ANDROLOQ
DR. ORXAN AĞABƏYOV
Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq...
ƏTRAFLI MƏLUMAT

Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq biznesdə uğurun əldə olunmasına qədər - kömək edən gücü qazanır. Buna görə də kişi sağlamlığı sahəsində problemlər zamanı mütəxəssisə vaxtında müraciət etmək vacibdir.

Mən,  həkim - androloq olaraq, mənə müraciət edən hər bir insana kömək etməyə, düzgün müalicə təyin etməyə, etibarlı və uzun müddətli münasibətlər qurmağa çalışıram. Öz sağlamlığınızı mənə etibar edərkən, Siz  dəqiq diaqnostika və keyfiyyətli müalicəyə əmin ola bilərsiniz.

Hörmətlə, Dr. Orxan Ağabəyov

Şəffaflıq və açıqlıq
Mən hər şeyi ətraflı şəkildə izah edirəm: bu və ya digər analizlər nə üçün tələb olunur və onlar nəyi göstərirlər; nəyə görə mən belə diaqnoz təyin edirəm və Sizin xəstəliyinizin/probleminizin səbəbi nədir; optimal müalicə sxemi hansıdır və nə üçün o Sizin üçün optimaldır.
Sizdən artıq heç nə tələb olunmur
Yalnız diaqnozun təyin edilməsi üçün lazımi analizlər və müayinələr, ən asan və effektiv müalicə sxemləri (heç bir lazımsız dərman preparatları, iynələr və s. təyin edilmir)
Qorxutmaq yoxdur
Mən hesab edirəm ki, pasiyenti qorxutmaq olmaz. Konsultasiyadan sonra Sizdə diaqnoz ilə bağlı heç bir qorxu və anlaşılmazlıq qalmayacaq.
Əks əlaqə
Əgər müalicə zamanı sizdə əlavə suallar yaranarsa, nəyisə dəqiqləşdirmək lazım olarsa, Siz sadəcə olaraq mənim mobil telefon nömrəmə zəng edəcəksiniz və hərtərəfli cavablar və tövsiyyələr alacaqsınız.
nazim 2014 | 17 Mart 2014 14:52
Salam hekim. varikosel neden yaranir?? birdeki varikosel olan adamin usaqi olma ehdimali var???o haqda aydin yazardiz???
Dr.Orxan Agabəyov | 20 Mart 2014 07:58
Salam Nazim 2014. Varikosel haqqında saytda məqalə var - Varikosel - buradan bu xəstəlik haqqında oxuya bilərsiz. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
ruslan | 17 Mart 2014 13:50
salam hakim, hakim finlepsin tabletkasinin isdifadacisiyam 16 ildi. manda cinsi prablem yarada bilarmi minnatdaram
Dr.Orxan Agabəyov | 20 Mart 2014 07:58
Salam Ruslan. Bəli, bu preparat cinsi zəiflik yarada bilər. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Zaur | 16 Mart 2014 19:52
Salam doktor,mende erken bowalma olur 10-15 saniye ıcınde bowalıram,bunun sebebı nedendır?mumkunse cavabiayardınız,evvelden cox sag olun
Dr.Orxan Agabəyov | 17 Mart 2014 07:33
Salam Zaur. Erkən boşalmanın səbəbləri müxtəlifdir: Kişi cinsiyyət sisteminin iltihabi xəstəlikləri (prostatitlər, vezikulitlər) ; Penisin dərisinin həddən artıq həssaslığı ;Cinsi həyata başlayarkən həyəcan və spermanın boşalmasına nəzarət etmə təcrübəsinin olmaması ; Cinsi uğursuzluq gözləmə sindromu (bir dəfə baş vermiş uğursuzluq gələn dəfə də təkrarlanmağı gözləməyə vadar edir), bəzi digər fobiyalar və nevrozlar. Səbəbini dəqiq müəyyənləşdirdikdən sonra, düzgün və effektiv müalicə təyin etmək olar. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Waxin | 16 Mart 2014 19:35
Salam.. Mende yanıx kimi olub derısı xal kimi bir yerinde, o neden ola biler ,hekim?..
Dr.Orxan Agabəyov | 17 Mart 2014 07:47
Salam axin. Ola bilər papillomavirus( cinsi infeksiya) olsun, amma dəri problemlərinin dəqiq qiyabi diaqnostikası mümkün deyil. Dəqiqləşdirib, müalicə kursu keçməyiniz məsləhətdir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
famil | 16 Mart 2014 19:10
salam bilmek isdeyiremki varikoseli olan birini varikoselden emeliyyat etdirmeden mualice ile testesteron seviyyesini normaya salmaq olur?
Dr.Orxan Agabəyov | 17 Mart 2014 07:38
Salam Famil. Birinci növbədə testosteronun səviyyəsinin aşağı olma səbəbini müəyyənləşdirmək lazımdır, əgər səbəb varikosele ilə bağlıdırsa - əməliyyat etmək vacibdir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
islam | 16 Mart 2014 18:58
salam hekim neca etmak olar ki sperma gec gelsin,birde bir gecada bir necadafa yatmaq?
Dr.Orxan Agabəyov | 17 Mart 2014 07:34
Salam İslam. Birinci növbədə bu problemlərin səbəblərini müəyyənləşdirmək lazımdır, sonra isə xüsusi müalicə kursu keçmək - nəticədə həm cinsi əlaqənin müddəti artacaq, həmdə cinsi aktivlik artacaq. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Farid | 16 Mart 2014 17:28
Salam Hekim. Men bilmek isterdimki butun cinsi elaqenin hamisinda sperma qadinin bedenine daxil olunmalidirmi? yeni deyekki teze evlenmish cutluk heftede 3 defe cinsi elaqede olur ve bir nece aydan sonra melum olurki qadin hamiledi. Bunlarin hamisinda sperma vaginaya daxil olmalidir ya ilk bir necesinde? Umumiyyetle prezervative ne vaxt kecilmelidir? Xahis edirem bu barede etrafli cavab yazasiniz. Evvelceden teshekkurler.
Dr.Orxan Agabəyov | 17 Mart 2014 07:45
Salam Farid. Bu sualın mənası aydın deyil, dəqiqləşdirmək üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Aydin | 16 Mart 2014 12:55
Salam Orxan Hekim.Eger problem olmuyacagsa oz problemim haqda biraz uzun yazardim ve rica ederdim etrafli melumat veresiniz.22 yawim var 1 ilden artigdi ki cinsi elaqede problemler yawiyiram problemim erken bowalma ve erreksiya problemidi.ikinci akt cox gec verir erreksiya zeif olur.Uziden kecdim xayalarda problem cixmadi prostatim 50mm-di ve testesteron seviyyesinin cox awagi oldugunu dedi hekim..prostatda iltihab dedi.ama bawqa bir hekim bunun gec gec cinsi elaqede olduguma gore oldugunu dedi.3-4 ay bunnan qabag cox yatanda boyreklerde agri,onurga sutunumda agrilar sidiye gedende cuzi goyneme geceler qurtarma ve s. olurdu.bir muddet hormonal balansi normallawdiran dermanlar atdim.sadaladiglarimnan hec biri qalmyib ama erreksiyanan bagli ve cinsi isteksizliknen bagli hele de probemim var.meslehetiniz ne olar? ev weraitinde testeron seviyyesini artirmaq mumkundurmu? cavabiniza gore evvelceden tewekkuler
Dr.Orxan Agabəyov | 17 Mart 2014 07:41
Salam Aydin. Testosteron - kişi cinsi hormonudur, yəni kişinin cinsi istəyi, cinsi gücü bu maddədən asılıdır. Və əlbəttə hormonlara aid müalicə çox böyük nəzarət tələb edir və bu tip müalicələr mütləq həkim nəzarəti ilə aparılmalıdır. Ümumiyyətlə testosteronun artması üçün, fiziki aktivlik olmalıdır - misal üçün trenajor zalında müntəzəm məşqlər. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Ruslan Alekberov | 16 Mart 2014 10:30
salam hekim bilmek isterdimki her gun mastrabasiya edende spermanin tesiri, qatiligi azalir? cunki men yoxlamisam her gun mastrabasiya olanda su kimi gelir.Ancaq 1 hefdeden bir mastrabasiya olanda qati olur ve rengi ag olur. Bununla bagli fikirleriniz menim ucun cox maraqli ve lazimli olardi.
Dr.Orxan Agabəyov | 17 Mart 2014 07:26
Salam Ruslan. Masturbasiyanın spermanın keyfiyyətinə aidiyyatı yoxdur. Əgər spermanın keyfiyyətini yoxlamaq istəyirsizsə - spermoqramma analizi verin. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Elnur | 16 Mart 2014 08:02
Salam doktor..Menim sualim beledir.Kisilerde bosalma beden ezelelerine ziyani var??
Dr.Orxan Agabəyov | 17 Mart 2014 07:37
Salam Elnur. Xeyr, boşalmaların bədən əzələlərinə heç bir ziyanı yoxdur. Uğurlar.