Andrologiya və Seksopatologiya Azərbaycanda

055 655-00-66 050 363-83-86

















Məqalələr

Birinci toy gecəsi

Hər bir ailənin həyatında elə anlar - saatlar, bəlkə də dəqiqələr var ki, hansılar ki, ailəni monolit və xöşbəxt edə və ya dibindən vurub yıxa bilər. Belə anların birinə birinci toy gecəsi də aiddir. Onore de Balzak bu haqda belə yazırdı: «Nigahın müqəddaratı birinci toy gecəsində həll olunur». Hətta müəyyən faiz hallarda gələcək həyat yoldaşlarının ilk intim yaxınlığı toydan əvvəl baş verdiyi hallarda belə, və əgər təzə evlənənlərini biri və ya hətta ikisi də müəyyən cinsi həyat təcrübəsinə malik olduğu halda belə birinci toy gecəsi heç də gələcəkdə minlərlə olacaq adi ər - arvad gecəsi deyil. O - birincidir.

Ardını oxu...

 
 

Cinsi zəiflik (erektil disfunksiya, impotensiya)

“Kişinin həyatında ən çox rast gəlinən müvəffəqiyyətsizlik” - XIX əsrdə məhşur psixoterapevt Ziqmund Freyd impotensiyanı belə adlandırmışdır. Illər keçdi, çox saylı tibbi tədqiqatlar aparıldı, onlarla kitab yazıldı, bu xəstəliyin diaqnostikası və müalicəsinin yeni texnologiyaları icad edildi. Lakin elə indi də, bizim stresslər və daimi psixoloji və fiziki gərginliklər əsrimizdə, cinsi zəiflik ən geniş yayılmış problem və bütün dünyada bir çox kişi üçün çox güclü zərbə olaraq qalır. 

Ardını oxu...

 
 

Erkən boşalma

Erkən boşalma (tez boşalma, erkən eyakulyasiya) - hər iki partnyorun seksual məmnunluq almaları üçün kifayət edəcək dərəcədə cinsi aktın müddətini kişi tərəfindən nəzarət edə bilmədiyi vəziyyət adlandırılır. Erkən boşalma kişilərdə ən geniş yayılmış seksual problemdir (40 % hallarda rast gəlinir).

Ardını oxu...

 
 

Kişi sonsuzluğu

Azərbaycanda hər bir kişi müəyyən yaşda nəslin davam etdirilməsi və dünyaya varisin gətirilməsi haqqında düşünür. Və özünə həyat yoldaşı seçdikdən sonra ailə həyatına başlayır. Əksər hallarda nigahın artıq ilk aylarında hamiləlik baş verir, lakin bəzən problemlər meydana çıxır. Statistikaya əsasən, hər on ər - arvadda biri sonsuz olur, yəni tibbin köməyi olmadan hamilə qalmaq iqtidarında olmur.

Ardını oxu...

 
 

Prostatit

Kişi olmaq - böyük məsuliyyət tələb edir. Axı məhz güclü cinsin nümayəndələrinin üzərinə ailəni təmin etmək, hər gün kişi adlandırmaq hüququnu sübut etmək, bütün cəbhələrdə - ictimai, sevgi, ailə, karyerada qələbə qazanmaq öhdəliyi düşür.

Bu cür gərgin həyat ritmi müxtəlif fəsadlara gətirib çıxarır - stresslərdən başlayaraq sidik - tənasül sisteminin xəstəliklərinə qədər. Ən sıx təsadüf olunan kişi problemlərindən biri - prostatitdir.

Ardını oxu...

 
 

Cinsi gücün artırılması

Son illər Azərbaycanda bir çox kişilər öz cinsi sağlamlığı haqqında düşünürlər. Daimi gərginlik, stresslər, istirahətin olmaması, pis ekologiya və bir çox digər amillər kişi cinsi sağlamlığına təsir etməyə bilməz. Nəticə etibarilə - kişilərin yarısından çoxu artıq 40 yaşına qədər və demək olar ki, hamısı daha yuxarı yaşlarda - cinsii gücün azalması problemi ilə rastlaşırlar. Bu problemə elmi dildə potensiyanın zəifləməsi deyilir. Potensiya - kişi seksuallığına aid işlədilən termindir və kişinin cinsi əlaqəyə girmək qabiliyyətini ifadə edir.

Ardını oxu...

 
 

Zərərli vərdişlər və seks

Vərdiş - insanın müəyyən dövrilik ilə təkrarladığı əməldir, bu zaman o, həmişə başa düşmür ki, bunu niyə və nə səbəb görə edir. Zərərli vərdişlərə ənənəvi olaraq siqaret çəkmə, alkoqol və narkotik asılılıq aid edilir. Asılılıq və vaxtaşırı istifadə arasında dəqiq sərhəd müəyyən etmək bəzən çox çətin olur. Təsəvvür edin ki, sizin qarşınızda seçim var - ya sevdiyiniz vərdişdən məhrum olmaq (içki içmək, siqaret çəkmək və s.), ya da həmişəlik olaraq potensiya və orqazmı itirmək. 

Ardını oxu...

 
 

Cinsi yolla keçən xəstəliklər

Kişilər üçün 10 «qızıl» qayda

Cinsi infeksiyalar çox geniş yayılmışdır. Ekspertlərin hesablamalarına görə, yer kürəsində hər altı sakindən biri, nə vaxtsa cinsi yolla ötürülən hansısa bir xəstəliklə yoluxub. Azərbaycanda son illər cinsi yolla keçən xəstəliklərin sayı durmadan artır. Buna bir neçə faktor səbəb olur - cinsi partnyorların tez - tez dəyişilməsi, prezervativ istifadə etmədən cinsi əlaqələr, fahişəlik.

Ardını oxu...

 
 

Səhifə 4 > 4-dəan

Dr. Orxan Agabəyovla Əlaqə:

050 363-83-86 055 655-00-66


Copyright © 2012 www.agabekov.az