ANDROLOQ
DR. ORXAN AĞABƏYOV
Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq...
ƏTRAFLI MƏLUMAT

Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq biznesdə uğurun əldə olunmasına qədər - kömək edən gücü qazanır. Buna görə də kişi sağlamlığı sahəsində problemlər zamanı mütəxəssisə vaxtında müraciət etmək vacibdir.

Mən,  həkim - androloq olaraq, mənə müraciət edən hər bir insana kömək etməyə, düzgün müalicə təyin etməyə, etibarlı və uzun müddətli münasibətlər qurmağa çalışıram. Öz sağlamlığınızı mənə etibar edərkən, Siz  dəqiq diaqnostika və keyfiyyətli müalicəyə əmin ola bilərsiniz.

Hörmətlə, Dr. Orxan Ağabəyov

Şəffaflıq və açıqlıq
Mən hər şeyi ətraflı şəkildə izah edirəm: bu və ya digər analizlər nə üçün tələb olunur və onlar nəyi göstərirlər; nəyə görə mən belə diaqnoz təyin edirəm və Sizin xəstəliyinizin/probleminizin səbəbi nədir; optimal müalicə sxemi hansıdır və nə üçün o Sizin üçün optimaldır.
Sizdən artıq heç nə tələb olunmur
Yalnız diaqnozun təyin edilməsi üçün lazımi analizlər və müayinələr, ən asan və effektiv müalicə sxemləri (heç bir lazımsız dərman preparatları, iynələr və s. təyin edilmir)
Qorxutmaq yoxdur
Mən hesab edirəm ki, pasiyenti qorxutmaq olmaz. Konsultasiyadan sonra Sizdə diaqnoz ilə bağlı heç bir qorxu və anlaşılmazlıq qalmayacaq.
Əks əlaqə
Əgər müalicə zamanı sizdə əlavə suallar yaranarsa, nəyisə dəqiqləşdirmək lazım olarsa, Siz sadəcə olaraq mənim mobil telefon nömrəmə zəng edəcəksiniz və hərtərəfli cavablar və tövsiyyələr alacaqsınız.
senan | 7 Mart 2014 17:06
Salam men cinsi elqede olan zaman cinsi organ zeif olduqunu hiss edirem buna sebeb ehtirasin seif olmasi sebeb ola bilermi ve ya onun basqa sebebi ne ola bilermi?ve cinsi orqanda "dirnaq arasi gec oyanma bas verir "
Dr.Orxan Agabəyov | 9 Mart 2014 07:45
Salam Senan. Sizdə potensiyanın zəifləməsi halları var. Səbəblər müxtəlif ola bilər - psixoloji(daimi stresslər, gərginlik,depressiya) və orqanik (prostatit, hormonal pozğunluq və s.).  Bu səbəbləri müəyyənləşdirib, düzgün müalicə təyin etmək olar. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Sərxan | 7 Mart 2014 09:11
Salam Orxan həkim, sizdən bir söz soruşum mən özümnən asılı olmayaraq gündə 2-3 dəfə atıram dözə bilmirəm,bunu nəyəsə ziyanı var ?
Dr.Orxan Agabəyov | 9 Mart 2014 07:30
Salam Sərxan. Əgər masturbasiya, vərdişə çevrilirsə, bu gələcəkdə müəyyən cinsi problemlərə gətirib çıxara bilər. Bu mütləq şərt deyil - hər şey normal da ola bilər, sadəcə masturbasiyaya öyrəşən kişilərdə belə bir ehtimal var. Uğurlar.
huseyn | 7 Mart 2014 07:46
hekim qinekomastiya nedir?
Dr.Orxan Agabəyov | 9 Mart 2014 07:30
Salam Huseyn. Qinekomastiya  - kişilərdə süd vəzilərinin böyüməsinə deyilən termindir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Islam Məmmədov | 7 Mart 2014 07:15
Salam həkim. mənim 27 yasim var. hec bir vaxt cinsi elaqede olmamisam ama coxlu mastubrasiya edirem ve tez bosaliram. sorusmaq isteyirdim ki, 5 ay sonar evlenecem. tez bosalma cinsi elaqe zamanida bele tez olacaq?
Dr.Orxan Agabəyov | 9 Mart 2014 07:30
Salam İslam. Əgər masturbasiya zamanı, boşalma erkən olursa, cinsi əlaqə zamanı bu daha da tez olur. Ciinsi təcrübənin olmaması bu problemin yaranmasında böyük rol oynayır. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Eldar | 6 Mart 2014 12:34
Salam hekim. Mende ozune guven kifayet qeder deyil. Yani herden alinmamaq qorxusundan qadinla cinsi elaqeye cehd elememiwem. Bir nece defe bele hal baw verib- ereksiya baw vermeyib. Muayineye getmiwem ,hekim her weyin normal oldugunu deyib. Esasen de heyecandan ve ya teleskenlikden ola biler, ama bu sebebleri de aradan qaldirmaga psixologiyamin gucu catmir . Tma ozguvenli olmaq uchun mene ne meslehet gorerdiniz? onceden tewekkur edirem
Dr.Orxan Agabəyov | 8 Mart 2014 12:29
Salam Eldar. Əgər cinsi problemlərin səbəbləri müayinələrdə aşkar olunmursa, psixoloji səbəblər əsas ola bilər. Və yaxud, müayinələr düzgün və ya dolğun olmayıb - çox vaxt cinsi zəifliyin səbəblərini araşdıranda ancaq cinsi infeksiyaları yoxlanılır - bu yetərli informasiya deyil. Psixoloji səbəbləri olan ereksiya problemlərinin müalicəsində, həm dərman preparatları, həmdə rasional psixoterapiya metodlarından istifadə olunur. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Aysu | 6 Mart 2014 12:29
Salem hekim .bu spermoqramma normaldimi ?bununla hamile qalmaq olarmi.yoxsa mualiceye ehtiyac var? Hecm 3.3ml Konsistensiya 0.3sm PH 7.5 Cinsi pehriz 4gun Durulasma vaxti 40deq Spermatozoidlerin 1ml.de miqdari37mln Umumi sayi 122mln Ireli hereketliler 29% Reqsi hereketliler34% Hereketsiz 37% Hereketliler 63% Morfoloji normal Kruger usulu 10 Basciq patoloji 40 Boyuncuq patoloji 20 Qarisiq patoloji30 Cali 75% Spermatogenez huceyreleri 2% Spermoaqqlutinasiya Leykosit
Dr.Orxan Agabəyov | 8 Mart 2014 12:37
Salam Aysu. Spermoqrammanın əsas göstəriciləri normaya uyğundur, narahat olmayın. Uğurlar.
kenan | 6 Mart 2014 12:21
salam .bagislayin sizi narahat edirem.hekim menim sag xayam sola nisbeten boyuk olub evvelden.1 ildir boyuyub olub qaz yumurtasi qeder amma daha boyumur nece var ele de qalib hekime muraciet eledim dedi su yigib.amma sulu deyil berkdir meni de narahat elemir .54 yasim var. hec bir narahatciligim yoxdur.cerrahiye lazimdir? yoxsa mualice ile kecermi ? meni narahat etmir sadece bir az estetik gorunusu meni narahat edir salvarda boyuk gorunur. agrisi da olmayib hec vaxt. boyuk gorunende utaniram hemise oturanda ellerimi ustune qoyuram. evde qiz gelin var .xahis edirem cavab veresiz .tesekkur ediirem
Dr.Orxan Agabəyov | 8 Mart 2014 12:29
Salam Kenan. Əgər xayalarda hidrosele(maye yığılması) varsa və Sizi estetik cəhətdən narahat edirsə, müalicə keçmək məsləhətdir. Əməliyyat və ya dərman preparatları ilə müalicə, mayennin miqdarından səviyyəsindən asılıdır. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Fuad | 6 Mart 2014 07:06
Salam .Hekim men 10 il bunnan qabaq damar genislenmesinnen opesiya olmusdum..indi bir ildir ki evliyem amma usaq olmur.xayama el vurduqda sol hansiki operasiya olunub.cox boyuk olub hemde yumruluqu itib ele bil ki nese onun ustunu baglayib..hekim bu ne derecede qorxuludu...esitdiyime gore ele olanda xayani cixardirlar.duzdu.cox xais edirem mene deyerdiz
Dr.Orxan Agabəyov | 8 Mart 2014 12:28
Salam Fuad. Birinci növbədə spermoqramma analizi verin, kişilərdə uşağın olub-olmaması yalnız spermanın keyfiyyətindən asılıdır. Xayalarda olan problemi dəqiqləşdirmək  üçün, xayaların doppler müayinəsindən keçmək, məsləhətdir. Hal-hazırki vəziyyəti qiymətləndirdikdən sonra, düzgün müalicə strategiyası təyin etmək olacaq. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Nail | 6 Mart 2014 05:55
Salam həkim, 30 yaşım var, impotensiya ilə bağlı hər hansı problemim yoxdur 30 yasim var. Amma son vaxtlar (1-2 il) orqazm zamanı sperma gələrkən sürəti çox aşağıdır, demək olar ki, irəliyə atılmır, yalnız penisin başından yana tökülür. Amma həcmi normaldır. Bu yaxınlarda spermaqramma verdim, nəticələr norma daxilində idi. Prostat vəzinin USM-də vəzin ölçüsü normal yazılmişdi. Yalnız 1-ci dərəcəli sol tərəfli varokosele qeydə alındı.Bu nə ilə əlaqəli ola bilər, gələcəkdə hər hansı bir mənfi fəsadları ola bilərmi?
Dr.Orxan Agabəyov | 8 Mart 2014 12:40
Salam Nail. Ola bilər, cinsi əlaqənin müddəti azdır və ehtiras zəif olduğundan, spermanın ifrazolunma sürəti aşağı düşüb. Hər halda dəqiq diaqnostikadan sonra, düzgün müalicə mexanizmləri seçmək olar. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
ruslan | 6 Mart 2014 05:30
salam doqdor sizi yena narahat edim yazmisdim sual cavab galmadi.hakim 30 yasindayam partnyorumla 1dafadan artiq ola bilmiram gecada.cox mayus oluram. hec bir xasdaliyim olmayib hansisa tabi yola mualica usulu varsa yazardiniz yada hansisa tabletkalar mualica kimi qabul edim zahmat deyilsa.
Dr.Orxan Agabəyov | 7 Mart 2014 06:52
Salam Ruslan. Sizdə potensiyanın zəifləməsi halları var. Səbəblər müxtəlifdir - psixoloji(daimi stresslər, gərginlik,depressiya) və orqanik (prostatit, hormonal pozğunluq və s.). Bu səbəbləri müəyyənləşdirib, düzgün müalicə təyin etmək olar. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.