ANDROLOQ
DR. ORXAN AĞABƏYOV
Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq...
ƏTRAFLI MƏLUMAT

Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq biznesdə uğurun əldə olunmasına qədər - kömək edən gücü qazanır. Buna görə də kişi sağlamlığı sahəsində problemlər zamanı mütəxəssisə vaxtında müraciət etmək vacibdir.

Mən,  həkim - androloq olaraq, mənə müraciət edən hər bir insana kömək etməyə, düzgün müalicə təyin etməyə, etibarlı və uzun müddətli münasibətlər qurmağa çalışıram. Öz sağlamlığınızı mənə etibar edərkən, Siz  dəqiq diaqnostika və keyfiyyətli müalicəyə əmin ola bilərsiniz.

Hörmətlə, Dr. Orxan Ağabəyov

Şəffaflıq və açıqlıq
Mən hər şeyi ətraflı şəkildə izah edirəm: bu və ya digər analizlər nə üçün tələb olunur və onlar nəyi göstərirlər; nəyə görə mən belə diaqnoz təyin edirəm və Sizin xəstəliyinizin/probleminizin səbəbi nədir; optimal müalicə sxemi hansıdır və nə üçün o Sizin üçün optimaldır.
Sizdən artıq heç nə tələb olunmur
Yalnız diaqnozun təyin edilməsi üçün lazımi analizlər və müayinələr, ən asan və effektiv müalicə sxemləri (heç bir lazımsız dərman preparatları, iynələr və s. təyin edilmir)
Qorxutmaq yoxdur
Mən hesab edirəm ki, pasiyenti qorxutmaq olmaz. Konsultasiyadan sonra Sizdə diaqnoz ilə bağlı heç bir qorxu və anlaşılmazlıq qalmayacaq.
Əks əlaqə
Əgər müalicə zamanı sizdə əlavə suallar yaranarsa, nəyisə dəqiqləşdirmək lazım olarsa, Siz sadəcə olaraq mənim mobil telefon nömrəmə zəng edəcəksiniz və hərtərəfli cavablar və tövsiyyələr alacaqsınız.
polad | 20 Mart 2014 18:25
salam hekim.mende 2aya yaxindiki zeifleme bas verir.penis adi veziyyetde yigilib.uziden kecdim.prostatda yungul iltihab cixdi.ereksiya proplemi yasiyiram.berkime zeifdi.bunlarin soyuqlama ile elaqesi var? mualice almisam.komeyi deymeyib
Dr.Orxan Agabəyov | 23 Mart 2014 07:57
Salam Polad. Əgər cinsi problemlərin səbəbləri müayinələrdə aşkar olunmursa, psixoloji səbəblər əsas ola bilər. Və yaxud, müayinələr düzgün və ya dolğun olmayıb - çox vaxt cinsi zəifliyin səbəblərini araşdıranda ancaq cinsi infeksiyalar və prostat vəzi yoxlanılır - bu yetərli informasiya deyil. Müntəzəm cinsi həyat yaşamağa çalışın və təkanverici müalicə kursundan keçməyiniz məsləhətdir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Tural | 20 Mart 2014 18:09
Salam mende problem tez tez sidiye gedirem ve xayalarim ve penisin ucu soyuq olur isti geyinsem bele bu sistitin elametidir?
Dr.Orxan Agabəyov | 23 Mart 2014 07:57
Salam Tural. Bəli, sistitin əlaməti ola bilər, fərqli səbəblər də ola bilər. Dəqiqləşdirib, düzgün müalicə təyin etmək olar. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
server | 20 Mart 2014 10:13
salam hekim mende 20 gun bunan qabaq sidiye gedende goyneme olurdu 2 gun olarki spermanin dayanmadan ifrazi olur,evelceden tewekuller.
Dr.Orxan Agabəyov | 23 Mart 2014 07:57
Salam Server. Çox güman ki, bu cinsi yolla keçən infeksiyanın əlamətidir. Cinsi infeksiyaları yoxlayıb, müalicə kursu keçmək məsləhətdir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Aysel | 20 Mart 2014 06:51
Soyad, ad, ata ad ı , do ğ um tarixi şə xsiyy ə ti t ə sdiq ed ə n s ə n ə dd ə n götürülmü ş dür. N ə tic ə Spermoqramma Eyakulyat ı n h ə cmi ml 6.0 > 1,5 Xarici görünü ş ü bozumtul a ğ , homogen Bozumtul-a ğ , homogen Konsistensiyas ı sm 0.1 0,1 - 0,5 pH 7.6 > 7,2 Cinsi p ə hriz (günl ə rl ə ) gün 3 3 - 7 Durula ş ma vaxt ı d ə qiq ə 30 0 - 60 Spermatozoidl ə rin 1 ml- d ə miqdar ı mln. 0.8 > 15 Eyakulyatda spermatozoidl ə rin ümumi say ı mln. 4.8 > 39 İ r ə li h ə r ə k ə tlil ə r % 0-1 g/s > 32 R ə qsi h ə r ə k ə tlil ə r % 0-1 g/s H ə r ə k ə tsiz % 0-2 g/s 40 Morfoloji normal ( Kryuqe r üsulu ) %--- > 4 Ba ş c ı q(patoloji) --- Boyuncuq(patoloji) --- Qar ışı q(patoloji) --- Canl ı spermatozoidl ə r %--- > 58 Spermatogenez hüceyr ə l ə ri %--- 0 - 10 Spermaqqlütinasiya yoxdur Yoxdur Leykositl ə r mln/ml Salam hekim size yoldasmln analiz nıticəsini göndərdim.6 ay əvvəl Xarkovda əməliyat olunub 2 tərfli varikoseldən.3 ay Xn iynə vuruldu ama nəticə yoxdu.Görmə sahəsi nədirki analizdə spermalar faizlə yox görmə sahəsiylə verilib.Bu nəticə hamilə üalmağ üçün çoxmu aşağıdır? Təşəkkürlər
Dr.Orxan Agabəyov | 20 Mart 2014 09:11
Salam Aysel. Spermoqrammanın göstəriciləri normadan çox aşağıdır, buna görə də göstəricilər faizlə verilməyib. Bu göstəricilər cinsiyyət sistemində ciddi problemlərdən xəbər verir, səbəbələri müəyyənləşdirib müalicə kursu keçmək məsləhətdir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
reshad | 19 Mart 2014 14:46
BIOCHEMISTRY FBS-------119 HbA1C----4,9 ureya------26,1 Creatinine--0,82 Choresterol--249 Trglycerides--112 SGOT(AST)----68 SGPT(ALT)-----145 Alkaline phosphatase--185 HORMON F.S.H------4,02 Testosterone--6,19 Immunology HCV_Ab------Pos 19,3* HBs-Ag----negative Microbiology culture--- No growth of any bacteria after 24 hours Semen analyse semen analysis----Attached Sheet Urinanalysis macroskopy color--------------yellow. Appearance---semi clear Specific grafity---1020 PH----------------------6 Protein------Trace Glycose-----Neg Ketones-----Neg Nitrite-------Neg Urobilinogen---Neg Blood--------Neg WBC/hpf------- 1-2 RBC/hpf-------- 1-2 EP/hpf---------- 1-2 Bacteria/hpf----Neg Mucus-------positive(2 ) Casts/hpf----Not seen Semen analysis Speed Assesment(W.H.O) A (Rapid proqressive)---------74 B (Slow proqresive)-------10,50 C (Non procressive)-------2,00 D (immotile)-----------------13,50 bu analuze baxib ne deye bilersiz??
Dr.Orxan Agabəyov | 20 Mart 2014 09:04
Salam Reshad. Bu analizdə, hepatit C  analizi müsbət nəticə verib. Hepatit C -nin olub-olmamasını təsdiqləmək üçün, bir qrup dəqiqləşdirici analizlər verilməlidir. Uğurlar.
Senan | 19 Mart 2014 00:46
Salam Hekim mende verikosel damar qenishlenmesi var bunun cinsi zeyifliye aydiyeti var
Dr.Orxan Agabəyov | 20 Mart 2014 08:56
Salam Senan. Xeyr, varikoselenin cinsi zəiflik probleminə birbaşa aidiyyatı yoxdur. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Gulka | 18 Mart 2014 21:06
Salam doctor Mende qashinma oldu sonra ise sari cirke benzer bir shey gelir bu nedi? Evvelceden teshekkurler
Dr.Orxan Agabəyov | 20 Mart 2014 08:55
Salam Gulka. Bu sualı ginekoloqa verməyiniz daha düzgün olar. Uğurlar.
emirsah | 18 Mart 2014 18:02
hekim men spermaqrammadan analiz vermisem neticede mende piospermiya askarlanib. bu ciddi bir seydi?mualicesi uzun muddetlidir?
Dr.Orxan Agabəyov | 20 Mart 2014 08:55
Salam Emirsah. Piospermiya - leykositlərin spermada normadan çox olması vəziyyətidir, yəni spermada çirkin olması. Piospermiyanın səbəbi, cinsiyyət sistemində iltihabi prosesin olmasıdır. İltihabi prosesin müalicə müddəti 15-20 gün təşkil edir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Nihad | 18 Mart 2014 13:12
Salam doktor. menim 2 sualim var. 1 cisi erken bosalmanin mualicesi nece ay gedir? 2cisi spermani saxlamagin neyese ziyani var?
Dr.Orxan Agabəyov | 20 Mart 2014 08:17
Salam Nihad. 1.Erkən boşalmanın aktiv müalicəsi  1,5 - 2 ay çəkir. 2. Bu sual tam aydın deyil - əgər söhbət cinsi əlaqəni uzatmaq məqsədi ilə spermanı saxlamaqdan gedirsə - bu ziyan deyil. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Sabir | 17 Mart 2014 18:09
Salam həkim məndə hər şey analizdə aqlutinasiya çıxdı onu hansı dərmanla müalicə etmək olar.
Dr.Orxan Agabəyov | 20 Mart 2014 08:09
Salam Sabir. Aqqlütinasiya - spermotozoidlərin bir-birinə yapışması prosesidir. Bu prosesin səbəbləri müxtəlif ola bilər, səbəbləri müəyyənləşdirib - düzgün müalicə təyin etmək olar. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.