Andrologiya və Seksopatologiya Azərbaycanda

055 655-00-66 050 363-83-86

















Cinsi güc üçün qidalanma

Hər bir kişinin arzusu – mükəmməl  cinsi sağlamlığa malik olmaqdır. Qeyri-qənaətbəxş ekoloji mühit, sürətli həyat ritmi, daimi psixoloji pozuntular, stresslər kişilərin hətta ən sağlam nümayəndəsini belə sıradan çıxarmağa qadirdir. Cinsi imkanların pisləşməsi ilə əlaqədar olan neqativ nəticələrin qarşısnı almaq üçün xüsusi diqqəti kişilərin yeməyinə yönəltmək lazımdır. Cinsi gücü artıran artıran ərzaqlar mütləq qaydada burada təmsil edilməlidirlər.

Cinsi gücü artırmaq üçün nə yemək lazımdır?

Kişinin cinsi sağlamlığını yaxşılaşdıra biləcək bir çox  ərazaqlar mövcuddur. Bu siyahıdan olan adların gündəlik rasiona salınması cinsi zəiflik problemini dərman preparatlarına müraciət etmədən həll etməyə imkan verir.

Ət

Bu ərzaq əbəs yerə əsl kişi qidası hesab edilmir, mikroelementlərin və faydalı maddələrin bolluğu, ət məhsullarını potensiya problemləri zamanı əvəzsiz qidaya  çevirir. Daha çox faydalılığı ilə mal əti və qoyun əti kimi qırmızı ətlər və pəhriz ətləri – dovşan, hind toyuğu, toyuqdan olan ərzaqlar fərqlənirlər. Nəzərə almaq vacibdir ki,  gündəlik rasiona həddən artıq həcmdə ət daxil edilməsi əks təsir yarada bilər: orqanizm bütün gücünü bu həmin məhsulu həzm etməyə yönəldir ki, nəticədə  onun seksual fəallığı və qabiliyyəti kəskin şəkildə aşağı düşür.

Balıq

Balıq yeməklərini həftədə iki dəfədən az olmayaraq yemək tövsiyyə edilir, onların tərkibində olan yod və fosfor  seksual fəallığı yüksəldir və dəstəkləyir. Çay və dəniz balıqları arasında seçim etmək lazım gəldikdə üstünlüyü sonunculara vermək vermək lazımdır, belə ki, onlar daha çox faydalı maddələrlə zəngindirlər. Müalicə məqsədi ilə kürüdən də istifadə edilir, onun da tərkibində vitaminlərin və mikroelementlərin yüksək konsentrasiyası mövcuddur.

Qoz-fındıq

Gündəlik qoz qəbul edilməsi nəticəsində potensiya yüksəlir. Onların tərkibində çoxlu sayda E, B vitaminləri vardır, həm də sink və maqneziumla zəngindirlər, yəni, məhz həmin maddələrlə ki, onlar cinsiyyət sisteminə müalicəvi təsir göstərirlər. Bundan əlavə, qozların tərkibində arginin də var - bu maddə ereksiya üçün zəruridir.

Potensiya probleminin müalicə edilməsi üçün gündəlik rasiona müxtəlif növlər qozlar daxil edilir: fındıq, badam, araxis, yunan qozu və s. Onlardan hər biri unikal tərkibə və xüsusiyyətlərə malikdirlər, lakin hamısı orqanizmə eyni dərəcədə müsbət təsir göstərirlər. Maksimal faydanı çiy məhsullardan istifadə etmək verir.

Dəniz məhsulları

Dəniz məhsulları özlərini yaxşı afrodiziaklar kimi tanıda bilmişdirlər. Onların arasında xüsusi diqqəti və kişi rasionunda yeri xərçənglər, krevetlər, kalmarlar, midiyalar qazanmışdırlar. Onlar potensiyanı yaxşılaşdırır və spermanın artmasına kömək edir. Bu dəniz məhsullarının tərkibində bol miqdarda sink və selen olması ilə əlaqələndirilir.

Tərəvəzlər

Tərəvəzlər arasında xüsusi diqqətə soğan, kələm, kök, çuğundur, salat, kəhriz, turp, qulançar, bibər və sarımsaq layiqdirlər. Onlar orqanizmi potensiyanı yüksəldən zəruri vitaminlərlə zənginləşdirir, hormonal fona təsir göstərir, libido(cinsi istək) gücləndirirlər.

Bildirçin yumurtası

Bu potensiya problemi olan kişilər üçün əvəzedilməz məhsuldur. Onların gündəlik istifadə edilməsi seksual istəyi gücləndirir. Bu effektə bildirçin yumurtalarının tərkibində olan çoxsaylı faydalı maddələrin, xüsusilə də cinsi sistemin fəaliyyətində iştirak edən fosfor, dəmir, aminturşularının sayəsində nail olmaq mümkündür.

Meyvələr və giləmeyvələr

Təzə və qurudulmuş meyvələr və giləmeyvələr libidonu yüksəldir və seksual dözümlülüyü yaxşılaşdırırlar. Bu iddia xüsusilə bananlar, çiyələk, manqo, moruq, üzümə münasibətdə ədalətlidir. Həmin məhsullarda olan mikroelementlərin və vitaminlərin optimal tarazlığı kişini zəruri olan enerji ilə təmin edir və cinsiyyət hormonlarının emal edilməsini gücləndirir.

Cinsi gücü artırmaq üçün nə içmək lazımdır?

Bəzi içkilər kişinin cinsi fəaliyyətinə müsbət təsir göstərmək qabiliyyətinə malikdirlər.

Potensiya üçün təzə çəkilmiş şirələr

Şirələrdən cinsi gücün gücləndirilməsi üçün ən yaxşısı kimi nar şirəsi hesab edilir. O, qan dövranını və kiçik çanağın qan təchizatını yaxşılaşdırır, bundan əlavə onda çoxlu sayda vitaminlər və mikroelementlər də vardır.

Balqabaq özünün kişi sağlamlığına müsbət təsiri ilə məşhurdur, buna görə də ondan hazırlanan şirə potensiya problemlərinin öhdəsindən əla gəlir. Qeyd edilən təsir həmin içkidə böyük miqdarda sink tərkibinin olması ilə şərtləndirilir ki, o bəşəriyyətin güclü hissəsinin cinsiyyət sisteminin işində fəal şəkildə iştirak edir.

Eləcə də cinsi gücün artırılması üçün qarpız şirəsi də faydalıdır. Onun tərkibində böyük miqdarda sitrullin vardır ki, o orqanizmə düşdükdə dərhal argininə çevrilir. Bu maddə qan damarlarının genişlənməsinə və qan dövranın yaxşılaşmasına yardım edir ki, bu da nəticədə ereksiyanın keyfiyyətinə öz müsbət təsirini göstərir.

Nəzərə almaq lazımdır ki, müalicəvi təsiri bilavasitə qəbul etməmişdən əvvəl çəkilmiş şirələr göstərirlər, onların mağaza analoqları deyil.

Zəncəfil çayı

Zəncəfil çayından istifadə etmək potensiyanın və kişi sağlamlığının yaxşılaşdırılmasına gətirib çıxara bilər.

Zəncəfil çayının hazırlanması olduqca sadədir. Çox da böyük olmayan zəncəfil kökünü (2 sm-ə yaxın) götürmək, təmizləmək, sürtgəcdən narınlaşdırılmış şəkilə qədər keçirmək lazımdır. Əldə edilən maddəni qaynar suya salıb 10 dəqiqəyə qədər saxlayın. İçkiyə dadı daha da yaxşılaşdırmaq və müalicəvi əhəmiyyəti gücləndirmək üçün bal və limon əlavə etmək olar. Başlanğıcda xammal kimi qurudulmuş zəncəfil kökündən də istifadə etmək olar, lakin bu halda faydalı keyfiyyətlərin sayı daha az olacaq və vasitənin effektliyi gözləniləndən aşağı olacaqdır.

Nə potensiya üçün ziyanlıdır?

Mümkün olan qədər alkoqolu, ağ çörəyi, qamburgerləri, pizzanı, çipsiləri, suxarıları, popkornu, sodanı, konservləri, mayonezi, mürəkkəb sousları və hazır vəziyyətdə olan ədviyyaları, yarımfabrikatları, kolbasaları, hisə verilmiş ət və balığı, sənaye istehsalı olan turşuları, konservləşdirilmiş tərəvəz və meyvələri və qazlı suları ya rasiondandan azaltmaq, ya da ümumiyyətlə çıxarmaq lazımdır.

Cinsi gücün artırılması üçün reseptlər

Bal və qoz - fındıq

Bal kişinin cinsi gücünün artırılması üçün çox faydalı məhsuldur. Effektivliyinə görə ikinci yerdə qoz - fındıq məmulatları - qoz, badam yerfındığı, fındıq gəlir. İstifadə edərkən cinsi gücün daha çox artırılmasına nail ola biləcəyiniz tərkib (bal, quru meyvələr, qoz - fındıq) :
• 200 q qoz ləpəsi
• 200 q qaysı qurusu
• 200 q qara gavalı (çəyirdəksiz)
• 200 q əncir
• 200 q kişmiş
Bunların hamısı xırdalanır və bal ilə həmcins kütlə alınanadək qarışdırlır. Hər gün 1 xörək qaşığı səhər və 1 xörək qaşığı axşam qəbul edilir. Bal - qoz kursunu bir ay ərzində keçirin və özünüz görünməmiş cinsi gücün artımını hiss edəcəksiniz.

Xurma

Qurudulmuş xurma kişinin cinsi gücünün yüksəlməsinə yardım edir. Bu vasitənin  hazırlanması üçün sizə lazım olacaq: qurudulmuş xurma, badam, püstə, heyva toxumu. Bütün bu inqrediyentlərin hamısını bir yerdə bərabər şəkildə döymək və günə təxminən 100 qr. qəbul etmək lazımdır.

Aloe

Aloenin yarpaqlarından alınmış təzə sıxılmış 150 qr şirəni 250 qr. bal və 350 ml. “Kaqor” şərabında qarışdırın. Əldə edilən ekstratı gündə 3 dəfə yeməkdən əvvəl 1 xörək qaşığı qəbul edin. Bu tərkib orqanizmin cinsi fəaliyyətinı bərpa edir və yüksəldir, həmçinin orqanizmə stimulyator təsir edir.

Qara üzüm

Qara üzüm uğurla cinsi enerjini bərpa edir. Üzümü isti su ilə yuyun və süddə qaynadın. Gün ərzində 200 ml süd və 30 qr üzümlə başlamaqla, tədricən üzümün miqdarını 50 qr.-a qədər qaldrmaq lazımdır.

Dr. Orxan Agabəyovla Əlaqə:

050 363-83-86 055 655-00-66


Copyright © 2012 www.agabekov.az