ANDROLOQ
DR. ORXAN AĞABƏYOV
Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq...
ƏTRAFLI MƏLUMAT

Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq biznesdə uğurun əldə olunmasına qədər - kömək edən gücü qazanır. Buna görə də kişi sağlamlığı sahəsində problemlər zamanı mütəxəssisə vaxtında müraciət etmək vacibdir.

Mən,  həkim - androloq olaraq, mənə müraciət edən hər bir insana kömək etməyə, düzgün müalicə təyin etməyə, etibarlı və uzun müddətli münasibətlər qurmağa çalışıram. Öz sağlamlığınızı mənə etibar edərkən, Siz  dəqiq diaqnostika və keyfiyyətli müalicəyə əmin ola bilərsiniz.

Hörmətlə, Dr. Orxan Ağabəyov

Şəffaflıq və açıqlıq
Mən hər şeyi ətraflı şəkildə izah edirəm: bu və ya digər analizlər nə üçün tələb olunur və onlar nəyi göstərirlər; nəyə görə mən belə diaqnoz təyin edirəm və Sizin xəstəliyinizin/probleminizin səbəbi nədir; optimal müalicə sxemi hansıdır və nə üçün o Sizin üçün optimaldır.
Sizdən artıq heç nə tələb olunmur
Yalnız diaqnozun təyin edilməsi üçün lazımi analizlər və müayinələr, ən asan və effektiv müalicə sxemləri (heç bir lazımsız dərman preparatları, iynələr və s. təyin edilmir)
Qorxutmaq yoxdur
Mən hesab edirəm ki, pasiyenti qorxutmaq olmaz. Konsultasiyadan sonra Sizdə diaqnoz ilə bağlı heç bir qorxu və anlaşılmazlıq qalmayacaq.
Əks əlaqə
Əgər müalicə zamanı sizdə əlavə suallar yaranarsa, nəyisə dəqiqləşdirmək lazım olarsa, Siz sadəcə olaraq mənim mobil telefon nömrəmə zəng edəcəksiniz və hərtərəfli cavablar və tövsiyyələr alacaqsınız.
emin | 30 Mart 2014 20:14
salam doktor..bir sualim var , manda 3 ildan choxdu sperma chixmir , s gabul edim?
Dr.Orxan Agabəyov | 1 Aprel 2014 05:07
Salam Emin. Sual tam aydın deyil, əgər ümumiyyətlə sperma ifrazı olmursa - bu ciddi cinsiyyət sistemində problemlərdən xəbər verir - aneyakulyasiya və ya retroqrad eyakulyasiya. Bu problemləri dəqiqləşdirmək lazımdır və hər halda bu problem hansısa bir preparatla həll olmur, kompleks müalicə təyin olunmalıdır. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
said | 30 Mart 2014 12:33
salam hekim..bir sualim olacaqdi ..cinsi heyatimnan hec wikayetim yoxdu oldduqca ugurludu ..hetta intim munasibetde 6,7 defede ola bilirem..bugun diqqet etdim qalovkada 3,4 dene ag nese noqte kimi birseyler var...qorxuram infeksiya ya nese ola biler..amma xayamda ya orqanda ne agri ne goyneme nede baska hec birsey hiss elemirem...ne ola biler?sidiyede normal gedirem
Dr.Orxan Agabəyov | 1 Aprel 2014 05:01
Salam Said. Bu əlamət, cinsi infeksiyanın(məsələn papillomavirusun) əlaməti ola bilər, amma dəri problemlərinin dəqiq qiyabi diaqnostikası mümkün deyil. Dəqiqləşdirib, müalicə kursu keçməyiniz məsləhətdir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Ayaz | 30 Mart 2014 09:38
Salam Hekim. Hekim masturbasiya ile mewgul olmaq orqanizme ve ya cinsi orqana ziyandirmi?Ziyandirsa ne derece ziyandir?Ve onun tez tez mewgul olmagin bir zereri varmi?Xahiw edirem cavablandirardiz.
Dr.Orxan Agabəyov | 1 Aprel 2014 04:56
Salam Ayaz. Əgər masturbasiya, vərdişə çevrilirsə, bu gələcəkdə müəyyən cinsi problemlərə gətirib çıxara bilər. Bu mütləq şərt deyil - hər şey normal da ola bilər, sadəcə masturbasiyaya öyrəşən kişilərdə belə bir ehtimal var. Uğurlar.
rauf memmedli | 29 Mart 2014 21:47
salam hekim mende sag xayam sola nisbeten cox kicikdir bunun problemi ola biler. 2 ci sual ise xaya boyuducu preparatlar var ya yoxud bele birsey? cox sagolun indiden...
Dr.Orxan Agabəyov | 1 Aprel 2014 04:56
Salam Rauf. Xayaların ölçülərinin fərqli olması normaya uyğun haldı, amma xayaların sağlamlığını yoxlamaq üçün dəqiqləşdirmək üçün, xayaların doppler müayinəsindən keçmək, məsləhətdir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
ramin | 29 Mart 2014 21:20
salam hekim men cinsi elaqede olanda qabaqcadan ozumde yaradiram ki alinmayacaq ve cox vaxti alinmir ozumde cinsi zeiflik hiss edirem hissiyatim zeifleyir get gede hekim bunun mualicesi var? cox narahatam
Dr.Orxan Agabəyov | 1 Aprel 2014 04:55
Salam Ramin. Bu daha çox, psixoloji səbəbləri olan problemdir. Yəni, cinsi əlaqə başlayanda, Sizdə müəyyən narahatlıq yaranır - ereksiya necə olacaq? Daxil ola biləcəm? və s. Bu narahatlıq, ereksiyanın normal mexanizmlərini pozur və nəticədə, ereksiya itir. Müalicədə, həm dərman preparatları, həmdə rasional psixoterapiya metodlarından istifadə olunur. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Ramin | 29 Mart 2014 05:25
Salam hekim mende penis yez canlanir tezde olur be rez bosaliram bosalmadanda olur sebebini deyin Cox xais
Dr.Orxan Agabəyov | 1 Aprel 2014 04:49
Salam Ramin. Erkən boşalmanın səbəbləri müxtəlifdir: Kişi cinsiyyət sisteminin iltihabi xəstəlikləri (prostatitlər, vezikulitlər) ; Penisin dərisinin həddən artıq həssaslığı ;Cinsi həyata başlayarkən həyəcan və spermanın boşalmasına nəzarət etmə təcrübəsinin olmaması ; Cinsi uğursuzluq gözləmə sindromu (bir dəfə baş vermiş uğursuzluq gələn dəfə də təkrarlanmağı gözləməyə vadar edir), bəzi digər fobiyalar və nevrozlar. Səbəbini dəqiq müəyyənləşdirdikdən sonra, düzgün və effektiv müalicə təyin etmək olar. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Al-aleks | 28 Mart 2014 10:33
menim 56 yashim var. Tezyiqle elaqedar preduktal ve konkor dermanlari qebul edirem. Bu dermanlari qebul edenden sonra berkime zeifledi. UZI eletdirdim, prostat vezlerinde azaciq boyume var ve buna qarshi hal-hazirda p qebul edirem. Berkimenin zeiflemesi bu dermanlarin tesirinden ola bilermi?
Dr.Orxan Agabəyov | 29 Mart 2014 06:44
Salam Al-aleks. Bəli, bu tip preparatlar ereksiyaya mənfi təsir göstərə bilər, amma qan təzyiqinin yüksək olması(arterial qipertenziya) özü- özlüyündə cinsi zəifliyin yaranmasında vacib rol oynayır. Hər-halda səbəbləri dəqiqləşdirib, düzgün müalicə strategiyası seçmək olar. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
nora | 28 Mart 2014 09:19
salam doktor menim taniwim herbi xidmetdedir ,son defe yanvarda elaqede olubdu,bu yaxinlarda hardasa 2-3 gun olar ki onda oz-ozune sperma axintisi baw verir , ne sebeb ola biler?
Dr.Orxan Agabəyov | 29 Mart 2014 06:44
Salam Nora. Ola bilər cinsi infeksiyanın əlaməti olsun, ola bilər cinsiyyət sistemində iltihabi prosesin əlaməti olsun. Dəqiqləşdirmək üçün, cinsi infeksiyaları yoxlamaq lazımdır. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Ali | 28 Mart 2014 02:39
Salam hekim men cinsi elaqe zamani tez bosaliram ve ikinci sefer heves olmur olmaga gec olur olandada sebebini bilmek olar ve nece mualice etmek olar mumkunse cvb yazardiz
Dr.Orxan Agabəyov | 29 Mart 2014 05:34
Salam Ali. Sizdə, həm potensiyanın zəifləməsi, həmdə erkən boşalma problemi var. Potensiyanın zəifləməsi səbəbləri  - psixoloji(daimi stresslər, gərginlik,depressiya) və orqanik (prostatit, hormonal pozğunluq və s.) ola bilər.  Erkən boşalmanın, müxtəlif səbəbləri var - penisin dərisinin hiperhəssaslığı, cinsiyyat sistemində iltihabi prosess, psixoloji səbəblər. Bu səbəbləri müəyyənləşdirib, düzgün müalicə təyin etmək olar. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
fexreddin | 27 Mart 2014 18:32
salam hekim menim 19 yasim var xayamda sagterefli cepeki qrija var ama agrimir emeliyyat vacibdirmi?
Dr.Orxan Agabəyov | 29 Mart 2014 06:56
Salam Fexreddin. Yirtiqların(qrıja) - yalnız cərrahi müalicəsi(əməliyyat) var.  Əməliyyat etdirmək lazımdır, çünki yırtıq xayanı sıxa bilər və nəticədə xayada atrofiya(kiçilmə) prosesi gedə bilər. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.