam hekim.Menim penisimde asagiya dogru eyrilik var.bunu emeliyyatsiz duzeltmek olar?Birde ereksiya halinda tam sertlesme olmur.Sebeb ne ola biler?Ne meslehet vererdiz. Evvelceden tesekkur edirem
Dr.Orxan Agabəyov | 18 Dekabr 2014 08:02
Salam Asim. Yüngül dərəcəli penis əyriliyi bir çox kişidə var və xüsusi müalicə tələb etmir. Əgər əyrilik artırsa və ereksiya problemləri yaranırsa, müalicə olunmalıdır. Əməliyyat və ya dərman preparatları ilə müalicə, əyriliyin səviyyəsindən asılıdır. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
xazar | 16 Dekabr 2014 20:56
salam doktor sizin qebulunuza nece duse bilerem menim bir problemim var onunla elaqeder sizi naraht etdim mumkune sizinle elaqe saxlaya bilerem
Dr.Orxan Agabəyov | 18 Dekabr 2014 08:02
Salam Xazar. Ünvan: Nyu-med klinikası, Həsən Əliyev kücəsi, 29. Qəbul vaxtını dəqiqləşdirmək üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlayın. Uğurlar.
Radik | 16 Dekabr 2014 20:33
Salam həkim.Məndə ereksiya yüksək səviyyədədi. Adi söhbətdən belə həvəs oyanır. Lakin erkən boşalma .Spermanın təziqi və penisinqısalığından özümü narahat hiss edirəm. Penisin hər hansı bir pereparatla uzatmaq olarmı. Təşəkkürlər.
Dr.Orxan Agabəyov | 18 Dekabr 2014 07:15
Salam Radik. Erkən boşalmanı müalicə etmək olar. Penisin ereksiya vəziyyətində 12 sm-dən artıq uzunluğu, normaya uyğun sayılır. Əgər hormonal çatışmazlıq yoxdursa, penisin ölçülərinə heç bir dərman preparatı təsir etmir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Famil | 16 Dekabr 2014 20:30
salam Doktor. tenasul sisteminin boyumesi mumkundur ya yox? mumkundurse nece yawa qeder. tenasul sisteminin zeif inkafi nedendi? cinsi elaqe vaxti ugursuzluq olub ama bawqa vaxtlar her wey qaydasindadi. bunun sebebi nedi? indiden coox sag olun
Dr.Orxan Agabəyov | 18 Dekabr 2014 07:15
Salam Famil. 1. Penisin inkişafı adətən 17-19 yaşa kimi davam edir, zəif inkişaf ya genetik faktorlar ya da hormonal catışmazlıq ola bilər. 2. Bu daha çox, psixoloji səbəbləri olan problemdir. Yəni, cinsi əlaqə başlayanda, Sizdə müəyyən narahatlıq yaranır - ereksiya necə olacaq? Daxil ola biləcəm? və s. Bu narahatlıq, ereksiyanın normal mexanizmlərini pozur və nəticədə, ereksiya itir. Müalicədə, həm dərman preparatları, həmdə rasional psixoterapiya metodlarından istifadə olunur. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
huseyn | 16 Dekabr 2014 19:56
salam men yaxinliq edense biraz 4 sm iceri salib bosalmisam qizin hamile ehtimali var? birde mende sertlik yaranmir bununcun ne etmeliyem onceden tewekkur
Dr.Orxan Agabəyov | 18 Dekabr 2014 07:14
Salam Huseyn. Əgər sperma qadının uşaqlıq yoluna gedibsə, hamiləlik ehtimalı var. Əgər ereksiya (sərtlik) problemləri varsa, səbəbləri müəyyənləşdirib, müalicə kursu keçməyiniz məsləhətdir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Azer | 16 Dekabr 2014 18:30
Salam size bir sualim var xaiw edirem cavablandirasiz menim bele hec bir problemim yoxdu amma qiz yana gedende cinsiyet qalxmir yada zeif qalxir amma bele ayri bir vaxt qalgir bunun sebebi ne ola biler
Dr.Orxan Agabəyov | 18 Dekabr 2014 07:14
Salam Azer. Cinsi orqanın qalxması elə qadınla cinsi əlaqə zamanı lazımdır, başqa vaxt ereksiyanın olub-olmaması önəmli deyil. Bu situasiyada psixoloji faktorlar əsas ola bilər, amma hər bir halda cinsiyyət sistemini yoxlayıb, dəqiq müalicə təyin etmək olar. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Ehmedov Rufat | 16 Dekabr 2014 17:38
salam doktor qardasimin 11 yasi var idmanla mesqul olarken cox press saxlamaqdan sol terefde qasiqda agri,sol xayasinda qizarti ve sis emele gelib. Bunun fesadlari ne ola biler? sol xayasinin diametri qoz boyukluyundedir.
Dr.Orxan Agabəyov | 18 Dekabr 2014 07:14
Salam Rufat. Bunun gələcəkdə bir çox ciddi fəsadları ola bilər, sonsuzluqa qədər. Mütləq uşaq uroloquna müraciət edin. Uğurlar.
Famil | 16 Dekabr 2014 17:25
Həkim salam .Xahiş edirəm sualimi cavablandırın. Her gun seher yuxudan ayilanda mende ereksiya olur.Bunun sebebi nedir? birdeki xayalardan biri sol terefdeki saga nisbeten olculeri kicikdir? Bu normal haldir yoxsa hansisa problem var?
Dr.Orxan Agabəyov | 18 Dekabr 2014 07:14
Salam Famil. Hər iki yazdığınız hal tamamilə normaya uyğun hallardı, narahat olmayın. Uğurlar.
melek | 16 Dekabr 2014 17:06
Hekim salam. Anal seksle mesgul olub ordan axan spermani tez silmekle hamile qalmaq riski varmi? Birde qiz bakiredi ve penis iceriye falan girib elemiyib.
Dr.Orxan Agabəyov | 18 Dekabr 2014 07:14
Salam Melek. Nəzəri cəhətdən bu mümükündü, amma ehtimal həddən artıq azdır. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Əjdər | 16 Dekabr 2014 17:05
Salam həkim, mən qadınla olandan sonra narahatcılığım oldu. həkim milnən analiz götürdü, heçmə çıxmadı. Amaki analizdən sonra sidik mənim pensimin içinə dolur. Hər saniyə mənim pensim içinə su yığılır. bu keçib gedər yoxsa analizdə zədəliyiblər?
Dr.Orxan Agabəyov | 18 Dekabr 2014 07:14
Salam Əjdər. Daha ehtimal olunan səbəb, diaqnostikanın ya düzgün ya da tam aparılmamasıdır. Belə əlamətlər varsa, deməli cinsiyyət sistemində ya cinsi infeksiya ya da iltihabi proses var. Dəqiqləçdirib, müalicə kursu keçməyiniz məsləhətdir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.