Fuad | 16 Mart 2014 07:42
Salam hekim,menim xayamla qicimin arasinda nese wiw yaranib,o ne ola biler?
Birdeki onu deyimki,soyuq olmuwdu,cox oskururdum,hemdeki ayagimin alti duzdu,cox yerimiwem,yeriyende de ayaqlarim agriyir,o wiw oskurekden yadaki yerimeyimden yarana bilermi?
O wiwin qorxusu varmi?
Hekim etrafli yazin xahiw edirem,evvelceden tewekkur
Dr.Orxan Agabəyov | 17 Mart 2014 07:14
Salam Fuad. Ola bilər yırtıq yaranıb, amma belə diaqnozları yalnız əyani baxış zamanı təyin etmək olar. Hər halda qasıq zonasında şişkinlik, kişinin cinsi sağlamlığına mənfi təsir göstərə bilər. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Baron | 15 Mart 2014 23:55
salam Hekim.men 1 il evvel sol xayamdan emeliyyet olunmuwam ve sol xayam cixarilib.bunun gelecekde problemi var??
ikici sual.meni cinsiyyet orqanim hesab edirem kicikdir bunu tebi yolla boyutmek olar?
Dr.Orxan Agabəyov | 17 Mart 2014 07:23
Salam Baron.1. Bir xayanın olmaması, mütləq problem sayılmır, yəni hər şey qaydasındada ola bilər. Kişilərdə uşağın olub-olmaması yalnız spermanın keyfiyyətindən asılıdır - yoxlamaq üçün spermoqramma analizi vermək lazımdır. 2. Penisin ereksiya vəziyyətində 12 sm-dən artıq uzunluğu, normaya uyğun sayılır. Penisin ölçülərinə heç bir təbii vasitə təsir etmir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
anonim | 15 Mart 2014 19:49
salam,martin 4u bir qadinla cinsi elaqede olmuwam , hemin xanim martin 12si aybawi olmaliydi,ama ustunden 3gun kecb , hele hecne yoxdu ortaliqda, sulaim budur hamile qalmaq ehtimali ola biler ve qalibsada dermanla duwurtmek olar?
Dr.Orxan Agabəyov | 17 Mart 2014 07:14
Salam Anonim. Bəli, hamiləlik ehtimalı var. Hamiləliyin pozulması metodu ginekoloq tərəfindən müəyyən olunur. Uğurlar.
Rəşad | 15 Mart 2014 16:55
Salam hekim mənim bəzən xayalarim çox bərk olur əl vururam daş kimidir yumşaqlıq olmur,birde sağ tərəf ayaq damarım sızıldayır və bu sızıltı sağ tərəf xayamı sızıldadır.Bu nə ola bilər. əvvəlcədən sağ olun.
Dr.Orxan Agabəyov | 17 Mart 2014 07:12
Salam Rəşad. Xaya ağrılarının səbəbi, müxtəlif ola bilər - epididimit(xaya artımının iltihabı), varikosele(damar genişlənməsi), orxit(xayaların iltihabı). Dəqiqləşdirmək üçün, xayaların doppler müayinəsindən keçmək, məsləhətdir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Trio | 15 Mart 2014 12:47
Salam doktor Uretrit iltihabi xestelikler Uzi analizinde mueyyen olunur????
Dr.Orxan Agabəyov | 17 Mart 2014 06:53
Salam Trio. Uretrit - sidik kanalının iltihabıdır və USM-də müəyyən olunmur, bu diaqnozu dəqiqləşdirmək üçün - yaxmanın mikroskopiyası və cinsi infeksiyar yoxlanmalıdır. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
ILKIN | 15 Mart 2014 12:00
SALAM MENIM SAG XAYAM SOL XAYAMDAN BOYUKDUR.AGRILAR OLMUR.DEMEK OLAR KI SAG XAYAM YUMURTA BOYDADI.BUNUN GELECEKDE HECBIR ZIYANI YOXDUR KI? CAVAB VERDIYINIZE GORE TWK
Dr.Orxan Agabəyov | 17 Mart 2014 06:52
Salam Ilkin. Xaya şişkinliyınin səbəbi, müxtəlif ola bilər - epididimit(xaya artımının iltihabı), varikosele(damar genişlənməsi), orxit(xayaların iltihabı). Dəqiqləşdirmək üçün, xayaların doppler müayinəsindən keçmək, məsləhətdir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Murad | 15 Mart 2014 09:40
Salam hekim, menim cinsi elaqe zamani psixoloji problemlerim yaranir ki bu da ugursuzluga getirib cixarir, amma evvelceden qeyd edim ki, cinsiyet baximdan hec bir problem olmur, hetda qarwi cinsin numayendesi ile yaxinliq ederken bele bu problem olmur sadece olaraq yataqa girdikde ugursuzluq yawanir, Eger zehmet deyilse problemin ne oldugunu ve helinin ne qeder real ola bileceyini deyerdiz, Diqqete gore tewekkkur
Dr.Orxan Agabəyov | 17 Mart 2014 06:51
Salam Murad. Bu daha çox, psixoloji səbəbləri olan problemdir. Yəni, cinsi əlaqə başlayanda, Sizdə müəyyən narahatlıq yaranır - ereksiya necə olacaq? Daxil ola biləcəm? və s. Bu narahatlıq, ereksiyanın normal mexanizmlərini pozur və nəticədə, ereksiya itir. Müalicədə, həm dərman preparatları, həmdə rasional psixoterapiya metodlarından istifadə olunur. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
nadir | 14 Mart 2014 17:28
Salam həkim.Mənim yoldaşımın vaginasında çoxlu miqdarda epitel hüceyrəsi aşkar olunub.Bunun səbəbi nədir? Cinsi əlaqə olmaq olar?
Dr.Orxan Agabəyov | 15 Mart 2014 08:08
Salam Nadir. Bu iltihabi prosesin əlamətidir. Əgər cinsi infeksiyalar aşkar olunmayıbsa, müalicə bitdikdən sonra cinsi həyata başlamaq olar. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Mehdi Memmedov | 14 Mart 2014 12:18
Salam doctor. Men 1 ay yarim bundan qabaq varkoselden emaliyat olunmu$am. Sperma analizi verdim 1 ml de 30 mln. Hereketlik 14 % cixdi 62 faizi ölù cixib. Sizce bu 3 aydan sonra dùzele biler?
Dr.Orxan Agabəyov | 15 Mart 2014 08:08
Salam Mehdi. Əgər varikoseldən(damar genişlənməsi) savayı səbəblər yoxdursa, spermanın göstəriciləri, əməliyyatdan 3-6 ay sonra bərpa olur. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
EFQAN | 14 Mart 2014 11:27
salam doxdur menim prablemim FSH -n yuksek olmasidi ancax sperma var mende siz mene demiwdiz ki bunun mualicesi yoxdu mende spermanin miqdari 2 min spermdi icinde hereketsizi coxdu demek olar ki hereketlisi yoxdu deyilene gore diqqetle axdarilsa tapilar ve mene siz suni mayalanmani meslehet gormuwduz bu vaxda qeder gozlemiwem ve aile qurmuwam hal hazirda prablem yawayiram 6 aydi aleliyem tesufler ki hecbir irelleyiw yoxdu indi men sizde bilmek isdiyerdim hal hazirda men aile qurmuwam yeqinki menim orqanizmimde deyiwiklik olar yeniden menim ozumu yoxlatmaga ehdiyacim var yeni yeniden analiz vermeyme ehdiyac varrr FSH -N miqdarini awagi salmagin mumkinati varrr
Dr.Orxan Agabəyov | 15 Mart 2014 08:31
Salam Efqan. Ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlayın. Uğurlar.