Andrologiya və Seksopatologiya Azərbaycanda

055 655-00-66 050 363-83-86

















Androloqa sual ver

ilham
2014-12-21
salam hekim .menim analizimin cavab 0 cixib bu halda menim uwagim ola biler?
Dr. Orxan Ağabəyov
2014-12-22

Salam İlham. Spermoqrammada göstəricilərin sıfır olması, cinsiyyət sistemində ciddi problemlərdən xəbəbr verir. Bu situasiyada proqnoz problemin səbəblərindən asılıdır - elə səbəblər var ki , müalicə etmək mümükündür, elə səbəblər də var ki, yox. Dəqiqləşdirib, düzgün müalicə strategiyası təyin etmək olar. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.

Amil
2014-12-20
Salam teze aileliyem yodasimda hamilelil oldu 8ci heftede gotuzdurduk.inkisafdan Sqaldi.analizde xlamidiya cixdi.ikimizde mualice aliriq ALLAHIMA MIN SUKUR qutarmaga az qalibualice bitwn kimi aleqede olsaq problem olmaz.ALLAH razi olsun AMIN..........
Dr. Orxan Ağabəyov
2014-12-22

Salam Amil. Müalicə kursundan sonra, təkrar analizdə cinsi infeksiyanın olmaması haqqında cavabı almayaraq, cinsi həyatda fasilə edilməlidir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.

asim
2014-12-20
Salam hekim.Sualim penisimin ereksiya halina gelende tam sertleshmemesidir.Smermanin sureti de zeidir.Bunun sebebi neden ola biler.Birde mende penisde asagiya dogru eyrilik var. Bunu nece duzeltmek olar?evvelceden tesekkur edirem
Dr. Orxan Ağabəyov
2014-12-22

Salam Asim. Ereksiyanın (sərtliyin) zəiflləməsi səbəblər müxtəlif ola bilər - psixoloji(daimi stresslər, gərginlik,depressiya) və orqanik (prostatit, hormonal pozğunluq və s.).  Bu səbəbləri müəyyənləşdirib, düzgün müalicə təyin etmək olar. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Yüngül dərəcəli penis əyriliyi bir çox kişidə var və xüsusi müalicə tələb etmir. Əgər əyrilik artırsa və ereksiya problemləri yaranırsa, müalicə olunmalıdır. Əməliyyat və ya dərman preparatları ilə müalicə, əyriliyin səviyyəsindən asılıdır. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.


nicat
2014-12-20
Salam hekim men herbi xidmete gelenden sonra varkasel oldugumu oyrendim bu menim geleceyime uwaq olmaga problem olmaz texminen 4 aydi oyrenmiwem bir muddet gecikdirsem problem olmaz evvelceden tewekkurler
Dr. Orxan Ağabəyov
2014-12-22

Salam Nicat. Varikosele - kişi sonsuzluğunun ən əsas səbəblərindəndir. Varikoselenin, yalnız cərrahi müalicəsi(əməliyyat) var. Amma birinci növbədə, spermoqramma verin və öz göstəricilərinizi, normal göstəricilərlə müqayisə edin. Əgər göstəricilər, normaya uyğun deyilsə - əməliyyat etmək vacibdir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.

kamil
2014-12-20
hekim salam.evvelceden sizlere tewekkurumu bildirirem.hekim men irana hekimev getmiwdim ozumu yoxladirdim xayalarimi yoxladi dediki circ yigilib2 dene tabletka yazdi.men hekime getmemiwden qabaq her wey gozel idi.son gunler gorurem ki oyanma zeyifleyib tamam.sipermaninda teziq yoxdu cox azda agir.xahiw edirem cavablandiri sizin qebulunuza mutleq gelecem.sag ol
Dr. Orxan Ağabəyov
2014-12-22

Salam Kamil. İki variant var, yazılan müalicə düzgün olmayıb və xayalardakı proses inkişaf edir və ya müalicədə potensiyaya mənfi təsir göstərən dərman preparatları istifadə olunub. Buyurun, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlayın, çalışaram Sizə kömək edim. Uğurlar.

Orxan210
2014-12-20
Salam hekim. Cox xahis eliyirem sualimi cavablandirardiz. Cox narahatam hekim. Demeli hekim bu il mart ayinda men dopler muayinesinnen kecdim. Esas sag xayamnan narahatam. Demeli sag xayamin olculeri cixdi 43*24*26 hecmide 14 cc, soram bir muddetden soram ele hiss eliyirdimki sag xayamda kicilme var avqust ayinda yene doppler muayinesinnen kecdim ondada bele oldu olculeri 40*20*31 hecmi 13cc, indi bu yaxinnarda dekabrin 8 i yene doppler muayinessinnen kecdim indide bele oldu olculeri 40*18*30 hecm 11,2iydi. Usmde baxan hekimde deyirki hecbir prablem yoxdu. Hekim size sualim oduki get gede ferqli cavablarin cixmasinin sebebi nedi? Nese qorxulu birsey varmi? Onuda deyimki 3 defe yoxlatdirmisam doplerde deyilibki hersey yaxsidi hecbir prablem yoxdu. Bes bu kicilmenin sebebi ne ola biler? Cox xahis eliyirem sualimi cavabsiz qoymuyun. Tesekkurler
Dr. Orxan Ağabəyov
2014-12-22

Salam Orxan210. Ola bilər doğrudanda heş bir problem yoxdur, sadəcə doppler edərkən həkimin etdiyi orta statistik səhvdir, yəni 1-2 mm onsuzda əhəmiyyətli sayılmır. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.

Anar
2014-12-20
Salam həkim menim sizə bir sualım var. Mendə cinsi akt oduqca cox qısa çekir. men burda yazılanları oxuyuram burda yazırsınız ki, cinsi akt 2deq-10deq arası normaldır. Ama mende bu proses olduqca cox az olur (hec deyerdimki 30 san olmur). bunun üçün men me edim. Xahiş edirem menim bu sualımı cavablandırasınız. Evbelceden teşekkür edirem. Cavabınızı gözleyirem!
Dr. Orxan Ağabəyov
2014-12-22

Salam Anar. Sadəcə müalicə olunmalısız. Erkən boşalmanın, müxtəlif səbəbləri var - penisin dərisinin hiperhəssaslığı, cinsiyyat sistemində iltihabi prosess, psixoloji səbəblər. Bu səbəbləri müəyyənləşdirib, düzgün müalicə təyin etmək olar. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.


huseyn
2014-12-20
salam hekim.menim 2 sualim var boyuk bayira gedende herden sperma ifraz olunur,39 yawim var birinci defe cinci elaqede olanda hec bir problem olmur ikinci defe olmaq ucun 3-4 saat gozlemeli oluram,bunun sebebi nedir?
Dr. Orxan Ağabəyov
2014-12-22

Salam HUseyn. 1. Bu durğunluq fonunda, prostat vəzidə yaranmış iltihabi proses - prostatit əlamətidir. 2. Sizdə potensiyanın zəifləməsi halları var. Səbəblər müxtəlif ola bilər - psixoloji(daimi stresslər, gərginlik,depressiya) və orqanik (prostatit, hormonal pozğunluq və s.).  Bu səbəbləri müəyyənləşdirib, düzgün müalicə təyin etmək olar. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.

baxtyar
2014-12-20
salam hekim. getdim qicsden analiz vermeye.hansi paliklinikaya yaxinlasdimsa bele pis cixmasin meni yola verdiler. indi men neyniyim mene komey elye bilersiz.bu zehrimar subheden qurtarim.beledeki mende o xesteliyin hec bir elameti yoxdu.
Dr. Orxan Ağabəyov
2014-12-22

Salam Baxtiyar. Əgər bu analizdən keçmək istəyirsizsə - bizim klinikaya gəlin və keçin. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.

zeyneb
2014-12-19
Salam hekim.men 4 ildi aileliyem.3 defe hamilelik olub inkisafdan qalib.yoldasim yoxlanmayib.onda tez bosalma var.amma gunde cinsi elaqede olmaq isteyi var. Spermanin faizi aşağı ola biler? Xais edirem yazasiniz.birde bu analizler bahalidi? Neceye basa geler.? Cox sagolun
Dr. Orxan Ağabəyov
2014-12-22

Salam Zeyneb. Spermoqrammanın qiyməti - 20 AZN-di. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.

Səhifə 10 > 527-dəan
powered by SM FAQ
Dr. Orxan Agabəyovla Əlaqə:

050 363-83-86 055 655-00-66


Copyright © 2012 www.agabekov.az