477
8 İyul 2018
Kişilərdə cinsi orqandan ifrazatlar
Kişilərdə cinsi orqandan ifrazatlar

Sidik kanalının selikli qişasının səthi mütəmadi olaraq nəmlənir. Kişilərdə cinsi orqandan ifrazatlar cinsi coşma zamanı yaranır və boz çalara malikdirlər. Bu maddə uretral vəzilər tərəfindən hasil olunur. Həmçinin, cinsi əlaqənin sonunda eyakulyasiya prosesində və ya gecə pollusiyaları (kişilərdə və gənc oğlanlarda uzunmüddətli özünü saxlama nəticəsində yuxu zamanı toxum (sperma) axıtma prosesində baş verir) zamanı ifrazatların olması normal hal hesab edilir. Bütün digər hallarda uretradan ifrazatlar həkimlər tərəfindən patoloji təzahürlər kimi qiymətləndirilir. Sidik kanalından ifrazatlar – sidik-tənasül sistemində infeksiyanın olmasının və iltihabi prosesin cərayən etməsinin aşkar göstəricisidir. Bu problemli vəziyyət müxtəlif patoloji halların olması zamanı yarana bilər.

Sidik kanalından fizioloji ifrazatlar

Sidik kanalından ifraz olunan maye müxtəlif rəngdə, konsistensiyada ola bilər, qoxusuna və qatılıq dərəcəsinə görə fərqlənə bilər. Uretral ifrazatları müəyyən etmək üçün sidik ifrazından üç saat ərzində çəkinmək, sonra isə çətin olmayan masaj hərəkətləri ilə ifrazatları alaraq onları qiymətləndirmək lazımdır. Sidik kanalından fizioloji (rəngsiz) ifrazatlar – hər bir sağlam kişidə müşahidə olunan iysiz maddələrdir. Onlar uretral vəzilərin fəaliyyətinin məhsullarıdır, hansılar ki cinsi coşma zamanı öz fəaliyyətlərini aktivləşdirirlər.

Spermatoreya və prostatoreya

Sidik kanalından qeyri-infeksion mənşəli iki ifrazat növü mövcuddur – spermatoreya və hematoreya. Spermatoreya – cinsi əlaqə zamanı baş verməyən sperma (uretradan ağ rəngli ifrazatlar) ifrazı prosesidir. Ona cinsi funksiyaların pozulması və uretral sfinkter əzələlərinin tonusunun aşağı olması zamanı rast gəlinir. Spermatoreyaya mərkəzi sinir sisteminin fəaliyyətində pozuntular səbəb ola bilər.

Hematoreya – qan qatışıqları ilə xarakterizə olunan sidik kanalından ifrazatlardır. Sidik kanalından qanlı ifrazatlar müəyyən zədələyici manipulyasiyalar (yaxmaların götürülməsi, müayinələr, kateterin tətbiqi) nəticəsində yarana bilər. Hematoreya uretranın və ya prostat vəzinin şişməsi ilə müşayiət olunur.

İİltihab xarakterli ifrazatlar

İltihabi proseslər nəticəsində yaranan uretradan ifrazatlar zahirən bir-birindən çox fərqlənirlər. Zöhrəvi xəstəliklərin səbəb olduğu iltihabi prosesin cərəyan etməsi halında, aşağıdakı ifrazat növləri müşahidə oluna bilər:

- qonoreya (süzənək) – uretradan selikli qatışıqlarla çoxlu irinli ifrazatlar;

- xlamidioz – uretradan kiçik miqdarda selikli və rəngsiz ifrazatlar;

- trixomoniaz – ifazatlar azdır və ya ümumiyyətlə yoxdur.

Sidik kanalından patoloji ifrazatlar əmələ gəldiyi halda təcili surətdə androloqa müraciət etmək lazımdır. Bu əlamətlər müşahidə olunduğu halda, vəziyyət çox ciddiləşir, çünki aşağıdakı xəstəliklərin olmasına dair şübhələr yaranır:

- orxit;

- prostatit;

- epididimit.

Bu xəstəliklər müalicə metodikasının seçiminə və terapiyanın təyin olunmasına xüsusi yanaşma tələb edirlər.

Kişilərdə cinsi orqandan ifrazatlar zamanı xəstəliklərin diaqnostikası

Sidik kanalından ifrazatların tədqiqi pasiyentin, bəzən isə onun cinsi partnyorunun əlavə olaraq müayinə edilməsini tələb edir. Sadalanan tədbirlər kompleksi ifrazatların tərkibini qiymətləndirməyə, xəstəliyi təsvir etməyə və müvafiq müalicəni təyin etməyə imkan yaradır.

Kişilərdə cinsi xəstəliklərin müalicəsi 

Cinsi infeksiyanın müəyyən edilməsi zamanı hər iki cinsi partnyorun kompleks müalicəsi həyata keçirilir. Müalicə dövründə aktiv cinsi həyat maksimum dərəcədə məhdudlaşdırılmalıdır. Xəstəliyin xroniki formaya keçməsinin qarşısının alınmasına xüsusi diqqət ayırılır. Xəstəliyin bu formasını müəyyən etmək və müalicə etmək çox çətindir. Və, təbii ki, şəxsi gigiyena qaydalarına ciddi riayət etmək və təsadüfi cinsi əlaqələrdən çəkinmək çox vacibdir. Əgər sizdə sidik kanalından xarakterik olmayan ifrazatlar meydana gəlmişlərsə – yubanmadan androloqa müraciət edin. Biz sizə istənilən xəstəliyin öhdəsindən gəlməyə kömək edəcəyik.

DR. ORXAN AĞABƏYOV
DR. ORXAN AĞABƏYOV
Andrologiya
Azərbaycanda