Andrologiya və Seksopatologiya Azərbaycanda

055 655-00-66 050 363-83-86

















Məqalələr

Uretrit

Sidik-cinsiyyət siteminin ən geniş yayılmış xəstəliyi - uretritdir.  Uretrit – sidik kanalının(uretra) iltihabıdır. Uretritlər iki qrupa bölünürlər: spesifik və qeyri-spesifik uretritlər.

 Spesifik uretritlər - cinsi infeksiya ilə yoluxma nəticəsində yaranır, qonokokk, xlamidiya, trixomonada, mikoplazma, ureaplazma, qardnerella kimi infeksiyalar, spesifik uretritin  əsas törədiciləridir. İnfeksiyalar digər bakteriyalar, viruslar (herpes) və göbələklərlə birlikdə mövcud ola bilərlər, lakin cinsi yolla ötürülən infeksiya mövcuddursa, onda uretrit spesifik sayılır.

Ardını oxu...

 
 

Boşalmanın gecikməsi

Normal eyakulyasiya (boşalma) – seksual stimulyasiyanın başlamasından müəyyən bir zaman sonra orqazm ilə müşayət edilərək cinsi orqandan spermanın(toxum) ifraz olunmasıdır. Bunun əsasında boşalmanın gecikməsi, aneyakulyasiya, anorqazmiya və retroqrad eyakulyasiya kimi anlayışları fərqləndirmək lazımdır.

Ardını oxu...

 
 

Prezervativlərin istifadə qaydalari

prezervativ1Prezervativi necə seçməli?

Prezervativ (kondom) seksual müdafiənin ən optimal üsuludur. O, sağlamlığa ziyan vurmur və arzuolunmaz hamiləlikdən və cinsi yolla yoluxan müxtəlif xəstəliklərdən maksimum müdafiə edir. Prezervativ sperma keçiriciliyi olmayan və ereksiya halında kişi cinsi orqanına(penisə) taxılan kisəcikdir. Statistikaya görə, Azərbaycanda prezervativlərin 90%-nin alıcıları kişilərdir. Buna görə də keyfiyyətli və vacib məqamda pis vəziyyətdə qoymayan prezervativ seçiminə görə məhz kişi məsuliyyət daşıyır. Lakin çox vaxt prezervativlər hamiləlikdən və infeksiyadan lazımi dərəcədə müdafiə etmir, çünki əksər kişilər onlardan istifadə qaydalarını bilmirlər. Bir neçə qaydaları bilməklə, nəinki sağalamlıqla bağlı olan xoşagəlməz nəticələrdən uzaq olmaq olar, həm də özünüzə əminlik yaranar!

Prezervativdən necə istifadə etməli?

Ardını oxu...

 
 

Hamiləlik vaxtı cinsi münasibətlər

hamilelikHamiləlik hər bir ailənin həyatında ən mühüm və əlamətdar dövrlərdən biridir.  Cinsi həyat kimi incə və həssas sferada da əsaslı dəyişikliklər baş verir. Əvvəllər Azərbaycanda belə bir fikir hökm sürürdü ki, fəal cinsi həyat  hamiləliyin yarımçıq kəsilməsinə gətirə və ya dölə zərər yetirə bilər. Lakin elmi araşdırmalar göstərir ki, xüsusi tibbi əksgöstərişlər olmadıqda,   uşaq gözləməkdə olan cütlükdə  seksual münasibətlər nəinki zərər vurmur,  hətta, əksinə, ər-arvad arasında inamın yaranmasına, ailədə müsbət atmosferin formalaşmasına  səbəb olur. Lakin ailənin adi cinsi həyatından fərqli olaraq,  hamiləlik vaxtı  cinsi həyatın bəzi  xüsusiyyətləri var.

Ardını oxu...

 
 

Kişilər üçün intim gigiyena

Kişilər üçün intim gigiyena qaydaları

Cinsiyyət orqanlarının gigiyenası (yunan sözü Hygieinos – sağlamlıq gətirən, müalicə) kişilərdə sağlamlığın qorunması və möhkəmlənməsinə xidmət edən, cinsiyyət sistemin orqanlarının normal funksiyasını təmin edən, eləcə də onların xəstələnməsinin qarşısını alan gigiyenik qaydalardan ibarətdir. Kişinin intim gigiyenası, cinsiyyət orqanlarına və ayaqlararsı sahəyə müntəzəm qulluqdan ibarətdir və bu qaydalar, kişilər üçün bütün həyatı boyu davranış norması olmalıdır.

Ardını oxu...

 
 

Spermoqramma

Son illərdə Azərbaycanda sonsuz ailə cütlüklərinin sayı olduqca artmışdır. Sonsuz o nigah hesab edilir ki, 1 il müddətində qorunma vasitələrindən istifadə etmədən müntəzəm cinsi həyat sürülməsinə baxmayaraq hamiləlik baş vermir. Kişi sağlamlığının pisləşməsi səbəbindən sonsuzluq ailə cütlüklərinin 40-50%-də baş verir. Kişilərin mayalanma qabiliyyəti haqqında təsəvvür yaradan əsas müayinə(analiz) spermoqrammadır –toxum (spermanın) analizi. Sperma kişi cinsi hüceyrələrindən – spermatozoidlərdən ibarətdir və onların yaşama mühiti – toxum mayesidir. Spermatozoidlər xayalarda yaranır. Toxum mayesi isə cinsi vəzilərin - əsasən toxum kisəcikləri(vezikulalar) və prostat vəzinin fəaliyyəti məhsuludur.

Spermoqramma nə vaxt verilir?

Spermoqramma analizindən aşağıdakı hallarda keçmək məsləhətdir:

Ardını oxu...

 
 

Seks və bodibildinq

Fiziologiya

Fiziologiya nöqteyi-nəzərindən fiziki hərəkətlər təkcə sağlamlığı deyil, həm də cinsi gücün artırılması üçün xeyirlidir. Hətta orqanizmi də cavanlaşdırır. Artıq sübut edilib ki, bodibildinq kişilər üçün “əbədi gənclik” mənbəyidir. Treninq və sağlam pəhriz sümük və əzələləri möhkəmlədir, piyi əridir, güc və dözümlülüyü inkişaf etdirir, əhvalı və yuxunu yaxşılaşdırır – və bütün bunlar cinsi həvəsin artmasına gətirib çıxarır. Orta və yuxarı yaşlı kişilərdə fiziki hərəkətlər hətta, “gənclik” hormonlarının yaranmasına da səbəb ola bilər. Lakin bütün bunların işləməsi üçün məşqlərin balanslaşdırılması lazımdır: çəkilərlə işləmə, aerob məşqlər və qıvraqlığın inkişafı – kompleks şəkildə və normal dozalarda. Həftə ərzində 3-4 belə 1 saatlıq məşqlər və siz yataqda yüksəklikdə olacaqsınız. Bunun isə çoxlu sayda adicə fizioloji səbəblər vardır. Hərəkətlər cinsi orqanın mağaravari hissəsində damarları genişləndirir, bununla da qanın dövranı yaxşılaşır, deməli ereksiya da yaxşılaşır.

Ardını oxu...

 
 

Varikosele

varikocele

Varikosele (damar genişlənməsi) - toxum ciyəsi və xayaların venalarının varikoz genişlənməsidir. Varikosele - spermatozoidlərin hasilatının azalması və spermanın keyfiyyətinin pisləşməsinin ən sıx səbəbidir. Kişi sonsuzluğunun təxminən 50 % halları varikoselenin mövcud olmasından irəli gəlir. Varikosele adətən simptomsuz keçir, nadir hallarda xaya kisəsində ağrılar və ya ağırlıq hissi narahat edə bilər.

Ardını oxu...

 
 

Səhifə 3 > 4-dəan

Dr. Orxan Agabəyovla Əlaqə:

050 363-83-86 055 655-00-66


Copyright © 2012 www.agabekov.az