Andrologiya və Seksopatologiya Azərbaycanda

055 655-00-66 050 363-83-86

















Kişilər üçün intim gigiyena

Kişilər üçün intim gigiyena qaydaları

Cinsiyyət orqanlarının gigiyenası (yunan sözü Hygieinos – sağlamlıq gətirən, müalicə) kişilərdə sağlamlığın qorunması və möhkəmlənməsinə xidmət edən, cinsiyyət sistemin orqanlarının normal funksiyasını təmin edən, eləcə də onların xəstələnməsinin qarşısını alan gigiyenik qaydalardan ibarətdir. Kişinin intim gigiyenası, cinsiyyət orqanlarına və ayaqlararsı sahəyə müntəzəm qulluqdan ibarətdir və bu qaydalar, kişilər üçün bütün həyatı boyu davranış norması olmalıdır.

Cinsi orqan(penis)

Cinsi orqanı azı gündə bir dəfə yumaq lazımdır. Ilk növbədə ciddi-cəhdlə əlləri, sonra isə penisin özünü, onun ətrafını və aralıq nahiyəni yumaq vacibdir. Su isti, sabun isə kifayət qədər köpüklü olmalıdır ki, ifrazatları yuyub aparsın. Bu məqsədlər üçün uşaq sabunundan və ya penisə qulluq üçün olan xüsusi vasitələrdən istifadə etmək daha məqsədəuyğun olardı. Bundan əlavə sidik kisəsinin hər dəfə boşaldılmasından sonra penisi quru olana qədər silmək lazımdır ki, bunu da tualet kağızı və ya kağız salfet ilə etmək daha məsləhətlidir. Təzə sidik neytraldır, lakin az bir zaman sonra isti aralıq şəraitində bakteriyalar inkişaf etməyə başlayır. Bakteriyalar xoşagəlməz iyin yaranmasına səbəb olur. Buna görə də gigiyenik prosedurlardan əlavə hər gün alt paltarını mütləq dəyişmək də lazımdır.

Kişi cinsi orqana necə qulluq etməli

• Sidik damcılarının alt paltarda qalmasından yayınmaq üçün sidik ifrazını yekunlaşdırdıqdan dərhal sonra penisin kökü tərəfindən sıxın – bu sidik qalıqlarının çıxmasına kömək edəcək. Əvvəl bunu ehtiyatla edin ki, lazım olan güc həcmini müəyyən edə biləsiniz.

• penisi isti su ilə yuyun;

• sidik ifrazından sonra penisi quru olana qədər silin. Bu zaman tualet kağızından və ya kağız salfetdən istifadə edin;

• bol köpük verən sabun və ya penisə qulluq üçün olan xüsusi vasitələrdən istifadə edin.

Xayalar

Həddən artıq yüksək hərarət spermatozoidlərin yaranmasını pozur. Xayaların hərarəti bədənin hərarətindən 4 dərəcə aşağı olmalıdır. Buna görə də aralıq nahiyəsində birbaşa və ya dolayı yolla hərarətin qalxmasına aparan hər bir şeydən uzaq qaçın. Cəmi bircə dəfə qaynar suya daxil olma kişinin mayalandırma qabiliyyətini(spermanın keyfiyyətini) sonrakı 6 ay müddətinə sıradan çıxara bilər. Eyni nəticəni uzun müddətli qaynar vannalrın qəbul edilməsi verir. Peşə fəaliyyəti ilə əlaqədar olaraq daha çox oturaq həyat tərzi keçirən kişilər, zaman zaman ayağa qalxmalı və yeriməlidirlər ki, xayalar qaynar bədəndən bir az aralansın. Əgər hava istidirsə, avtomobil oturacağında xüsusi havakeçirən örtükdən istifadə etmək məsləhət görülür ki, aralıqda qızma və tər ifrazından qurtulmaq mümkün olsun. Çalışın ki, sərbəst, pambıq, el arasında "ailə" tumanları adlanan tumanlardan istifadə edəsiniz. İstənilən dar şəkilli paltardan uzaq qaçın: elastik tumanlar, dar cinslər və digər dar şalvarlardan. Ev şəraitində və mümkün olduğu hər yerdə sərbəst paltarda gəzin.

Kişi xayalarına necə qulluq etməli:

• yüksək hərarət spermatozoidlərin yaranmasına neqativ təsir göstərir, buna görə də aralıq nahiyəsində yarana bilən qızışmadan uzaq qaçmaq lazımdır;

• qaynar vanna və cakuzilərdə uzun müddət oturmayın;

• bir yerdə uzun müddət oturmayın, çalışın ki, mütəmadi olaraq durub gəzəsiniz ki, xayalar bədəndən aralansın və qızmasın;

• avtomobil sürən zaman xayaların qızmasına imkan verməyin;

• sintetik alt paltarından istifadə etməyin, o qıcıqlanmaların yaranmasına səbəb ola bilər; sərbəst alt paltarı geymək daha yaxşıdır;

• dar şalvarlar və sıx cins şalvarlar geyməyin;

• müntəzəm olaraq hər iki xayanı əlinizlə yoxlayın;

• əgər siz xayalarda azacıq da olsa bərkimə, hətta cüzi belə olsa görürsünüzsə, dərhal həkimə müraciət edin.

Aralıq

Defekasiyadan(nəcis ifrazı) sonra mütləq anus dəliyi nahiyəsini tualet kağızı ilə xayalardan əks istiqamətdə silmək lazımdır. Amma ən yaxşı olanı kağız ilə "silməni" axar su ilə yumaqla əvəz etməkdir. Əks halda anus ətrafında dəri qıcıqlana bilər və xəstəlik yaranma ehtimalı artır. Hazırda bide vasitəsi ilə aralıq nahiyəsinə gigiyenik qulluq ən düzgün variantdır. Bundan əlavə, məsləhət görülür ki, müntəzəm olaraq aralıq tükləri təmizlənsin, əgər kisədə və penisin kökündə qıcıqlanma reaksiyası yoxdursa onlar da qırxılsın. Yeri gəlmişkən, qoltuq altında olan tüklərin təmizlənməsinə heç də bundan az diqqət yetirmək lazım deyil.

Aralığa necə qulluq etməli:

• defekasiyadan sonra sərt kağızdan istifadə etməyin, bu anus toxumalarını zədələyə bilər;

• nəcisi tam olaraq təmizləmək lazımdır, əks halda bakteriyalar əmələ gələ bilər;

• daha yaxşı olanı defekasiyadan sonra yuyunmaq və ya duş qəbul etməkdir (bu təkcə gigiyena proseduru deyil, həm də proktit, paraproktit, babasil kimi xəstəliklərin də profilaktikasıdır);

• aralıq nahiyəsində olan tükləri təmizləmək lazımdır.

Seks

Sekslə məşğul olmazdan əvvəl və sonra bunları yerinə yetirmək lazımdır: ümumi duş qəbul etmək, penisi və aralığı təmiz yumaq. Filmlərdə göstərilənləri yaddan çıxarın ki, guya qızgın seks və fantastik orqazmdan sonra kişi və qadın yorulmuş və xöşbəxt halda uzanaraq yatırlar. Belə olan halda səhər yuxudan durandan sonra müvafiq iydən əlavə siz xoşagəlməz sürprizlə də qarşılaşa bilərsiz: penisin ucu və sidik ifraz kanalı nahiyəsində iltihab yarana bilər. Özünüzdə qüvvə tapın - duş qəbul edin və tam rahat yatmağa uzanın!

Kişi cinsiyyət orqanına seksdən əvvəl və sonra necə qulluq etməli:

• cinsi aktdan əvvəl duş qəbul etmək lazımdır;

• seksual münasibətlərdən sonra mütləq penisi sabunla yuyun.

• Menstruasiya zamanı cinsi əlaqədə olmaqdan uzaq durun, kişilərdə bu zaman olan cinsi əlaqə sidik kanalının iltihabı(uretrit) yarada bilər.

Tags:     Cinsi orqanin temizliyi
Dr. Orxan Agabəyovla Əlaqə:

050 363-83-86 055 655-00-66


Copyright © 2012 www.agabekov.az