285424
13 Yanvar 2012
Cinsi gücün artırılması
Cinsi gücün artırılması

Cinsi gücün artırılması - Cinsi gucun artirilmasi - Cinsi gucu artirmaq - Cinsi gücü artıran qidalar

Son illər Azərbaycanda bir çox kişilər öz cinsi sağlamlığı haqqında düşünürlər. Daimi gərginlik, stresslər, istirahətin olmaması, pis ekologiya və bir çox digər amillər kişi cinsi sağlamlığına təsir etməyə bilməz. Nəticə etibarilə - kişilərin yarısından çoxu artıq 40 yaşına qədər və demək olar ki, hamısı daha yuxarı yaşlarda - cinsii gücün azalması problemi ilə rastlaşırlar. Bu problemə elmi dildə potensiyanın zəifləməsi deyilir. Potensiya - kişi seksuallığına aid işlədilən termindir və kişinin cinsi əlaqəyə girmək qabiliyyətini ifadə edir.
Cinsi gücün artırılması hər bir kişi üçün mühüm əhəmiyyət kəsb edir. Axı, demək olar ki, hər kəs istənilən həyati zəruri anda güclü ereksiyaya malik olmaq, sekslə ola bildiyi qədər daha tez- tez və daha uzun müddətə məşğul olmaq istəyir.

Cinsi gücü artırmaq üçün bir neçə vasitələr mövcuddur :

Cinsi gücü artırmaq üçün düzgün qidalanma

Bizim orqanizmimizə daxil olan qida  bütün orqan və sistemlərə, o cümlədən də cinsiyyət sisteminə təsir edir.

Cinsi gücü artıran qidalar

Bal və qoz - fındıq
Bal kişinin cinsi gücünün artırılması üçün çox faydalı məhsuldur. Effektivliyinə görə ikinci yerdə qoz - fındıq məmulatları - qoz, badam yerfındığı, fındıq gəlir. İstifadə edərkən cinsi gücün daha çox artırılmasına nail ola biləcəyiniz tərkib (bal, quru meyvələr, qoz - fındıq) :
• 200 q qoz ləpəsi
• 200 q qaysı qurusu
• 200 q qara gavalı (çəyirdəksiz)
• 200 q əncir
• 200 q kişmiş
Bunların hamısı xırdalanır və bal ilə həmcins kütlə alınanadək qarışdırlır. Hər gün 1 xörək qaşığı səhər və 1 xörək qaşığı axşam qəbul edilir. Bal - qoz kursunu bir ay ərzində keçirin və özünüz görünməmiş cinsi gücün artımını hiss edəcəksiniz.

Ət
Kişiyə cinsi gücün artımı üçün ət tələb olunur. Ət xörəklərinin məntiqə uyğyn miqdarı mütləq kişilərin rasionunda olmalıdır.

Süd məhsulları
Süd məhsulları həmçinin cinsi gücü artıra bilər. Qatıq, kefir, kəsmik, xama, yoqurt - bu məhsullar  kişi sağlamlığı üçün faydalıdır.

Cinsi gücü artıran bitkilər

Siz, əlbəttə ki, aşağıdakı sətrləri oxuyarkən təəcübləhəcəksiniz, lakin məhz soğan tərəvəzlərin arasında potensiya üçün faydalılığa görə zirvədə yerləşir. Soğan orqanizmdə hormonal tarazlığı bərpa edir və tərkibində potensiyanı gücləndirən maddələr var.

Cinsi gücü artıran meyvələr

Cinsi gücü artıran məhsullar arasında aparıcı, öndə gedən yerlərdən birini banan tutur. Bananın tərkibində cinsi gücün artırılması üçün çox sayda  vitamin və elementlər var. Potensiyanın yüksəlməsi üçün həmçinin portağal, limon, əncir, avokado, nar, xurma, manqo faydalıdır.

Cinsi gücü artıran balıq və dəniz məhsulları
Balıq və dəniz məhsulları həmçinin kişinin cinsi fəaliyyətinə öz yaxşı təsiri ilə məşhurdular. Cinsi fəallığı krevetlər, istridlər və kürü qaldırır.

Yumurta 
Cinsi gücü artıran təbii qidalar arasında - yumurta da var.  Yumurta yüngül qida olub, sizə yalnız həyat gücü əlavə etməyəcək, həm də yataqda güclü olmağa kömək edəcəkdir. Gündə heç olmazsa bir yumurta istifadə etmək tövsiyyə olunur ki, artıq bir aydan sonra daha gumrah, daha əmin, daha güclü olasınız. Yumurtalarda, kişi cinsi sağlamlığı üçün ən faydalı - bildirçin yumurtası hesab olunur.

Cinsi gücü artıran qidalar haqqında daha ətraflı - Cinsi güc üçün qidalanma məqaləsində oxuya bilərsiz.

 

Cinsi gücü artırmaq üçün xüsusi çalışmalar
Aralıq əzələlərinin gərginliyinə yönəlmiş xüsusi çalışmalar cinsi gücün artırılması üçün efektiv üsul ola bilər. Çalışma çox asandır - kişi ayaq üstə duraraq, oturaraq və uzanaraq 10 saniyə ərzində aralıq əzələlərini gərginləşdirir, gərir, sanki sidik ifrazının qarşısını almaq istəyir (gündə bir neçə dəqiqə). Bu cür çalışmalar istənilən kişinin cinsi gücün artımını təmin edə bilər. 

Cinsi gücü artırmaq üçün xüsusi hərəkətlər haqqında daha ətraflı - Cinsi zəifliyin təbii müalicəsi məqaləsində oxuya bilərsiz.

Cinsi gücü artırılmasına psixoloji amillərin rolu

Cinsi gücü artırılması kişi daimi olaraq stress vəziyyətində olduğu və ya onun psixikası pozulduğu zaman lazım ola bilər. Cinsi gücü artırmaq istəyinin həyata keçirilməsində böyük rolu psixoloji amillər oynayır. Hətta cavanlıqda belə, potensiya ən zirvədə olduğu zaman kişi özünü istənilən anda cinsi əlaqəyə hazır hiss etdiyi zaman, soyuq, bacarıqsız qadın ona özünü tam şəkildə göstərməyə imkan verməyə bilər. 
Kişi çox zaman yatağına şəxsi problemləri ilə fikirli halda girir - işdə münaqişə, uşaqlar ilə pis hadisə, pulsuzluq. Bu vərdiş edilmiş fikirlər onu öz ehtirasına tam varmağa imkan vermirlər, buna görə də normal ereksiya inkişaf etmir, potensiyanın azalması qaçılmazdır. Cinsi zəiflik problemi dəfələrlə təkrarlanır, kişidə ümidləri doğrultmamaq qorxusu yaranır - bunların hamısı uğursuzluğun gözləmə nevrozunun əmələ gəlməsinə gətirib çıxarır.

Cinsi gücü artırmaq mümkündür

Çox təəssüflər ki, bizdə cinsi problemlərlə məşğul olan həkimlərə(androloq) müraciət etmək dəbdə deyil. Cinsi problemləri və çətinlikləri olan bir çox kişinin bədbəxtliyi elə bundadır. Belə ki, bizim kişilər cinsi zəiflik olan yalnız 10 % hallarda həkimlərə müraciət edirlər. Baxmayaraq ki, məhz kişi problemlərinin müalicəsi ilə məşğul olan həkim(androloq) kişiyə cinsi gücün artırılmasında kömək etməyə qadirdir. Yadda saxlayın ki, hərəkət hərəkətsizlikdən qat - qat yaxşıdır ! Yalnız siz özünüz özünüzə deyə bilərsiniz ki, siz nə istəyirsiniz və bunu dərhal yerinə yetirməyə başlaya bilərsiniz ! 
Öz sağlamlığınızın qayğısına vaxtında və düzgün qalın və sizin potensiyanız sizə maksimal uzun və keyfiyyətli xidmət edəcəkdir! Uğurlar!

Müəllif: Dr. Orxan Ağabəyov

DR. ORXAN AĞABƏYOV
DR. ORXAN AĞABƏYOV
Andrologiya
Azərbaycanda