72
8 İyul 2018
Kişilərdə cinsi orqanda qaşınma
Kişilərdə cinsi orqanda qaşınma

Sidik kanalında qaşınma cinsi orqanları və sidik yollarını zədələyən xəstəliklərə xas olan simptomlardan biridir. Xəstəliklər müxtəlif zərərli mikroorqanizmlər vasitəsilə ötürülə bilər, onların arasında aşağıdakıları qeyd etmək olar:

- zöhrəvi xəstəliklərin törədiciləri (qonokoklar, xlamidiyalar, trixomonadlar və s.);

- stafilokok, streptokok basilləri, bağırsaq çöpləri (basilləri) və s.

Kişilərdə cinsi orqanda qaşınma

Əgər kişilərdə cinsi orqanda qaşınma cinsi xəstəliyin əlamətidirsə, bu əlamətdən başqa digərləri də meydana gələ bilər:

-sidik ifrazı zamanı ağrı və yandırma hissi;

- sidik kanalının xarici dəliyinin şişkinliyi və qızarması;

- sidik kanalından sarımtıl rəngli irinli ifrazatlar;

- sidik ifrazının tez-tez baş verməsi.

Yuxarıda sadalanan bütün simptomlar bakterial xəstəliyin olması nəticəsində yaranır. Müxtəlif mikroorqanizmlərdən başqa, kişilərdə uretrada yandırmaya və qaşınmaya aşağıdakılar səbəb ola bilər:

- masturbasiya zamanı zədələnmələr;

- medikamentlər;

- spirtli içkilər;

- acı və ədviyyatlı qida;

- intim gigiyena vasitələrində olan kimyəvi maddələr.

Kişilərdə cinsi orqanda qaşınmanın səbəbləri

Uretrada qaşınma aşağıdakı xəstəliklərdən birinin əlaməti ola bilər:

Trixomoniaz

Bu uretrada trixomonadların sürətlə çoxalması ilə xarakterizə olunan sidik kanalı xəstəliyidir. Bəzən trixomoniaz müxtəlif bakterial xəstəliklərlə müşayiət oluna bilər. Qeyd etmək lazımdır ki, çox vaxt bu xəstəlik intensiv ifadə olunmuş əlamətlər müşahidə olunmadan cərəyan edir, trixomoniazın əsas simptomu isə sidik ifrazı zamanı uretrada bir az yandırma və qaşınma hissləridir. Müalicə olunmadıqda bu xəstəlik ciddi ağırlaşmalara səbəb ola bilər.

Qonoreya (süzənək)

Qonoreya sidik-tənasül sistemini zədələyən zöhrəvi xəstəlikdir. Xəstəliyin ilk əlamətləri cinsi əlaqədən 2-7 gün sonra meydana gələ bilər. Əsas simptomlar arasında aşağıdakıları qeyd etmək olar: - uretrada qaşınma və yandırma hissləri; -uretradan irinli ifrazatlar; - ağrı.

Xlamidioz

Bu xəstəliyin əsas simptomları sidik ifrazı zamanı ağrı və yandırma, eləcə də uretrada qaşınma hissidir. Xlamidiya infeksiyasının təhlükəsi ondadır ki, vaxtında müalicə olunmadıqda reproduktiv funksiyanın pozulması ilə bağlı ağırlaşmalar inkişaf edə bilər.

Qeyri-qonokok uretrit.

Orqanizmə müxtəlif törədicilərin nüfuz etməsi nəticəsində yarana bilər. Bu problem cinsi yolla ötürülən xəstəliyin kecməsi nəticəsində deyil, orqanizmin müqaviməti düşməsi və soyuqlama nəticəsində yarana bilər. Bu xəstəliyin əsas əlamətləri:

- sidik ifrazı zamanı ağrı və yandırma;

- cinsi orqanda qaşınma.

Yekun

Yadda saxlamaq lazımdır ki, kişilərdə cinsi orqanda qaşınma kimi bir əlamət səbəbsiz yerə əmələ gəlmir. O cinsi orqan və ya sidik-tənasül sistemi xəstəliyinin əlaməti ola bilər. Bu əlamət əmələ gəldikdə yubanmadan mütəxəssisə müraciət etmək lazımdır ki, o qaşınmanın yaranmasına səbəb olan xəstəliyi müəyyən etsin və düzgün müalicəni təyin etsin. Tədbirli olun və öz sağlamlığınızı qoruyun!

DR. ORXAN AĞABƏYOV
DR. ORXAN AĞABƏYOV
Andrologiya
Azərbaycanda