Andrologiya və Seksopatologiya Azərbaycanda

055 655-00-66 050 363-83-86

















Cinsi orqanın ölçüləri

Bütün zamanlarda cinsiyyət orqanının ölçüləri probleminə xüsusi diqqət yetirilmişdir. Böyük cinsi orqan kişinin gücünün və hakimiyyətinin əksi, onün üstünlüyünün simvolu sayılırdı. Əsas olan ölçü deyil, bacarıqdır məşhur deyiminə baxmayaraq, kişilərin böyük əksəriyyəti (statistikaya əsasən öz cinsiyyət orqanının ölçüləri ilə qane olmayan kişlərin sayı 25-30% təşkil edir) bu və ya digər şəkildə öz cinsiyyət orqanlarının uzunluğunu, onun əvvəlki ölçüləri ilə müqayisədə heç olmasa 1-2 sm uzatmağı arzulayırlar. Özü də bu zaman penisin kifayət qədər uzun olmaması kişidə qadınla ünsiyyət zamanı bağlılıq, marağın itməsi, eləcə də özünə əmin olmama və kompleksin yaranmasına səbəb olur. Beləliklə, cinsi orqanın ölçüləri kişi üçün özünün şəxsiyyət kimi sübut etməyin həlledici amillərindən biri, eləcə də həyatın keyfiyyətinə bilavasitə təsir edən göstəriciyə çevrilir.

Ereksiya vəziyyətində olan cinsiyyət orqanının normal ölçüləri 12-18 sm diapazonunda yerləşir, normal cinsiyyət orqanının ereksiya vəziyyətində diametri isə 3-4 sm-dir. 12 sm-dən az ölçüdə olan cinsiyyət orqanını ereksiya vəziyyətində kiçik, 8sm-dən az ölçüdə olanı isə mikropenis adlandırırlar. Cinsi orqanın inkişafı, əsasən 17-19 yaşlarına qədər gedir.

Buna baxmayaraq, kişilərin əksəriyyəti üçün əsas əhəmiyyəti tibbi normalar deyil, onların normal cinsiyyət üzvü haqqındakı öz təsəvvürləri kəsb edir ki, bu da şəxsi seksual təcrübənin təsiri və ya "digərlərindən daha yaxşı" olmaq səylərinə əsaslanır, bu zaman orta statistik göstəricilər, bir qayda olaraq, onlar tərəfindən diqqətə alınmır.

Cinsi orqanın ölçülərinə təsir göstərən amillər

İnsanın cinsiyyət üzvünün ölçüləri, onun bədəninin digər orqanlarında da olduğu kimi onun irsiliyi (genetik amillər) və artım və inkişafın xüsusiyyətləri ilə müəyyən edilir.

Cinsiyyət üzvünün vizual ölçüsü də kişinin qasıq nahiyyəsindəki piy hüceyrələrinin miqdarından asılıdır, belə ki, onların sayının çox olması halında cinsiyyət orqanı sanki "batır" ki, bu da onun görüntü uzunluğunu azaldır.

Ereksiya vəziyyətində cinsiyyət üzvünün ölçülərinə, ereksiyanın dərəcəsi təsir edir, belə ki, "ölüvay" ereksiya zamanı ölüçülər, güclü ereksiya halındakından daha zəifdir.

Hazırda hesab edilir ki, cinsi yetkinlik dövründə testosteron hormonunun səviyyəsi cinsiyyət orqanının inkişafında böyük rol oynayaraq onun ölçülərini müəyyən edir.


Testosteronun çatışmamazlığı zamanı cinsiyyət üzvünün inkişafı ləngiyir ki, bu da hormonal defisitin əsas əlamətlərindəndir. Bu zaman cinsiyyət orqanının kiçik ölçüləri (8 sm-dən aşağı) dolayısı ilə kişi cinsiyyət hormonlarının aşağı səviyyəsi ilə əlaqədar olan ciddi endokrin pozuntularından da xəbər verir. Digər tərəfdən, cinsiyyət orqanının uzunluq normal sayılan ölçülərindəki böyük fərq aralığı (12 və 18 sm) qasıq nahiyəsindəki anatomiyanın fərqliliyi, eləcə də genetik amillərlə izah edilir.

Cinsi orqanın ölçülərini neçə dəqiq müəyyən etmək olar?

Cinsi orqanın uzunluğu obyektiv olaraq qiymətləndirməsi üçün, onu necə düzgün ölçmək lazım olduğunu bilmək gərəkdir. Cinsi orqanı ölçülərini otaq şəraitində ölçmək məsləhət görülür,  bu zaman otaqda hərarət +200C-dən 27 0C-yə qədər olmalıdır.

Daha aşağı hərarətdə penis reflektor olaraq qısalır, buna görə də cinsiyyət orqanının ölçüləri qeyri-dəqiq olacaqdır. Cinsiyyət orqanın ölçülməsi üzrə qısa təlimat belədir:

1. Durun

2. Ereksiya vəziyyətində olan cinsiyyət orqanının qarından aşağı tərəfə əyin, mümkün qədər döşəməyə paralel tutun.

3. Xətkeşi və ya metrəölçəni sıx şəkildə penisin yuxarı səthinə sıxın, bir balaca qarnınıza (piy qatının yarada biləcəyi yanlışlıqlardan uzaq qaçmaq üçün) qasıq sümüyünə sıxın.

4. Xətkeşin qasıq nahiyyəsində toxunduğu nöqtədən orqanın son uc nöqtəsinə qədər (başlığın sonu) olan məsafəni ölçün

5. Əgər ölçü alətindəki şkala kənardan böyük olmayan məsafələrdən başlayırsa, onda əldə etdiyiniz nəticənin üzərinə bir neçə millimetr də əlavə edin (adətən 3-5 mm çox olmayaraq)

Beləliklə siz cinsiyyət üzvünün funksional uzunluğunu düzgün ölçə bilərsiniz.

Əgər penisdə əyrilik varsa, onda onun təməl hissəsindən başlığın son nöqtəsinə qədər olan ən qısa məsafə ölçülür.

Orqanın qalınılığını, (yəni onun diametrini) müəyyən etmək üçün, ölçü lentinin köməkliyi ilə penisin ətrafı santimetrlə ölçülür, sonra isə əldə edilən rəqəm 3,14-ə bölünür.

Cinsiyyət orqanının uzadılması

Dünyada cinsi orqanın uzunluğunu artırmaq üçün heç bir dərman preparatı mövcud deyildir. Yalnız hormonal pozuntular olan zaman medikamentoz terapiya təyin edilə bilər. Preparatlardan əlavə cinsiyyət orqanın uzunluğunun artırılması üçün reklam edilən metodlar da mövcuddur, lakin real və təsdiqedici sübutlar mövcud deyildir – bu xüsusi kremlərin, massajın (celkinq), xüsusi qurğuların – vakuum pompaları və ekstenderlərin – istifadə edilməsidir. Cərrahi əməliyyat vasitəsi ilə cinsiyyət üzvünün uzadılması və ya liqamentotomiya mikropenisin real halları üçün tətbiq edilir (cinsiyyət orqanının ereksiya vəziyyətində uzunluğu 8sm azdır). O ki qaldə cinsiyyət orqanının qalınlığına – bu gün üçün həm effekti olan, həm də penisin qalınlığının artırılması üçün nisbətən təhlükəsiz cərrahi metod mövcud deyildir.

Sonda xatırlatmaq istərdim ki, birincisi, cinsiyyət orqanının necə fəaliyyət göstərməsi (potensiya) daha mühümdür, nəinki onun hansı parametrlərə malik olması; ikinci isə, yadda saxlayın ki, yaxşı seks – bu sadəcə penisin ölçüləri deyil, yaxşı seks bir çox faktordan asılıdır. Çalışın ki, özünüzə əmin olasınız və onda hər şey super olacaq!

Dr. Orxan Agabəyovla Əlaqə:

050 363-83-86 055 655-00-66


Copyright © 2012 www.agabekov.az