Andrologiya və Seksopatologiya Azərbaycanda

055 655-00-66 050 363-83-86

















Şəkərli diabet və cinsi zəiflik

Kişilərdə şəkərli diabetin ən geniş yayılmış ağırlaşmalarından biri cinsi zəiflik və ya erektil disfunksiyadır. Şəkərli diabet xəstəliyi olan kişilərdə cinsi zəifliyin yayılma faizi 35-90% arasında dəyişir. Cinsi zəiflik – şəkərli diabetin tipik ağırlaşmasıdır və bu kişinin həyat keyfiyyətinin əhəmiyyətli dərəcədə aşağı düşməsinə gətirib çıxarır.

Şəkərli diabet zamanı cinsi zəifliyin səbəbləri

Şəkərli diabet xəstəliyi olan kişilərdə ereksiya pozuntusunun inkişaf etməsinin ən geniş yayılmış səbəbləri - sinirlərin (polineyropatiya) və cinsiyyət orqanı damarlarının (angiopatiya) zədələnməsidir. Bu hissiyatın və cinsiyyət orqanında qan təchizatının pozulmasına səbəb olur. Xəstəliyin erkən mərhələsində neyropatiyanın yeganə əlaməti cinsiyyət orqanın baş hissəsi tərəfində soyuqluğun hiss edilməsidir ki, bu penis başlığının soyuqluğu sindromu adlanır. Orqanik səbəblərdən savayı həm də psixoloji səbəblər də vardır ki, onlar əsas xəstəlik – şəkərli diabetlə əlaqəlidir. Uğursuzluq keçirmiş kişilərdə hər bir yeni cinsi aktdan əvvəl qorxu hissi güclənir. Onlar öz imkanları barəsindəki əminliklərini itirirlər və nəticədə cinsi problemlər artır.

Şəkərli diabet zamanı kişilərdə cinsi fəaliyyətin pozulmaları

Şəkərli diabet zamanı kişlərdə cinsi fəaliyyətin pozulmasına aid edilirlər:

- ereksiyanın pozulması (erektil disfunksiya) – 50-59%. Cinsiyyət orqanının qanla dolmasının azalması - cinsi akt zamanı daxil olma və cinsi akt boyunca ereksiyanı dəstəkləmək bacarığının itməsinə aparır.

- cinsi həvəsin pozulması (libidonun pozulması), Cinsi həvəsin aşağı düşməsi (libidonun aşağı düşməsi), daha çox testosteron sekresiyasının aşağı düşməsi ilə əlaqəlidir və əsasən androgen çatışmamazlığı vəziyyətinin birinci əlamətidir ki, bu da 2-ci növ şəkərli diabeti olan xəstələrin 30%-dən çoxunda qeyd edilir.

- eyakulyasiyanın pozulması (erkən boşalma, uzun sürən cinsi aktlar, eyakulyasiyanın olmaması). Erkən boşalma halları zamanı rast gəlinən problemlərdən biri - cinsiyyət orqanının introitus anına qədər (cinsi orqanı daxil etmədən əvvəl) və ya cinsi aktın lap əvvəlində eyakulyasiyanın baş verməsidir. Uzun müddətli və yorucu cinsi akt, daha çox şəkərli diabeti olan xəstələrdə aşkar edilir və bu diabetik polineyropatiyanın təzahürüdür (cinsiyyət orqanının başının hissiyatının aşağı düşməsi ilə əlaqələndirilir). Retroqrad eyakulyasiya, hansı ki, xəstə tərəfindən, adətən orqazmın qorunub saxlanması ilə eyakulyasiyanın ümumiyyətlə olmaması kimi qəbul edilir, həmçinin polineyropatiyanın təzahürüdür (sidik kisəsinin sfinkterinin innervasiyasının pozulması və spermanın sidik kisəsinə tökülməsi ilə əlaqələndirilir).

- orqazm pozuntuları. Orqazm pozuntuları diabetik polineyropatiyanın əlamətidir və hisiyatın aşağı düşməsi ilə əlaqələndirilir.

Xəstələrdə bir neçə pozuntunun eyni zamanda mövcud olması halları da az deyil (misal üçün, cinsi zəiflik, cinsi həvəsin aşağı düşməsi və erkən boşalma), belə olan hallarda pozuntulardan hər birinin səbəblərini aydınlaşdırma və kompleks terapiyanın keçirilməsi zəruridir.

Şəkərli diabeti olan xəstələrdə cinsi zəifliyin diaqnostikası

1. Xarici cinsiyyət orqanlarının fiziki müayyinəsi

2. Hormonal tədqiqat

3. Lipid spektrinin qiymətləndirilməsi. Hiperxolesterinemiya və ya dislipidemiyanın aşkar edilməsi zamanı pəhrizə riayyət edilməsi məsləhətləri ilə yanaşı olaraq hipolipidemik preparatların təyin edilməsi də zəruridir.

Şəkərli diabet olan xəstələrdə cinsi zəifliyin müalicəsi

Şəkərli diabet və cinsi zəiflik olan xəstələrdə müalicəni başlamazdan əvvəl şəkərli diabetin maksimal dərəcədə kompensasiya edilməsinə nail olmaq lazımdır ki, bu müalicədə birinci addımdır.

Bütün yuxarıda sadalanan problemlər həllediləndirlər. Onların uğurla həll edilməsi üçün səbrli olmaq və həkimlərin məsləhətlərini dəqiqliklə yerinə yetirmək lazımdır:

Nə etmək lazımdır:

• Şəkərin səviyyəsini normaya salmaq lazımdır. Bu təkcə cinsi fəaliyyət pozuntusu problemini deyil, həm də şəkərin səviyyəsinin yüksəlməsi zamanı pisləşən orqanizmin bütün həyat önəmli göstəricilərinin normsllaşdırılması üçün vacibdir.

• Şəkərli diabetin ağırlaşmalarının, eləcə də yanaşı xəstəliklərin müalicəsinə başlamaq.

• Sağlam və fəal həyat tərzi aparmaq. Siqaretdən, alkoqoldan imtina etmək, daha çox bitki mənşəli və daha az piyli qidalardan istifadə etmək.

• Bədənin çəkisini aşağı salmaq (əgər söhbət, artıq çəki / piylənmə ilə əlaqəli olan 2-ci dərəcəli şəkər diabetindən gedirsə).

• Cinsi problemlər yarandıqda həkimə müraciət etmək və androloqun təyin edəcəyi müalicə kursunu qəbul etmək.

Hazırda cinsi zəifliyin müalicəsi üçün olan metodların seçimi olduqca böyükdür (medikamentoz terapiya, psixoterapiya, LOD terapiya, cərrahi metodlar). Və nəticədə ereksiya problemləri olan hər bir kişiyə, düzgün müalicə kursu təyin etmək olar. Uğurlar!

Tags:
Dr. Orxan Agabəyovla Əlaqə:

050 363-83-86 055 655-00-66


Copyright © 2012 www.agabekov.az