ANDROLOQ
DR. ORXAN AĞABƏYOV
Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq...
ƏTRAFLI MƏLUMAT

Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq biznesdə uğurun əldə olunmasına qədər - kömək edən gücü qazanır. Buna görə də kişi sağlamlığı sahəsində problemlər zamanı mütəxəssisə vaxtında müraciət etmək vacibdir.

Mən,  həkim - androloq olaraq, mənə müraciət edən hər bir insana kömək etməyə, düzgün müalicə təyin etməyə, etibarlı və uzun müddətli münasibətlər qurmağa çalışıram. Öz sağlamlığınızı mənə etibar edərkən, Siz  dəqiq diaqnostika və keyfiyyətli müalicəyə əmin ola bilərsiniz.

Hörmətlə, Dr. Orxan Ağabəyov

Şəffaflıq və açıqlıq
Mən hər şeyi ətraflı şəkildə izah edirəm: bu və ya digər analizlər nə üçün tələb olunur və onlar nəyi göstərirlər; nəyə görə mən belə diaqnoz təyin edirəm və Sizin xəstəliyinizin/probleminizin səbəbi nədir; optimal müalicə sxemi hansıdır və nə üçün o Sizin üçün optimaldır.
Sizdən artıq heç nə tələb olunmur
Yalnız diaqnozun təyin edilməsi üçün lazımi analizlər və müayinələr, ən asan və effektiv müalicə sxemləri (heç bir lazımsız dərman preparatları, iynələr və s. təyin edilmir)
Qorxutmaq yoxdur
Mən hesab edirəm ki, pasiyenti qorxutmaq olmaz. Konsultasiyadan sonra Sizdə diaqnoz ilə bağlı heç bir qorxu və anlaşılmazlıq qalmayacaq.
Əks əlaqə
Əgər müalicə zamanı sizdə əlavə suallar yaranarsa, nəyisə dəqiqləşdirmək lazım olarsa, Siz sadəcə olaraq mənim mobil telefon nömrəmə zəng edəcəksiniz və hərtərəfli cavablar və tövsiyyələr alacaqsınız.
Natig | 31 Mart 2014 23:18
Mən hal-hazırda xaricdə təhsil alıram, 1 həftədir ki , xayalarımda narahatçılıq hiss edirəm. Bugün uroloqa müraciət etdim və UZİ nəticəsində , müəyyən edildi ki, sol xayamdakı damarın genişlənməsi 3.11 mm`dir. Həkim mənə dedi ki , 2 mm maksimumdur məndə isə , 3.11 mm`dir. Dedi ki , varikoseldir. Və sizə sualım odur ki , məndə hansı dərəcədədir bu xəstəli və əməliyyata ehtiyac varmı ? Hansısa bir dərmanlarla ağrını kəsə bilərəm ? Ağrını daim yox müəyyən vaxtlarda hiss eliyirəm. Xahiş edirəm hər hansı məsləhətiniz varsa , bildirəsiniz. Hörmətlə Turan.
Dr.Orxan Agabəyov | 2 Aprel 2014 06:03
Salam Natig. Varikosele - kişi sonsuzluğunun ən əsas səbəblərindəndir. Varikoselenin, yalnız cərrahi müalicəsi(əməliyyat) var. Amma birinci növbədə, spermoqramma verin və öz göstəricilərinizi, normal göstəricilərlə müqayisə edin. Əgər göstəricilər, normaya uyğun deyilsə - əməliyyat etmək vacibdir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
ELCHIN | 31 Mart 2014 20:17
salam Dr. mende 2il bundan once xayalarimi muayine etdirende hekim mende sol xayaliqda varekaseli oldugunu demiwdi!mende her 6 aydan bir spermagrama analiz verirdim kecen hefte yene verdim cavablar musbet normada cixdi. ancaq penisimin sertlewmeyi zeifleyib demek olar ki sertlewmir bu neden ola biler ?
Dr.Orxan Agabəyov | 2 Aprel 2014 05:33
Salam Elchin. Varikoselin sərtləşmə problemlərinə aidiyyatı yoxdur, ereksiya problemlərinin müxtəlif səbəbləri ola bilər - psixoloji(daimi stresslər, gərginlik,depressiya) və orqanik (prostatit, hormonal pozğunluq və s.).  Bu səbəbləri müəyyənləşdirib, düzgün müalicə təyin etmək olar. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Tural | 31 Mart 2014 18:53
Salam doxtur . Menim 18 yasim var menim sol xayamda burulma olmusdur men bu xesteliyin oldugunu bilmirdim bu xesteliyinde 24 saatliq vaxti var bundan gec qanqirena bas verir mende gecikim ve sol xaya kesildi . Ama analiz etdim ve sperma % 70 hecmi 2 ml bele olduqda gelecekde prablem ola biler ?
Dr.Orxan Agabəyov | 2 Aprel 2014 05:32
Salam Tural. Əgər spermoqrammada göstəricilər normaya uyğundursa, heç bir problem olmaz, narahat olmayın. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
elnur | 31 Mart 2014 17:43
Salam həkim qız uşağında qardnella ola bilər?
Dr.Orxan Agabəyov | 2 Aprel 2014 05:32
Salam Elnur. Qardnerella bütün qadınlarda olur, yəni fərqi yoxdu bakirəlik var ya yox. Müəyyən səbəblərdən qardnerellanın sayı arta bilər, nəticədə qardnerellez deyilən xəstəlik yaranır. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Samir | 31 Mart 2014 17:17
Salam Hekim. Hekim bilmek isterdim cinsi elaqede olduqda qadinin daha az ezab çekmesin qarwisi almaq üçün xüsusi vazelin ve ya kremler vardirmi?
Dr.Orxan Agabəyov | 2 Aprel 2014 05:50
Salam Samir. Belə vasitələr mövcuddur və lubrikantlar adlanır. Uğurlar.
mamed | 31 Mart 2014 15:52
Salam. Mende varikosel var. Bir de cinsi zeiflik. Emeliyyat olunsam eyni aanda cinsi zeifliyi aradan qaldirmaq olar? Ve ne qeder muddete. Cox xahis edirem suala cavab vererdiz
Dr.Orxan Agabəyov | 2 Aprel 2014 05:32
Salam Mamed. Varikoselin cinsi zəiflik probleminə birbaşa aidiyyatı yoxdur, yəni ereksiya problemlərinin fərqli səbəbləri var, həmin səbəbləri araşdırıb, müalicə kursu keçməyiniz məsləhətdir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
celal261 | 31 Mart 2014 15:25
salam ORxan hekim..1ay evvel sol xaya varikozelden emeliyyat olunmusham.indi mastrubasiya edennen sonra sol xayanin at terefinde agri olur bunun sebebi ne ola biler?emeliyyat teze olub onchun ya bashqa sebeb var? tesekkurler
Dr.Orxan Agabəyov | 2 Aprel 2014 05:31
Salam Celal261. Əməliyyatdan bir müddət sonra, xayalarda ağrı ola bilər. Əgər narahatzısa, xayaların doppler müayinəsindən keçin və hal-hazırki vəziyyəti dəyərləndirin. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
ayan | 31 Mart 2014 09:21
Salam cox xaiw edirem mene deyin mende qawinma dehwet var oda sevgilme duwub ama bilmirem nedi bilmek isteyerdim bu ne xesteliyi ola biler??
Dr.Orxan Agabəyov | 2 Aprel 2014 05:31
Salam Ayan. Sidik kanalında qaşınma, müxtəlif cinsi yolla ötürülən infeksiyaların əlaməti ola bilər - qonoreya, trixomonada, xlamidiya və s. Dəqiləşdirib, müalicə kursu keçməyiniz məsləhətdir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
elnur | 31 Mart 2014 07:20
salam. mende guclu soyuq deyme olandan sonra az aradan sonra saq xayamda sizilti hiss eledim. aqri sonra qasiqima vurdu ve coxaldi. saq xayam daha siskindir ve daha asaqi sallanir indi aqrilarim coxalib. hekim xaya artimi dedi ve antibiotik yazdi ve yaqla kompres meslehet gordu. ilk gun aqri azalsada indi yeniden artib . ne meslehet gorursunuz?
Dr.Orxan Agabəyov | 2 Aprel 2014 05:31
Salam Elnur. Müalicəni davam etdirin, əgər ağrılar azalmasa - təkrar xayaların doppler müayinəsindən keçin və problemin səbəblərini dəqiqləşdirin. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
suleyman. | 30 Mart 2014 22:47
salam hekim sualimi cavabladirsaz sevinerem onceden tewekkurler. hekim men tripite yoloxmuwdum dermanlarla mualice almiwam amma ndi cinsi orqanimdan az az maye gelir sari spermaya oxsar. hemde sidiye gedende bir az cuzi miqdarda yandirma ve ya agri kimi bir wey hisss olunur. meslehet verin xaiw edirem.
Dr.Orxan Agabəyov | 1 Aprel 2014 05:08
Salam Suleyman. Ola bilər tripperin müalicəsi tam olmayıb və ya başqa infeksiya da var. Birinci növbədə cinsi infeksiyaların olub-olmamasını dəqiqləşdirmək lazımdı, sonra isə düzgün müalicə kursu təyin etmək olar. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.