Vasif | 6 Aprel 2014 08:28
Dr menim yoldasim 22 tasi var 1oglumuz var AMA hecvaxt orqazm ola bilmir heves olsa da orqazm olmur xahis edirem 1derman vasitesi deyerdiniz
Dr.Orxan Agabəyov | 7 Aprel 2014 06:36
Salam Vasif. Bu sualı ginekoloqa verməyiniz daha düzgün olar. Uğurlar.
zamiq | 6 Aprel 2014 07:03
salam hekim.mende 5 gundur bir problem emele gelib.cinsi elaqe zamani tam olaraq ehtiraslana bilmirem.bunun sebebi ne olar biler.diqqetiniz ucun tewekkurler
Dr.Orxan Agabəyov | 7 Aprel 2014 06:36
Salam Zamiq. Ola bilər ümumi orqanizmdə yorğunluqla əlaqədar olsun və ya stresslə(bir müddət gərgin olmusuz), biraz cinsi həyatda fasilə edin, ola bilər problem aradan qalxsın. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Ilkin | 6 Aprel 2014 03:24
Salam doktor, mende ilkdefecinsi elaqede olanda bosalma erken bas verir, 2 ci de ise 5-6bdeq cekir, bune ne ile elaqederdi ve bunu mualice edib gec bosalmaq mumkundurmi? ve mende penis uzunlugu 12.5 sm di , penisi boyutmek mumkundirmi ve bu boyudulerse soraliqina cinsi zeifliyin emele gelmesine ve sonsuzluqun olmasina sebeb olmazki? bu erken bosalma penisin balaca olmasi ile eleqeli ola bilermi, birde doktor zehmet olmasa mumkunse bularin mualicesi varsa hem erken bosalmanin hem penisin boyumesinin mualicesi ucun texminen ne qeder mevacib olsa yeter? yeni cibime uygun olarsa sizinle elaqe saxlayib size yaxinlawmaq isterdim bunlar mende cox boyuk prablem yaradir,oxudugunuza gore onceden tesekkur edirem
Dr.Orxan Agabəyov | 7 Aprel 2014 06:36
Salam Ilkin. Erkən boşalmanın səbəbləri müxtəlifdir: Kişi cinsiyyət sisteminin iltihabi xəstəlikləri (prostatitlər, vezikulitlər) ; Penisin dərisinin həddən artıq həssaslığı ;Cinsi həyata başlayarkən həyəcan və spermanın boşalmasına nəzarət etmə təcrübəsinin olmaması ; Cinsi uğursuzluq gözləmə sindromu (bir dəfə baş vermiş uğursuzluq gələn dəfə də təkrarlanmağı gözləməyə vadar edir), bəzi digər fobiyalar və nevrozlar. Səbəbini dəqiq müəyyənləşdirdikdən sonra, düzgün və effektiv müalicə təyin etmək olar. Penisin ereksiya vəziyyətində 12 sm-dən artıq uzunluğu, normaya uyğun sayılır. Bütün qiymətlər münasibdir, narahat olmayın. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Tamerlan | 5 Aprel 2014 21:50
Salam həkim. Mən gecə boşalmalarından əziyyət çəkirəm. Yuxuda ikən qeyr-ixtiyari baş verir. Səbəbi nədir ? Problemə çevrilə bilərmi ? Öncədən minnətdaram.
Dr.Orxan Agabəyov | 6 Aprel 2014 13:00
Salam Tamerlan. Gecə boşalmalarının əsas səbəbi, müntəzəm cinsi həyatın(boşalmaların) olmamasıdır. Əgər pollusiyalar uzun müddətdir narahat edirsə, bu gələcəkdə müəyyən cinsi problemlər yarada bilər. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Elvin | 5 Aprel 2014 19:29
salam hekim...menim bele bir narahatciligim var ki ozumu zeif hiss edirem bele xarici gorunusde zeif deyilem daxilen sanki...cinsi zeifliyi de hiss edirem istediyim kimi sertlesme seher olur bele tam istediyim kimi olmur uzr istiyirem
Tez halsizlasanam boy 1.75 ceki 65 yas 24
Dr.Orxan Agabəyov | 6 Aprel 2014 13:00
Salam Elvin. Sizdə potensiyanın zəifləməsi halları var. Səbəblər müxtəlif ola bilər - psixoloji(daimi stresslər, gərginlik,depressiya) və orqanik (prostatit, hormonal pozğunluq və s.). Bu səbəbləri müəyyənləşdirib, düzgün müalicə təyin etmək olar. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
eli | 5 Aprel 2014 18:39
Salam hekim.menim xayamin saq tayinda siskinlik ve aqri var.bu neden ola biler.
Dr.Orxan Agabəyov | 6 Aprel 2014 12:28
Salam Eli. Xaya şişkinliyinin səbəbi, müxtəlif ola bilər - epididimit(xaya artımının iltihabı), varikosele(damar genişlənməsi), orxit(xayaların iltihabı). Dəqiqləşdirmək üçün, xayaların doppler müayinəsindən keçmək, məsləhətdir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Yusif | 5 Aprel 2014 16:21
Həkim salam! Sizə, bir-iki sualla müraciət etmək istəyirəm. Cavablandırsanız məmnun olardım. 30 yaşlı adam üçün prostatın ön-arxa öıçüləri 3,1, köndələn 4,2 sm, yuxarı-aşağı 3,4 sm, həcmi 27 sm, çəkisi 28,5 qram, yaxud 40-26 mm ölçülü olmaqla normal sayılırmı və ya belə hal xroniki prastatit kimi qiymətləndirilərmi? Digər bir sualla qiymətli vaxtınızı alıram. USM-nin vertikal vəziyyətdə retroqrad axım artmaqla varikosele 2 dərəcə göstərməsi cərrahi müdaxilə üçün kifayət edirmi, ya bunun üçün digər müayinələr vacibdir? Öncədən təşəkkürlər!
Dr.Orxan Agabəyov | 6 Aprel 2014 12:42
Salam Yusif. 1. Prostatit diaqnozunun təyini üçün, təkcə USM kifayət etmir, amma demək olar ki prostat vəzinin ölçüləri normadan yuxarıdır. 2. Varikosele - kişi sonsuzluğunun ən əsas səbəblərindəndir. Varikoselenin, yalnız cərrahi müalicəsi(əməliyyat) var. Amma birinci növbədə, spermoqramma verin və öz göstəricilərinizi, normal göstəricilərlə müqayisə edin. Əgər göstəricilər, normaya uyğun deyilsə - əməliyyat etmək vacibdir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
elnur | 5 Aprel 2014 14:12
Salam.Mənim yoldaşımda qardenoliz çıxdı.Həkim deyib ki məndə müalicə olunmalıyam.Məndə analizə getdim sidiydən analiz götürdü.Bilməy istəyirəm ki sidiy və ya sperma analizi ilə bunu müəyyən etmək mümkündü?
Dr.Orxan Agabəyov | 6 Aprel 2014 12:38
Salam Elnur. Qardnerellez xəstəliyinin diaqnostikasında, yaxma analizi istifadə olunur. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Vusal | 5 Aprel 2014 12:31
Doktor salam.Size 2 sualim var. 1) Mənim 29 yaşım var. Mən heç vaxt cinsi elaqede olmamışam. Ancaq indi qadınla adi öpüşüb ve onun eli ile bedenime ve cinsi orqana toxunuşu vaxtı mende boşalma olur. Yeni bu munasibet cox yox 3-5 deq cekir boşaliram. Bunu erken boşalma adlandırmaq olar? Yoxsa mutleq cinsi elaqede olan vaxtı erken boşalmanı teyin etmek olar. 2) mende gece ve seher vaxtdi yuxudan duranda penisim ereksiya veziyyetine olur. Bunun səbəbini bilmek isteyirem.
Xahiş edirəm suallarimi cavablandirasiniz. Öncədəndə təşəkkür edirəm.
Dr.Orxan Agabəyov | 6 Aprel 2014 12:41
Salam Vusal. 1. Əgər cinsi əlaqə başlamdan, boşalma olursa - bu erkən boşalmanın ən ağır variantıdır. 2. Bu normal haldır və potensiyanın normaya uyğun olmasından xəbər verir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Ramil | 5 Aprel 2014 03:45
Salam hekim.spermqramma analizi neticelerine bele oldu:
Xarici gorunush 3.5ml,konsistensiya 0.2sm,ph7.3,durulma vaxti 40 deq,sperm 1mlde 15ml,eyakulyatda sperm umumi say 52.5ml,ireli hereket 22%,reqsi hereket 33%,hereketsiz45%,hereketli sperm sayi 55%,morfoloji(kryuqer usulu)22%;basciq 40;boyuncuq 8,qariwiq 30,canli sperm69%;spermatogenez 2%;spermaqqlutinasia ,leykoci
Dr.Orxan Agabəyov | 6 Aprel 2014 12:41
Salam Ramil. Spermoqrammanın əsas göstəricilərindən olan - irəli hərəkətli spermotozoidlərin faizi normadan azdır. Bu problemin səbələrini müəyyənləşdirib, müalicə kursu keçməyiniz məsləhətdir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.