555
23 İyun 2018
Cinsi həvəsin azalması
Cinsi həvəsin azalması

Libido (cinsi həvəs) – seksuallığın ən vacib komponentlərindən biridir. Cinsi həvəsin kəskin surətdə zəifləməsi, xüsusilə gənc yaşlarda, narahatlıq doğuran əlamətdir.
Bu problemin yaranma səbəbləri nədir? O necə əmələ gəlir? Hansı müalicə üsulları mövcuddur?

Kişiərdə cinsi həvəsin zəifləməsi müasir dövrümüzdə həddən artıq yayılmış problemdir. Çox vaxt libido həddindən artıq yüklənmələr və yorğunluq səbəbindən zəifləyir. Əgər kişi daima stress keçirirsə, pul, biznes və işlə əlaqədar qorxu yaşayırsa, işdə çoxlu problemləri varsa, özünü həmişə yorğun hiss edirsə, o zaman söhbət “menecer sindromundan” gedir. Belə sindrom zamanı tək libido zəifləmir, insanın ümumiyyətlə işləmə qabiliyyəti aşağı düşür, o əsəbi olur, potensiya ilə problemlər yarana bilər, bu isə öz növbəsində ailə problemlərinə gətirib çıxara bilər. Belə kişinin həyat keyfiyyəti çox aşağı düşür, əlavə xəstəliklər inkişaf edə bilər, hətta sekslə məşğul olmaq qabiliyyətinin tam itirilməsi baş verə bilər. Ona görə də kişilərə relaksasiya, istirahət üsullarını axtarmaq lazımdır ki, vəziyyət belə bir sindromun əmələ gəlməsinə gətirib çıxarmasın. Bundan əlavə müxtəlif psixoloji və orqanik(ilk növbədə hormonal pozuntu) səbəblər, kişilərdə cinsi həvəsin azalmasına gətirib çıxarır.

Cinsi həvəsin zəifləmə səbəbləri
Libidonun zəifləməsinin ən çox yayılmış səbəbləri aşağıdakılardır:

depressiyalar, stresslər, həddindən artıq gərginlik;
cinsi əlaqədən uzunmüddət çəkinmə və ya cinsi həyatda fasilə;
zərərli vərdişlər;
qeyri-rasional qidalanma;
hormonal pozğunluqlar;
bəzi dərman (hormonal, neyroleptik, antidepressant və s.) preparatlarının qəbulu;
həzm sistemi, ürək və damar xəstəlikləri;
böyrəkvə ağciyər xəstəlikləri.
Qeyd etmək lazımdır ki, kişilərdə cinsi həvəsin davamlı olaraq zəifləməsinə daha çox psixoloji amillər səbəb olurlar, nəinki xəstəliklər.

Cinsi həvəsin zəifləməsinin dərəcələri

Bu hal haqqında danışarkən, təzahür olunma dərəcəsini fərqləndirmək lazımdır, hansı ki aşağıdakı şeylərdə özünü göstərə bilər:

cinsi həvəsin zəifləməsi (hipolibidemiya);
cinsi həvəsin itməsi və ya olmaması (alibidemiya);
seksual planda tam iyrənmə (aversiya halları).

Cinsi həvəsin zəifləməsinin müalicəsi
Libidonun zəifləməsi mütləq müalicə olunmalıdır. Müalicəni ağılla həyata keçirmək lazımdır, yəni özünümüalicə ilə məşğul olmaq və komplekslərə düşmək olmaz. Kişilərin əksəriyyəti söhbətin yayılmasından və dostlar, həmkarlar və ailə üzvləri tərəfindən ələ salınmaqdan qorxaraq mütəxəssislərə müraciət etməməyə üstünlük verirlər.

Bu cür komplekslər insanın vəziyyətini pisləşdirməklə yanaşı xəstəliyin ağır formaya keçməsinə gətirib çıxarırlar, belə olan halda isə səbəblərin və simptomların aradan qaldırması üçün tədbirlər görmək artıq daha çətin olur. Cinsi həvəsin pozulmasının əlamətləri aşkarlandıqda androloqun konsultasiyası və hormonal müayinə tələb olunur.

Əgər cinsi həvəsin azalması ilə bağlı pozuntular sizin partnyorla olan qarşılıqlı münasibətlərinizə maneəçilik törədirlərsə, həkimə müraciət etməyin vaxtı gəlib çatıb. Problemin həllini sonraya saxlamayın, androloqun qəbuluna yazılın ki, ailə münasibətlərinizi qoruyub saxlaya biləsiniz!

DR. ORXAN AĞABƏYOV
DR. ORXAN AĞABƏYOV
Andrologiya
Azərbaycanda