Andrologiya və Seksopatologiya Azərbaycanda

055 655-00-66 050 363-83-86

















Kişi sonsuzluğu

Azərbaycanda hər bir kişi müəyyən yaşda nəslin davam etdirilməsi və dünyaya varisin gətirilməsi haqqında düşünür. Və özünə həyat yoldaşı seçdikdən sonra ailə həyatına başlayır. Əksər hallarda nigahın artıq ilk aylarında hamiləlik baş verir, lakin bəzən problemlər meydana çıxır. Statistikaya əsasən, hər on ər - arvadda biri sonsuz olur, yəni tibbin köməyi olmadan hamilə qalmaq iqtidarında olmur.

"Sonsuz nigah" - müxtəlif kontrasepsiya metodlarından istifadə etmədən cinsi həyatın 12 ayı ərzində hamiləliyin olmadığı nigah adlandırılır. Qeyd etmək lazımdır ki, qadının xəstəlikləri dünyaya uşaq gətirə bilməyən yalnız 40 % ailələrdə sonsuzluğun səbəbi olur. 45 % hallarda "günahkar" kişi olur. Qalan 15 % kişi və qadın orqanizmlərinin uyğunsuzluq hallarına düşür (immunoloji adlandırılan sonsuzluq forması və digər, daha nadir hallar).

Kişi sonsuzluğunun səbəbləri

Kişilərdə sonsuzluq cinsiyyət sisteminə mənfi təsir edən müxtəlif patoloji proseslər nəticəsində yaranır. Kişi sonsuzluğunun əsas səbəbləri aşağıdakılardır :

• Sidik - cinsiyyət orqanlarının iltihabi xəstəlikləri (uretrit, prostatit və s.) ;

• Cinsi yolla ötürülən xəstəlikləri (süzənək, xlamidioz, trixomoniaz və s.) ;

• Cinsi (seksual) pozulmalar (impotensiya, vaxtından əvvəl spermanın boşalması və s.) ;

• Varikosele (toxum ciyəsi venalarının genişlənməsi) ;

• Spermatogenezin azalmasına gətirib çıxaran hormonal pozulmalar ;

• Kriptorxizm (xayaların xaya torbasına düşməməsi) ;

• Xaya torbası orqanlarının travması ;

• Cərrahi müdaxilələr : qasıq yırtığı, xaya qabıqlarının hidropsu, sidik kisəsində, onurğa sütununda aparılan əməliyyatlar və s. ;

• Xayalarda iltihabi proseslə ağırlaşmış yoluxucu parotit (xanazır) ;

• İmmunoloji sonsuzluq ;

• Şəxsi münasibətlərdə münaqişəli vəziyyətlər (psixoloji sonsuzluq) ;

Kişi sonsuzluğunun diaqnostikası

Pasiyentin sorğusu, baxışı və müayinəsindən başqa diaqnostikanın əsas bəndi - spermoqrammadır.

Spermoqrammanın aparılması üçün bir sıra şərtlərə riayət olunması tələb olunur :

1. Analizin verilməsindən əvvəl 3 - 7 gün ərzində cinsi çəkinmə tələb olunur.

2. Alkoqol, dərman preparatları, hamam və ya saunalara getmək istisna olunmalıdır.

3. Sperma masturbasiya yolu ilə əldə olunmalı və şüşə və ya plastmassdan olan stəkana yığılmalıdır. Bu məqsəd üçün prezervativin istifadəsi məsləhət görülmür, çünki o, spermatozoidlərin həyat fəaliyyətini azalda bilər, bu da analizin doğruluğuna mənfi təsir göstərəcəkdir. Yarımçıq qalmış cinsi aktı da müayinə üçün materialın əldə olunmasının yaxşı üsulu kimi hesab oluna bilməz. Birincisi, eyakulyatın bir hissəsinin itkisi mümkündür, ikincisi, spermaya partnyorun uşaqlıq yolundan hüceyrələr düşə bilər.

4. Spermoqramma analizi klinikada verilir, burada həmin məqsədlər üçün xüsusi otaqlar mövcuddur. Bəzi hallarda spermanın ev şəraitində yığılması da mümkündür, lakin yadda saxlamaq lazımdır ki, o, yarım saat ərzində xüsusi qabda laboratoriyaya çatdırılmalıdır.

Spermoqrammanın göstəriciləri, normalar və nəticələrin traktovkası haqqında daha ətraflı - Spermoqramma məqaləsində oxuya bilərsiz.

Kişi sonsuzluğunun profilaktikası

Kişinin anlamağa və öyrənməyə çalışdığı ən vacib suallardan biri : «Uşağı mayalandırmaq şanslarımı artırmaq üçün mən nə edə bilərəm?». Aşağıda bir neçə məsləhət veririk :

• sağlam həyat tərzi (8 saatlıq yuxu, istirahət günləri və məzuniyyət zamanı tamdəyərli istirahət, gündəlik səhər gimnastikası, təmiz havada müntəzəm gəzintilər, idman oyunları) ;

• psixo - emosional vəziyyətin normallaşdırılması (ailədə və işdə daimi stresslərin aradan qaldırılması) ;

• balanslaşdırılmış qidalanma (heyvan əti, yumurta, qoz - fındıq, dəniz məhsulları, təzə meyvə və tərəvəz, bal və s.) ;

• reproduktiv orqanların (varikosele, xaya hidropsu, fimoz), qasıq yırtıqlarının cərrahi müalicəsi ;

• reproduktiv orqanların xəstəliklərinin (prostatitlər, epididimitlər) və cinsi yolla ötürülən xəstəliklərin (xlamidioz, ureaplazmoz və mikoplazmoz) vaxtlı - vaxtında müalicəsi ;

• müntəzəm cinsi həyat (3 - 5 gündən bir) ;

• həddən artıq işləməmək (xroniki yorğunluq sindromu), kompüter arxasında dalbadal 4 - 5 saatdan artıq oturmamaq ;

• uzun müddət ərzində soyuqda və xüsusilə də yüksək temperatur şəraitində (sauna, hamam) qalmamaq ;

• kişi sonsuzluğuna səbəb olan faktorların aradan qaldırılması (alkoqol, siqaret çəkmədən sui - istifadə, narkotiklərin istifadəsi).

Kişi sonsuzluğunun müalicəsi

Kişi sonsuzluğunun müalicəsi - hər iki həyat yoldaşından hövsələ və aydın məqsədlərin olmasını tələb edən mürəkkəb və uzun müddətli prosesdir. Kişi sonsuzluğun müalicə sxemi xəstəliyin formasından, mərhələsindən, ilk səbəblərindən, eləcə də xəstə tərəfindən müxtəlif preparatların fərdi dözümlülüyündən asılıdır. Yalnız həkim müşahidəsi altında kompleks və düzgün seçilmiş müalicə taktikası sizin gözlədiyiniz nəticəyə gətirib çıxara bilər.

Və sonda, heç vaxt ümidinizi itirməyin. Bir çox ər - arvadlar həkimlərin hamilə qalmaq mümkünsüzlüyü haqqında rəy verməsindən sonra dünyaya uşaq (bəzi hallarda isə hətta bir neçə) gətirmişlər. Buna görə də ruhdan düşməyin, ümidinizi itirməyin və hər şey super olacaq !

Tags:     kisi sonsuzlugu      spermaqramma      sperma analizi
Dr. Orxan Agabəyovla Əlaqə:

050 363-83-86 055 655-00-66


Copyright © 2012 www.agabekov.az