ANDROLOQ
DR. ORXAN AĞABƏYOV
Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq...
ƏTRAFLI MƏLUMAT

Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq biznesdə uğurun əldə olunmasına qədər - kömək edən gücü qazanır. Buna görə də kişi sağlamlığı sahəsində problemlər zamanı mütəxəssisə vaxtında müraciət etmək vacibdir.

Mən,  həkim - androloq olaraq, mənə müraciət edən hər bir insana kömək etməyə, düzgün müalicə təyin etməyə, etibarlı və uzun müddətli münasibətlər qurmağa çalışıram. Öz sağlamlığınızı mənə etibar edərkən, Siz  dəqiq diaqnostika və keyfiyyətli müalicəyə əmin ola bilərsiniz.

Hörmətlə, Dr. Orxan Ağabəyov

Şəffaflıq və açıqlıq
Mən hər şeyi ətraflı şəkildə izah edirəm: bu və ya digər analizlər nə üçün tələb olunur və onlar nəyi göstərirlər; nəyə görə mən belə diaqnoz təyin edirəm və Sizin xəstəliyinizin/probleminizin səbəbi nədir; optimal müalicə sxemi hansıdır və nə üçün o Sizin üçün optimaldır.
Sizdən artıq heç nə tələb olunmur
Yalnız diaqnozun təyin edilməsi üçün lazımi analizlər və müayinələr, ən asan və effektiv müalicə sxemləri (heç bir lazımsız dərman preparatları, iynələr və s. təyin edilmir)
Qorxutmaq yoxdur
Mən hesab edirəm ki, pasiyenti qorxutmaq olmaz. Konsultasiyadan sonra Sizdə diaqnoz ilə bağlı heç bir qorxu və anlaşılmazlıq qalmayacaq.
Əks əlaqə
Əgər müalicə zamanı sizdə əlavə suallar yaranarsa, nəyisə dəqiqləşdirmək lazım olarsa, Siz sadəcə olaraq mənim mobil telefon nömrəmə zəng edəcəksiniz və hərtərəfli cavablar və tövsiyyələr alacaqsınız.
Sərvət | 25 Mart 2014 07:04
Salam həkim. mən iki il bundan öncə varikoseldən əməliyyat olundum, altı ildir övladım olmur bu yaxınlarda müalicə üçün analiz verdim bütün göstərivilər yaxşıdı lakin bəzi toxumalarda qrup halında birləşmə var (аглютинация) bu halda övlad sahibi olmaq mümkündürmü. Təşəkkür edirəm.
Dr.Orxan Agabəyov | 27 Mart 2014 06:54
Salam Sərvət. Əgər spermoqrammanın əsas göstəriciləri normaya uyğundursa, aqqlutinasiya bir o qədər mayalanma prosesinə mane olmur, narahat olmayın. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
ehmed | 25 Mart 2014 07:01
Salam hekim.men harda 10gun olarki cinsi elaqede olmusam.ve hardasa 3-4gun olarki sidiye gedende goynemeler olur ve sidiyden sonramda bir nece deqiqe goyneme olur,ve son gunperdede hiss etdimki sari rengde az az axinti olur mende.
Dr.Orxan Agabəyov | 27 Mart 2014 06:34
Salam Ehmed. Çox güman ki, cinsi infeksiya ilə yoluxmanın əlamətidir. Cinsi infeksiyaları dəqiqləşdirib, müalicə kursu keçməyiniz məsləhətdir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
exa83 | 25 Mart 2014 05:15
SALAM. MEN CİNSİ ELAQ ZAMANİ TEZ BOSALİRAM, 1-2 DEQ. HEMCİNİN XAYALARİM YUXARİYA TAM YAPİSİR-GERİLİR....BİR DE ONLARİN OLCULERİNDE FERQ VAR -BİRİ DİGERİNDEN BOYUKDUR. XAHİS EDİREM VEZİYYETLE BAGLİ FİKİRLERİNİZİ BİLDİRİN. 31 YAS , SUBAY
Dr.Orxan Agabəyov | 27 Mart 2014 06:27
Salam Exa83. 1. Erkən boşalmanın, müxtəlif səbəbləri var - penisin dərisinin hiperhəssaslığı, cinsiyyat sistemində iltihabi prosess, psixoloji səbəblər. Bu səbəbləri müəyyənləşdirib, düzgün müalicə təyin etmək olar. 2. Xayaların ölçülərinin bir-birindən fərqli olması, normaya uyğun haldı, amma xayalarda problemlərin olub-olmamasını dəqiqləşdirmək üçün, xayaların doppler müayinəsindən keçmək, məsləhətdir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Ali | 24 Mart 2014 04:30
Salam Hekim.Eger bir insan psixi olararaq cinsi zeyiflik hiss edirse bun ozü ozüne bele şeye fikir vermeyerek cinsi performansini qaydaya sala bilermi?
Dr.Orxan Agabəyov | 27 Mart 2014 06:26
Salam Ali. Ən azından bir neçə dəfə çalışın özünüzü toplayıb, cinsi əlaqəyə girin - əgər problemlər yaşansa, artıq müalicə tələb olunacaq. Müalicədə, həm dərman preparatları, həmdə rasional psixoterapiya metodlarından istifadə olunur. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Anar | 24 Mart 2014 04:01
Salam,Men mikriblara gore analiz vermisdim,bir iki mikrop cixdi.mualice aldim,iki ay kecib uje.birde ne vaxt analiz verim ki bilmey olar sagalmisam ya yox...birdeki tezeliyce hiss edirem ki sidiyimden tund iy gelir ,,hemde sidiye cox gedirem,son vaxtlar,
Dr.Orxan Agabəyov | 27 Mart 2014 06:26
Salam Anar. Ola bilər, cinsi infeksiyaların müalicəsi uğurlu olmayıb və əlamətlər hələ qalıb. Dəqiqləşdirmək üçün infeksiyaları yoxlamaq məsləhətdir - müalicədən artıq uzun müddət keçib, yoxlamaq olar. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
ANONIM88 | 23 Mart 2014 21:58
salam hekim men qizla cinsi elaqede olnada gec qurtariram bu neden ola biler?birde mende ehtiras zeyifdi xahiw edirem bu probleme qarwi fikir bildiresiz.Evvelceden tewekkur
Dr.Orxan Agabəyov | 24 Mart 2014 06:33
Salam Anonim88. Boşalmanın gecikməsinin bir necə səbəbi var: 1. cinsi əlaqə zamanı həyəcan. 2. masturbasiya nəticəsində, yaranmış, qeyri-adekvat erotik stereotip, yəni cinsi əlaqə vaxtı, masturbasiyadakı olan stimulyasiyanın(sürtünmənin və görüntülərin) olmaması və nəticədə boşalmanın gecikməsi. 3. hormonal səbəblər. 4. iltihabi səbəblər. Potensiyanın zəif olmasının psixoloji və orqanik səbəbləri ola bilər. Bu səbəbləri müəyyənləşdirib, düzgün müalicə təyin etmək olar. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Nicat | 23 Mart 2014 21:32
Salam hekim.Men sag xayamin alt terefine elimi vuranda damar kimi nese gelir.Bu ne ola biler.Önceden tesekkurler.
Dr.Orxan Agabəyov | 24 Mart 2014 06:33
Salam Nicat. Bu varikoselenin(damar genişlənməsi) əlaməti ola bilər.  Dəqiqləşdirmək üçün, xayaların doppler müayinəsindən keçmək, məsləhətdir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Mirze_711 | 23 Mart 2014 21:16
salam hekim xayada qrija olanda agrilar olur? umumiyyetle qrija agri verir ? ve fesadlari ne ola biler?
Dr.Orxan Agabəyov | 24 Mart 2014 06:21
Salam Mirze_711. Bəli, xaya yırtığı ağrı verə bilər. Əgər yırtığ əməliyyat olunmursa, xaya zədələnməsi baş verə bilər və nəticədə kişi sonsuzluğu yarana bilər. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
teyyar | 23 Mart 2014 13:07
salam hekim mende sol xayada birterefli agrilar olur.sidiye gedende yanma olur belimde ikiterefli agriyir hekime gedirem deyir varikosel var iki terefli emelliyat olmalidi bundan qabaqda cinsi infeksiyalardan mualice olmusam boyreklerdede ikiterefli konkiriment das var sizce mende prostatit var
Dr.Orxan Agabəyov | 24 Mart 2014 06:22
Salam Teyyar. Prostatit bütün kişilərdə ola bilər, amma prostait diaqnozu təkcə əlamətlərə görə deyil, heç olmasa prostat vəzinin USM -də təsdiq olunmalıdır. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Anar | 22 Mart 2014 22:11
Salam hekim! Boyuk bayra gedende qati spermanin cixmasi ne ile baglidir xahis edirem etrafli yazin? Evvelceden tesekkur
Dr.Orxan Agabəyov | 23 Mart 2014 08:40
Salam Anar. Bu durğunluq prostatitin(prostat vəzinin iltihabı) əlamətidir. Xroniki prostatitin müalicəsində, ildə 2 dəfə(yazda və payızda) profilaktik kurslar tətbiq olunur. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.