elmir | 19 Dekabr 2014 23:26
Salam doktor.29 yawim var evveller heftede 1 defe olsada son 4 aydir 1 gunden 1 cinsi elaqede oluram bezen hetta her gun 2 defe bele oluram.yalniz son zamanlar sol xayam cox balacalawib ve sag xayam eksine boyuyub.ereksiya veziyyetinde her 2si eyni boyda olur .ama bele normalda sol xaya yox olur ele bl.hec bir agri ve diskomfort yoxdu.son 2 ili yalniz 2 partnyor ile goruwurem.ve hemiwe qorunuram. bilmek isterdim bu hansisa xestelik elametidir yoxsa sadece cox elaqede oldugum ucundur
Dr.Orxan Agabəyov | 22 Dekabr 2014 07:35
Salam Elmir. Xayalarda problemlərin olub-olmamasını öyrənmək üçün, xayaların doppler müayinəsindən keçmək, məsləhətdir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Babek | 19 Dekabr 2014 20:49
Salam hekim . Men her yatanda yuxu gorub 1-2 defe boşalıram, bu neyden ola biler ? 1 aydiki bu vezziyet bas verir , bunun ucun hekime getmeliyem .?
Dr.Orxan Agabəyov | 22 Dekabr 2014 07:36
Salam Babek. Pollüsiyaların(qeyri-ixtiyari boşalmaların) səbəbi, müntəzəm cinsi həyatın (boşalmaların) olmamasıdır. Gənc yaşlarıında bu hal normal sayılır. Yalnız ifrat dərəcədə olduqda, müalicəyə ehtiyac olur. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
qismet | 19 Dekabr 2014 18:57
salam hekim. men suduye gedende goyneme olur bu neden ola biler? evvelceden twk
Dr.Orxan Agabəyov | 22 Dekabr 2014 08:14
Salam Qismet. Bu ya sidik kanalında iltihabi prosesin ya da cinsi yolla keçən infeksiyanın əlamətidir. Dəqiqləşdirib, müalicə kursu keçməəyiniz məsləhətdir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
bextiyar | 19 Dekabr 2014 10:43
salam hekim mende tez bosalma ve cisi elaqenin zeyib olmaqi prablemleri bas verir ve gencede semkirde bir nece defe malice almisam xeyiri olmayib men netmeliyem mene meslehet verin
Dr.Orxan Agabəyov | 22 Dekabr 2014 07:37
Salam Bextiyar. Buyurun, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlayın, çalışaram Sizə kömək edim. Uğurlar.
Senan | 19 Dekabr 2014 07:35
Salam doktor. menim 29 yasim var 2004 cu ilde verkoselden emeliyyat olmusam ve sonra sol xayamda sis oldu hekime gosterdim dede emeliyyat olmalidi. Hidrosel oldugunu dedi ve emeliyyat etdi bir ildi olmusam hidroselden emeliyyat, ve yene sis oldugun hiss edirem ve sol qilcamda agri hiss edirem sizce buna sebeb ve men ne etmeliyem. xais edirem sualimi tez cavablandirin. Tesekkur edirem.
Dr.Orxan Agabəyov | 22 Dekabr 2014 07:37
Salam Senan. Ola bilər, təkrar hidrosele yaranıb. Birinci növbədə xayaların doppler müayinəsindən keçin, vəziyyət dəyərləndirilsin, sonra düzgün müalicə strategiyası seçiləcək. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
baxtyar | 17 Dekabr 2014 21:29
salam.hekim mende bele bir gic xasiyyet var bir seyden biraz subhelendim gerek axracan gedim.men 5 ay bundan qabaq bir qiznan cinsi elaqede olmusdum.sonra 1 hefteden sonra sidiye gedende goyneme yanma olurdu.sidik analizi verdim 1,2 derman birde cay yazdilar.sonra Allahin komekliyi ile sagaldim.bu yaxinlarda qiznan danisdim yarizarafat yariciddi(qizdaki cox zarafatcildi) mene diyirki qics xestesidi ve diyirki get ozvu yoxlat.indi oz ozme subhelenmisem bu xesteliyden.oxudugum melumatlara gore qics xestesinin imuniteti cox zeif olur.amma menimse arqanizmim gucludu bu 5 yaxud 6 ay erzinde bir defe soyuq deyib ya deymiyib qizdirmamsa hec olmuyub.istahimda superdi,ozmu hemse yaxsi his edirem .menim xesteliye tutulma ehtimalim ola biler?
Dr.Orxan Agabəyov | 18 Dekabr 2014 16:58
Salam Baxtyar. Bu xəstəlik haqqında bu qədər düşünməkdənsə, sadəcə müayinədən keçib - nəticəni bilmək olar. Bu müayinənin qiyməti 5 AZN-di. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Senan | 17 Dekabr 2014 14:36
Doktor salam artiq 3 cu defedirki, size yaziram ama hecbir cavab yox, xahis edirem cavablandirin, Doktor mende sol terefli qasiq xaya yirtigi var, ama cinsi zefiliyim yadim yoxdu, mende emeliyyat eletdirmek istemirem sualim oki, doktor men bunu emeliyyat eletdiremesem bu mene gelecekde problem yarada bilermi?.Yani sonsuzluga sebeb ola bilermi?.
Dr.Orxan Agabəyov | 18 Dekabr 2014 16:41
Salam Senan. Əlbəttə sualınız cavablandırılıb. Nəzərə alın ki gün ərzində 20 - 30 sual cavablandırılır və cavabı oxumaq üçün, yalnız yuxarıdakı cavablara deyil, səhifədəki bütün cavablara nəzər yetirin. Ok, təkrar cavab verirəm - problemlər ola bilər, yırtığın yalnız cərrahi müalicəsi var, yəni əməliyyatdan başqa variant yoxdur. Aydındır ki, yırtıq qaldıqca, xayada bir sıra mənfi dəyişikliklər yaranır və nəticədə bu spermanın keyfiyyətinin zəifləməsi ilə nəticələnə bilər. Əməliyyat etmək məsləhətdir, bu əməliyyat çətin əməliyyat deyil, narahat olmayın. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
cek | 17 Dekabr 2014 11:54
Salam hekim. Baqislayin sizi narahat etdiyim ucun. Hekim mende son 1 ay erzinde cinsi elaqe cox zeyifleyib. yeni sertlesme baximindan hissiyat azalib bu neyle baqli ola biler?
Dr.Orxan Agabəyov | 18 Dekabr 2014 16:40
Salam Cek. Sizdə potensiyanın zəifləməsi halları var. Səbəblər müxtəlif ola bilər - psixoloji(daimi stresslər, gərginlik,depressiya) və orqanik (prostatit, hormonal pozğunluq və s.). Bu səbəbləri müəyyənləşdirib, düzgün müalicə təyin etmək olar. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
ramin | 17 Dekabr 2014 11:28
salam hekim men aileliyem 4 ildi ovladim olmur tezelikce oyrendimki mende damar genislenmesi var ve 20 gun bundan qabaq emeliyyat olmusam gecikmisdi mende cerrah mene dediki mualice goturmelisen mualice goturmesem menim ovladim olma ehtimali var hekim?
Dr.Orxan Agabəyov | 18 Dekabr 2014 16:40
Salam Ramin. Bu sual mənə aydın deyil, yəni əgər 4 il ərzində uşaq olmursa və artıq əməliyyat da olunmusuzsa, niyə də müalicə kursu keçməyəsiz ki?! Ümumiyyətlə, kişilərdə uşağın olub-olmaması yalnız spermanın keyfiyyətindən asılıdır - yoxlamaq üçün spermoqramma analizi vermək lazımdır. Əgər göstəricilər normadan azdırsa, müalicə kursu təyin olunur. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Raul | 17 Dekabr 2014 10:56
Salam Orxan bəy erkən boşalmanın uşaq olmasına təsiri varmı? Varsa nə kimi təsir edə bilər? Öncədən təşəkkür.
Dr.Orxan Agabəyov | 18 Dekabr 2014 16:40
Salam Raul. Əgər cinsi əlaqə zamanı boşalma erkən olarsa, cinsi partnyorda orqazm olmur, yəni cinsi əlaqədən məmnunluq olmur və nəticədə partnyor narazı qalır və buda münasibətlərdə bir sıra problemlər yarada bilər. Kişilərdə uşağın olub-olmaması yalnız spermanın keyfiyyətindən asılıdır - yoxlamaq üçün spermoqramma analizi vermək lazımdır. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.